Psixodiaqnostika



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Məlumatların iĢlənilməsi 
 

118 
 
 
Hər  bir  cavab  variantı  əvvəlcədən  mötəbər  hakimlər  tərəfindən 
müxtəlif  ballarla  qiymətləndirilmiĢdir  və  müddəanın  nömrəsinin  yanında 
mötərizədə  verilmiĢ  ―açarda‖  qeyd  olunmuĢdur.  Bunun  səbəbi  odur  ki, 
simptonlara  daxil  edilmiĢ  əlamətlər  onun  ağırlığının  müəyyən  edilməsində 
müxtəlif qiymətlərə malikdirlər.  
 
Maksimal  qiymət  olan  10  balı  hakimlər  sipmtom  üçün  ən  göstəriĢli 
olan əlamətə veriblər. ―Açara‖ uyğun olaraq aĢağıdakı hesablamalar aparılır: 
1)  ―tükənmənin‖  hər  12  simptomun  hər  biri  üçün  ayrılıqda  balların  cəmi 
müəyyən olunur, 2) ―tükənmənin‖ formalaĢmasının hər üç fazasının hər biri 
üçün  simptom  göstəricilərinin  cəmi  hesablanır,  3)  ―emosional  tükənmə‖ 
sindromunun  yekun  göstəricisi  –  12  simptomun  hamısının  göstəricilərinin 
cəmi tapılır. 
“Gərginlik” 
 
1. Psixi travma yaradan şəraitlərin təəssüratları: +1 (2), +13 (3), +25 
(2), -37(3), +49 (10), +61 (5), -73 (5). 
 
2. Özündən məmnun olmamaq: -2 (3), +14 (2), +26 (2), -38 (10), -50 
(5), +62 (5), +74 (3). 
 
3.  Qəfəsə sıxışdırılmaq:  +3 (10), +15 (5), +27  (2), +39  (2),  +51  (5), 
+63 (1), -75 (5). 
 
4. Həyəcan və depressiya: +4 (2), +16 (3), +28 (5), +40 (5), +52 (10), 
+64 (2), +76 (3). 
Rezistensiya” 
 
1.  Qeyri  adekvat  seçici  emosional  reaksiya  vermə:  +5  (5),  -17  (3), 
+29 (10), +41 (2), +53 (2), +65 (3), +77 (5). 
 
2.  Emosional  -  əxlaqi  dezorientasiya:  +6  (10),  -18  (3),  +30  (3),  +42 
(5), +54 (2), +66 (2), -78 (5). 
 
3. Emosiyaların qənaət sahəsinin genişləndirilməsi: +7 (2), +19 (10), 
-31 (2), 43 (5), +55 (3), +67 (3), -79 (5). 
 
4.  Professional vəzifələrin reduksiyası:  +8  (5),  +20 (5), +32 (2),  -44 
(2), +56 (3), +68 (3), +80 (10). 
“Azalma” 
 
1.  Emosional  defisit:  +9  (3),  +21  (2),  +33  (5),  -45  (5),  +57  (3),  -69 
(10), +81 (2). 
 
2.  Emosional  kənarlaşma:  +10  (2),  +22  (3),  -34+  (2),  +46  (3),  +58 
(5), +70 (5), 82 (10). 
 
3. Şəxsiyyətin kənarlaşması (deperonalizasiya): +11 (5), +23 (3), +35 
(3), +47 (5), +59 (5), +72 (2), +83 (10). 
 
4. Psixosomatik və psixoveqetativ pozulmalar: +12 (3), +24 (2), +36 
(5), +48 (3), +60 (2), +72 (10), +84 (5). 
 
Nəticələrin  interpretasiyası:  Təklif  olunmuĢ  metodika    ―emosional 
tükənmə‖  sindromunun  mənzərəsini  təfsilatı  ilə  verir.  Hər  Ģeydən  əvvəl 

119 
 
ayrıca  götürülmüĢ  simptomlara  fikir  vermək  lazımdır.  Hər  bir  simptomun 
ifadəlilik dərəcəsi 0 – 30 bal arasındadır. 

 
9 və daha az bal – baĢ tutmamıĢ simptomlar. 

 
10 – 5 bal – yaranmaqda olan simptomlar. 

 
16 və daha çox bal – baĢ tutmuĢ simptomlar. 

 
20  və  daha  çox  bal  göstəricisi  olan  simptomlar  və  ya  bütün 
―emosional tükənmə‖ sindromu üzrə dominant olanlara aiddirlər. 
Bu  metodika  ―tükənmənin‖  bütün  aparıcı  simptomlarını  görməyə 
imkan  verir.  Dominantlıq  edən  simptomlarını  görməyə  imkan  verir. 
Dominantlıq edən simptomların formalaĢmaqda olan stressin hansı fazasına 
aid  olduğunu  və  onların  hansı  fazada  sayca  çox  olduğunu  qey  etmək  çox 
vacibdir.  Nəticələrin  interpretasiyasında  növbəti  addım  stressin  inkiĢaf 
fazaları  olan  sorğu  ―gərginlik‖,  ―rezistensiya‖  və  azalmanın  göstəricilərini 
baĢa düĢməkdir. Onlardan hər birində qiymətləndirmə 0-120 bal arasında ola 
bilər.  Amma  fazaların  aldığı  balların  müqayisəsi  düzgün  deyildir,  çünki  bu 
onların  nisbi  rolu  və  ya  sindroma  əlavəsi  haqqında  heç  nə  demir.  Məsələ 
ondadır  ki,  onlarda  ölçülən  hadisələr  əhəmiyyətli  dərəcədə  fərqlidirlər  – 
daxili  və  xarici  faktorlara  reaksiyalar,  psixoloji  müdafiə  üsulları,  əsəb 
sisteminin vəziyyəti. Göstəricilərin miqdarına görə ancaq hər bir fazanın nə 
dərəcədə  formalaĢması,  hansı  fazanın  böyük  və  ya  kiçik  dərəcədə 
formalaĢması haqqında qərar çıxarmaq düzgündür. 
 
36 və daha az bal – faza formalaĢmayıb; 
 
37-60 bal – faza formalaĢma mərhələsindədir; 
 
61 və daha çox bal – formalaĢmıĢ faza. 
 
―Tükənmə‖  sindromunun  müxtəlif  formalaĢma  fazaları  üçün 
hesablanmıĢ  kəmiyyət  göstəriciləri  və  məzmunu  ilə  əməliyyatlar  apararaq 
Ģəxsiyyətin kifayət qədər ətraflı xarakteristikasını vermək olar və həm də heç 
də az mühüm olmayan baĢqa bir Ģeyi də  - profilaktika və psixokorreksiyanın 
fərdi tədbirlərini hazırlamaq olar. AĢağıdakı məsələlər iĢıqlandırılır: 
-
 
Hansı simptomlar dominantlıq edir; 
-
 
―Azalma‖  hansı  formalaĢmıĢ  və  dominantlıq  edən  simptomlarla 
müĢayiət olunur; 
-
 
―Azalma‖ (əgər aĢkar olunubsa) ―tükənmə‖nin simptomatikasına daxil 
olan  professional  fəaliyyət  faktorları  ilə  və  ya  subyektiv  faktorlarla  izah 
oluna bilərmi?; 
-
 
Hansı  simptom  (simptomlar)  Ģəxsiyyətin  emosional  vəziyyətini  daha 
da ağırlaĢdırır; 
-
 
Əsəb gərginliyini azaltmaq üçün istehsal Ģəraitinə hansı istiqamətlərdə 
təsir göstərmək lazımdır; 
-
 
ġəxsiyyətin  davranıĢının  hansı  əlamətləri  və  aspektləri  korreksiya 
olunmalıdır  ki,  emosional  ―tükənmə‖  ona,  professional  fəaliyyətinə  və 
partnyorlarına ziyan vurmasın. 

120 
 
 
K. HEKK, X. HESS. 
NEVROZUN EKSPRESS-DĠAQNOSTĠKASININ METODIKASI 
 
 
Sual  və  ya  mülahizə  ilə  tanıĢ  olduqdan  sonra  ―hə‖  və  ya  ―yox‖  cavabını 
vermək lazımdır. 
 
 
1. Sizə elə gəlmir ki, daxilən gərginsiniz? 
 
2. Mən çox vaxt fikirlərə elə güclü Ģəkildə dalıram ki, yuxum qaçır. 
 
3. Mən hiss edirəm ki, çox tez inciyirəm. 
 
4.  TanıĢ  olmayan  adamlarla  danıĢmağa  baĢlamaq  mənim  üçün 
çətindir. 
 
5.  Heç  bir  səbəb  olmadan  sizdə  tez-tezmi  yorğunluq  və  laqeyidlik 
hissi yaranır? 
 
6.  Çox  vaxt  mənə  elə  gəlir  ki,  insanlar  məni  tənqidi  baxıĢlarla 
süzürlər. 
 
7. Siz onlardan qurtulmaq istəsəniz də baĢınızdan çıxmayan mənasız 
fikirlər sizi tez-tezmi təqib edir? 
 
8. Mən kifayət qədər əsəbiyəm. 
 
9. Mənə elə gəlir ki, məni heç kim baĢa düĢmür. 
 
10. Mən çox tez qıcıqlanıram. 
 
11.  Mənim  əleyhimə  qaldırılmıĢ  adamlar  olmasaydılar,  mənim 
iĢlərim daha müvəffəqiyyətlə gedərdi. 
 
12.  Mən  xoĢagəlməz  hadisələri  ürəyimə  salıram  və  uzun  müddət 
unuda bilmirəm. 
 
13.  Hətta  mümkün  ola  biləcək  uğursuzluq  haqqında  düĢünmək  belə 
məni həyəcanlandırır. 
 
14. Məndə çox qəribə və qeyri-adi hisslər olur. 
 
15.  Heç  bir  səbəb  olmadan  siz  bəzən  Ģad,  bəzən  də  qəmgin 
olursunuzmu? 
 
16.  Gün  ərzində  mən  lazım  olduğundan  çox  arzulara  və  xəyallara 
qapılıram. 
 
17. Sizin əhvali-ruhiyyənizi dəyiĢmək asandırmı? 
 
18. Mən çox vaxt öz utancaqlığımı gizlətmək üçün özümlə mübarizə 
aparıram. 
 
19. Mən xoĢbəxt görünən insanlar kimi olmaq istəyirəm. 
 
20. Mən bəzən titrəyirəm və ya üĢütməyə baĢlayıram. 
 
21.  Ciddi  bir  səbəb  üzündən  və  ya  olmadan  sizin  əhvali-ruhiyyəniz 
tez-tez dəyiĢirmi? 
 
22.  Siz  hətta  real  təhlükə  olmayanda  bəzən  qorxu  hissi 
keçirirsinizmi? 
 
23. Tənqid və ya töhmət mənə çox pis təsir edir. 

121 
 
 
24. Bəzən mən elə narahat oluram ki, hətta bir yerdə otura bilmirəm. 
 
25.  Siz  bəzən  əhəmiyyətsiz  Ģeylərə  görə  həddindən  artıq  narahat 
olursunuzmu? 
 
26. Mən çox vaxt narazılıq hiss edirəm. 
 
27.  Mən  hər  hansı  bir  tapĢırığı  və  ya  iĢi  yerinə  yetirəndə  diqqətimi 
çətinliklə cəmləyirəm. 
 
28. Mən sonradan peĢmançılığını çəkdiyim çoxlu Ģeylər edirəm. 
 
29. Mən daha çox xoĢbəxt olduğumu deyə bilərəm. 
 
30. Mən özümə kifayət qədər əmin deyiləm. 
 
31. Bəzən mən öz-özümə çox miskin görünürəm. 
 
32. Çox vaxt mən özümü sadəcə olaraq çox pis hiss edirəm. 
 
33. Mən öz fikirlərimdə çox qurdalanıram. 
 
34. Tam dəyərli olmamağım haqqında fikir məni narahat edir. 
 
35. Bəzən mənim hər yerim ağrayır. 
 
36. Mən həmiĢə sıxılmıĢ vəziyyətdə oluram. 
 
37. Mənim əsəblərimə nə isə olub. 
 
38. Mən tanıĢ olanda danıĢmaq üçün söz tapa bilmirəm. 
 
39.  Mənim  üçün  ən  çətin  mübarizə  öz-özümlə  apardığım 
mübarizədir. 
 
40.  Siz  bəzən  hiss  edirmisinizmi  ki,  çətinliklər  böyük  və  dəf 
olunmazdır? 
 
Məlumatların iĢlənilməsi 
 
 
Təsdiqedici  cavabların  miqdarını  hesablamaq  lazımdır:  cəmin  24 
baldan  çox  olması  yüksək  nevroz  ehtimalından  xəbər  verir.  Bir  daha  qeyd 
edirik ki, bu metodika ancaq ilkin və ümumiləĢdirilmiĢ informasiyanı verir. 
Son nəticələri ancaq Ģəxsiyyəti dərindən öyrəndikdən sonra çıxarmaq olar. 
 
L.Ġ.VASSERMANIN NEVROZLAġMA SƏVĠYYƏSĠNĠN 
DIAQNOSTĠKASININ METODĠKASI 
 
 
Özünüzü  yoxlayın:  aĢağıdakı  mülahizələr  və  situasiyalarla  tanıĢ 
olaraq  ―hə‖  və  ya  ―yox‖  cavabını  seçin.  NevrozlaĢmanın  səviyyəsini 
müəyyən etmək üçün verilən suallar orientasiya xarakteri daĢıyır. 
 
 
1.  Bədənimin  müxtəlif  hissələrində  mən  tez-tez  yanğı,  sancı, 
keyləĢmə, ürpəĢmə hiss edirəm. 
 
2.  Mən  nadir  hallarda  təngnəfəs  oluram  və  məndə  güclü  ürək 
döyünmələri olmur. 
 
3. Həftədə bir dəfə və ya daha tez-tez mən çox vaxt həyəcanlı və ya 
əsəbi oluram. 

122 
 
 
4. Mənim baĢım tez-tez ağrıyır. 
 
5. Həftədə iki-üç dəfə gecələr məni qorxulu yuxular narahat edir. 
 
6. Son zamanlar mən özümü hər zaman olduğundan pis hiss edirəm. 
 
7. Demək olar ki, hər gün məni qorxudan nə isə baĢ verir. 
 
8. Elə vaxtlar olub ki, mən həyəcanlandığıma görə yata bilməmiĢəm. 
 
9. Adətən iĢ mənə  böyük gərginliklə baĢa gəlir. 
 
10.  Bəzən  mən  elə  əsəbləĢmiĢ  vəziyyətdə  oluram  ki,  bu  mənə 
yatmağa mane olur. 
 
11. Vaxtın çox hissəsini mən həyatdan narazı olaraq keçirirəm. 
 
12. Məni daim nə isə narahat edir. 
 
13. Mən öz tanıĢlarım və dostlarımla az-az görüĢməyə çalıĢıram. 
 
14. Həyat mənim üçün demək olar ki, həmiĢə gərgindir. 
 
15.  Mənim  üçün  hər  hansı  bir  məsələ  və  ya  iĢ  üzərində  diqqətimi 
toplamaq çox çətindir. 
 
16. Mən gün ərzində çox yoruluram. 
 
17. Mən gələcəyə inanıram. 
 
18. Mən çox vaxt qəmgin düĢüncələrə dalıram. 
 
19. Bəzən mənə elə gəlir ki, mənim baĢım həmiĢə olduğundan yavaĢ 
iĢləyir. 
 
20. Mənim üçün ən çətin mübarizə özümlə apardığım mübarizədir. 
 
21.  Mən  demək  olar  ki,  həmiĢə  kimin  və  ya  nəyin  isə  barəsində 
narahat oluram. 
 
22. Mənim özümə inamım azdır. 
 
23. Mən tez-tez özümə qarĢı inamsızlıq hiss edirəm. 
 
24.  Həftədə  bir  neçə  dəfə  qarnımın  yuxarı  hissəsindəki  (cinağın 
altında) xoĢagəlməz hisslər məni narahat edir. 
 
25.  Bəzən  məndə  elə  hiss  yaranır  ki,  sanki  mənim  qarĢımda  çoxlu 
çətinliklər yaranmıĢdır. 
 
26.  Həftədə  bir  dəfə  və  ya  daha  tez-tez  mən  heç  qəfildən  bütün 
bədənimi bürüyən istilik hiss edirəm. 
 
27.  Arabir  mən  özümü  həddindən  çox  yüklədiyim  üçün  əldən 
düĢünürəm. 
 
28. Mən necə geyindiyimə çox diqqətlə yanaĢıram. 
 
29. Son vaxtlar mənim görmə qabiliyyətim zəifləyib. 
 
30.  Ġnsanlar  arasındakı  münasibətlərdə  çox  vaxt  ədalətsizlik  hökm 
sürür. 
 
31. Məndə elə güclü narahatçılıq keçirdiyim dövrlər olub ki, hətta bir 
yerdə oturub qala bilməmiĢəm. 
 
32. Mən imkan olan kimi məmnuniyyətlə rəqs edirəm. 
 
33.  Mən  imkan  daxilində  insanların  çox  olduğu  yerlərdən  uzaq 
qalmağa çalıĢıram.  
 
34. Mənim mədəm məni çox narahat edir. 

123 
 
 
35. Etiraf edirəm ki, bəzən boĢ Ģeylərə görə həyəcan keçirirəm. 
 
36.  Mən  əsəbi  və  deyingən  olduğum  üçün  çox  vaxt  özüm  dilxor 
oluram. 
 
37. Həftədə bir neçə dəfə məndə elə hiss olur ki, sanki nə isə dəhĢətli 
bir Ģey olacaq. 
 
38. Mənə elə gəlir ki, yaxınlarım məni pis baĢa düĢür.  
 
39. Çox vaxt mənim ürəyimdə və ya sinəmdə ağrılar olur. 
 
40. Qonaq gedəndə mən adətən bir küncdə otururam ya da ancaq bir 
nəfərlə danıĢıram. 
Məlumatların iĢlənilməsi 
 
 
Müsbət cavabların miqdarını hesablamaq lazımdır. AlınmıĢ nəticə nə 
qədər yüksəkdirsə, nevrozlaĢmanın səviyyəsi də bir o qədər yüksəkdir. 
 
Səviyyələrin interpretasiyası: NevrozlaĢmanın yüksək səviyyəsi aĢkar 
emosional  qıcıqlanmanın  varlığından  xəbər  verir  ki,  bunun  da  nəticəsində 
neqativ  həyəcanlanmalar  (həyəcanlılıq,  gərginlik,  narahatlıq,  çaĢqınlıq, 
əsəbilik) baĢ verir: təĢəbbüskar olamamaqdan xəbər verir, hansı ki, arzuların 
təmin  olunmaması  ilə  bağlı  olan  həyəcanların  yaranmasına  səbəb  olur: 
eqosentrik Ģəxsiyyətə çevrilməkdən xəbər verir, hansı ki, somatik duyğulara 
və  Ģəxi  çatıĢmazlıqlara  yönələn  ipoxondrik  fiksasiyaya  səbəb  olur; 
nevrozlaĢmanın  yüksək  səviyyəsi  həm  də  ünsiyyətdə  çətinliklərdən,  sosial 
asılılıqdan və cəsarətsizlikdən də xəbər verir.  
 
NevrozlaĢmanın  aĢağı  səviyyəsi  isə  emosional  sabitlikdən, 
həyəcanların  sakit  fonundan  (sakitliyın  aĢağı  səviyyəsi  isə  emosional 
sabitlikdən, 
həyəcanların 
sakit 
fonundan 
(sakitlik, 
optimizm), 
təĢəbbüskarlıqdan, Ģəxsi həqiqət hissindən, müstəqillikdən, sosial cəsarətdən, 
asanlıqla ünsiyyətə girməkdən xəbər verir. 
 
A.BASS VƏ A.DARKI. 
AQRESSĠYANIN GÖSTƏRĠCĠLƏRĠ VƏ FORMALARININ 
DĠAQNOSTĠKASININ METODĠKASI 
A.K.Osnitski tərəfindən uyğunlaĢdırılmıĢdır. 
VerilmiĢ  mülahizələri  oxuyaraq  və  ya  dinləyərək  onların  sizin 
davranıĢ  stilinizə,  sizin  həyat  tərzinizə  nə  qədər  uyğun  gəldiyini  təxminən 
müəyyən edin və dörd mümkün cavabdan ―bəli‖, ―yəqin ki, bəli‖, ―yəqin ki, 
xeyir‖, ―xeyr‖ – birini seçin. 
 
1.  Bəzən  mən  kimə  isə  ziyan  vurmaq  arzusunun  öhdəsindən  gələ 
bilmirəm. 
 
2. Bəzən sevmədiyim insanlar haqqında qeybət edirəm.  
 
3. Asanlıqla özümdən çıxıram, amma asanlıqla da sakitləĢirəm. 
 
4.  Əgər  məndən  lazımi  qaydada  xahiĢ  etməsələr,  xahiĢi  yerinə 
yetirmərəm. 

124 
 
 
5. Mən mənə çatmalı olanları heç də həmiĢə ola bilmirəm. 
 
6. Mən bilirəm ki, adamlar arxamca danıĢırlar. 
 
7. Əgər mən baĢqa adamların hərəkətlərini bəyənmirəmsə, onda bunu 
onlara hiss etdirirəm. 
 
8. Mən birini aldatmalı olanda vicdan əzabı çəkirəm. 
 
9. Mənə elə gəlir ki, mən adam vurmağı bacarmaram. 
 
10. Mən o dərəcədə əsəbləĢmirəm ki, əlimə keçəni ora-bura tullayım. 
 
11. BaĢqalarının nöqsanlarına qarĢı həmiĢə güzəĢtlə yanaĢıram. 
 
12.  QoyulmuĢ  qaydalardan  xoĢum  gəlməyəndə  mən  onları  pozmaq 
istəyirəm. 
 
13. BaĢqa  adamlar əlveriĢli  Ģəraitdən demək olar ki,  həmiĢə istifadə 
edə bilirlər. 
 
14.  Mənə  qarĢı  gözlədiyimdən  daha  çox  dostcasına  yanaĢan 
adamlardan ehtiyatlanıram. 
 
15. Mən çox vaxt adamlarla razılaĢmıram. 
 
16.  Bəzən  mənim  ağlıma  elə  fikirlər  gəlir  ki,  mən  onlara  görə 
utanıram. 
 
17. Əgər biri məni vursa mən eyni Ģeylə ona cavab qaytara bilmərəm. 
 
18. Mən əsəbləĢəndə qapıları çırpıram. 
 
19. Mən kənardan göründüyümdən daha çox əsəbiyəm. 
 
20. Əgər biri özünü rəis kimi aparırsa mən ona qarĢı çıxıĢ edirəm. 
 
21. Mənim taleyim məni kədərləndirir. 
 
22. DüĢünürəm ki, insanların çoxu məni sevmir. 
 
23.  Əgər  insanlar  mənimlə  razılaĢmırsa,  özümü  onlarla  mübahisə 
etməkdən saxlaya bilmirəm. 
 
24.  ĠĢləməmək  üçün  aradan  çıxanlar  özlərini  təqsirkar  hesab 
etməlidirlər. 
 
25.  Məni  və  ya  mənim  ailəmi  təhqir  edən  Ģəxs  yəqin  ki,  dalaĢmaq 
istəyir. 
 
26. Mən kobud zarafatlar edə bilmirəm. 
 
27. Biri məni ələ salıb güləndə məni qəzəb bürüyür. 
 
28.  Adamlar  özlərini  rəis  kimi  aparmağa  baĢlayanda  hərdən  hesab 
edirəm ki, onlar ―qudurub‖ özlərindən çıxmasınlar. 
 
29.  Demək  olar  ki,  hər  həftə  zəhləm  gedən  adamlardan  birini 
görürəm. 
 
30. Çoxları mənə paxıllıq edirlər. 
 
31.  Mən  tələb  edirəm  ki,  insanlar  mənim  hüquqlarıma  hörmət 
etsinlər. 
 
32. Mən valideyinlərim üçün az Ģey etdiyim üçün kədərlənirəm. 
 
33.  Bizi  daim  təngə  gətirən  adamlar  burunlarından  çırtma  ilə 
vurulmağa layiqdirlər. 
 
34. Bəzən mən qəzəbdən qaĢqabaqlı oluram. 

125 
 
 
35.  Mənimlə  layiq  olduğumdan  daha  pis  rəftar  ediləndə  mən  buna 
görə məyus olmuram. 
 
36.  Kimsə  məni  özümdən  çıxarmaq  istəyəndə,  mən  ona  fikir 
vermirəm. 
 
37.  Mən  buna  biruzə  verməsəm  də,  hərdən  paxıllıq  mənim  içimi 
yeyir. 
 
38. Bəzən mənə elə gəlir ki, hamı mənə gülür. 
 
39. Mən hətta hirslənəndə də kobud söyüĢlər söymürəm. 
 
40. Günahlarımın bağıĢlanmasını istəyirəm. 
 
41. Hətta biri məni vursa da, nadir hallarda zərbəyə zərbə ilə cavab 
verirəm. 
 
42. Bəzən mənim dediyim kimi olmayanda inciyirəm. 
 
43. Bəzən adamları yanımda görəndə əsəbləĢirəm. 
 
44. Mən heç kəsə sözün əsl mənsında nifrət etmirəm. 
 
45. Mənim prinsipim belədir: ―heç vaxt yadlara etibar etmə‖. 
 
46.  Biri  məni  əsəbləĢdirəndə  mən  onun  haqqında  düĢündüyün  hər 
Ģeyi onun üzünə deməyə hazıram. 
 
47. Sonradan peĢmançılığını çəkdiyim çoxlu Ģeylər edirəm. 
 
48. Mən hirslənəndə kimi isə vura bilərəm. 
 
49. On yaĢımdan bəri mən möhkəm hirslənməmiĢəm. 
 
50.  Çox  vaxt  özümü  partlamağa  hazır  olan  barıt  çəlləyinə 
bənzədirəm. 
 
51.  Mənim  nə  hiss  etdiyimi  bilsəydilər  məni  yola  gediləsi  mümkün 
olmayan adam hesab edərdilər. 
 
52.  HəmiĢə  düĢünürəm  ki,  görəsən  hansı  gizli  səbəblər  insanları 
mənə, mənə xoĢ olan bir Ģey etməyə məcbur edir. 
 
53. Mənim üstümə qıĢqıranda mən də cavabında qıĢqırıram. 
 
54. Uğursuzluqlar məni məyus edir. 
 
55. Mən baĢqalarından nə tez – tez nə də gec – gec dalaĢmıram. 
 
56. Çox acıqlı olduğum üçün əlimə keçən hər Ģeyi bir-bir sındırdığım 
yadıma gəlir. 
 
57. Bəzən hiss edirəm ki, davanı birinci baĢlamağa hazıram. 
 
58.  Bəzən  hiss  edirəm  ki,  həyat  mənimlə  ədalətsizcəsinə  rəftar 
etmiĢdir. 
 
59.  Əvvəllər  elə  bilirdim  ki,  insanların  çoxu  düz  danıĢır,  amma  indi 
buna inanmıram. 
 
60. Ancaq hirslənəndə söyüĢ söyürəm. 
 
61. Düzgün hərəkət etməyəndə vicdan əzabı çəkirəm. 
 
62.  Əgər  öz  hüquqlarımı  müdafiə  etmək  üçün  güc  tətbiq  etmək 
lazımdırsa, mən bunu edərəm. 
 
63. Bəzən öz qəzəbimi stolu çırpmaqla ifadə edirəm. 

126 
 
 
64.  XoĢuma  gəlməyən  adamlara  qarĢı  münasibətdə  bir  qədər  kobud 
oluram. 
 
65. Mənim mənə ziyan vura biləcək düĢmənlərim yoxdur. 
 
66.  Mən  hər  hansı  bir  adamı  o,  buna  layiq  olsa  da,  yerində  oturda 
bilmirəm. 
 
67. Çox vaxt düĢünürəm ki, düzgün yaĢamıram. 
 
68. Məni dalaĢmağa vadar edə biləcək adamlar tanıyıram. 
 
69. Xırda Ģeylərə görə məyus olmuram. 
 
70. Ġnsanların məni hirsləndirməyə və ya təhqir etməyə cəhd etmələri 
haqqında fikir mənim baĢıma nadir halda gəlir. 
 
71.  Çox  vaxt  insanları  sadəcə  olaraq  hədələyirəm,  amma  hədələri 
həyata keçirmək niyyətim olmur. 
 
72. Son vaxtlar mən çox zəhlətökən olmuĢam. 
 
73. Mübahisə edəndə çox vaxt səsimi qaldırıram. 
 
74. Ġnsanlara olan pis münasibəti gizlətməyə çalıĢıram. 
 
75. Nəyə görə isə mübahisə etməkdənsə razılaĢsam yaxĢıdır. 
 
Adi  Ģəraitdə  məlumatların  iĢlənməsi  zamanı  ―bəli‖,  ―yəqin  ki,  bəli‖ 
cavabları  birləĢdirilir  (―bəli‖  cavabı  kimi  toplanırlar),  eləcə  də  ―xeyr‖  və 
―yəqin ki, xeyr‖ cavabları da (―xeyr‖ cavab kimi toplanırlar) birləĢdirilir. 
Açar 1  
(sınağın sorğu üzrə nəticələrinin iĢlənilməsi üçün) 
1.  Fiziki aqressiya (ə* = 11): 
1+, 9-, 17-, 25+, 33+, 41+, 48+, 55+, 62+, 68+. 
2. Verbal aqrssiya (ə = 8): 
7+, 15+, 23+, 31+, 39-, 46+, 53+, 60+, 66-, 66-, 71+, 73+, 74-, 75-. 
3. Dolayı aqressiya (ə = 13): 
 
2+, 10+, 18+, 26-, 34+, 42+, 49-, 56+, 63+. 
4. Neqativizm (ə = 20): 
 
4+, 12+, 20+, 28+, 36-. 
5. Əsəbilik (ə = 9): 
 
3+, 11-, 19+, 27+, 35-, 43+, 50+, 57+, 64+, 69-, 72+. 
6. ġübhəlik (ə = 11): 
 
6+, 14+, 22+, 30+, 38+, 45+, 52+, 59+, 65-, 70-. 
7. Ġnciklik (ə = 13): 
 
5+, 13+, 21+, 29+, 37+, 44+, 51+, 58+. 
8. Təqsirkarlıq (ə = 11): 
 
8+, 16+, 24+, 32+, 40+, 47+, 54+, 61+, 67+. 
 
* əmsal deməkdir 
Nömrəsində  ―-―  niĢanı  olan  suallar  həm  də  cavabların  əks  niĢanla 
qeyd olunmasını tələb edirlər: əgər cavab ―bəli‖ olubsa, onda biz onu ―xeyr‖, 
əgər  cavab  ―xeyr‖  olubsa,  ―bəli‖  kimi  qeyd  edirik.  Aqressivliyin  hər  bir 
parametrində  mötərizələrdə  göstərilmiĢ  əmsala  vurulmuĢ  balların  miqdarı 

127 
 
müqayisə  üçün  əlveriĢli  olan  normalaĢdırılmıĢ  göstəricilər  əldə  etməyə 
imkan verir, hansılar ki, fərdi və qrup nəticələrini xarakterizə etməyə imkan 
verir (sıfır qiymətlər nəzərə alınmır). 
 
Açar № 2  
(və nəticələrin analizi üçün blank) 
―1‖ 
―2‖ 
―3‖ 
―4‖ 
―5‖ 
―6‖ 
―7‖ 
―8‖ 
1+ 
2+ 
3+ 
4+ 
5+ 
6+ 
7+ 
8+ 
9- 
10+ 
11- 
12+ 
13+ 
14+ 
15+ 
16+ 
17- 
18+ 
19+ 
20+ 
21+ 
22+ 
23+ 
24+ 
25+ 
26- 
27+ 
28+ 
29+ 
30+ 
31+ 
32+ 
33+ 
34+ 
35- 
36- 
37+ 
38+ 
39- 
40+ 
41+ 
42+ 
43+ 
 
44+ 
45+ 
46+ 
47+ 
48+ 
49- 
50+ 
 
51+ 
52+ 
53+ 
54+ 
55+ 
56+ 
57+ 
 
58+ 
59+ 
60+ 
61+ 
62+ 
63+ 
64+ 
 
 
65- 
66- 
67+ 
68+ 
 
69- 
 
 
70- 
71+ 
 
 
 
72+ 
 
 
 
73+ 
 
 
 
 
 
 
 
74- 
 
 
 
 
 
 
 
75- 
 
11 
13 

20 
13 
11 

 
 
 
Yekun göstəricilər: 
(―1‖  +  ―2‖  +‖3‖)  :  3=  AĠ  –  aqressivlik  indeksi  (―6‖  +  ―7‖)  :  2=  DĠ  – 
düĢmənçilik indeksi. 
 
A.  Bass  və  A.Darki  aqressiyanın  onların  rəyinə  görə  mühüm  olan 
göstəricilərini və formalarını aĢkara çıxarmaq üçün sorğu təklif ediblər. 
 
1.  Fiziki  qüvvənin  baĢqa  Ģəxsə  qarĢı  yönəldilməsi  –  FĠZĠKĠ 
AQRESSĠYA. 
 
2.  Neqativ  hisslərin  forma  vasitəsilə  (dava-dalaĢ.  qıĢqırıq,  zingilti), 
eləcədə  baĢqa  adamlara  qarĢı  yönəldilmiĢ  söz  birləĢmələrinin  məzmunu 
(hədə-qorxu, qarğıĢlar, söyüĢ) ilə edilməsi – VERBAL AQRESSĠYA. 
 
3. BaĢqalarına qarĢı yönəldilmiĢ qeybətlərin, zarafatların dolayı yolla 
ifadəsi  və  istiqamətlənməmiĢ,  nizamlanmamıĢ  qəzəb  partlayıĢları  (qıĢqırıq, 
ayaqları yerə çırpmaq və s.) – DOLAYI AQRESSĠYA. 
 
4. Adətən nüfuza və rəhbərliyə qarĢı yönəldilmiĢ müxalifətçi davranıĢ 
forması, hansı ki, tələblərə, qaydalara, qanunlara passiv müqavimətdən aktiv 
hərəkətlərə qədər inkiĢaf edə bilər – NEQATĠVĠZM. 
 
5.  ƏsəbləĢməyə  meyllilik,  azacıq  qıcıqlanma  nəticəsində 
coĢqunluqla, kəskinliklə, kobudluqla cavab verməyə hazırlıq – ƏSƏBĠLĠK. 

128 
 
 
6. Ġnsanlara münasibətdə inamsızlığa və ehtiyatlılığa meyllilik, hansı 
ki, ətrafdakıların zərər vurmaq nniyyətində olduğuna olan inamdan irəli gəlir 
– ġÜBHƏLĠLĠK. 
 
7. Məhz kimdənsə və ya bütün dünyadan əsil və ya uydurma əzablara 
görə narazılıq, qəzəb hissi ilə ĢərtləndirilmiĢ paxıllıq və nifrətin ətrafdakılara 
qarĢı biruzə verilməsi – ĠNCIKLIK. 
 
8. Müayinədən keçirilənin özünün pis adam olması, pis hərəkətlər  – 
zərərli,  qəzəbli  və  ya  vicdansızcasına  etməsi  haqqında  mümkün  olan 
inamından  irəli  gələn  münasibət  və  hərəkətlər  –  özünə  və  ətrafdakılara  – 
AQRESSĠYA və ya TƏQSĠRKARLIQ HĠSSĠ. 
 
Sorğuda  bəzi  motivasion  təhriflər  (məsələn,  sosial  arzuolunmazlıqla 
əlaqədar olaraq) ola bilər. Əldə olunmuĢ məlumatların etibarlı olmasını əlavə 
olaraq yoxlamaq tələb olunur (ya retestin, ya da digər metodikaların yardımı 
ilə). Bu sorğunun məktəb Ģagirdləri (altıncı sinifdən  yuxarı) və müəllimləri 
(fənn müəllimləri və ―psixoloq‖ ixtisası üzrə təcrübə keçən müəllimlər) ilə iĢ 
zamanı  tətbiqi  sonrakı  korreksiya  iĢi  üçün  kifayət  qədər  diaqnostik  və 
konstruktivdir. 
 
Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin