Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
65
dilin öz daxili imkanları hesabına yaranır və onların
formalaşmasında dialekt və şivələr məhsuldar bir mənbə kimi
istifadə olunur. İlk dəfə olaraq A.Cəfərova “Azərbaycan xalq
təbabəti terminləri” adlı tədqiqat işində xalq təbabəti ilə elmi
təbabət terminlərinin qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasına
xüsusi fikir vermişdir. Bu zaman hər iki laya məxsus
terminlərin bir-birindən fərqli
və oxşar cəhətlərinin müəy-
yənləşdirilməsi, elmi təbabət sistemində xalq təbabəti
terminologiyasının rolunun aşkara çıxarılması, nəhayət, elmi
təbabətdə hazırda işlədilən bir sıra qəliz, Azərbaycan dilinin
qayda-qanunları ilə səslənməyən terminlərin xalq təbabəti
terminləri ilə əvəz olunması yollarının
konkret faktlarla
göstərilməsi də ön plana çəkilmişdir [18].
Xəstəlik adı bildirən terminlərin çox qismi dialekt sözləri
hesabına yaranıb. A.Cəfərova yazır: “Xalq təbabəti
terminlərinin bu növü işlənmə dairəsinə görə iki cəhətdən
diqqəti cəlb edir: onların bir qismi yalnız
xalq təbabətində
işlənir və bu sözlərdən müasir dialekt və şivələrimizdə fəal
şəkildə istifadə olunur” [18,s.25]. Bu baxımdan, xalq tə-
babətində işlənmə dairəsi geniş olan terminlərdən biri olan
ağırrıx sözünün semantik tutumu maraqlıdır
. Bu
söz Qərb
dialektində göz xəstəliyinin adıdır və tibbdə “göz xəstəliyi”
kimi qeyd olunur [151,1s.5], [176,s.35]. “Türk dillərinin
etimoloji lüğəti”ndə sözün “xəstə, sağlam olmayan”,
V.V.Radlovun “Türk ləhcələrinin sözlüyü”ndə isə Azərbaycan
bölgələrində işlək olan “ağırlıq, çəki”, “yorğunluq” mənaları
diqqət çəkir [223,s.87], [220,I,161]. Semantik baxımdan sözün
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
66
hələ qədim zamanlarda xalq dilində “xəstəlik” anlamında işlək
olması faktı ortaya çıxır:
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Göründüyü kimi,
ağırrıx sözü ilkin mənasını qorumaqla
müasir dildə elmi terminoloji leksikada yer almışdır. Yaxud,
ala sözü Bakı zonasında “xəstəlik nəticəsində üzdə əmələ gələn
ağ ləkə” mənasında rast gəlinir [150,s.18]. Eyni söz “dəri
xəstəliyi” mənasında tibbi termin kimi işləkdir [175,s.43],
[187,s.15]. Bu sözün maraqlı
semantik tutumu var və bunu
A.Cəfərova belə izah edir: “Ala sözü ilkin semantikasına görə
“rəngbərəng”, “qarışıq rəngli”, “alaca”, “ala-bula”, “əlvan”
mənalarını bildirir. Azərbaycan dilində bu məna ilə əlaqədar
“alabəzək”, “alagəz”, “alaqanad” kimi ifadələr formalaşmışdır”
[18,s.47]. Sözün semantikasının müxtəlif istiqamətlər üzrə
inkişaf etməsinə baxmayaraq, terminoloji leksikada məhz dia-
lektdə işlənən mənası xüsusiləşmişdir.
Xalq təbabətində xəstəlik adı bildirən terminlər haqqında
A.Cəfərova yazır: “Bu sözlərin bəzisini müxtəlif əlyazmalarda-
tibbə aid yazılmış tarixi sənədlərdə və klassiklərin əsərlərində
müşahidə etmək olur” [18,s.20]. Müxtəlif
dialektlərdə işlənən
bu tip xəstəlik adı bildirən sözlərə aid xeyli sayda nümunə var,
məsələn:
sil sözü Qubada “yulaf”, Salyanda “balıq tutmaq üçün
alət”, Zərdabda “vərəm” mənalarında işlənir. Tibb sahəsində
terminləşmiş bu dialekt sözün yalnız “vərəm” mənası
xüsusiləşərək terminləşmişdir [150,s.436], [187,s.185].
İnağ
sözü İmişli, Lənkəranda “xəstəlik adı” deməkdir. Eyni anlamda
sözə “Kliniki terminlər lüğəti”ndə də rast gəlmək mümkündür