Allahyar xocali



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
Kamilin dediklərindən:  —Səhərə        yaxın   meşədə Hümbət kişinin ailəsi ilə, milli ordunun əsgəri 

Tofiq Hüseynovun atası Mirsiyabla, anası Minəşlə, qardaşı Bakirlə, milli ordunun əsgərlərindən Zülfünün və 

Əlövsətin ailələri ilə tapışdım. Meşə ilə  gəlib,  Şelli kəndinə keçmək istəyəndə ermənilər qarşımızı  kəsib bizi 

atəşə tutdular. Hümbət kişinin 18 yaşlı oğlu Eldar ordaca öldürüldü. Ermənilər çox idilər. hamısı da avtomat və 

pulemyotlarla silahlanmışdı. Bizdə cəmi iki dənə avtomat vardı. Biz məcbur olub Qarqar çayına endik. Minəş, 

Mirsiyab, Bəkir başqa səmtə getdilər. Çayda 150-yə qədər adam vardı. Ermənilər onları da geri qayıtmağa atəşlə 

məcbur etdilər. 

Fevralın 26-da gecə saat 10-11 radələrində meşə ilə Abdal-Gülablı  tərəfə yol aldıq. Ancaq camaatda, 

əsasən də, qocalarda, qadınlarda və  uşaqlarda   taqət qalmamışdı. Vahimə, soyuq,   aclıq, yorğunluq hamını 

əldən salmışdı.  Şərqiyyə Usubova və lal əsgər gözlərimin qarşısında keçindilər. Rəşid Kərimov  şikəst 

olduğundan erməni kəndi Dəhrazın yaxınlığında qaldıq. Səhər açılanda ermənilər yaşayan Dəhraz kəndinə 

çıxdıq, erməni səsi eşidəndə geri qayıtmaq istəsək də, bir   şey çıxmadı. Ermənilər bizi mühasirəyə almışdılar. 

Onlar bizi atəşə tutdular. Biz   də onlara atəş      açdıq. Burda Zəhra Salahova, institut tələbəsi, milli ordunun 

əsgəri Mehdi Kərəmoğlu, Astan kişinin oğlu Nadir öldü. Rövşən və bir neçə mesxeti türkü yaralandı. Arvad-




15 

 

uşaqlar qışqırdı ki, bizi qırmayın. Ermənilər səngərdə olduqlarından bizim qüllələr boşa çıxırdı. Nəhayət, bizi 



əsir aldılar. Üst-başımızı  gəzib, Dəhraz kəndinə apardılar.  İki gün Dəhrazda saxlayandan sonra 

 

 



cavanlarımızdan 12 nəfəri ayırıb apardılar və dedilər ki, sizinkilər bizdən bir madar oğlanı öldürüb, ona görə 

bunları öldürəcəyik. Onları bizdən 40-50 metr aralı bir dərəyə apardılar. Avtomatlardan atəş  səsləri gəldi. 

Ancaq-uşaqları öldürüb-öldürmədiklərini görə bilmədik. Onlar aşağıdakılar idi: Usubəli Qarayev, Zakir Usubov, 

Əliyar, Elşad qardaşları, Səyavuş Usubov, Tofiq Zeynalov, Şahin Məmişov, Vüqar Hüseynov, 

[23-24] 

Rövşən 


Həsənov, Elşən Bağırov, Ələddin Paşayev, Ülfət Əliyev. 

Fevralın 29-da on doqquz nəfərimizi «Kamaz» maşınına yığıb Stepanakertə apardılar. Xocalıda 

maşından düşürüb, bizi möhkəm döydülər. Sonra yenidən maşına yığıb, Stepanakertdəki dustaqxanaya aparıb 

saldılar. Bizə bir həftə  nə su, nə  də çörək verdilər. Bizi gündüzlər nəzarətçilər, gecələr isə  şəhər quduzları 

döyürdü. On gündən sonra Qırmızı Xaç Cəmiyyətindən adam gəldi. Bizə bildirdilər ki, sizi döydüyümüzü, ac 

saxladığımızı bildirsəniz, onlar gedəndən sonra sizi güllələyəcəyik. Dedilər ki, deyin bizə gündə 500 qram 

çörək, yatanda yorğan-deşək verirlər.  Əlacsız qalıb, dediklərinə  əməl etməli olduq. Nümayəndələr gedəndən 

sonra üç-dörd adama bir parç su, adambaşına gündə 40-50 qram çörək verirdilər. Mənimlə bir kamerada yatan 

Qaradağlı  Ələstan kişi acından və susuzluqdan öldü. Bizimlə qalan əsirlərdən sağ qalanları bir aydan sonra 

dəyişdirildi. Məni və Yusifi Yerevana, ordan da Gorusa apardılar. Beş aylıq işgəncədən sonra bizi dəyişdilər... 

 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin