Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
60
vəzərək sözü Kürdəmirdə “yeyilən yabanı bitki adı” deməkdir
[151,s.614],[159,s.191].
Çiriş sözü Ağdam, Cəbrayıl, Gədəbəy,
Mingəçevir, Ordubad, Zəngilanda “yeməli bitki adı”
mənasında işlənir. Sözlərin hər ikisi “Botanika
terminləri
lüğəti”ndə də söz eyni mənada qeyd olunur [151,s.104],
[159,s.218].
Dialektlərdə meyvə ad və növlərini bildirən xeyli sayda
söz var ki, onların bir çoxu botanika sahəsində terminləşmişlər.
Məsələn,
hulu sözü Bakıda “şaftalı növü”, Cəlilabadda isə “cır
armud növü” anlamında işlənir [159,s.217], [151,s.231-232].
“Botanika terminləri lüğəti”ndə isə söz “üzü xovlu iri şaftalı
növü, sarı şaftalı” mənasında qeyd olunur. Şaftalı sözünün
dialektlərdə
şaptal və
hulu variantları da var.
Şaptal sözünə
bulqar qrupu dillərində,
hulu sözünə isə ancaq Azərbaycan
dilində rast gəlinir [96,s.51]. Yaxud,
xətmi sözü Salyanda
“gavalının bir növü” deməkdir. Qeyd olunan məna ilə yanaşı,
“Türk ləhcələrinin sözlüyü” lüğətində sözün “qızılgül” mənası
qeyd olunub [220,s.1684]. Botanikanın
meyvəçilik sahəsində
söz dialektdə işlənən mənada, yəni gavalının bir növü kimi xü-
susiləşmişdir [159,s.216], [151,s.243].
Araşdırmalar göstərir ki, Azərbaycan dilində botanika
terminlərinin formalaşması prosesində dialekt və şivələr mənbə
kimi istifadə olunmuşdur. Bu terminlərin əksəriyyəti ümumtürk
mənşəlidir və bu səbəbdən onların
böyük qismi qədim dövrlə
bağlıdır.
Dialekt sözlərinin müxtəlif bölgələr üzrə fərqli fonetik
variasiyalarına rast gəlinir. Bu fərqli fonetik variasiyaların
yalnız biri elmi dildə özünə yer edə bilir. Məsələn, ə
zgən Xan-