Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 113,81 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix24.12.2023
ölçüsü113,81 Kb.
#190778
1   2   3   4   5   6   7   8
Elmir Huseynli(K.Q)

Giriş 
 
Müasir mühəndis təcrübəsində çertyojların klassik üsulla - əl ilə çəkilməsi öz 
aktuallığını itirməkdədir. Artıq layihə işlərində müasir informasiya texnologiyalarının 
imkanlarına əsaslanan avtomatlaşdırılmış layihələndirmə sistemləri geniş tətbiq 
tapmışdır. Bu sistemin tətbiqi çertyoj-qrafiki işlərin daha böyük sürət və keyfiyyətlə 
yerinə yetirilməsinə, redaktə edilməsinə, çoxaldılmasına, elektron formada daha çevik 
şəkildə ötürülməsinə, lazım olduğu zaman təkrar-təkrar istifadə olunmasına imkan 
verir.Təqdim olunan dərs vəsaitində kompüter qrafukasının (AutoCad kursunun) 
öyrənilməsi üçün zəruri biliklər verilmişdir. Onlardan istifadə etməklə 2D və 3D 
rejimlərində maşın hissələrinin çertyojlarının tərtibi edilir. 
Kompüter qrafikası dedikdə fərdi kompüterlərin vasitəsilə qrafiki təsvirin yaradılması 
və emalı metodları başa düşülür. Bu işlə təkcə peşəkar rəssamlar və dizaynerlər deyil, 
istənilən fərdi kompüter istifadəçisi məşğul ola bilər. Kompüter qrafikasının texniki ali 
məktəblərdə tədris olunması zərurəti amilə çevrilmiş və onun bir fənn kimi tədris 
edilməsi təhsil standartlarına daxil edilmişdir.
Kompüter qrafikası 3 əsas baza üzərində qurulmuşdur: rastr, vektor və fraktral 
qrafika. Rastr qrafikasının əsas elementi nöqtə, vektor qrafikada xətt və fraktral 
qrafikada isə riyazi tənliklərdir. Vektor qrafikanın əsas proqram təminatından biri 
AutoCad qrafiki proqramıdır.Təqdim olunan dərs vəsaitində bu fənnin tədrisində 
öyrənilməsi vacib olan minimal məlumatlar öz əksini tapmışdır. 


3
Mövzu :1. QRAFİK FAYILLARIN GENİŞLƏNMƏLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
Ən geniş istifadə olunan qrafik faylların genişlənmələrinə aşağıdakıları aid etmək olar: 
1.
BMP (Bitmap)– təsvirin "bitlər xəritəsi" olub rastr təsvirləri mühafizə edir. Bu tip 
qrafik fayllarda rəngin dərinliyi 24 bit, maksimal rəng sayı 16777216, maksimal ölçü isə 
65535x65535 pikseldir. Bu tip qrafik fayllar kiçik ölçülü təsvirləri mühafizə etməklə 
yanaşı böyük yaddaş tələb etdikləri üçün çox az istifadə olunurlar və adətən xırda 
ölçülü rastr təsvirlərdə istifadə olunurlar. BMP formatlı təsvirin ən sadə əldə edilməsi 
metodu Paint redaktorundan istifadə etməkdir. 
2.
GİF (Graphics İnterchange Format– qrafik mübadilə formatı)– "qrafika ilə 
mübadilə" üçün nəzərdə tutulmuş formatdır, rastr təsvirləri mühafizə edir. Rəngin 
dərinliyi 8-32 bit, rənglərin 
sayı 256, maksimal ölçü 65536x65535 piksel. Bu formatlı təsvirlər şəffaf sahələri 
mühafizə etdikləri üçün veb-dizaynda, sadə animasiyaların yaradılmasında geniş 
i
stifadə olunurlar. İstifadə sahəsi: loqotiplər, animasiyalı şəkillər, kənarları dəqiq olan 
təsvirlər və s. 


4
3.
JPEG (Joint Photographic Experts Group – birləşmiş fotoeksportlar qrupu 
formatı)– rastr təsvir formatıdır, rəngin dərinliyi təsvirin sıxılma dərəcəsindən asılıdır, 
maksimal rəng sayı 16777216, maksimal ölçü isə 65536x65535 pikseldir. Bu formatlı 
təsvirlər yüksək dərəcədə sıxılma zamanı bəzi itkilərə məruz qalsa da, monitorun 
ekranında hiss olunmur. Bu format ən geniş yayılmış hesab olunur və rəqəmsal 
həvəskar fotoqraflar tərəfindən geniş istifadə olunur. Əksər hallarda skanerdən əldə 
edilmiş təsvirlərin formatı məhz JPEG olur. 
4.
TİFF (Tagged İmage File Format– saxlanan təsviri fayl formatı)– TİFF formatlı 
fayllardan poliqrafiyada istifadə edilir. Bu formatda saxlanılan şəkillər yüksək keyfiyyətli 
olurlar. Bu format skanerdən əldə edilmiş təsvirlərin, faksla göndərilməsi üçün nəzərdə 
tutulmuş təsvirlərin saxlanması üçün geniş istifadə olunur. 
5.
PNG (Portable Network Graphics– portativ şəbəkə qrafiki)– rastr təsvirlərin 
mühafizəsi formatı olaraq mahiyyətcə GİF-ə analojidir. Bu format animasiyanı 
mühafizə etmir, lakin onun müxtəlif iki variantı mövcuddur. Birinci variant PNG–8 
olmaqla 8-bitlik palitra və 256 rəng çalarlarından istifadə edir. İkinci variant PNG–24 
olmaqla 24-bitlik palitra və 16 milyondan artıq rəng çalarları istifadə edir. PNG–8 
formatı loqotiplərdə, veb-dizaynda, illüstrasiyalarda və mətndə tətbiq olunur. PNG–24 
formatı şəffaf oblastlara malik çoxlu sayda rəng çalarları və dəqiq detalları olan 
təsvirlərdə istifadə olunur. 
6.
RAW– tərcümədə "çiy" mənasını verir. Bu format çoxlu sayda artıq verilənlərə 
malik olur və əvvəlcədən qrafik proqramlarda emal üçün nəzərdə tutulub. bu formatı 
bəzən "neqativ plyonka" ilə müqayisə edirlər. Bu formatda çəkilmiş fotoları peşəkar 
fotostudiyalarda geniş istifadə edirlər və onlardan müxtəlif effektlər əldə edirlər. 


5

Yüklə 113,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin