Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu :3. MS EXCEL PROQRAMINDA QRAFİK TƏSVİRLƏRİN QURULMASI



Yüklə 113,81 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix24.12.2023
ölçüsü113,81 Kb.
#190778
1   2   3   4   5   6   7   8
Elmir Huseynli(K.Q)

Mövzu :3. MS EXCEL PROQRAMINDA QRAFİK TƏSVİRLƏRİN QURULMASI 
Excel proqramında daha bir qrup alətlər toplumu var ki, onlardan istifadə etməklə 
sparklayn adlanan (Excelin əski versiyalarında onlar infoəyrilər adlanırdılar) verilənlərin 
əyanı surətdə göstərilməsinə imkan yaranır. Onlar histoqramlara çox bənzəyirlər, 
amma histoqramlardan fərqli olaraq bir hücrə daxilinə sığışırlar. Bu istifadəçi üçün çox 
əlverişlidir, çünki o, hücrə daxilində olan verilənlərdən hansısa birinin zamana (vaxta) 
görə dəyişdiyini lazım gəldikdə göstərə bilir. Bu alətlər İnsert (Вставка-Daxil et) 
qoşmasındakı Sparklayn qrupunda toplanmışdır. Məsələn, sparklayn-qrafiki hücrə 
daxilinə yerləşdirmək üçün öncə hücrəni seçin, sonra mausun oxunu Line (График-
Qrafik) düyməsi üzərinə gətirin və sol düyməni sıxın (düymə İnsert (Вставка-Daxil et) 
qoşmasında yerləşir). Ekrana dialoq pəncərəsi açılacaq (şəkil 1.).
Şəkil 1. İlkin verilənlərin qrafikin qurulması üçün daxil edilməsi 
Dialoq pəncərəsində qrafikin qurulması üçün ilkin verilənlər vardır. Date range 
(Диапазон данных-Verilənlər diapazonu) sahəsindən istifadə etməklə hücrələrin 
ünvanını daxil etmək və ya lazım olan hücrələri mausdan istifadə etməklə seçmək olar. 
Bunun üçün mausun oxunu o hücrələrin üzərinə gətiririk ki, onlarda olan verilənlərin 
qiymətlərinə görə qrafik qurmaq istəyirik, sonra sol düyməni sıxırıq. OK düyməsini 
sıxmaqla əməliyyatı tamamlayırıq. Nəticədə seçilmiş hücrəyə qrafik yerləşəcək (şəkil 
2.).


9
Şəkil 2. Qrafikin qurulması
Bu əməliyyat yerinə yetirilən zaman lent üzərində Desing (Коструктор-
Layihələndirmə) qoşması peyda olur (əmələ gəlir). Qoşmadakı alətlərdən bəhrələnən 
istifadəçi qurduğu qrafikin xarici görünüşünü dəyişə bilər. 73 saylı şəkildə maksimal və 
minimal qiymətlərin qrafikdən xaric olunması rejimi əks olunur.
Şəkil 3. Sparklayn parametrlərinin dəyişdirilməsi 
Nəzərə almaq lazımdır ki, qrafik yerləşən hücrənin ölçülərini dəyişən zaman (eni və 
hündürlüyü nəzərdə tutulur) onun miqyası da dəyişir. Qrafikin hücrədən ləğv olunması 
üçün mausun oxunu hücrə üzərinə gətirin və sağ düyməni sıxın, ekrana dinamik 
(kontekst) menyu açılaçaq. Kontekst menyudan istifadə edərək Sparklayn 
altmenyusunu ekrana açın. Altmenyudakı Clear selected sparklines (Очистить 


10
выбранные
спарклайны-Seçilmiş sparklaynı ləğv et) punktunu aktivləşdirin (seçin). 
Qrafik ləğv olunacaq (şəkil 74).
Şəkil 4 Qrafikin hücrədən ləğv olunması


11

Yüklə 113,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin