Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu :5. CAD – AVTOMATLAŞDIRILMIŞ LAYİHƏLƏNDİRMƏ SİSTEMLƏRİ VƏ



Yüklə 113,81 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix24.12.2023
ölçüsü113,81 Kb.
#190778
1   2   3   4   5   6   7   8
Elmir Huseynli(K.Q)

Mövzu :5. CAD – AVTOMATLAŞDIRILMIŞ LAYİHƏLƏNDİRMƏ SİSTEMLƏRİ VƏ 
ONLARIN NÖVLƏRİ,MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Avtomatlaşdırılmış layihələndirmə sistemləri və onların növləri Avtomatlaşdırılmış 
layihələndirmə sistemlərinin məqsəd və vəzifələri.
Elm və texnikanın inkişafının müasir mərhələsi müxtəlif istehsal sahələrinin, texniki 
sistemlərin kompleks avtomatlaşdırılmasını və avtomatlaşdırılmış layihələndirmə 
sistemlərinin (ALS) tətbiqini tələb edir. Təcrübə göstərir ki, müasir kompüter texnikası, 
riyazi və proqram paketləri əsasında yaradılmış avtomatlaşdırılmış layihələndirmə 
sistemləri layihə obyektlərinin səmərəli işlənməsində, keyfiyyətin və məhsuldarlığın 
yüksəldilməsində həlledici rol oynayır. 
Çoxsaylı mərhələlərdə yerinə yetirilən layihə əməliyyatları və proseduraları 
avtomatlaşdırılmış layihələndirmə sisteminin ümumi strukturunun və təminatlar 
arxitekturasının formalaşmasına və qurulmasına imkan yaradır. Belə ki, texniki təklif 
və eskiz layihəsi mərhələlərində tələblərə uyğun düzgün seçilən texniki təminat
obyektlərin avtomatlaşdırılmış layihələndirilməsinin səmərəliyini, etibarlığını və 
məhsuldarlığını artırmağa imkan verir. 
İntellektual texniki sistemlərin yaradılması istiqamətində vacib məsələlərdən biri 
avtomatlaşdırılmış layihələndirmə sisteminin informasiya təminatının təşkilidir. Biliklər 
və verilənlər bazası, onların idarəetmə sistemləri layihə əməliyyatlarının informasiya 
təminatının çevikliyini və etibarlığını yüksəldərək intellektual proqram vəsaitlərinin 
yaradılmasını təmin edir. 
İstehsal 
müəssisələrinin 
və 
texnoloji 
obyektlərinin 
müasir 
səviyyəsi 
avtomatlaşdırılmış layihələndirmə sistemlərinin alətlərinin yeni yaradılan intellektual 
sistemlərlə və informasiya texnologiyaları ilə əvəz olunması zərurəti ortaya çıxır. Belə 
ki, layihə əməliyyatlarını sürətləndirmək və keyfiyyətini artırmaq üçün layihə xərclərini 
artırmamaq şərti ilə mövcud texniki təminat vəsaitləri (kompüter texnikası), proqram 
paketləri yeni texnologiyalarla əvəz olunur. 
Yüksək səviyyəli avtomatlaşdırılmış layihələndirmə sistemlərinin qurulması 
istiqamətində riyazi, qrafiki proqram vasitələrinin mürəkkəb texniki sistemləri 


16
(müəssisələr, sənaye robotları) qısa müddətdə və səmərəli layihələndirmək məqsədi 
ilə AutoCAD (qrafiki ALS), Mathcad (riyazi ALS) kimi proqram paketləri işlənmişdir. 
Avtomatlaşdırılmış layihələndirmə proseslərinin kompüterlərin köməyi ilə həlli 
problem- 
ləri, ALS-in yaradılmasına gətirib çıxarır. Burada məsələlər kompleks şəkildə 
həll olunur. Yəni, texniki obyektin texnoloji və konstruktor sənədlərinin hamısının və 
yaxud əksəriyyətinin ALS-in köməyi ilə yerinə yetirilməsi nəzərdə tutulur. Bu problemlər 
müasir hesablama texnikasının vəsaitləri və riyazi təminatın vəhdəti şəklində həll edilir. 
ALS-
in hazırlanmasında məqsəd aşağıdakılardan ibarətdir: 
-
layihələndirmənin keyfiyyətinin yüksəldilməsi və ona sərf edilən materialların 
azaldılması; 

layihələndirmənin yerinə yetirilmə müddətinin azaldılması; 

layihələndirmə prosesinin yerinə yetirilməsi üçün mühəndis-texniki işçilərin 
sayının azaldılması. 
Müasir dövrdə avtomatlaşdırılmış layihələndirmə nəinki maşınqayırmada, eyni 
zamanda bütün elm və texnika sahələrində mühəndislik fəaliyyətinin bütün sahələrini 
əhatə edir. Belə ki, detalların, mürəkkəb maşın və mexanizmlərin konstruksiyalarının, 
elektrotexniki qurğuların, radioelektron aparatların, texnoloji proseslərin, rəqəmli 
proqramla idarə olunan dəzgahlar üçün yeni proqramların hazırlanması diqqət 
mərkəzindədir. Halhazırda dünyada buraxılan maşınqayırma obyektlərinin yarıdan çox 
hissəsi ALS-dən istifadə olunmaqla layihələndirilir. 
ALS-
in əsas xüsusiyyətlərindən biri də natura sınağını yerinə yetirmədən obyektin 
və onun ayrı-ayrı aqreqatlarının hərəkətlərini təyin etməyə, detalların həndəsi təsvirini, 
davamlı hesabatların aparılmasını, tipik həllərdən istifadə edərək texnoloji sənədlərin 
hazırlanmasını avtomatlaşdırmağa imkan verən kompüter modellərinin yaradılmasıdır. 
Obyektin kompüter modeli istehsalatın hazırlanmasının bütün mərhələlərində istifadə 
oluna bilər. 
Konstruktor elementlərin xassələrinin möhkəmliyini qiymətləndirməyə və onları 
möhkəmlik ehtiyatı və çəki baxımından optimallaşdırmağa imkan verir. Sistem 


17
konstruktor elementlərin xassələrinin möhkəmliyini qiymətləndirməyə və çəki nöqteyi-
nəzərdən 
optimalla
şdırmağa imkan verir. 

Yüklə 113,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin