P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 4. TƏBİƏT ELMLƏRİNDƏ BİOFİZİKİ MATERIALIN



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 4. TƏBİƏT ELMLƏRİNDƏ BİOFİZİKİ MATERIALIN 
MƏZMUNU VƏ ONA VERİLƏN TƏLƏBLƏR 
 
Fənn müəllimi biofiziki materialı seçərkən gələcək perspektivləri 
nəzərə almalıdır.   Ola bilər   ki,  şagird məktəbi bitirdikdən sonra 
müxtəlif elm sahələrinin sintezindən alınan sintetik elmlərlə sıx bağlı 
olan istiqamətdə  təhsilini davam etdirsin və ya belə biliklərin lap 
zəruri olduğu istehsalat sahəsində  işləsin.  Şagirdlərin  əksəriyyəti bu 
istiqamətə meyl köstərsələr belə, yenə müəllIm biologiya ilə fizika 
arasındakı  əlaqəni kifayət qədər tam şəkildə verə bilməz, onların 
marağını tamamilə  təmin edə biləcək səviyyədə  iş aparmağa imkan 
tapa bilməz. Belə hallarda sinifdənkənar məşğələləri gücləndirmək və 
xüsusən biofizikaya həsr edilmiş fakultətiv kursdan istifadə etmək 
olar. 
Fizika ilə biologiyanın  əlaqəsi həm elmi və  həm də metodiki 
cəhətdən optimal şəkildə  həll edilsə  şagirdlərin həmin fənlərə olan 
marağı daha da artar, bu fənlərin tədrisi keyfiyyəti xeyli yüksələr, 
onlar özü yaxşı öyrədilər, təbiətşünaslıq haqqında  şagirdlərin 
təsəvvürü tam və geniş olar, şagirdlərin politexnik hazırlığı artar. 
Burada hansı biofiziki materialdan və fizikanın hansı mövzularını 
keçərkən istifadə olunacağını müəyyən etmək də çox vacibdir. Fizika 
və biologiya elmləri indi elə sürətlə inkişaf edir ki, fənlərarası əlaqəyə 
aid material   tükənməz həcmdədir. Bunu nəzərə alaraq ancaq fizika 
proqramına uyğun və bilavasitə dərsin keyfiyyətini artırmaq üçün çox 
faydalı olan biofiziki materialdan istifadə edilməlidir. 
 

__________________Milli Kitabxana__________________ 
72 
 
Fizika ilə biologiyanın elmi əlaqəsini    bir neçə istiqamətdə inkişaf 
etdirmək olar. 
1. Fiziki hadisə bioloji prosesin bir hissəsidir və onu müşayiət 
edir.  Dialektik materializmə görə  həyat hadisələrini fiziki və ya 
kimyəvi hadisələr səviyyəsinə  gətirmək olmaz, çünki həyat sadə 
hərəkət formalarının  ən yüksək səviyyədəki sintezidir, sadə  hərəkət 
formalarının qanunları bu yüksək hərəkət formasını öyrənməkdə bizə 
kömək edir. Materiyanın ümumi hərəkət qanunları kimi fizika 
qanunları da universaldır. Bu cəhətdən canlı orqanizmlər və cansız 
təbiət eyni qanunlara tabedir, 
2.  Xarici muhitin canlı   orqanizmlərə fiziki təsiri. Xarici 
mühitin orqanizmə göstərdiyi fiziki təsirlərə misal olaraq Yerin cazibə 
sahəsinin, iqlimin, elektrik və maqnit sahələrinin, kosmik şüaların, 
müxtəlif tezlikli radio dalğalarının və s. təsirini göstərmək olar. 
Kosmik uçuşlar əsrində, bu amillərin təsirini göstərmək daha vacibdir. 
Alimlərin apardıqları tədqiqatlar sübut edir ki, bu amillərin təsirini 
insanlara lazım olan istiqamətdə  dəyişdirmək və ondan müəyyən 
məqsədlər üçün istifadə etmək olar. İndi fiziki amillərin müalicə 
məqsədilə istifadə edilməsi və bu sahədəki müvəffəqiyyətlərimiz 
hamıya məlumdur. Fiziki amillər vasitəsilə bitki və heyvanların 
məhsuldarlığını artırmaq təşəbbüsləri də son zamanlar sürətlə inkişaf 
edir. 
3. 
Fizika canlı  təbiəti öyrənmək üçün vasitələr və metodlar 
mənbəyidir. Biologiya   fiziki  vasitələrdən Levenquk dövründən
yəni mikroskop kəşf ediləndən bəri istifadə edir. Lakin indiki dövrdə 
fizikanın biologiyaya müdaxiləsi geniş bir cəbhə təşkil edir. Elektron 
mikroskopu, rentgen quruluş analizi, nişanlanmış atomlar, sabit və 
yüksək tezlikli cərəyanlar, radio tezlikli   elektromaqnit  dalğaları və s. 
ilə aparılan işlər indi bioloji obyektlərin tədqiqində böyük şöhrət 
qazanmışdır. 
4. 
Bionika, canlı  təbiətin tədqiqat nəticələrindən fizika   və 
texnikanın inkişafında   istifadə   edir. Müasir elmin ən perspektivli 
istiqamətlərindən biri də canlı və cansız təbiət arasındakı analogiyanı 
öy- 
  

__________________Milli Kitabxana__________________ 
73 
 
rənmək, bundan müxtəlif   elmi-texniki   problemlərin həllində istifadə 
etməkdir. 
Canlı orqanizmlərdə  səmti bilmək, lokasiya, ümumi idarəolunma 
sistemləri, hərəkət etmək üsulları, canlı «mühərriklərin» energetik 
məsələləri, təkamül prosesində  əldə edilmiş etibarlılıq, həssaslıq, 
zəriflik, iqtisadi cəhətdən çox əlverişli olmaq və s. kimi faktlar fizika 
ilə biologiya arasındakı əlaqəni inkişaf etdirmək üçün böyük imkanlar 
yaradır. 
Orta məktəb kursunda fizika proqramının  əksəriyyət mövzuları 
biologiya ilə  əlaqəni göstərmək üçün istifadə oluna bilər. Lakin 
müəllim necə  gəldi yox, bu əlaqənii konkret formalarını 
səciyyələndirən misallar seçməklə  şagirdlərin diqqətini buna cəlb 
etməlidir. Ona görə də fizika ilə biologiyanın əlaqəsini möhkəmlədən, 
fənlərarası assosiasiya yaratmağa xidmət göstərən çoxlu didaktik 
material toplamalıdır. 
Hər şeydən əvvəl, müəllim çalışmalıdır ki, fənlararası əlaqəyə həsr 
edilmiş material proqram çərçivəsindən kənara çıxmasın.  Əks halda 
fizikanın bir sıra vacib məsələləri, müasir texnikanın  əsasını  təşkil 
edən mövzular kölgədə qalar, məsələ  həllinə vaxt qalmaz, şagirdlar 
canlı aləmə daha çox meyl gösqərərək fizika fənni qarşısında duran 
əsas məqsəddən uzaqlaşarlar, həddindən artıq yüklənərlər və s. 
Fizika kursuna daxil edilən biofiziki material Nər  şeydan  əvvəl, 
ümumtəhsil məsələlərinə xidmət etməli və  tərbiyəvi məqsəd 
güdməlidir. Biofiziki materialın məzmunu ən  əsas bioloji proseslərin 
fiziki təbitinə aid olmalıdır. Nümunə üçün götürülmüş hadisə  və 
faktların izahı hazırda fizika və biologiya kurslarında etiraf edilmiş 
ümumi nəzəriyyə  və qanunlara uyğun gəlməlidir. Faktlar və istifadə 
edilən terminlər həm fiziki, həm də bioloji cəhətdən doğru olmalıdır. 
Burada  əsas məqsəd bütün şagirdləri biofizik və ya bionik etmək 
deyil, bu elmlərə olan marağı artırmaq, bioloji tədqiqatlarda fizikanın 
metodlarının böyük rol oynadığına onları inandırmaq, fiziki və texniki 
amillərin canlı  təbiətə  təsirini açmaq, canlı obyektlərin və 
ümumiyyətlə bütün canlı  təbiətin insanlar tərəfindən qorunmasının 
bizim özümüz və  gələcək nəsillər üçün nə  qədər vacib olduğunu 
göstərmək, bu ruhda onları tərbiyə etməkdir. 
 

__________________Milli Kitabxana__________________ 
74 
 
 Biofiziki material şagirdlərin    başa    düşəcəyi şəkildə verilməli 
və onları    yormamalıdır.        Başqa sözlə, qeyd edilən faktlar və 
gətirilən misallar onların iş xüsusiyyətlərinə  və  nəzəri hazırlığına    
uyğun olmalıdır. 
Biofiziki material şagirdlərin təfəkkürünün inkişafına və onlarda 
dialektik-materialist dünyagörüşü yaranmasına xüsusi xidmət 
göstərməlidir. Materialı seçərkən, bizi əhatə edən caplı        və cansız 
aləmin yeganəliyi haqqında 
şagirdlərin təsəvvürlərinin 
formalaşmasına, bunu həyata keçirmək    üçün yeni imkanlar 
yaranmasına yönəldən   mövzuları götürmək   lazımdır. Seçilmiş 
material      bir  sıra təbiətşünaslıq anlayışlarının konkretləşməsinə  və 
ümumillşməsinədə  kömək etməlidir. Məlumdur ki, fizikada öyrədilən 
bir sıra anlayışlardan biologiyada geniş istifadə olunur. Həmin 
anlayışlardan istifadə etdikdə biologiya müəllimləri çox vaxt onların 
fizika dərslərində necə formalaşması ilə hesablaşmırlar. Nəticədə eyni 
bir anlayış    «parçalanaraq»   öz universallığını itirir. Ona görə də bu 
məsələyə ciddi fikir vermək və bunu düzgün həll etmək üçün 
biologiya    müəllimi ilə sistematik əlaqə saxlamaq lazımdır. Biofiziki 
materialın fizika dərslərindəki yeri və  məzmunu aşağıdakı qaydada 
həyata keçirilə bilər: fizikanın tədris proqramını  və    ümumi 
strukturunu dəyişmadən, fiziki materialın həcminə   toxunmamaq   
şərtilə   biofiziki material fraqmentləşdirilir. Hər bir fraqmentlelə bir  
minimum  biofiziki   material   daxil edilir  ki həmin fraqmentin  
məzmun butövlüyü pozulmur və proqram materialı ilə uyğunlaşdırılır. 
Fraqmentlə  fizika dərsi arasında adekvatlıq şərti pozulmur. 
Fizika alə biologiya arasındakı  əlaqənin öyrənilməsini    
sistemləşdirmək    məqsədilə    aşağıda göstərilən şəkildə bir cədvəl 
tərtib etmək və bunu getdikcə təkmilləşdirmək faydalıdır, 
 
§ 5. ŞAGİRDLƏRİN BİOFİZİKİ TƏHSİLİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI VƏ VASİTƏLƏRİ 
 
Fizika ilə biologiyanın  əlaqəsi dərsdə, ekskursiyalarda, müstəqil 
işdə, müəllimin göstərdiyi    ədəbiy- 
 
  

__________________Milli Kitabxana__________________ 
75 
 
 
Mövzular Fraqmentlər 
 
Mexanikaya giriş Materiyanın hərəkət formaları. 
Materiyanın fiziki hərəkət forması ilə 
başqa        hərəkət    formaları        arasında 
əlaqə. 
Sürət Canlılar  aləmində        sürət.        Qaçmaq, 
sürət, üzmək,  uçmaq,  quşların,  müxtəlif  
heyvanların, həşəratların - hərəkət 
sürətinə aid məsələ həlli. 
Təcil Canlıların təcildə  hərəkətinə aid misal və 
məsələ. 
Nyuton   qanunarı 
 
 
Canlı  təbiətdə  ətalətə        aid        misallar. 
Reaktiv hərəkət prinsipindən istifadə edən 
canlı orqanizmlər. 
Qravptasiya Yerin 
cazibə    sahəsinin   canlı  
orqanizmlərə təsiri. 
Canlıların ölçülərinin və skeletlərinin 
möhkəmliyniin çazibə sahəsindən asılı 
olması. 
Sürtünmə 
Hərəkət orqanizminın        işlək yerlərində 
sürtünmə.Oynaqlarda sürtünməni azaldan 
səbəblər. 
 
