Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   22   23   24   25   26   27   28   29   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
55 
Hər hansı bir sahədən bəhs edərkən fikrimizi çatdırmaq, 
müxtəlif məsələlərin incəliklərinə varmaq üçün biz zəngin söz 
ehtiyatına ehtiyac duyuruq. Məhz bu zaman terminlər bizim 
köməyimizə gəlir. Dilin öz lüğət tərkibi, daxili imkanlar 
əsasında termin yaradıcılığı prosesi iqtisadiyyat elm sahəsindən 
də yan keçməmişdir. Bu sahədə alınma terminlər üstünlük 
təşkil etsə də, xeyli sayda dilin daxili imkanları əsasında 
yaranmış terminlərə də rast gəlinir. Belə ki, iqtisadi 
terminologiyasının formalaşmasında dialekt sözlərdən mənbə 
kimi geniş şəkildə istifadə olunmuşdur. Məsələn: barat sözü 
iqtisadiyyat sahəsində “qarşılıqlı hesablaşmalarda müəssisələr, 
təşkilatlar, vətəndaşlar tərəfindən pulun köçürülməsi üsulu” 
deməkdir [178,s.97]. Bu söz Salyanda “vurulmuş ziyan üçün 
alınan xərc” mənasında işlənir [150,s.39]. Tarixə nəzər salsaq, 
barat sözü qədim türk sözüdür və müasir dövrdə işlək olan 
mənası, termin kimi xüsusiləşmiş mənasına yaxındır. Beləliklə, 
aydın olur ki, hər iki halda “barat” sözü iqtisadi prosesdə 
anlayış ifadə edir. 
Bölmə sözü öz ilkin mənasını qorumaqla müasir dövrdə 
nəinki öz işləkliyini qoruyub saxlayıb, eyni zamanda, 
iqtisadiyyat sahəsi üzrə xüsusiləşmişdir. Bu söz termin kimi 
2011-ci ildə çap olunmuş “İqtisadi terminlər tezaurusu”nda yer 
almışdır [185,s.15]. Bölmə dialekt sözü Ağbaba, Cəbrayıl, 
Gəncə, Qax, Qazax, Şəki, Şəmkir, Zaqatala, Zəngilanda 
“nəlbəki” 
deməkdir 
[150,s.64]. 
Terminləşdikdə 
isə 
“müəssisənin, təşkilatın rəsmən fərqləndirilmiş hissəsi və onun 
üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə görə 
cavabdeh olan işçilər” mənasını verir. İqtisadi termin kimi 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
56 
bölmələr onlara tapşırılmış işin profili əsasında fərqləndirilir 
[185,s.139]. “Türk dillərinin etimoloji lüğəti”ndə bu söz 
bö:l//bölme formaları “hissə, ayrı otaq” mənalarında işlənir 
[221,s.216].
Göründüyü kimi, yuxarıda qeyd olunan sözlər semantik 
məna dəyişməsi nəticəsində yeni terminoloji vahidə çevrilirlər. 
Semantik məna dəyişməsi nəticəsində yaranan bu terminlər bir 
müddətdən sonra müəyyən leksik əlamətlər kəsb edərək yeni 
xüsusi mənalı söz olurlar. Termin yaradıcılığında bu üsul daim 
əsas vasitələrindən biri olub. Belə ki, H.Zərdabi ümumxalq 
dilini termin yaradıcılığında əsas mənbə götürərək, ayrı-ayrı 
dialekt və şivələrdə istifadə edilən bir çox dil vahidlərini ədəbi 
dilə gətirmişdir. Milli dil əsasında termin yaradıcılığı prosesi 
keçən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində 
sürətləndi və bütün elmi sahələrə öz təsirini göstərdi. Milli 
terminoloji bazanın inkişafında dialekt sözləri hesabına 
terminlərin yaranması botanika sahəsində də baş verir. Bu gün 
botanika - biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir 
elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat 
tərzini, çохalmasını, inkişafını, mənşəyini və s. öyrənir. 
Azərbaycanda botanika elmi bu gün öz inkişafını davam 
etdirməklə yanaşı, sərhədlərini də genişləndirməkdədir. 
Bitkilərdə virus xəstəliklərinin tədqiqi üzrə elmi əlaqələrin 
inkişafı, beynəlxalq tədqiqat proqramlarında birgə iştirak, elmi 
mübadilə və s. üzrə əməkdaşlıq hal-hazırda aktual 
məsələlərdən hesab olunur. Bütün bu hadisələr botanika 
elminin inkişafı ilə yanaşı, bu elm sahəsinin lüğət ehtiyatını 
zənginləşdirir. Məsələn: çətənə dialekt sözü Ağdaş, Daşkəsən, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin