Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   2   3   4   5   6   7   8   9   ...   56
Zeynalov Tofiq Zeynal oğlunun dedikləri:--«Niva» Xocalıdan keçəndən sonra Aqil dilxorçuluqdan 

bilmirdi nə etsin. Fevralın 23-də gecə mən və beş nəfər bakılı qaz idarəsinə hücum etmək qərarına gəldik. Aqil, 

İlqar, Cabbar, Cəbrayıl,  İlham və  mən Həsənabaddakı qaz idarəsini mühasirəyə aldıq. Orda çoxlu erməni 

«boyeviki» qalırdı.  Əvvəl biz atəş açdıq. Ermənilər çölə  çıxdıqca atırdıq. Gözətçi erməninin meyidi qüllədən 

asılı qaldı. Orda 12 erməni qulduru öldürdük. Aqil, Cabbar, İlqar bu döyüşdə yaralandılar.  İlqar lap ağır idi. 

Onun 19 yaşı vardı. 

 [16-17]


 

Söz vermişdik ki, bir-birimizin toyunda iştirak edəcəyik. Gətirəndə yolda gülə-gülə «deyəsən, toyumuzu 

görmədik»,—deyib keçindi. Onun meyidini Bakıya aparmaq üçün üç gün vertolyot gözlədik. Üç aya gəlməyən 

vertolyot üç günə də gəlmədi. Onu Xocalı qəbiristanlığında dəfn edib, ehsan verdik. 

İlqar dəfn olunan günün axşamı erməni və rus birləşmələri Xocalıya hücum etdi. Salamat qalan bakılılar 

döyüşə-döyüşə camaatı azad etmək istəyirdilər. Aqil və Cabbar yaralı idi. Xocalılardan Əliyar, Zakir, Camal və 

başqaları Aqili xərəkdə Ağdama doğru gətirirdilər. Naxçıvanikdə Aqil təzədən xərəkdə yaralandı. O yalvarırdı 

ki, məni qoyub gedin. Ancaq Aqil kimi oğlanı heç kəs qoyub getmək istəmirdi. Dolu kimi yağan güllə altında 

Aqil də, Aqili gətirənlərdən də həlak olanlar oldu. 

Ermənilər həlak olanların cəsədlərini elə günə salmışdılar ki, onlar tanınmaz olmuşdular. Birinin başını 

kəsib götürmüşdülər. Jurnalist Nadejda İsmayılova Ağdam məscidində başı  kəsilmiş meyidi görəndə huşunu 

itirib yerə  yıxıldı. həkimlər onu zorla ayılda bildilər. Bu meyid Hafizin meyidi idi. Elçinlərdən isə birinin 

ürəyini çıxarmışdılar. Azad, Azər, Məlikağa, Elşən, balaca İsmayıl, Fariz bəri tərəfdə olduqlarından dostlarının 

köməyinə çata bilməmişdilər. Orda olan on altı nəfərdən on ikisi həlak oldu. Bakılılardan Vidadi, Cabbar, uzun 

İsmayıl, Nizami Xocalı döyüşündən salamat qurtardı. İndi o igidlərdən sağ qalanlar yenə də döyüşür. Xocalının 

və şəhid dostlarının qisasını düşməndən alırlar. 

 

 



10 

 

 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin