Psixodiaqnostika


Nəticələrin interpretasiyası



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 
Nəticələrin interpretasiyası 
 
   Doktor  Holms  və  Raqe  (ABġ)  beĢ  mindən  artıq  pasient  arasında  tədqiqat 
apararaq  xəstəliklərin  (o  cümlədən  infeksion  xəftəliklərin  və  travmaların) 
həyatda  baĢ  verən  müxtəlif  stressogen  hadisələrdən  asılılığını  öyrənirdilər. 
Onlar belə nəticəyə gəldilər ki, psixi və  fiziki xəstəliklər ərəfəsində adətən 
insanın  həyatında  müəyyən  ciddi  dəyiĢikliklər  baĢ  verir.  Onlar  öz 
tədqiqatlarına  əsaslanaraq  Ģkala  qurdular.  Bu  Ģkalada  hər  mühüm  həyat 
hadisəsinə onun stressogenlik səviyyəsinə uygun miqdarda ballar verilir.  
Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olundu  ki,  150  bal  hər 
hansı bir xəstəliyin baĢ verəcəyinə  50%  ehtimal verir, 300 bal isə bu riski 
90% -ə qədər yüksəldir. 
Bütün siyahını diqqətlə oxuyun ki, stress yaradan hansı situasiyaların, 
hadisələrin və həyat Ģəraitinin burada yer aldığı barədə ümumi təsəvvür əldə 

107 
 
edəsiniz.  Sonra  hər  bir  bəndi  təkrarən  oxuya-oxuya  hər  bir  situasiyanı 
qiyməyləndirən  balların  sayına  diqqət  yetirin.  Bundan  sonra  son  2  ildə 
həyatınızda  baĢ  verən  hadisə,  situasiyaların  qiymətlərinin  ədədi  ortasını 
hesablamağa cəhd edin (1 ilə aid  balların orta miqdarını hesablayın). Əgər 
hər hansı bir situasiya ildə bir dəfədən artıq baĢ veribsə, onda alınan nəticəni 
verilmiĢ saya bir dəfə vurmaq lazımdır. 
Nəticədə  alınan  qiymət  həm  də  sizin  stressə  qarĢı  olan 
müqavimətinizin  dərəcəsini  təyin  edir.  Böyük  sayda  olan  ballar  –    sizi 
təhlükədən xəbərdar edən həyəcan siqnalıdır. Buna görə də siz stressi aradan 
qaldırmaq  üçün  təcili  tədbir  görməlisiniz.  HesablanmıĢ  qiymətin  daha  bir 
vacib əhəmiyyəti var – o, sizin stress yükünüzün dərəcəsini rəqəmlərlə ifadə 
edir. 
   Əyani olaraq stress xarakteristikalarının müqayisə cədvəlini veririk. 
 
           Balların ümumi sayı 
  Stressə qarĢı müqavimətin dərəcəsi 
                150 – 199 
                200 – 299 
               300 və daha çox     
 Yüksək 
 Orta (stressin kandarında olmaq) 
 AĢağı (stressə tez  qapılmaq) 
 
Əgər, məsələn, balların qiyməti 300-dən yüksəkdirsə - ondan bu real 
təhlükəni göstərir, yəni, siz əsəb yorğunluğu fazasına o qədər yaxınsınız ki, 
sizdə psixosomatik xəstəlik  baĢ verəcəyi gözlənilir. 
Balların  cəmini  hesablamaq  sizə  öz  stressinizin  ümumi  vəziyyətini 
aydınlaĢdırmaq  imkanı  verəcəkdir.  Onda  siz  baĢa  düĢərsiniz  ki,  stress 
situasiyasının yaranmasına səbəb həyatınızda baĢ verən  əhəmiyyətsiz hesab 
etdiyimiz  ayrı-ayrı  hadisələr deyil, onların kompleks (birgə) təsiridir. 
 
                                       Aleksitimiya 
 
  Bu  emosional  vəziyyəti  ələ  almaq  qabiliyyətinin  aĢağı  düĢməsi  və 
ya çətinləĢməsidir. Eyni zamanda bu Ģəxsiyyətin xarakteristikasıdır (koqnitiv 
– affektiv sferanın aĢağıdakı xüsusiyyətləri əlavə olunmaqla):  
1.
 
ġəxsi  narahatlıqların  təyin    və    təsvir  edilməsində    yaranan 
çətinliklər; 
2.
 
Mənəvi  və  cismani  hisslər  arasında  olan  fərqlərin  araĢdırılması 
zamanı yaranan çətinliklər; 
3.
 
SimvollaĢdırma  bacarığının  aĢağı  düĢməsi  –  fantaziyanın, 
təxəyyülün kasadlığı; 
4.
 
Daxildə keçirdiyi həyəcanlara nisbətən xaricdə baĢ verən hadisələri 
daha çox  diqqət mərkəzində saxlamaq. 
 
   

108 
 
TORONT ALEKSĠTĠMĠK ġKALASI 
V.M. Bexterev adına Ġnstitutda uyğunlaĢdırılmıĢdır 
 
Sizə  xüsusi  sorğunun  -  V.M.Bexterev  adına  Ġnstitutda 
uyğunlaĢdırılmıĢ  Toront  Aleksitimik  ġkalasının  köməyi  ilə  özünüzdə 
aleksitimiyanın  dərəcəsini  təyin  etməyi  təklif  edirik.  ġkaladan  istifadə 
edərək, aĢağıdakı müddəalardan hər biri ilə hansı dərəcədə razı və  ya  narazı 
olduğunuzu  göstərin  (uyğun  gələnə  X  iĢarəsi  qoyun).  Hər  bir  müddəaya  
ancaq  bir cavab verin : 1) tamamilə naraziyam, 2) daha çox  narazıyam, 3)  
nə bu nə də o, 4) daha çox  razıyam, 5) tamamilə razıyam.  
 
 
           Müddəalar 
Tamam
ilə 
narazıy
am 
Daha 
çox 
narazıy
am 
Nə 
bu,  nə 
də o 
Daha 
çox 
razıyam 
Tama- 
milə 
 
razıyam 
                   1 
     2 
   3 
  4 
   5 
   6 
1.Mən  həmiĢə  nə  üçün 
ağladığımı  bilirəm. 
 
 
 
 
 
2.  Arzular  –  bu  vaxt 
itkisidir. 
 
 
 
 
 
3.Mən  istərdim  ki,  belə 
utancaq olmayım. 
 
 
 
 
 
4. Mən hərdən hansı hissləri 
keçirdiyimi 
 
müəyyən  
etməkdə çətinlik çəkirəm. 
 
 
 
 
 
5.Mən 
tez-tez 
gələcək 
haqqında 
xəyallara  
dalıram. 
 
 
 
 
 
6.  Mənə  elə  gəlir  ki, 
baĢqaları  kimi  mən  də  dost 
toplamağa, 
qazanmağa 
qadirəm. 
 
 
 
 
 
7.Problemləri  həll  etməyi 
bilmək 
 
onun 
həlli 
yollarının  səbəblərini  baĢa 
düĢməkdən  daha vacibdir. 
 
 
 
 
 
8.  Mən  öz  hisslərimi  
düzgün  ifadə  edən  sözləri 
tapmağa çətinlik çəkirəm. 
 
 
 
 
 
9. Bu və ya baĢqa məsələlər 
üzrə 
öz 
mövqeyimi 
 
 
 
 
 

109 
 
insanlara 
 
bildirmək  
xoĢuma gəlir. 
10.Məndə 
elə 
fiziki 
hissiyyatlar 
olur 
ki, 
onlardan  hətta  həkimlər 
belə baĢ çıxarmırlar. 
 
 
 
 
 
11. Mənə təkcə bu nəticənin 
səbəbini  bilmək  kifayət 
deyil,  mən  bunun  nə  üçün 
və  necə    baĢ  verməsini 
mütləq bilməliyəm. 
 
 
 
 
 
12.  Mən  öz  hisslərimi 
asanlıqla 
təsvir 
etmək 
qabiliyyətinə malikəm. 
 
 
 
 
 
13.  Mən  problemləri  analiz 
etməyi  onları  sadəcə təsvir 
etməkdən üstün  tuturam. 
 
 
 
 
 
14.Mənim  ovqatım  təlx 
olanda 
 
bilmirəm 
ki,qəmginəm,qorxmu 
Ģam və ya hirsliyəm. 
 
 
 
 
 
15.Mən  tez-tez  xəyallara 
dalıram. 
 
 
 
 
 
16.  Mən  heç  nə  ilə  məĢğul 
olmayanda 
çox 
vaxt 
xəyallara dalıram. 
 
 
 
 
 
17.  Mənim  bədənimdə  baĢ 
verən  hissiyyatlar  məni 
narahat edir. 
 
 
 
 
 
18.  Mən  nadir  hallarda 
arzulara qapılıram. 
 
 
 
 
 
19.  Bunun  nəyə  görə  məhz 
belə  baĢ  verməsini  baĢa 
düĢməkdənsə,  mən 
hər 
Ģeyin öz axarı ilə getməsinə 
üstünlük verirəm. 
 
 
 
 
 
20.  Məndə  elə  hisslər  olur 
ki, mən onların nə olduğunu 
kifayət 
qədər 
dəqiq 
müəyyən edə bilmirəm. 
 
 
 
 
 
21 
Emosiyalardan 
baĢ 
çıxartmağı  bacarmaq  çox 
 
 
 
 
 

110 
 
vacibdir. 
22.  Mənə  insanlara  qarĢı 
olan hisslərimi təsvir etmək 
çətindir. 
 
 
 
 
 
23.  Ġnsanlar  mənə  deyir  ki, 
mən  daha  öz  hisslərimi 
bildirməyim. 
 
 
 
 
 
24.  BaĢ  verənlərin  daha 
dərin,  aydın  izahını  tapmaq 
lazımdır. 
 
 
 
 
 
25.Mən  daxilimdə  nəyin 
baĢ verdiyini bilmirəm. 
 
 
 
 
 
26.Mən çox vaxt  nəyə  görə 
hirs ləndiyimi bilmirəm. 
 
 
 
 
 
 
Məlumatların iĢlənilməsi 
Balların hesablanması bu Ģəkildə aparılır: 
 
1)  ―tamamilə  narazıyam‖  cavabı  1  balla,  ―daha  çox  narazıyam‖  –  2 
balla, ―nə bu, nə də o‖  – 3 balla, ―daha çox razıyam‖  – 4 balla, ―tamamilə 
razıyam‖ – 5 balla qiymətləndirilir.Bu bal sistemi Ģkalanın 2, 3, 4, 7, 8, 10, 
14, 16, 17, 18, 19, 20, 22, 23, 25, 26 – cı bəndləri üçün etibarlıdır; 
 
2) ġkalanın 1, 5, 6,9, 11, 12, 13, 15, 21, 24-cü bəndləri mənfi koda 
malikdirlər.  Bala  verilən  yekun  qiyməti  almaq  üçün  bu  bəndlər  üzrə  əks 
qiyməti vermək lazımdır (yəni 1-ci qiymət 5 bal: 2-ci 4 bal: 3-cü 3 bal: 4-cü 
2 bal: 5-ci 1 bal); 
 
3)  bütün  bəndlər  üzrə  balların  cəmi  məhz  ―aleksitimikliyin‖  yekun 
göstəricisidir. 
 
Nəzəri  olaraq  nəticələrin  bütövləĢməsi  26-dan  130  bala  kimi 
mümkündür.  Metodika  müəlliflərinin  məlumatlarına  görə,  ―aleksitimik‖ 
Ģəxsiyyət tipi 74 və daha çox bal alır. ―qeyri – aleksitimik‖ Ģəxsiyyət tipi isə 
62 və daha az bal toplayır. Metodikanı uyğunlaĢdırmıĢ V.M.Bexterev adına 
psixonevroloji institutun alimləri bir neçə qrupda aleksitimiya göstəricisinin 
orta qiymətini hesablayıblar: sağlam adamlardan ibarət kontrol qrup – 59, 3+ 
1,3;  psixosomatik  pozulmaları  olan  xəstələr  qrupu  -79,09  +  0,82;  nevrozlu 
xəstələr qrupu  -70,1+ 1,3; 
 
 
 
 
 

111 
 
L.Ġ.VASSERMANIN SOSĠAL FRUSTRASĠYA SƏVĠYYƏSĠNĠN 
DĠAQNOSTĠK METODĠKASI 
V.V.Boykonun modifikasiyası 
 
AĢağıda  verilmiĢ  sorğuda  həyat  fəaliyyətinin  əsas  aspektlərindəki 
sosial nailiyyətlərdən məmnuniyyətsizliyin dərəcəsi frustrasiya olunur. 
 
Hər bir cavabı oxuyun və ən uyğun gələn cavabı qeyd edin. 
 
Siz 
aĢağıda 
adı 
çəkilən 
haldan 
(hadisədən) məmnunsunuzmu? 
Ta


mn
una

Dah

çox 

mn
una

Cava

verm
əyə 
cətinl
ik 
çəkirə

Daha 
çox 
məmnu

deyilə

Ta


mn
un 
deyi
ləm 






1. Öz təhsilinizdən 
 
 
 
 
 
2.ĠĢ 
yoldaĢınızla 
qarĢılıqlı 
münasibətlərinizdən 
 
 
 
 
 
3.ĠĢdə  müdiriyyətlə  olan  qarĢılıqlı 
münasibətlərdən 
 
 
 
 
 
4. 
Öz 
professional 
fəaliyyətiniz 
subyektləri  ilə  (pasientlər,  müĢtərilər, 
tələbələr 
və 
s.) 
qarĢılıqlı 
münasibətlərinizdən 
 
 
 
 
 
5. 
Ümumiyyətlə 
öz 
iĢinizin 
məzmunundan 
 
 
 
 
 
6.Professional 
fəaliyyətin 
(təhsilin) 
Ģəraitindən 
 
 
 
 
 
7. Cəmiyyətdə tutduğun yerdən 
 
 
 
 
 
8. Maddi vəziyyətdən 
 
 
 
 
 
9. Mənzil – məiĢət Ģəraitindən 
 
 
 
 
 
10. 
Həyat 
yoldaĢınızla 
münasibətlərinizdən 
 
 
 
 
 
11.UĢaqla 
(uĢaqlarla) 
olan 
münasibətlərinizdən 
 
 
 
 
 
12.Valideynlərinizlə 
olan 
münasibətlərinizdən 
 
 
 
 
 
13. 
Cəmiyyətdə 
(dövlətdə) 
olan 
vəziyyətdən 
 
 
 
 
 
14.Dostlar  və  yaxın  tanıĢlarla  olan 
münasibətlərdən 
 
 
 
 
 
15. 
Xidmət 
sferası 
və 
məiĢət   
 
 
 
 

112 
 
xidmətlərindən 
16. Tibbi xidmət sferasından 
 
 
 
 
 
17. Asudə vaxtınızı keçirməyinizdən 
 
 
 
 
 
18. Məzuniyyəti keçirmək imkanından 
 
 
 
 
 
19. Ümumiyyətlə öz həyat tərzindən 
 
 
 
 
 
20. Bütövlükdə öz həyat tərzi, yaĢamağı 
ilə 
 
 
 
 
 
 
Məlumatların iĢlənməsi 
 
Hər  bir  bənd  üzrə  frustrasiya  səviyyəsinin  göstəricisi  müəyyən 
olunur.  O,  0-4  bal  arasında  ola  bilər.  Hər  bir  cavab  variantına  bal  verilir: 
―tam məmnunam – 0‖, ―daha çox məmnunam – 1‖, cavab verməyə çətinlik 
çəkirəm – 2‖, ―daha çox məmnun deyiləm – 3‖, ―tam məmnun deyiləm – 4‖. 
 
Əgər  metodika  respondent  qrupu  arasında  göstəriciləri  aĢkara 
çıxarmaq üçün tətbiq olunursa, onda bunu etmək lazımdır: 1) bu və ya baĢqa 
cavabı  seçmiĢ  respondentlərin  sayını  ayrı-ayrılıqda  cavaba  verilmiĢ  balın 
qiymətinə  vurun  və  hasili  əldə  edin,  2)  bu  hasillərin  cəmini  hesablayın,  3) 
onu  həmin  bənd  üzrə  cavab  vermiĢlərin  ümumi  sayına  bölün.  Sosial 
frustiyasının səviyyəsinin yekun orta indeksini müəyyən etmək olar. Bunun 
üçün  bütün  bəndlər  üzrə  frustrasiya  göstəricilərini  toplamaq  və  cəmi 
bəndlərin sayına (20) bölmək lazımdır. 
 
Kütləvi  tədqiqatlarda  konkret  bəndə  bu  və  ya  digər  cavab  seçmiĢ 
Ģəxslərin faizi çox tipikdir. 
 
Nəticələrin  interpretasiyası.  Sosial  frustrasiya  səviyyəsi  haqqında 
nəticələr  hər  bir  bənd  üzrə  balın  kəmiyyətini  (orta  bal)  nəzərə  almaqla 
çıxarılır. Bal nə qədər böyük olarsa, sosial frustrasiyanın səviyyəsi də bir o 
qədər yüksək olur: 
 
3,5 – 4 bal – frustrasiyanın çox yüksək səviyyəsi
 
3,0 – 3,4 – frustrasiyanın yüksək səviyyəsi; 
 
2,5 – 2,9 – frustrasiyanın orta səviyyəsi; 
 
2,0 – 2,4 – frustrasiyanın qeyri-müəyyən səviyyəsi; 
 
1,5 – 1,9 – frustrasiyanın aĢağı səviyyəsi; 
 
0,5- 1,4  - çox aĢağı səviyyə; 
 
0 – 0,5 – frustrasiyanın yoxluğu (demək olar ki, yoxluğu). 
 
Psixikanın təzyiq altında qalması rejimində pozucu  
emosional vəziyyətlər 
 
 
Burada  distimiya,  depressiya,  apatiya,  hipotemiya,  çaĢqınlıq, 
həyəcan,  qorxu,  sərsəm  əhvali-ruhiyyə  haqqında  danıĢmaq  lazımdır. 
Məzmununa  görəv  çox  müxtəlif  olan  bu  emosional  vəziyyətlərin  bir  sıra 
ümumi əlamətləri var: 

113 
 
 
-  Ģəxsiyyət  xarici  təsirlərə  pozucu  emosional  vəziyyətin  yardımı  ilə 
olduğundan baĢqa cür reaksiya vermir. O, çox müxtəlif stimulların (mənfi və 
ya müsbət) təsiri altında daha da ağırlaĢa bilər; 
 
- dayanıqlı qorxu çəkənə cəsurluğun çox böyük səylə təlqin edilməsi 
onda qorxu hissini bir o qədər artırır. 
 
-  intellekt  yaranan  energetik  rejimdə  öz  vəzifəsinin  öhdəsindən 
gəlmir.  ġəxsiyyətin  xarici  təsirlərin  və  təəssüratların  qiymətləndirilməsi 
iĢində  onun  rolu  demək  olar  ki,  hiss  olunmur.  Hər  bir  halda  zəka  və  iradə 
insana  emosional  vəziyyətlərin  qeyri-adekvatlığını  tez  və  müvəffəqiyyətlə 
aradan  qaldırmağa,  onlara  kommunikabelli  (ünsiyyətcillik)  forma  verməyə 
yardım etmirlər. 
 
-  emosional  normanın  bərpası  üçün  vaxt,  dinclik,  ətrafdakıların 
yardımı,  o  cümlədən  də  tibbi  yardım  lazımdır.  Pozucu  emosional 
vəziyyətlərdən  hər  biri  özünü  normal  həddə  biruzə  verə  bilər  və  ya  psixi 
pozğunluq həddinə çata bilər, yəni  psixopatoloji forma ala bilər. Sonuncusu 
müĢayiətedici faktorların olması zamanı baĢ verir.  
Vəziyyətin  psixopatoloji  pozulması  sinir-psixi  tonusunun  ümumi 
dəyiĢilməsi  ilə  xarakterizə  olunur.  Öz  növbəsində  sinir-psixi  tonusunun 
davamlı dəyiĢilməsinə səbəblər aĢağıdakılardı: 
beynin üzvi zədələnmələri. Bu halda pozulmalar daha geniĢ və dərin 
olurlar; 
 
-  sinir  sisteminin  qüsurları.  Adətən  sinir  sistemi  xəstəliklər  və  psixi 
travmalar nəticəsində zəifləmiĢ olur; 
 
xarici səbələr üzündən. Onların arasında psixi stress, intoksikasiya, 
zədələnmələr törədə bilənlər var; 
 
-  somatik  xəstəliklər.  Bu  və  ya  digər  orqanın  xəstəliyi  beyinin,  sinir 
sisteminin,  maddələr  mübadiləsinin  onlarla  bağlı  sahələrinin  iĢinin 
pozulmasına  səbəb  olur  ki,  bu  da  gerçəkliyin  emosional  və  bəzən  də 
intellektual inikasında dəyiĢikliklərə səbəb olur. 
 
Vəziyyətin  pozulmaları  öz  təzahürünə  görə  müxtəlif  cür  olsalar  da, 
onlar eyni mexanikaya malikdirlər: intellekt ilə emosiyalar arasında normal 
əlaqə olmur. Intellekt hansı səbəblərə görə isə (stress, intoksikasiya, travma 
və  s.  səbəbindən  beyinin  zədələnməsi)  daxili  və  xarici  təsirləri  düzgün 
qiymətləndirmir,  onların  Ģəxsiyyət  üçün  əhəmiyyətini  aĢkar  etmir.  Onun 
idarəedici  komandaları  adekvat  emosional  proqramları  və  həyat  boyu 
toplanmıĢ emosional davranıĢ stereotiplərini iĢə sala bilmir. 
 
Adekvat emosional proqramlar və stereotipləri yerinə Ģəxsiyyətə xas 
olan  eyni  bir  stereotip  avtomatik  olaraq  daim  iĢə  düĢür.  Onun  davranıĢı 
qeyri-adekvat olur, o, görünən səbəblərdən asılı deyil. 
 
 

114 
 
V.V.BOYKONUN EMOSĠONAL TÜKƏNMƏ SƏVĠYYƏSĠNĠN 
DĠAQNOSTĠKASININ METODĠKASI 
 
 
Emosional  tükənmə  -  bu  Ģəxsiyyətin  seçilmiĢ  psixo-travmatik 
təsirlərə  cavab    olaraq  emosiyaların  tam  və  ya  qismən  kənarlaĢdırılması 
formasında hazırladığı psixoloji müdafiə mexanizmidir. 
 
Emosional  tükənmə  emosional,  daha  çox  professional  davranıĢın 
qazanılmıĢ  stereotipi  deməkdir.  ―Tükənmə‖  qismən  funksional  stereotipdir, 
çünki insana enerji resuslarını dozalara bölməyə və qənaətlə istifadə etməyə 
imkan  verir.  Amma,  eyni  zamanda  onun  disfunksional  nəticələri  də  yarana 
bilər,  bu  zaman  ―tükənmə‖  professional  fəaliyyətin  yerinə  yetirilməsinə  və 
partnyorlarla münasibətlərə mənfi təsir göstərir.  
 
Özünü  yoxla:  Əgər  siz  insanlarla  qarĢılıqlı  təsirin  hər  hansı  bir 
sahəsində mütəxəssissinizsə onda sizin üçün maraqlı olar ki, sizdə emosional 
tükənmə formasında olan psixoloji  müdafiə hansı  dərəcədə formalaĢmıĢdır. 
Müddəaları  oxuyun  və  ―hə‖  və  ―yox‖  cavabını  verin.  Nəzərə  alın  ki,  əgər 
sorğuda  söhbət  partnyorlardan  gedirsə,  onda  sizin  professional 
fəaliyyətinizin  subyektləri  – pasientlər, müĢtərilər, istehlakçılar, sifariĢçilər, 
tələbələr və sizin hər gün iĢlədiyiniz digər adamlar nəzərdə tutulur. 
Test 
 
1.  ĠĢdə  olan  təĢkilatçılıq  qüsusrları  daim  əsəbiləĢməyə,  həyəcan 
keçirməyə, gərginliyə səbəb olur. 
 
2.  Mən  bu  gün  öz  peĢəmdən  karyeramın  əvvəlində  olduğundan  heç 
də az razı deyiləm. 
 
3.  Mən  peĢə  və  ya  fəaliyyət  yönümünün  seçimində  səhv  etmiĢəm 
(mən öz yerimi tutmamıĢam). 
 
4.  Pis  iĢləməyə  (daha  az  məhsuldar,  kefiyyətli,  yavaĢ)  baĢlamağım 
məni narahat edir. 
 
5.  Partnyorlarla  qarĢılıqlı  əlaqələrin  səmimiliyi  mənim  əhvali-
ruhiyyəmdən (yaxĢı və ya pis) çox asılıdır. 
 
6. Partnyorların rifahı bir peĢəkar kimi məndən az asılıdır. 
 
7.  Mən  iĢdən  evə  gələndə  istəyirəm  ki,  bir  müddət  (2-3  saat)  tək 
qalım və heç kim mənimlə ünsiyyətdə olmasın. 
 
8. Mən yorğunluq və ya gərginlik hiss edəndə, partnyorun problemini 
tez həll etməyə (qarĢılıqlı əlaqəni kəsməyə) çalıĢıram. 
9.  Mənə  elə  gəlir  ki,  professional  borcun  tələb  etdiyi  Ģeyi  mən  öz 
partnyoruma emosional olaraq verə bilmərəm. 
 
10. Mənim iĢim emosiyalarımı kütləĢdirir. 
 
11.  Mən  iĢdə  qarĢılaĢdığım  sosial  problemlərdən  açıq-aĢkar 
yorulmuĢam. 
 
12. Bəzən elə olur ki,  iĢlə bağlı narahatlıqlara  görə mən pis  yuxuya 
gedirəm (yatıram). 

115 
 
 
13.  Partnyorlarla  qarĢlıqlı  əlaqə  məndən  çox  böyük  gərginlik  tələb 
edir. 
 
14. Ġnsanlarla iĢ məni getdikcə az məmnun edir. 
 
15. Ġmkan olsaydı mən iĢimi dəyiĢərdim.  
 
16. Mən partnyoruma lazım olduğu qədər profesional dəstək, xidmət, 
yardım göstərə bilmədiyimə görə çox dilxor oluram. 
 
17.  Mən  pis  əhavli-ruhiyyənin  iĢgüzar  əlaqələrə  təsir  etməsinin 
qarĢısını almağa həmiĢə nail oluram. 
 
18.  ĠĢ  partnyoru  ilə  münasibətlərdə  nə  isə  problem  olanda  mən  çox 
dilxor oluram.  
 
19.  Mən  iĢdə  o  qədər  yoruluram  ki,  evdə  imkan  daxilində  az 
ünsiyyətdə olmağa çalıĢıram. 
 
20.  Vaxt  çatıĢmazlığı,  yorğunluq  və  ya  gərginlik  səbəbindən 
partnyoruma lazım olduğundan az diqqət ayırıram. 
 
21. Bəzən iĢdə adi ünsiyyət situasiaları məni qıcıqlandırır. 
 
22. Mən partnyorların haqlı tələblərini sakit qarĢılayıram. 
 
23. Partnyorlarla ünsiyyət məni insanlardan uzaq qalmağa vadar edir. 
 
24.  Bəzi  iĢ  yoldaĢlarımı  və  ya  partnyorlarımı  yada  salanda  mənim 
qanım qaralır. 
 
25.  Kolleqalarımla  olan  münaqiĢələr  və  ya  fikir  ayrılıqları  çoxlu 
qüvvə və emosiyanın sərfinə səbəb olur. 
 
26. ĠĢ partnyorları ilə kontakt yaratmaq və ya davam etdirmək mənim 
üçün getdikcə çətinləĢir. 
 
27. ĠĢdəki vəziyyət mənim üçün çox çətin və mürəkkəb görünür. 
 
28. Çox vaxt məndə iĢlə bağlı həyəcanlar baĢ verir – nə isə baĢ verə 
bilər,  birdən  səhv  edərik,  görəsən  mən  hər  Ģeyi  lazım  olduğu  kimi  edə 
billərəmmi, məni ixtisara salmazlar ki ... və s. 
 
29. Əgər partnyor mənim xoĢuma gəlmirsə mən onunla az ünsiyyətdə 
olmağa və ya ona az diqqət verməyə çalıĢıram. 
 
30. ĠĢdə ünsiyyət zamanı mən bu prinsipi rəhbər tuturam: ―Ġnsanlara 
yaxĢılıq etməsən, onlardan pislik görməzsən‖. 
 
31. Mən evdəkilərlə həvəslə öz iĢimdən danıĢıram. 
 
32. Elə günlər olur ki, mənim emosional vəziyyətim iĢin nəticələrinə 
pis təsir göstərir (az iĢ görürəm, keyfiyyət aĢağı olur, konfliktlər baĢ verir). 
 
33. Mən bəzən hiss edirəm ki, partnyoruma qarĢı emosional həssaslıq 
göstərməliyəm, amma bunu bacarmıram. 
 
34. Mən öz iĢimə görə çox narahat oluram. 
 
35. ĠĢ partnyorlarına verdiyin diqqətin və qayğının əvəzinə onlardan 
çox az minnətdarlıq görürsən. 
 
36.  ĠĢ  haqqında  düĢünəndə  mən  adətən  özümü  pis  hiss  edirəm: 
ürəyim sancır, təzyiqim qalxır, baĢımda ağrı yaranır. 

116 
 
 
37.  Mənim  bilavasitə  rəhbərimlə  münasibətlərim  yaxĢıdır  (kifayət 
qədər qane edir). 
 
38. Mən, görəndə ki, iĢim insanlara fayda verir, tez-tez sevinirəm. 
 
39.  Son  vaxtlarda  (və  ya  həmiĢə  olduğu  kimi)  məni  iĢdə 
müvəffəqiyyətsizlik təqib edir. 
 
40.  Mənim  iĢimin  bəzi  tərəfləri  (faktları)  məndə  dərin  məyusluq, 
ümidsizlik yaradır. 
 
41. Elə günlər olur ki, partnyorlarla kontaktlar həmiĢə olduğundan pis 
alınır. 
 
42.  Mən  iĢ  partnyorlarımla  (fəaliyyət  subyektlərini)  həmiĢə  olduğu 
kimi yaxĢı həmfikir ola bilmirəm. 
 
43.  ĠĢdə  o  qədər  yoruluram  ki,  nəticədə  dostlarım  və  tanıĢlarım  ilə 
ünsiyyəti ixrisara salmağa çalıĢıram. 
 
44. Mən adətən partnyorlarımın Ģəxsiyyəti ilə bağlı olmayan tərəfləri 
ilə də maraqlanıram. 
 
45.  Mən  adətən  iĢə  dincəlmiĢ,  gümrah,  yaxĢı  əhvali-ruhiyyə  ilə 
gəlirəm. 
 
46.  Mən  bəzən  hiss  edirəm  ki,  partnyorlarımla  avtomatik  olaraq, 
həvəssiz iĢləyirəm. 
 
47.  ĠĢdə  o  qədər  xoĢagəlməz  adamlarla  rastlaĢıram  ki,  istər-istəməz 
onları pis sözlərlə qarĢılayırsan. 
 
48. XoĢagəlməz partnyorlarla ünsiyyətdən sonra mənim  fiziki və  ya 
psixi əhvalım pisləĢir. 
 
49.  Mən  iĢdə  daim  fiziki  və  ya  psixoloji  cəhətdən  həddindən  çox 
yükləndiyimi hiss edirəm. 
 
50. ĠĢdəki müvəfəqqiyyətlər mənə ilham verir. 
 
51. ĠĢdə düĢdüyüm situasiya mənə çıxılmaz (demək olar ki, çıxılmaz) 
kimi görünür. 
 
52. Mən iĢə görə dincliyimi itirmiĢəm. 
 
53.  Son  il  boyu  partnyor  (lar)  tərəfindən  mənim  ünvanıma  Ģikayət 
(Ģikayətlər) gəlib.  
 
54. Partnyorlarla baĢ  verən çox Ģeyi  ürəyimə salmadığıma  görə mən 
öz əsəblərimi qoruya bilmiĢəm. 
 
55. Mən çox vaxt iĢdən evə mənfi emosiyalar gətirirəm. 
 
56. Mən çox vaxt güclə iĢləyirəm. 
 
57. Mən əvvəllər partnyorlarıma qarĢı indi olduğundan daha diqqətli 
və həssas idim. 
 
58.  Ġnsanlarla  iĢləyəndə  bu  prinsipi  rəhbər  tuturam:  əsəblərini, 
sağlamlığını qoru. 
 
59. Bəzən iĢə ağır hisslə gedirəm: hər Ģey zəhləmi töküb, heç bir kəsi 
nə görmək, nə də eĢitmək istəmirəm. 
 
60. Gərgin iĢ günündən sonra özümü xəstə kimi hiss edirəm. 

117 
 
 
61. ĠĢlədiyim partnyor kontingenti çox müĢküldür. 
 
62.  Bəzən  mənə  elə  gəlir  ki,  mənim  iĢimin  nəticələri  mənim  sərf 
etdiyim zəhmətə dəymir. 
 
63. Əgər iĢim ürəyimcə olsaydı, mən daha xoĢbəxt olardım. 
 
64.  ĠĢdə  ciddi  problemlərim  olduğuna  görə  mən  çox  ümidsiz  bir 
haldayam. 
 
65.  Bəzən  mən  öz  partnyorlarımla  elə  rəftar  edirəm  ki,  onların 
mənimlə elə rəftar etməsini heç istəməzdim. 
 
66.  Mən  xüsusi  iltifat,  diqqət  ümidində  olan  partnyorlarımı 
məzəmmətləyirəm. 
 
67. Çox vaxt iĢ günündən sonra mənim ev iĢləri ilə məĢğul olmağıma 
gücüm qalmır.  
 
68. Adətən mən vaxtı tələsdirirəm: kaĢ iĢ günü tez baĢa çataydı. 
 
69. Partnyorların vəziyyəti, xahiĢləri, tələbatları adətən məni səmimi 
qəlblə qəbul edirəm. 
 
70. Adamlarla iĢləyəndə mən adətən araya bir növ ekran qoyuram ki, 
məni baĢqalarının əzablarından və mənfi emosiyalarından qorusun. 
 
71. Adamlarla (partnnyorlarla) iĢ mənim ümidlərimi puç etdi.  
 
72. Gücümü bərpa etmək üçün mən çox vaxt dərman qəbul edirəm. 
 
73. Adətən mənim iĢ günüm sakit və asan keçir. 
 
74.  Mənim  görüləcək  iĢə  olan  tələblərim  mövcud  Ģəraitdən  asılı 
olaraq gördüyüm iĢdən yüksəkdir. 
 
75. mənim karyeram müvəffəqliyyətli baĢ tutub. 
 
76. Mən iĢlə bağlı hər Ģeyə görə əsəbləĢirəm. 
 
77.  Öz  daimi  partnyorlarımdan  bəzilərini  mən  nə  görmək,  nə  də 
eĢitmək istəmirəm. 
 
78.  Mən,  öz  maraqlarını  unudaraq,  özlərini  tam  olaraq  insanlara 
(partnyorlara) həsr edən kolleqalarımı təqdir edirəm. 
 
79.  Mənim  iĢdə  yorulmağım  evdəkilərlə  və  dostlarımla  ünsiyyətdə 
olmağıma adətən az təsir edir (heç təsir etmir). 
 
80. Ġmkan olanda mən öz partnyoruma az diqqət verirəm, amma bunu 
elə edirəm ki, o, bunu hiss etməsin. 
 
81. ĠĢdə insanlarla ünsiyyət zamanı çox vaxt əsəblərim dözmür. 
 
82.  Mən  iĢdə  baĢ  verən  hər  Ģeyə  (demək  olar  ki,  hər  Ģeyə)  qarĢı 
marağımı, canlı münasibətimi itirmiĢəm. 
 
83.  Ġnsanlarla  iĢ  bir  professional  kimi  mənə  pis  təsir  etmiĢdir  – 
qəzəbləndirmiĢ, əsəbləĢdirmiĢ, emosiyalarımı kütləĢdirmiĢdir. 
 
84. Ġnsanlarla iĢ mənim sağlamlığımı korlamıĢdır. 
 
 
 
Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin