Sərbəst və müstəqil(SM) öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi(əlavə yox)
Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
vergilər və dövlət büdcəsi;
amnistiya və əfv etmə;
seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
M a d d ə 4 . Xalqı təmsil etmək hüququ
Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.(Prezident, deputat,bələdiyyə üzvləri )
M a d d ə 5 . Xalqın vahidliyi
Azərbaycan xalqı vahiddir.
Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
Dostları ilə paylaş: |