Çisimlərin    maye  və qaz içərisində 
hərəkətində əmələ gələn  müqavimət. 
 
Havada və suda yaşayan çanlı 
orqanizmlərin xarici forması, alın 
müqavimətini azaldan səbəblər. Buna aid
 
məsələ və misallar. 
Çəkisizlik və    əlavə yük 
Çəkksizliyin və        əlavə yükün    canlı 
orqanizmlərə təsiri 
Çəkisizlik   şəraitində   qapalı   
biosistemlərin yaradılması  problemi. 
Statika 
İnsan    orqanizmindəki    manivelalar 
sistemi. 
Canlı tabiətdə dayanıqlı tarazlığa aid 
misallar. 
 
İş və güc 
Canlı orqanizmlərin        işi        və gücü, iş 
görən heyvanlar haqqında məlumat, 
texniki tərəqqi ilə  əlaqədar olaraq onların 
sıxışdırılması. 
 
 
 
 
 
 

__________________Milli Kitabxana__________________ 
76 
 
 
Enerjinin saxlanma  və         
çevrilmə qanunu 
 
Çanlı  təbiət hadisələrində saxlanma 
və çevrilmə qanununa aid misallar, görən 
heyvanlarda enerji çevrilməsi  
 
Maye   və   ğazların   boru
ilə hərəkəti 
 
Canlı orqanizmlərdə    qan və limfa 
dövranı, qan təzyiqini artıran və azaldan 
səbəblər, hipertoniya və hipotoniya
Temperatur 
Ətraf   mühitin  temperaturunun  calnlılara 
təsiri. 
Qaz qanunları 
 
Boyl-Marnot  qanununun  nəfəs alma və 
vermə prosesində təzahürü. 
 
İstilik hadisələrində   enerjinin saxlanması 
qanunu 
 
Qida maddələrinin bədəndə 
oksidləşməsində ayrılan eperjinin 
orqniazmin gördüyü işlə    onun 
 
 
şüalanma vasitəsi,   itirdiyi   istilik   
miqdarının cəminə barabər    olduğunu 
göstərmək 
İstilik   mühərrikləri
         
 Canlılarda f.i.ə.-nın yüksək olması 
Canlı orqanizmə istilik maşını kimi 
baxmağın mümkun olmamasını 
göstərmək. 
Molekulyap   kinetik  nəzəriyyə   
 
DNK, RNK  və s.- ölçüsu. Canliların   
molekulyar quruluşu haqında anlayış
.
 
Termometr  
 
Tibbdə və bioloəiyada  termometrdən 
istifadə edilməsi. 
 
Buxarlanma  
 
Bitkilər   və  canlilar   aləmində  
buxarlanmanın rolu. 
Kosmik gəmidə buxarlanma. 
Rütubət 
 
Bitki və canlıların həyat-fəaliyyətində   
rütubətin  əhəmiyyəti,  rütubətli mühitə 
uyğukdaşmanı göstərən    misallar. 
Səthi gərilmə  
 
Suyun səthi qatının xassələrindən bəzi 
həşəratların öz hərəkətlərində istifadə 
etməsi. 
Kapillyarlıq 
 
Su və mineral duzların bitki    gövdəsilə 
hərəkəti, bəzi canlıların, məsələn, 
kəpənək, milçək və s. kapillyarlıq 
hadisəsindən  qidalanmada istnfadə 
etməsi. 
 
 

__________________Milli Kitabxana__________________ 
77 
 
Elektrostatika Bəzi      balıqların  elektrik  sahəsini hiss 
etməsi və        özlərinin    elektrik  enerji 
istehsal etməsi. 
Elektrik sahəsinin təsirindən tibbdə 
istifadə olunmasına aid misallar. 
Naqillər və dielektriklər        
Orqanizmin  cərəyan    keçirən  toxuma və 
mayeləri, elektriki pis keçirən toxumalar. 
Potensial Sükunət və təsir potensialının orqanizmdə 
yaranması, onun Qiyməti (50-150 mv). 
Elektrik  cərəyanı Bioçərəyaiların    orqanizmdə  əmələ  gəl-
mə mexanizmi, onun qeydə alınması, 
elektroensefaloqramma,    elektroretino-
qramma, elektromioqramma,   elektroka-
stroqramma, slektrokardioqramma,  bun-
ların diaqnostikada rolu 
Om qanunu 
 
Orqanizmin müxtəlif toxumalarının sabit 
cərəyana göstərdiyi müqavimət. 
Məhlullarda     elektrik  cərəyanı 
 
 
Canlı  orqanizmlərin toxumalarının keçi-
riciliyi. 
Dərman maddələrinin dəri vasitəsilə  və 
sabit cərəyanın təsirilə 
bədənə 
yeridilməsi. 
Qazlarda cərəyan Aeroionlar 
haqqında anlayış, 
onlarınalınması. Mənfi ionların orqanizmə 
müsbət təsiri 
Maqnit sahəsi 
 
Canlı orğanizmlərin maqnit sahəsini hiss 
etməsinə   aid misallar, Yerin maqnit 
sahəsinin canlılara təsiri. 
Maqnitotropizm    və    elektrotropizm 
hadisələri. 
Elektromaqnat   induksiyası 
 
Canlı toxumalarda   induksiya   hadisə-
sinin və induksiya   cərəyanın yaranması, 
bunun nəticələri 
 
Səs və rəqslər 
 
Exolokasiyadan  yarasa, delfin  və  
s.istifadə etməsi. Canlılarda səsin rolu, 
infra və ultra səsləri      qəbul edən  və 
göndərən orqanizmlər. 
Dəyişən   cərəyan Dəyişən   cərəyanın   qıcıqlandırıçı  və 
istilik təsiri.Bernar cərəyanının alınması-
və müalicə  tə'siri.  Sabit və  dəyişən 
cərəyanın orqanizmıdə yaratdıqları 
effektlərdəki  əsas fərq - yuksək tezlikli 
cərayanların tibbdə istifadə olunması. 
 

__________________Milli Kitabxana__________________ 
78 
 
Elektromaqnit   dalğaları Canlı orğanizmlər 
elektromaqnit   
dalğalarını  şüalandıran mənbə kimi, 
 
 
elektromaqnit  dalğalaının     bioloji təsiri,  
onların  biologiyada,    tibbdə, kənd 
təsərrüfatında  istifadə edilməsinə aid 
misallar.
 
Optik cihazlar 
Müxtəlif   çanlılarda gözün quruluşu, uzaq 
va yaxıngörmədə eynəyin rolu, 
mikroskopun tətbiqləri.
Spektral analiz 
 
Biologiyada spektral    analizin tətbiq-
lərinə aid misallar. 
İnfraqımızı və ultrabənövşəyi şüalar  
Genetikada  və  kənd   təsərrüfatında bu 
şüaların rolu 
Rentgen  şüaları Bu 
şüaların seleksiyada rolu, rentgeno-
terapiya və rentgenodiaqnostika. 
İşıqlanma Bitkilərdə fotoperiodikliyin    rolu,  buna 
aid misallar işıqlanmanın bitkilərin 
məhsuldarlığına təsiri, süni və təbii işığın 
çanlı orqanizmlərin təsirindəki əsas fərq. 
Fotosintez Fotosintez 
rosesində işığın energetik  rolu.   
Məhsuldarlığı      artırmaqda  əhəmiyyəti, 
bioloji müvazinəti qorumaqda rolu. 
Lüminessensiya Lüminessensiya
 
bəzi  orqanizmlərin 
işıqlanması səbəbləri, bunun izahı, bioloji 
prosesləri öyrənməkdə biolümines-
sensiyanın rolu,  biolüminessensiyanın 
hadisəsinin tibbdə tətbiqi 
Yüklü hissəçiklərin qey də alınması
 
 
 
 
Müxtəlif  orqanizmlərin   radioaktiv   
şüalaimanın təsirinə    olan    həssaslağının 
müxtəlifliyi. 
Nüvə  fizikası,   izotoplar 
Nişanlanmış          atomlardan        tibbdə, -   
biologiyada    və  kənd    təsərrüfatında 
istifadə   olunması,   bioloji   müdafiə 
haqqında anlayış. 
 
yatdan nstifadə edərək referatlar   və məruzələr   hazırlamaqla həyata 
keçirilir. Təcrubə göstərir ki, biofizika elementlərilə tanışlıq dərsdə 
öyrədilən mövzuya uyğun fraqmentlər  şəklində    aparıldıqda vaxta 
daha çox   qənaət   edilir. 
  

__________________Milli Kitabxana__________________ 
79 
 
bu  əlaqənin sistematik və istiqamətlənmiş olmasına kömək edir. 
Fizika ilə biologiyanın  əlaqəsinin keniş  təhlili ancaq sinifdənkənar 
məşğələlərdə mümkündür. Dərs prosesində isə ancaq bu əlaqəni 
səciyyələndirən bir sıra mühüm məsələləri  əhatə edən fraqmentlər 
əlavə material kimi verilir. Əlbəttə, bütün mövzular üçun fizika ilə 
biologiyanın  əlaqəsinin metodiki cəhətdən necə  həyata keçiriləcəyi 
haqda ümumi resept vermək olmaz və bu formal xarakter daşıyar, heç 
bir səmərəsi də olmaz. Çünki bu sahədəki elmi nailiyyətlər gündən-
günə artır. Ona görə də verilən resept də tez köhnəlir. Lakin ayrı-ayrı 
misallar üzərində bu əlaqənin optimal şəkildə  həyata keçirilməsi və 
biofiziki materialın məzmununun  şagirdlər tərəfindən  şüurlu 
mənimsənilməsi yollarını göstərmək çoxfaydalı olar. Misal olaraq 
sabit elektrik cərəyanını  nəzərdən keçirək. Dərsin  əsas məsələsini 
müəllim izah edib qurtardıqdan sonra sadə bir təcrübə ilə canlı 
orqanizmlərdə  də yüklərin istiqamətlənmiş  hərəkətinin baş verdiyini 
nümayiş etdirir. Bunun üçün qabaqcadan yoxlanmış  və yaxşı effekt 
verən hər hansı  ağac budağını, bitki gövdəsini dövrə hissəsi kimi 
qəbul edib sadə elektrik dövrəsi qururuq. Budağı elektrik dövrəsinə 
daxil etmək üçun iynəşəkilli elektrodları onun uclarına taxırıq. Bu 
zaman bitki gövdəsi cərəyan keçirirsə, onda həmin carəyanı dövrəyə 
ardıcıl qoşulmuş qalvanometr göstərir. Bu qayda ilə bitkilərdən 
cərəyan buraxaraq onların qızdığını da nümayiş etdirmək olar. Qızma 
dərəcəsi çox böyük olmamasına baxmayaraq onu elektrotermometrlə 
qeyd etmək olur. Naqil-bitki sabit cərəyan dövrəsinə qoşulduqdan 
sonra ona yaxınlaşdırılan maqnit əqrəbi meyl edir. Bu onu göstərir ki, 
bitkidən cərəyan keçdikdə onun ətrafında maqnit sahəsi yaranır. 
Beləliklə,  şagirdlər təkcə cansız təbiətdə deyil canlı  təbiətdə  də 
elektrik cərəyanını keçirən naqillərin mövcud olduğunu bilavasitə 
müşahidə edirlər. Bu qayda ilə dövrə hissəsi üçün Om qanununu 
keçdikdə canlı  təbiətin naqillərində söhbət açmaq olar. Müəllim 
mövzu haqqında  əsas məlumatı verdikdən sonra, canlı 
orqanizmlərdəki toxumalara və ya bioloji mayelərə aid bir   neçə 
xüsusi müqaviməti şagirdlərin    nəzərinə    çatdırır. 
Məsələn, Om.m ilə ifadə etdikdə xüsusi   müqavimətin- 
 

__________________Milli Kitabxana__________________ 
80 
 
qan üçün 1,6, əzələ üçün 2, quru dəri uçün 10
5
, sümük üçün 10
7
 
olduğu  ədəbiyyatdan məlumdur. Həmin qiymətləri metalların xüsusi 
müqavimətlərilə müqayisə edərək  şagirdlər bilavasitə görürlər ki, 
orqanizmin toxuma və mayeləri metallara nisbətən elektriki pis 
keçirir. Orqanzmin- su çox olan yerində isə elektrikkeçirmə  də çox 
olur- və suyun miqdarı ilə mütənasib şəkildə artır. Dəri zədələndikdə 
elektrik cərayanının keçməsinə olan müqavimət xeyli azalır. 
Zədələnməmiş dəridə cərəyan əsasən piy və sal vəzilərilə axır. Nazik 
və nəm dəri elektriki yaxşı keçirir.  Fakultativ  məşğələlər, orta təhsil 
bazasında ixtisas seçməyin  əsasını  təşkil edir. Bu məşğələlər orta 
təhsilin məzmununun xeyli zənginləşməsinə,  şagirdlərin  əmək və 
politexnnk təlim hazırlığının artmasına, müxtəlif fənlərin tədrisi 
prosesində inteqrasiyanın inkişaf etməsinə kömək göstərir. Fizika ilə  
biologiyanın  əlaqəsinə  həsr edilmiş  həmin fakultativ kurs nəinki 
şagirdlərin seçdiyi sahəni dərindən öyrənmələrinə, həm də orta 
məktəb kursuna daxil olan təbiət fənlərinin qarışılıqlı əlaqəsini və bir-
birinə təsirin dərindən dərk etmələrinə şərait yaradır. 
Akademik N.P.Dubininin qeyd etdiyi kimi, elmin müasir inkişaf 
səviyyəsində biologiya, fizika, kimya və riyaziyyatın məktəb 
kursunun kompleks məsələlərinə  həsr olunmuş kitablar çox faydalı 
olar, belə bir kitab şagirdlərə, sintetik elmlərin son nailiyyətləri 
haqqında məlumat verərdi. 
Fakultativ kurslara aid proqramda   hələlik   belə bir kurs nəzərdə 
tutulmamışdır,  şagirdlərin fakultativ kurs seçmək imkanları 
məhdudlaşdırılmışdır. Lakin buna ehtiyac var və xüsusilə kimya-
biologiya təmayüllü məktəblərdə həmin kurs çox fayda verə bilər. 
Hazırda eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilir. Bunun 
kimi də, eyni bir elm sahəsi təkcə bir obyekti yox, bir neçə sahənin 
obyektlərini öyrənir. Biologiyanın bir sıra kəşfləri və nailiyyətləri 
fizika və texnikanın yüksək inkişaf səviyyəsi nəticəsində  əldə 
edilmişdir. Bu baxımdan  şagirdlərin diqqətini canlı  təbiətin fiziki 
metodlarla öyrənilməsinə  cəlb etmək metodoloji bir zəruriyyət təşkil 
edir. Fizika və canlı aləm» mövzusunda təşkil edilən fa- 
  

__________________Milli Kitabxana__________________ 
81 
 
kultativ kurs şagirdlərə  təbiətin kompleks şəkildə öyrənilə bildiyini 
göstərməklə yanaşı, onlarda təbiətə  məhəbbət hissini və müstəqil 
tədqiqat aparmağı öyrədər.  Şagirdlərdə öz tədqiqat nəticələrini təhlil 
etməyi bacarmaq kimi keyfiyyətlər inkişaf edər.        Onların gələcək 
ixtisası ilə orta təhsilləri arasında körpü yaradar. 
«Fizika və canlı aləm» fakultativ kursunun məşğələləri  şagirdləri 
fizika, kimya, biologiya və   onların sintezindən ibarət elmlərlə tanış 
edir, onların tətbiq dairələrini    göstərir,    fiziki hadisələrin və 
qanunların bioloji proseslərdəki rolunu və yerini təyin edir. Müasir 
biologiya elmi, sonrakı inkişafı üçün, fizikanı, kimyanı və   riyaziyyatı   
yaxşı bilən, elektronika və radiotexnikadan   baş   çıxaran, mürəkkəb 
cihaz və aparatları işlətməyi bacaran kadrlar    gözləyir.    «Fizika və 
canlı aləm»      adlı   fakultativ kursu keçən gənclər belə   kadrların   
hazırlanması işində fəal mövqe   tuta    bilərlər.    Fakultativ kurs üçün 
material seçərkən    ümumi    informasiyanın həcmini deyil, oiların 
içərisində biologiya ilə fizikanın  əlaqəsini daha qabarıq  şəkildə 
göstərən mövzular götürmək məqsədəuyğundur.    Belə   olduqda    
kursun məzmununu təyin etmək xeyli sadələşir.    Həmin    kurs, digər 
fakultativ kurslardan fərqli olaraq, təkcə biliyi dərindən öyrənmək 
məqsədi güdmür. O həm də fizika ilə biologiyanın  əlaqəli    
məsələlərini   dərindən açmağı, inkişaf etdirməyi və  dərikləşdirməyi 
də  nəzərdə tutur. Bunları  nəzərə alaraq biz fakultativ kursun 
məzmununu muəyyən edərkən aşağıdakı prinsipləri əsas götürmüşük: 
1. «Fizika və canlı» fakultativ kursunun məzmunu, biofizika və 
bionikanın  əsas inkişaf istiqamətlərini müəyyən edən, onun vacib 
məsələlərini izah edən faktlar və anlayışlardan ibarət olmalıdır.  
2. Seçilmiş material ümumi işə  tədqiqat xarakteri verən  şərait 
yaratmalıdır. 
3.  Şagirdlərdə elmə daha böyük maraq tərbiyə      etməyə imkan 
verməlidir. 
  4.  Şagirdlərin müstəqil bilik    almaqlarına    kömək 
göstərməlidir. 
 5. Fakultativ kursun materialı fizika və biologiya elmləri üzrə 
məktəb proqramına   uyğun   olmalıdır. 
  

__________________Milli Kitabxana__________________ 
82 
 
ali məktəb kursundan müəyyən mövzuları həmin   kursa daxil etməyə 
yol verilməməlidir. 
b. Fakultativ kursun materialı müasir elmi-texniki tərəqqi 
səviyyəsində olmaqla bərabər elmin ən son nailiyyətlərini  əhatə 
etməlidir. 
Məlumdur ki, fiziki biliklərin metodoloji əsası  və ümumiyyətlə 
fiziki təhsilin məzmunu eksperimentlə bağlıdır. Bu, olduğu kimi, 
biofizikaya da aiddir. Çünki biofizika bir tərəfdən öz strukturasına 
görə, tamamilə, fizikaya oxşayır, digər tərəfdən də o canlı 
orqanizmlərdə baş verən fiziki və fiziki-kimyəvi prosesləri öyrənir. 
Ona körə də fakultativ kursda şagirdləri eksperimental faktlarla tanış 
etməyə  də xüsusi yer verilməlidir. Həmin istiqamətdəki işi nümayiş 
təcrübələri, frontal təcrübə  və müşahidələr, fizika praktikumu, 
sinifdənkənar məşğələlər və müşahidələr şəklində aparmaq olar. 
Eksperiment nəticələrinin təhlili, müşahidə olunan hadisələrin  ən 
vacib cəhətlərinin aşkar edilməsi, təcrübə  şəraitinin nəzərdən 
keçirilməsi və s. şagirdlərin elmi mühakimə aparması üçün şərait 
yaradır və fakultativ kursun eksperimental bazasını  əmələ  gətirir. 
Şagirdlərin fakultativ məşğələlərlə  tədqiqat xarakterli eksperimentlə 
məşğul olması, onların praktik vərdişlərini artırır və biofizika elminə 
yaxınlaşmaq üçün əlavə bir yol açır. 
Fakultativ məşğələlərdəki eksperimentlərdə tədqiqatçılıq adi fizika 
dərslərindəkindən daha yüksək səviyyədə olmalıdır. Çünki, canlı 
təbiətdəki fiziki hadisələri müşahidə etmək, bu   hadisələri    bioloji 
prosesin bir hissəsi kimi ayırmağı bacarmaq və xüsu-silə onu təhlil 
etmək qabiliyyəti özbaşına yaranmır. Bu qabiliyyəti yaratmaq üçün 
şagirdlərə   hadisələri müstəqil müşahidə etmək, təhlil və mühakimə 
yolu ilə  həmin müşahidələrə elmi tədqiqat elementləri gətirmək  
imkanı vermək lazımdır. 
Böyük təchizat tələb etməyən bir sıra maraqlı  təcrübələrlə  bəzən 
çətin məsələləri həll etmək olar. Məsələn, bioloji obyektlərin bir sıra 
fiziki xassələrini təyin etmək və onları  səciyyələndirən parametrləri 
bilavasitə ölçmək, elektrik və maqnit sahələrinin, rentgen şüalarının 
canlı orqanizmlərə təsirini aydınlaşdırmaq və s. bioloji hadisələrin ge- 
 
 

__________________Milli Kitabxana__________________ 
83 
 
dişindəki ümumi dəyişiklikləri,  bütün hallarda  bu təsirlərin 
obyektdəki iri molekulların bəzi kimyəvi rabitələrinin qırılmasına və 
ya ionların yerdəyişmə xarakterinin əvvəlkindən fərqlənməsinə    
gətirir. Eyni sözü dənli və  mədəni bitkilərin toxumlarına göstərilən 
müxtəlif fiziki təsirlər üçün də demək olar. Hazırda səpin qabağı 
toxumlara fiziki təsir göstərmək üçün onlarla üsullar vardır. Yumşaq 
rentgen  şüaları ilə, ultrasəslə, maqnit və ya elektrik   sahəsilə 
toxumlara fiziki təsir göstərdikdə        alimlərin fikrincə, onlarıi 
daxilində təxminən eyni proseslər əmələ gəlir. Toxum enerji kvantını 
alır   və bu   enerji canlı rüşeymi təşkil   edən molekullara təsir edir. 
Bəzi molokullar «qəlpələrə» ayrılır.  Əlavə enerjisi olan molekulyar 
hissəciklər yaranır. Sərbəst elektronların sayı  dəyişir. Müasir nüvə    
fizikası bela fəal hissəciklərin sayını və enerjisini ölçməyi bacarır. 
Təcrübə  və müşahidələr göstərmişdir ki, toxum daxilində  fəal 
hissəciklərin sayı artdıqca onun həyat qüvvələri də artır. Belə ölçmələr 
elmi cəhətdən əsaslanmış dəqiq göstərişlər verə bilir. 
Beləliklə, fiziki metodlardai istifadə edilməsi, nəticədə bitkilər 
haqqında elmi dəqiq elmlərə yaxınlaşdırır, onların məhsuldarlığının 
artması üçün şərait yaradır. Bütün bu masələlər fakultativ kursda öz 
əksini tapmalıdır. 
Fakultativ kursa daxil olan fizika praktikumları da tədqiqat 
xarakterli olmalıdır. Bu işləri aparmaq üçün təlimat və icmal 
qabaqcadan hazırlanıb şagirdlərə təqdim edilir. 
Biologiya materialı üzərində hazırlanmış fizika praktikumu 
şagirdlərin biliyinin artmasına, onlarda fiziki tədqiqat metodlarını 
biologiyada tətbiq etmək bacarıq və  vərdişlərinin aşılanmasına  şərait 
yaradır. Tədqiqat xarakterli bu işlər həm də  tərbiyəvi  əhəmiyyət 
daşıyır. Çünki, şagirdlərin materialist dünyagörüşünün 
formalaşmasına, politexnik biliklərinin artmasına, təbiətin səbəb-
nəticə  əlaqələrinin onların özləri tərəfindən aşkar edilməsinə kömək 
edir. 
Fakultativ kursa böyük gələcəyi olan və fiziki təsirlərlə 
səciyyələnən məsələlər daxil etməklə şa- 
 
 
 
  

__________________Milli Kitabxana__________________ 
84 
 
girdlərin biofizikaya marağını artırmaq olar. Məsələn, irsiyyəti idarə 
etmək, telebiologiya, həyat proseslərinin öyrənilməsində  əsas yer 
tutan fiziki cihazlar və s. kimi məsələlərə fakultativ kursda müəyyən 
yer verilməlidir.  Şagirdlərin  əsas fənləri öyrənərkən aldıqları biliklər 
zəminində onlara verilən bu yeni məlumat biliyin daha şüurlu 
mənimsənilməsinə müəyyən xidmət göstərir. 
«Fizika və canlı aləm» fakultativ kursunun tədris materialının 
məzmunu və strukturası fizika kursuna müvafiq şəkildə  təyin edilir. 
Çünki, fizika ilə biofizika arasındakı "analogiya axıra qədər davam 
edir. Məsələn, fizikanın mexanika bölməsinə müvafiq olaraq 
biofizikada biomexanika bölməsi var. Bunun kimi də molekulyar 
fizika bölməsinə uyğun molekulyar biologiya, elektrikə uyğun—
elektrobiologiya, maqnetizmə uyğun - maqnitobiologiya, işıq bəhsinə 
uyğun-radiobiologiya bölmələri mövcuddur. 
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq biz, «fizika və canlı 
aləm» fakultativ kursuna aşağıdakı məsələlərin daxil edilməsini lazım 
bilirik. 
Giriş. Biofizika fənninin öyrəndiyi məsələlər. Onun məqsəd və 
vəzifələri. Biofizikanın inkişaf tarixi. 
Biomexanikanın elementləri, insan və heyvanlarda dayaq-hərəkət 
aparatının mexaniki elementləri. 
Cazibə sahəsinin canlı orqanizmlərə təsiri. 
Canlı orqanizmlərin hərəkət prinsipləri (qaçmaq, uçmaq, üzmək və s). 
Nümayişlər. 
1. Obyektin 
formasının onun möhkəmliyinə təsiri. 
2. Canlı orqanizm toxumalarına   (məsələn, sümüyə) 
Huk qanununun tətbiqi. 
3. Suda 
reaktiv 
hərəkət. 
4. Müstəvi lövhə fırlandıqda yaranan qaldırıcı 
qüvvə, Maqnus effekti. 
5. Biologiya 
və texnikanın   problemləri   filmindən fraqmentlər 
göstərmək. 
6. Anatomiya 
 
muzeyinə    ekskursiya.        Həyat  proseslərində 
molekulyar fizika və termodinamika elementləri. Diffuziya və osmos. 
Maddələr mübadiləsində    bu hadisələrin rolu. Termodinamikanın    
qanunları,    onların canlı obyektlərə tətbiq oluna bilməsi. 

__________________Milli Kitabxana__________________ 
85 
 
Nümayişlər.  
1. Canlı orqanizmlərin  ayırdığı istilik    miqdarının ölçülməsi. 
2. 
İzoləedilmiş sistemin mexaniki modeli. 
3. Açıq sistemin stasionar halının    mexaniki modeli. 
4. Qazların məsaməli gildən diffuziya ilə keçməsi, bu hadisənin  
mexaniki modeli. 
5. «Diffuziya» 
və «Tənəffüs    orqanlarının quruluş  və 
funksiyaları» filmlərindən fraqmentlər göstərmək. 
6. Bitki 
membranında osmosun müşahidə edilməsi. 
7. Müxtəlif konsentrasiyalı    məhlullarda    insan 
qanı eritrositlərində baş verən   osmos   hadisəsinin 
müşahidə edilməsi. Izotonik, hilotonik və hipertonik 
məhlullar. 
Elektrobiologiya elementləri. Canlı orqanizm elektriki keçirən 
naqil kimi. Elektrik cərəyanının müalicə məqsədilə işlədilməsi. 
Bioelektrik hadisələr.  
Nümayişlər. 
1. Canlı   orqanizmin   toxumalarının   elektrikkeçirməsi. 
2. Sabit 
cərəyanın təsirilə orqanizmə  dərman      vasitələrinin 
yeridilməsi. 
3. Biocərəyanların qeydə alınması. 
4. Dəyişən maqnit sahəsində elektrolitik qızması. 
5. Elektrolit 
məhlullarında    və   dielektriklərdə 
yüksək tezlikli sahənin təsirilə yaranan istilik effektlərinin müxtəlif 
olması. 
6. «Baş  beyindəki biocəroyanlar»,  «Tibbi-bioloji tədqiqatdarda 
biocərayanlar», «Yüksək tezlikli    cərəyanlar» adlı filmlərdən 
fraqmentlərin göstərilməsi. 
7. Bitki 
toxumalarının elektrikkeçirməsi. 
Ekskursiya. 
Yerli poliklinikanın fizioterapiya kabinəsinə getmək. Hiss 
orqanlarına aid biofiziki material. Canlı orqanizmlərin və insanın hiss 
orqanlarının müqayisəsi. Eşitmə  və  səs aparatlarının fiziki əsasları. 
Görmə. Lokasiya və canlıların öz istiqamətini təyin edə bilməsi. 
 
 

__________________Milli Kitabxana__________________ 
86 
 
 
Nümayişlər. 
1. Hava 
sirenasının iş prinsipi. 
2. 
Gözün   modeli.   Akkomodasiya   mexanizmi, gözün 
nöqsanları və onların aradan qaldırılması. 
3. «Canlıların dili», «Qara dənizdə yaşayan bəzi 
balıqlar», «Insanın eşitmə orqanı», «Göz və görmə», 
«Görmə orqanı» filmlərindən fraqmentlər. 
Elektromaqnit sahəsi və canlı orqanizmlər. Işıq və bitkilər. Fotoperiodizm. 
Fotosintez. Optik şüalanmanın bioloji təsiri. Biolüminessensiya. 
1. Spirt 
məhlulunda xlorofilin flüoressensiyası. 
2. Tibbdə istifadə olunan şüalanma mənbələri. 
3. «Işıq və həyat», «Yaşıl bitkilərin təbiəti    və 
insan həyatında  rolu»  filmlərindən  fraqmentlər. 
4. Su 
bitkilərində baş verən   fotosintezin intensivliyinə  işıqlanmanın 
təsiri. 
5. Keyfiyyət analizində luminessent metod. 
Canlı tobiəti öyrənməkdə fiziki metodların rolu. 
Diaqnoz vermək və tədqiqaq aparmaq məqsədilə biopotensialların qeydə 
alınması. Mikroskop, onun növləri və canlı obyektləri öyrənməkdə rolu. 
Rentgen  şüaları, rentgenoskopiya, rentgenoqrafiya, rentgen quruluş analizi 
haqqında anlayış. Nişanlanmış atomlar metodu. 
Numayişlər. 
1. Mikroskopda 
şüanın yolu. 
2. Rentgen 
aparatının        modeli.        «Rentgen  şüaları» filmindən 
fraqmentlər. Tibbi-bioloji   tədqiqatlarda biocərəyanlardan istifadə etməyə aid 
əyani vasitələr. 
3. Atom 
enerjisindən kənd təsərrüfatında istifdə etməyə aid əyani 
vasitələr. 
Ekskursiya. 
Poliklinikanın kardiologiya və rentgen kabinəsinə getmək. 
Radiobiologiya elementləri.  Şüalanmanın ilk təsiri. Hüceyrəyə  və bütün 
orqanizmə  şüalanmanın təsiri. Dozimetrlər. Ionlaşdırıcı  şüalanmadan tibbdə 
və biologiyada istifadə olunması. Bu şüalanmalardan bioloji müdafiə olunma 
qaydaları, 
Nümayişlər. 
1. Dozimetr və radiometrlərin iş prinsipi.  
  
 

__________________Milli Kitabxana__________________ 
87 
 
2. «Atom 
enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi». 
«Atom enerjisinin xalq təsərrüfatında 
tətbiqləri» filmlərindən fraqmentlər. 
3. Buğda, çovdar və  bəzi canlı toxumaların radioaktiv fonunu 
qeydd almaq (buna imkan verən cihaz   və  ləvazimatlar olduqda). 
Canlı      təbiət   təkmilləşmiş yeni texniki sistemlər yaratmaq üçün 
ideya mənbəyndir. 
Bionika elementləri. Bionikanın məqsəd və vəzifələri   Bionikada 
əsas istiqamətlər. Biomexannki və bioenergetik infomasiya. 
Bionikanın aldığı nəticələrə aid misallar. 
Nümayişlər. 
«Təbiət kəşf etməyi öyrədir», «Biologiya və texniki problemləri» 
filmlərindən fraqmentlər. 
Obzor mühazirəsi. 
Fiziki və bioloji elmlərin qarşılıqlı  əlaqəsi. həyat proseslərini 
öyrənməkdə dəqiq elmlərin rolu. Həyat proseslərini idarə edən fiziki-
kimyəvi mexanizmlər haqqında ümumi məlumat. 
 
Biofiziki materaal üzərində qurulmuş 
fizika praktikumu 
 
1. Bitki 
toxumaları  və heyvan sümüyü üçün elastiklik modulunun 
təyini. 
2. 
Kalorimetr üsulu ilə heyvanın ayırdığı istilik 
miqdarının təyini. 
3. Bioloji 
obyektlərin    elektrikkeçirməsinin təyini. 
4. Biopotensialların qeydə alınması. 
5. Fotosintezin 
öyrənilməsi. 
6. Bioloji 
obyektlərin udma    spektrlərinin   öyrənilməsi. 
7. 
Kolorimetr    vasitəsilə    bioloji    məhlulların 
sındırma əmsalının və rəngə görə konsentrasiyasının 
təyini. 
8. Kiçik 
obyektlərin ölçüsünün    mikroskopla    təyini. 
 
Tədqiqat xarakterli işlər 
 
1. Sümüyün bəzi fiziki-mexaniki xassələrinin öyrənilməsi. 

__________________Milli Kitabxana__________________ 
88 
 
2. Elektrik 
sahəsinin toxumun    cücərmə    və böyümə sürətinə təsiri.  
3. Elektromaqnit 
şüalanmasının toxumun  cücərmə və böyümə sürətinə 
təsiri. 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin