Psixodiaqnostika


Kompensasiya göstəriciləri



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix18.03.2017
ölçüsü3,79 Kb.
#11830
1   2   3   4   5   6   7   8   9   ...   22

Kompensasiya göstəriciləri. Stress, həyəcan mənbəyi (hansı isə əsas rənglə 
ifadə  olunmuĢ,  6-cı  və  8-ci  mövqelərdə  yerləĢdirilmiĢ)  olduğu  halda  1-ci 
mövqeyə  qoyulmuĢ  rəng  kompensasiya  (motivlə,  əhvali  –  ruhiyyə  ilə, 
davranıĢla kompensasiya edən) göstəricisi kimi nəzərdən keçirilir. Bu halda 
birinci  yeri  tutan  rəqəmin  üstündə  S  hərfi  yazılır.  Kompensasiyanın  əsas 
rənglərdən  birinin hesabına getməsi çox və ya az dərəcədə normal hal hesab 
olunur. Bununla belə, stress və kompensasiya faktının olması həmiĢə kifayət 
qədər optimal vəziyyətin olmamasından xəbər verir. 
 
Kompensasiya  əlavə  rənglərin  hesabına  getdiyi  halda  testin  nəticələri 
neqativ  vəziyyətin,  neqativ  motivlərin,  əhatəedici  situasiyaya  neqativ 
münasibətin göstəriciləri kimi Ģərh olunurlar. 
 
Həyəcan intensivliyinin göstəriciləri əsas rənglərin tutduğu mövqe ilə 
xarakterizə olunur. Əgər əsas rəng  6-cı  yerdədirsə, həyəcanı  yaradan faktor 
nisbətən zəif hesab olunur (bu bir nida iĢarəsi ilə qeyd olunur); əgər rəng 7-ci 
mövqedədirsə iki n ida iĢarəsi (!!) qoyulur; 
 
Əgər  əsas  rəng    8-ci  mövqedədirsə  üç  nida  iĢarəsi  (!!!)  qoyulur. 
Beləliklə, stressin, həyacanın mənbəyini xarakterizə edən 6 iĢarə qoyula bilə, 
məsələn: 
                               !   !!      !!! 
 
   
 
A       A       A 
                              2        1        4 
 
ƏlveriĢsiz  kompensasiya  halları  da  bu  Ģəkildə  qiymətləndirilə  bilər. 
əgər kompensasiya rolunu əsas rənglərdən biri və ya bənövĢəyi rəng oyanırsa 
onda  heç  bir  iĢarə  qoyulmur.  Əgər  boz,  qəhvəyi  və  ya  qara  rəng  3-cü 

67 
 
mövqeyi tutursa bir nida iĢarəsi, əgər 2-ci mövqeyi tutarsa iki nida iĢarəsi (!!), 
əgər 1-ci mövqeyi tutarsa üç nida iĢarəsi (!!!) qoyulur. Beləliklə onların sayı 
6 ola bilər, məsələn: 
                               !!! !!!    ! 
 
   
 
 S       S     S 
                               +       +     + 
                               6       0      7 
 
Hesab  olunur  ki,  ―!‖  iĢarəsi  nə  qədər  çox  olsa,  proqnoz  bir  o  qədər 
mənfidir.  əldə  olunmuĢ  testləĢdirmə  nəticələrini  nəzərə  almaqla  psixi 
vəziyyətlərin  tənzimlənməsi,  antogen  məĢqlər  üzrə  tədbirlər  təĢkil  etmək 
məqsədəuyğundur. Belə tədbirlərdən (digər metodikalarla birgə) sonra təkrar 
testləĢdirmə  həyəcanın,  gərginliyin  azalması  haqqında  informasiya  verə 
bilər. 
 
TestləĢdirmə  nəticələrinin  interpretasiyası  zamanı  sonuncu  –  8-ci 
mövqedə  (və  ya  4-cü  funksional  qrupda  ―-―  iĢarəli  iki  rəng  olduğu  halda) 
olan  rəngin  qiymətləndirilməsi  xüsusi  vacib  əhəmiyyətə  malikdir.  Əgər  bu 
mövqeyin  rəngləri  nida  iĢarələri  ilə  qeyd  olunublarsa,  deməli,  sınananlarda 
həyəcanlılıq vəziyyətinin inkiĢafı ehtimalı kifayət qədər böyükdür. 
 
Birinci  və  səkkizinci  mövqelərin  əlaqəsinə,  kompensasiyasının  olub  – 
olmamasına,  əgər  varsa  onun  normal  sxem  üzrə  qurulub  –  qurulmamasına 
diqqət verin. 
 
Ikinci və üçüncü mövqelərdə olan rənglərin  əlaqəsini də analiz etmək 
olar  (arzu  olunan  məqsəd  və  faktiki  situasiya).  Onların  arasında  konflikt 
varmı? Məsələn, ikinci mövqedə olan qırmızı rəng və üçüncü mövqedə olan 
boz  rəng  məqsəd,  motivlər  və  öz  vəziyyətinin  real  qiymətləndirilməsi 
arasındakı konflikti simvolizə edir. 
 
LyuĢer  testinin  nəticələrini  analiz  və  interpretasiya  edərək  əldə 
olunmuĢ  psixodiaqnostik  informasiyanı  sınaqdan  keçirilənlər  haqqında 
sənədlərin  öyrənilməsi  anketləĢdirmə,  müĢahidə,  müĢahidə  materialları  ilə 
müqayisə etmək lazımdır. ġəxsiyyəti ancaq bu cür hərtərəfli tədqiq etdikdən 
sonra həmin Ģəxsiyyət, onun psixoloji xüsusiyyətləri haqqında hər hansı bir 
ciddi rəy vermək olar. 
 
Eyni  Ģeyi  test  nəticələrinin  emosional  vəziyyətin,  gərginliyin, 
həyəcanlılığın  qiymətləndirilməsi  üçün  istifadə  perspektivləri  haqqında 
demək  olar.  Amma,  rəng  testinin  (birinci  mövqedə  6,  7,  0  №-li  rənglərin 
seçimi)  göstəriciləri  və  anketləĢdirmə,  müĢahidə  məlumatlarının  üst-üstə 
düĢməsi  sınananlarda  müxtəlif  neqativ  halların  inkiĢaf  etməsi  haqqında 
böyük əminliklə fikir söyləməyə imkan verir. 
 
 
 
 

68 
 
LyuĢer üzrə rəng cütlüklərinin  
Interpretasiyası 
 
Mövqe ―+ +‖ birinci rəng göydür 
 
 
+1  +2  (göy  və  yaĢıl)    -  məmnunluq,  sakitlik  hissi,  sakit  Ģəraitə  can 
atmaq, münaqiĢələrdə, stresslərdə iĢtirak etməkdən uzaq durmaq. 
 
+1  +3  (göy  və  qırmızı)  –  vəhdət  hissi,  sıx  əlaqələrə  aktiv  və  heç  də 
həmiĢə dərk edilməyən meyl. BaĢqaların diqqətinə olan tələbat. 
 
+1 +5 (göy və bənövĢəyi) – yüngül narahatçılıq, zərif əhatəyə tələbat, 
gözəlliyə meyl. 
 
+1  +6  (göy  və  qəhvəyi)  –  narahatlıq  hissi,  tənhalıq  qorxusu, 
konfliktlərdən, stressdən qaçmağa cəhd. 
 
+1  +7  (göy  və  qara)    -  neqativ  vəziyyət,  sakitliyə,  dincəlməyə  cəhd, 
özünə  qarĢı  münasibətdən  razı  qalmamaq,  situasiyaya  qarĢı  neqativ 
münasibət. 
 
+1 +0 (göy və boz) – neqativ vəziyyət, stressdən azad olmağa tələbat, 
sakitliyə, dincliyə can atmaq. 
 
Birinci rəng yaĢıldır 
 
 
+2  +1  (yaĢıl  və  göy)  –  pozitiv  vəziyyət,  tanınmağa,  müvəffəqiyyəti 
təmin edən faəliyyətə can atmaq. 
 
+2  +3  (yaĢıl  və  qırmızı)    -  müvəffəqiyyətə,  müstəqil  qərarlara, 
fəaliyyətdə maneələri aradan qaldırmağa aktiv can atmaq. 
 
+2 +4 (yaĢıl və sarı)  - yüngül narahatlıq, tanınmağa, populyarlaĢmağa 
can atmaq, təəssürat bağıĢlamaq arzusu. 
 
+2  +5  (yaĢııl  və  bənövĢəyi)  –  yüngül  narahatlıq,  tanınmağa, 
populyarlaĢmağa  can  atmaq,  super  təəssüratlar  arzulamaq,  öz  hərəkətlərinə 
qarĢı ətrafdakıların reaksiyasına çox böyük diqqət vermək. 
 
+2 +6 (yaĢıl və qəhvəyi) – məmnuniyyətsizlik, yorğunluq hissi, özünə 
qarĢı ətrafdakıların münasibətinin əhəmiyyətini yenidən dəyərləndirilməsi. 
 
+2 +7 (yaĢıl və qara) – inciklik, qəzəb hissi, münasibətlərdə qəddarlığa, 
avtoritet olmağa can atmaq. 
 
+2 +0 (yaĢıl və boz) – məmnuniyyətsizlik hissi tanınmağa can atmaq, 
təəssürat yaratmaq arzusu. 
 
Birinci rəng qırmızıdır 
 
 
+3  +1  (qırmızı  və  göy)  –  iĢlə  bağlı  həyəcanlılıq,  faəliyyətə, 
təəssüratlara, zövq almaqlara aktiv can atmaq. 

69 
 
 
+3  +2  (qırmızı  və  yaĢıl)  –  iĢlə  bağlı  həyəcanlılıq  məqsədə  aktiv  can 
atmaq,  bütün  çətinlikləri  aradan  qaldırmaq,  öz  fəaliyyətinin  yüksək 
qiymətləndirilməsinə can atmaq. 
 
+3  +4  (qırmızı  və  sarı)  –  iĢlə  əlaqədar  yüngül  həyəcanlanma,  Ģövq, 
optimizm, kontakt yaratmağa, fəaliyyət  sahəsini geniĢləndirməyə can atmaq. 
 
+3  +5  (qırmızı  və  bənövĢəyi)    -  yüksək  həyəcanlılıq,  heç  də  həmiĢə 
yerinə düĢməyən Ģövqlülük, təəssürat bağıĢlamağa meyllilik. 
 
+3  +6  (qırmızı  və  qəhvəyi)    -  neqativ  əhvali  –  ruhiyyə,  uğursuzluğa 
görə dilxorluq, əlveriĢli situasuyadan məhrum olmaq istəməmək. 
 
+3  +7  (qırmızı  və  qara)  –  neqativ  əhvali  –  ruhiyyə,  qəzəb,  əlveriĢsiz 
situasiyadan çıxmağa cəhd etmək. 
 
+3  +0  (qırmızı  və  boz)  –  məmnuniyyətsizlik  hissi,  riskli  fəaliyyətə 
istiqamətlənmə. 
 
Birinci rəng sarıdır 
 
 
+4  +1  (sarı  və  göy)  –  ümumiyyətlə  götürüldükdə  müsbət  əhvali  – 
ruhiyyə, pozitiv emosional vəziyyətə, qarĢılıqlı təmkinliyə can atmaq. 
 
+4  +2  (sarı  və  yaĢıl)  –  ümumiyyətlə  götürüldükdə  müsbət  əhvali  – 
ruhiyyə,  problemləri  həll  etmək  üçün  ilk  yollar  axtarmaq  arzusu, 
özünütəsdiqə can atmaq.  
 
+4  +3  (sarı  və  qırmızı)  –  bir  qədər  yüksək  olan  iĢgüzar  həyəcanlıq, 
geniĢ aktivliyə can atmaq. 
 
+4 +5 (sarı və bənövĢəyi) 
-  çox  da  böyük  olmayan  eyforiya, 
parlaq hadisələrə can atmaq, təəsürat yaratmaq arzusu. 
 
+4  +6  (sarı  və  qəhvəyi)  –  neqativ  əhvali  –  ruhiyyə,  dilxorluq  və 
emosional gərginliyi azlatmaq, dincəlmək tələbatı. 
 
+4 +7 (sarı və qara) 
-  çox  neqativ  əhvali  –  ruhiyyə,  bütün 
problemlərdən  uzaq  durmağa  can  atmaq,  zəruri,  lakin  bir  o  qədər  adekvat 
(uyğun gəlməyən) qərarların qəbul olunmasına meyl. 
 
+4+0  (sarı  və  boz)  -  neqativ  depressiv  əhvali  –  ruhiyyə,  xoĢagəlməz 
vəziyyətdən uzaqlaĢmaq cəhdi, bunu etmək üçün aydın olmayan təsəvvürlər. 
 
Birici rəng bənövĢəyidir 
 
 
+5 +1 (bənövĢəyi və göy) 
-  qeyri  –  müəyyən  əhvali  ruhiyyə, 
həmrəyliyə və harmoniyaya can atmaq. 
 
+5 +2 (bənövĢəyi və yaĢıl) – sayıqlıq, təəssürat yaratmağa can atmaq. 
 
+5  +3  (bənövĢəyi  və  qırmızı)  –  bir  qədər  həyəcanlılıq,  Ģövqlülük, 
təəssürat yaratmağa aktiv can atmaq. 
 
+5  +4  (bənövĢəyi  və  sarı)  -  əsəbilik,  fantaziyalara  qapılmaq,  parlaq 
hadisələrə can atmaq. 

70 
 
 
+5 +6 (bənövĢəyi və qəhvəyi) - əsəbilik, güclü emosional həyəcanlara 
meyllilik. 
 
+5 +7 (bənövĢəyi və qara) – neqativ vəziyyət. 
 
+5 +0 (bənövĢəyi və boz) – gərginlik, özünü konfliktlərdən, stressdən 
uzaq tutmağa can atmaq. 
 
Birinci rəng qəhvəyidir 
 
 
+6  +1  (qəhvəyi  və  göy)  –  gərginlik,  tənhalıq  qorxusu,  qeyri  – 
qənaətbəxĢ situasiyadan çıxmaq arzusu. 
 
+6  +2  (qəhvəyi  və  yaĢıl)  –  narahatlıq  hissi,  səhvələrə  yol  verməmək 
üçün öz üzərində ciddi kontrol etməyə can atmaq. 
 
+6 +3 (qəhvəyi  və qırmızı)  – emosional  gərginliyi aradan qaldırmağa 
aktiv can atmaq. 
 
+6  +4  (qəhvəyi  və  sarı)  –  müsbət  perspektivlərə  inamı  itirmək, 
düĢünülməmiĢ qərarlar qəbul etmək ehtimalı (―mənim heç nə vecimə deyil‖). 
 
+6 +5 (qəhvəyi və bənövĢəyi) – məmnuniyyətsizlik hissi, komforta can 
atmaq. 
 
+6  +7  (qəhvəyi  və  qara)  –  neqativ  vəziyyət  məyusluq,  dincliyə  can 
atmaq, aktivlikdən uzaqlaĢmaq arzusu. 
 
+6 +0 (qəhvəyi və boz) – çox neqativ vəziyyət, mürəkkəb problemlərlə 
mübarizə aparmadan onlardan uzaqlaĢmağa can atmaq. 
 
Birinci rəng qaradır 
 
 
+7  +1  (qara  və  göy)  –  çox  neqativ  vəziyyət,  problemlərdən  qaçmaq 
cəhdi (―sakit buraxsaydılar...‖). 
 
+7 +2 (qara və yaĢıl) - əsəbilik, ətrafdakılara qarĢı qəzəbli münasibət, 
həmiĢə yerinə düĢməyən tərslik. 
 
+7  +3  (qara  və  qırmızı)  –  güclü  əsəbilik,  affektiv  hərəkətlərin  olması 
mümkündür. 
 
+7  +4  (qara  və  sarı)  –  çox  neqativ  vəziyyət,  ümidsizlik,  intihar 
haqqında düĢüncələr. 
 
+7 +5 (qara və bənövĢəyi) – gərginlik, ahəngdarlıq haqqında arzular. 
 
+7  +6  (qara  və  qəhvəyi)  -  əsəbilik,  qeyri-real  məsələlərin  ortalığa 
qoyulması,  narahat  düĢüncələrdən,  əlveriĢsiz  situasiyalardan  uzaqlaĢmağa 
can atmaq. 
 
+7  +0  (qara  və  boz)  –  ümidsizlik,  məhkumluq  hissi,  hər  Ģeyə 
müqavimət göstərmək cəhdi, qeyri – adekvatlıq. 
 
Birinci rəng bozdur 
 

71 
 
 
+0 +1 (boz və göy) – neqativ vəziyyət, sakit situasiya arzusu. 
 
+0 +2 (boz və yaĢıl) – neqativ vəziyyət, ətrafdakılara qarĢı düĢmənçilik 
duyğusu və mühitdən özünü müdafiə etmək arzusu. 
 
+0  +3  (boz  və  qırmızı)  –  neqativ  vəziyyət,  ətrafdakılara  qarĢı 
yüksəldilmiĢ tələblər, həmiĢə adekvat olmayan aktivlik. 
 
+0  +4  (boz  və  sarı)  –  neqativ  vəziyyət,  problemi  həll  etmədən  ondan 
uzaqlaĢmağa cəhd etmək. 
 
+0  +5  (boz  və  bənövĢəyi)  –  narahatlq,  ehtiyatlılıq  hissi,  bu  hissi 
gizlətmək cəhdi. 
 
+0  +6  (boz  və  qəhvəyi)  –  çox  neqativ  vəziyyət,  həyəcanlanmalardan, 
çətin və mürəkkəb olan hər Ģeydən qaçmağa cəhd etmək. 
 
+0 +7 (boz və qara) – çox neqativ vəziyyət, inciklik, sıxıntı keçirmək, 
qeyri adekvat qərarlar ehtimalı. 
 
 
―–  –― mövqeyi. Birinci rəng bozdur 
 
 
-0 -1 (boz və göy) məmnuniyyətsizlik hissi, emosional gərginlik. 
 
-0  -2  (boz  və  yaĢıl)  –  emosional  gərginlik,  pis  situasiyadan  çıxmaq 
arzusu. 
 
-0 -3 (boz və qırmızı) - əsəbilik, çarəsizlik hissi. 
 
-0 -4 (boz və sarı) – həyəcanlılıq, öz gücünə əmin olmamaq. 
 
-0 -5 (boz və bənövĢəyi) – yüngül kontroledici əsəbilik. 
 
-0  -6  (boz  və  qəhvəyi)  –  həyəcanlılıq,  öz  gücündən  əmin  olmamaq, 
amma  bununla  belə  çox  yüksək  tələbkarlıq,  öz  Ģəxsiyyətini  tanıtmağa  nail 
olmaq arzusu. 
 
-0  -7  (boz  və  qara)  –  öz  Ģəxsiyyətinin  hər  hansı  bir  Ģəkildə  inkarı, 
fəaliyyətə aktiv can atmaq. 
 
Birinci rəng göydür 
 
 
-1  -2  (göy  və  yaĢıl)  –  güclü  gərginlik,  neqtiv  stress  vəziyyətindən 
çıxmaq üçün can atmaq. 
 
-1  -3  (göy  və  qırmızı)  –  güclü  gərginlik,  çərasizlik  hissi,  emosional 
situasiyadan çıxmaq arzusu. 
 
-1  –  4  (göy  və  sarı)  –  stressə  yaxın  vəziyyət,  neqtiv  emosional 
təssüratlar, acizlik hissi. 
 
-1 -5 (göy və bənövĢəyi) – stressə yaxın vəziyyət, mürəkkəb qarĢılıqlı 
münasibətlər, imkanların məhdudluğu hissi, höcsələsizlik. 
 
-1 
-6 
(göy  və  qəhvəyi)  –  emosional  məmnuniyyətsizlik, 
özünüməhdudlaĢdırma, yardım axtarıĢı. 
 
-1  -7  (göy  və  qara)  –  stressə  yaxın  vəziyyət,  emosional 
məmnuniyyətsizlik, psixogen situasiyadan çıxmaq arzusu. 

72 
 
 
-1  -0  (göy  və  boz)  –  bir  qədər  sıxılmıĢ  vəziyyət,  həyəcanlılıq,  özümü 
perspektivsiz hiss etmək. 
 
Birinci rəng yaĢıldır 
 
 
-2  -1  (yaĢıl  və  göy)  –  sıxılmıĢ  vəziyyət,  öz  gücünə  inamsızlıq,  pis 
situasiyadan çıxmağa can atmaq. 
 
-2  -3  (yaĢıl  və  qırmızı)  –  güclü  əsəbilik,  ağır  təssüratlar,  mühitlə 
münasibətlərinin  düĢməncəsinə  olduğunu  düĢünür,  affekt  hərəkətlər  etməyi 
mümkündür. 
 
-2  -4  (yaĢıl  və  sarı)  –  frustrasiyaya  yaxın  vəziyyət,  ümidsizlik  hissi, 
qətiyyətsizlik. 
 
-2  -5  (yaĢıl  və  bənövĢəyi)  –  stressə  yaxın  vəziyyət,  öz  gücünə 
inamsızlıq, ləyaqətini təhqir olunmuĢ kimi hiss etmək. 
 
-2 -6 (yaĢıl və qəhvəyi) – stressə yaxın vəziyyət, qeyri-adekvat Ģəkildə 
yüksəldilmiĢ özünükontrol, tanınmağa olan əsassız cəhdlər. 
 
-2  -7  (yaĢıl  və  qara)  –  ambisiyalı  tələblərin  məhdudlaĢdırılması 
səbəbindən frustrasiya vəziyyəti, kifayət qədər olmayan məqsədyönlülük. 
 
-2 – 0 (yaĢıl və boz) – frustrasiya vəziyyəti, bir sıra uğursuzluqlara görə 
əsəbilik, iradə keyfiyyətlərinin aĢağı düĢməsi. 
 
Birinci rəng qırmızıdır 
 
 
-3  -1  (qırmızı  və  göy)  –  sıxıntılı  əsəbilik,  hirslilik,  hövsəsizlik,  yaxın 
adamlarla yaranan neqativ münasibətlərdən çıxıĢ yolu axtarmaq. 
 
-3  -2  (qırmızı  və  yaĢıl)  –  qeyri-adekvat  özünüqiymətləndirməyə  görə 
stress vəiyyəti. 
 
-3  -4  (qırmızı  və  sarı)  –  bədgümanlıq,  həyəcənlılıq,  mühitin  qeyri-
adekvat qiymətləndirməsi, özününzü təmizə çıxarmağa cəhd etmək. 
 
-3  -5  (qırmızı  və  bənövĢəyi)  –  qarĢılıqlı  anlaĢmaya  nail  olmaq 
cəhdlərinin  puça  çıxması  səbəbindən  stress  vəziyyəti,  inamsızlıq,  çarəsizlik 
hissi, Ģəfqət arzusu. 
 
-3  -6  (qırmızı  və  qəhvəyi)  –  bəzən  seksual  özünü  məhdudlaĢdırma 
səbəbindən  baĢ  verən  güclü  gərginlik,  dostluq  əlaqələrinin  olmaması,  öz 
gücünə inamsızlıq. 
 
-3  -7  (qırmızı  və  qara)  –  dərin  ümidsizlik,  frustrasiya,  həyəcan  hissi, 
konfliktli  problemi  həll  etməkdə  acizlik  vəziyyətdən  nə  yolla  olur-olsun 
çıxarmaq arzusu və buna nail olacağına inamsızlıq. 
 
-3  -0  (qırmızı  və  boz)  –  özünü  güclə  ələ  almaq,  perspektivlərin 
itirilməsini hiss etmək, sinir yoğunluğu ehtimalı. 
 
Birinci rəng sarıdır 

73 
 
 
 
-4  -1  (sarı  və  göy)  –  ümidsizlik  hissi,  stressə  yaxın  vəziyyət,  neqativ 
emosiyaları böğmağa can atmaq. 
 
-4 -2 (sarı və yaĢıl) – qərarsızlıq, həyəcanlılıq, ümidsizlik vəziyyəti. 
 
-4-  3  (sarı  və  qırmızı)  –  qızğınlıqla  müĢayiət  olunan  stress  vəziyyəti, 
uğur  qanzanmağa  Ģübhə  ilə  yanaĢmaq,  real  imkanlara  əsaslanmayan 
tələbələr, özünə bəraət qazandırmaq. 
 
-4 -5 (sarı və bənövĢəyi) – emosional məyusluq və narahatlıq, həyəcan, 
ümidsizlik hissi. 
 
-4  -7  (sarı  və  qara)  –  gərginlik,  inamsızlıq,  ehtiyatlılıq  hissi,  kənar 
kontroldan qaçınmağa can atmaq. 
 
-4 -0 (sarı və boz) – gərginlik, vacib olan nəyi isə itirmək, imkanı əldən 
buraxmaq hissi, gərgin gözləmək. 
 
 
Birinci rəng bənövĢəyidir 
 
 
-5  -1  (bənövĢəyi  və  göy)  –  aktivliyistimullaĢdıran  məmnuniyyətsizlik 
hissi, əməkdaĢlığa can atmaq. 
 
-5  -2  (bənövĢəyi  və  yaĢıl)  –  baĢ  tutmamıĢ  özünütəsdiqə  görə  stress 
vəziyyəti. 
 
-5  -3  (bənövĢəyi  və  qırmızı)  –  aktiv,  bəzən  də  düĢünülməmiĢ 
uğursuzluqlara görə stress vəziyyəti. 
 
-5 -4 (bənövĢəyi və sarı) – sayıqlıq, Ģübhəlilik, məyusluq, qapalılıq. 
 
-5  -6  (BənövĢəyi  və  qəhvəyi)  –  arzu  olunan  qarĢılıqlı  münasibətlərin 
pozulması səbəbindən yaranan stress, baĢqalarına qarĢı yüksək tələbkarlıq. 
 
-5  -7  (bənövĢəyi  və  qara)  –  müstəqil  qərar  qəbulundakı 
məhdudiyyətlərə  görə  gərginlik,  qarĢılıqlı  anlaĢmaya,  fikirləri  aydın  ifadə 
etməyə can atmaq. 
 
-5  -0  (bənövĢəyi  və  boz)  –  hövsələsizliyi  biruzə  vermək,  amma  eyni 
zamanda  özünü  kontrol  etməyə  cəhd  etmək,  hansı  ki,  müəyyən  emosional 
oyanmaya səbəb olur. 
 
Birinci rəng qəhvəyidir 
 
 
-6 -1 (qəhvəyi və göy) – neqativ vəziyyət, xidmətlərin (real və ya fərz 
edilən) kifayət qədər qiymətləndirilməsi səbəbindən məmniniyyətsizlik hissi, 
özünüməhdudlaĢdırma və özünü kontrola can atmaq. 
 
-6  -2  (qəhvəyi  və  yaĢıl)  –  həddindən  ziyadə  özünükontrol  səbəbindən 
neqativ vəziyyət, hamıdan fərqlənməyə olan inadkarcasına arzu və buna nail 
olacağından Ģübhələnmək. 
 
-6  -3  (qəhvəyi  və  qırmızı)  –  erotik  və  bioloji  tələbatların  boğulması 
səbəbindən stress vəziyyəti, stressdən çıxmaq üçün əməkdaĢlığa can atmaq. 

74 
 
 
-6 -4 (qəhvəyi və sarı) – özünə əminlik və qayğısızlıq maskası altında 
həyəcanı gizlətmək cəhdi səbəbindən gərginlik. 
 
-6 -5 (qəhvəyi və bənövĢəyi) – hissi ahəngdarlığa olan meyillərin təmin 
olunmaması səbəbindən neqativ vəziyyət. 
 
-6  -7  (qəhvəyi  və  qara)  –  tabeçilikdən  çıxmağa  cəhd  etmək,  müxtəlif 
qadağalara neqativ münasibət. 
 
-6  -0  (qəhvəyi  və  boz)  –  bioloji,  seksual  tələbatların  boğulması 
səbəbindən stress vəziyyəti. 
 
Birinci rəng qaradır 
 
 
-7  -1  (qara  və  göy)    -  yardım,  dəstək  almaq  arzusunun  gizlədilməsi 
səbəbindən narahatlıq vəziyyəti. 
 
-7  -2  (qara  və  yaĢıl)  –  arzu  edilən  fəaliyyət  azadlığının 
məhdudlaĢdırılması səbəbindən frustrasiyaya yaxın vəziyyət. 
 
-7  -3  (qara  və  qırmızı)  –  gözlənilən  situasiyadann  yaranan  məyusluq 
səbəbindən stress vəziyyəti, emosional oyanma. 
 
-7 -4 (qara və sarı) – sonrakı uğursuzluqların qorxusu səbəbindən stress 
vəziyyəti, ağıllı kompromislərdən imtina. 
 
-7 -5 (qara və bənövĢəyi) – ideallaĢdırılmıĢ situasiyaların axtarıĢı. 
 
-7  -6  (qara  və  qəhvəyi)  –  xoĢa  gəlməyən  məhdudiyyətlər,  qadağalar 
səbəbindən  stress  vəziyyəti,  məhdudiyyətlərə  müqavimət  göstərmək, 
adilikdən uzaqlaĢmaq cəhdi. 
 
-7 -0 (qara və boz) – qeyri-qənaətbəxĢ situasiyadan çıxmaq cəhdi. 
 
Birinci rəng bozdur 
 
 
-0 -1 (boz və göy) – bir qədər gərginlik, neqativ hisslərə qarĢı  durmaq 
cəhdi. 
 
-0 -2 (boz və yaĢıl) – həddindən artıq gərginlik, yorğunluq səbəbindən 
neqativ vəziyyət. 
 
-0  -3  (boz  və  qırmızı)  –  boğuq  narahatlıq,  affektiv  hərəkətlərin 
mümkünlüyü, əsəbilik. 
 
-0 -4 (boz və sarı) – həyəcanlılıq, inamsızlıq hissi. 
 
-0  -5  (boz  və  bənövĢəyi)  –  hissi  təəssüratların  boğulması  ilə  əlaqədar 
olan gərginlik. 
 
-0 -6 (boz və qəhvəyi) - əlverisiz situasiyadan çıxmağa cəh göstərmək, 
bir qədər yüksəldilmiĢ özünüqiymətləndirmə. 
 
-0  -7  (boz  və  qara)  -  əlveriĢsiz  situasiyadan  çıxmağa  cəhd  göstərmək, 
gələcəkdə yaxĢı perspektivlərə ümid bəsləmək. 
 
M.LyuĢer  xüsusi  cədvəl  tərtib  etmiĢdir.  Cədvəldə  rənglərin  müxtəlif 
mövqelərdə  birləĢməsi  qeyd  olunmuĢdur,  onlar  sınananların  yaĢadığı 

75 
 
konfliktləri  əks  etmək  üçün  (bu  konfliktlərin  motivlərinə  toxunmadan) 
nəzərdə tutulmuĢdur. Ciddi konfliktləri əks edən ilk iki və son iki mövqeyi 
rəng dəsti ilə birlikdə nəzərdən keçirək: 
 
 
Mövqe 1,2 
7,8 


xx 


xx 
 


xx 


xxx 
 


xxx 


xx 
 


xx 


xx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xx 


xx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xxx 


xx 
 


xxx 


xxx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xx 


xx 
 


xx 


xxx 
 


xx 


xxx 
 


xx 


xxx 
 
 
 
 


xx 
 
 
 
 


xx 
 
 
 
 


xx 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin