Mövzu 4: FAYILLARIN RASTR FORMATDAN VEKTOR FORMATA ÇEVRİLMƏSİ
Faylın rastr formatdan vektor formata dəyişdirilməsinin iki üsulu mövcuddur:
rastr faylın vektor təsvirin rastr obyektinə çevrilməsi
vektor obyekt yaratmaq üçün rastr obyektin trassirovkası (çevrilməsi).
Birinci üsuldan CorelRDAW programında istifadə edilir. Bu programla müxtəlif rastr
fayllar asanlıqla import edilir. Məsələn, CorelRDAW proqramına import edilən 16
milyon rəngə malik olan şəkil kifayət qədər yüksık keyfiyyətlə görünür. Lakin nəzərə
almaq lazımdır ki, ilkin fayl çox da böyük olmasa belə, import edilən rastr obyekt kifayət
qədər böyük yer tuta bilər. Buna əsas səbəb odur ki, vektor formatlar grafik məlumatları
sıxa bilmir.
Rastr təsviri vektor təsvirə çevirmək üçün istifadə ediıən ikinci üsulun mahiyyəti
aşağıdakı kimidir.Rastr təsviri trassirovka edən program (məsələn, CorelTRACE)
təsvirdəki eyni rəngə malik olan piksellər qruplarını tapır, sonra da həmin gruplara
uyğun gələn vektor obyektlər yaradır. Trassirovkadan sonra vektorlaşmış təsviri ixtiyari
qaydada redaktə etmək olar.
Aşağıda, vektor təsvirə yaxşı çevrilən rastr obyekt göstərilmişdir.Təsvirdə yeni rəngli
piksellər qrupu arasında dəqig sərhədd olduğuna görə belə rastr təsvir vektor təsvirə
rahat çevrilir.
Nəzərə almaq lazımdır ki, mürəkkəb rəng keçidləri olan fotoqrafiya keyfiyyətinə malik
təsvir trassirovka ediləndə nəticə orjinaldan xeyli pis görünür.
Vektor formatlarda xətlərin, qövslərin, rənglənmiş sahələrin, mətnlərin və i.a. şərhi
saxlanır. Müxtəlif vektor formatlarda bu obyektlər müxtəlif cür şərh edilir. Faylı bir
vektor formatdan digər vektor formata çevirən proqram sanki tərcüməçinin işini görür:
•obyektlərin şərhini bir vektor dildə oxuyur;
12
•onları digər formatın dilinə çevirməyə cəhd edir.
Tərcüməçi proqramla oxunan obyektin şərhinə yeni formatda dəqiq uyğun gələn şərh
olmayanda həmin obyekt ya yeni dilin oxşar əmrləri ilə şərh edilir, ya da ümumiyyətlə
şərh edilmir. Ona görə də çevirmə zamanı təsvirin müəyyən hissələri ya təhrif edilə
bilər, ya da görünməyə (itə) bilər. Hər şey ilkin təsvirin mürəkkəbliyindən asılıdır.
Təsvirin vektor formatdan rastr formata (piksellər yığımına) çevrilməsi tez-tez istifadə
edilən proseslərdən biridir. Bu prosesi bəzən vektor
təsvirlərin
rastrlaşdırılması
adlandırırlar.
Vektor təsviri fotoqrafiyaya yerləşdirmək üşün onu əvvəlcə rastr formata import
etmək lazımdır. Tutaq ki, pəncərənin şəkli skanerə edilib və JPEG formatı ilə faylda
saxlanıb. Ördək şəkli isə CorelRDAW vektor qrafik redaktoru ilə yaradılıb, sonra isə
TIFF formatlı fayla eksport edilib .Hər iki rastr təsvirin montajı Adobe Photoshop qrafik
redaktorunda yerinə yetirilir. Vektor təsvir hər dəfə çıxış qurğusuna (monitora və ya
print
erə) ötüruləndə rastrlaşdırmaya (videopiksellər və nöqtələr yığımına çevrilməyə)
məruz qalır. Vektor fayllar rasrt formata eksport ediləndə ilkin təsvirdəki rənglərlə bağlı
olan informasiya itkisi ola bilər. Buna əsas səbəb odur ki, bir sıra rastr formatlarda
məhdud sayda rənglərdən istifadə edilir.
Məsələn, GIF formatinda istifadə edilən rənglərin sayı 256 rəngdən çox deyil.
Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi çevirmənin ən sadə üsuludur.
Üsulun mahiyyəti ondan ibarətdir ki, informasiya ilkin fayldan oxunur,
təsvirin ölçüsü
,
hər bir videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni
faylda saxlanır.
Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi
baş verə bilər.
Rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256
rəngə) bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli
olur. Sadə halda bu proses aşağıdakı kimi yerinə yetirilir:
13
•ilkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir.
Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin
təsvirdəki çoxsayli elementlər eyni rəngli sahəyə çevrilər və ya tədrici rəng keçidləri
kəskin rəng keçidləri ilə əvəz edilə bilər.
Faylı bir formatdan digər formata çevirmək üşün xüsusi proqramlardan -
format
konvertorlarından istifadə
edilir.
Lakin
qrafik
redaktorların
əksəriyyətində
(CorelDRAW, Adobe Illustrator
, Adobe Photoshop və s.) format çeviriciləri mövcuddur.
Belə redaktorlar müxtəlif formatlı faylları oxumaqla yanaşı faylları yarada da bilir.
Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə
istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik redaktorlar
mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun münasib olduğunu
bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması və fotomontaj
əməliyyatları rastr qrafik redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor
redaktorlardan istifadə edilir.
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça
və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üşün nəzərdə tutulmuşdur.
Restangle (llpyiMoyronbHHK-Düzbucaqlı), Ellipse (Ənnnnc-Ellipis) və Polygon
(MHoroyro/ibHMK-Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün,
rəngləmədən ötrü isə Fill (3a/ınBKa-Doldurma) alətindən istifadə edilir. Mətnlərin və
sərlövhələrin yaradılması üçün Text (TexT-Mətn) aləti tətbiq edilir. Təsvirlərlə
işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə bilmək üçün fraqmenti
böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (MacujTa6-Miqyas) alətindən istifadə
edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə
baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.
Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini
dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə
imkan verən imkanlar reallaşdırılmışdır.
Fraqment üzərində hər hansı əməliyyatı aparmazdan əvvəl onu ayırmaq
lazımdır. Vektor qrafika redaktorlarında
obyektlər
(vektor primitivlər), rastr qrafika
redaktorlarında isə
oblastlar
(piksellər toplusu) ayrılır. Obyekti ayirmaq üçün Mouse-un
14
oxunu onun üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir
qədər mürəkkəb məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast
əmələ gətirdiyini muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası
redaktorlarında müxtəlif ayırma alətlərindən istifadə edilir. Rastr redaktorlarda həm
sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üşün nəzərdə
tutulan ayırma alətləri olur.
Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası
redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və rəng
çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-
ayrı fraqmentlərinin tünd və ya açıq görünməsini təmin etməyə, xırda qüsurları
(qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.
Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası
redaktorlarında qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir
obyekti digərindən istisna edən əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında
murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq olur.
Adətən rastr və vektor grafikası redaktorlarında həcm effekti almaq üçün
vasitələrdən istifadə etmək mümkündür.
|