P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 7.  ELMİ-TEXNİKİ  İNQİLAB  VƏ TƏHSİL



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 7.  ELMİ-TEXNİKİ  İNQİLAB  VƏ TƏHSİL   
PROSESİNDƏ ONUN NƏZƏRƏ ALINMASI 
 
Artıq bir neçə ildir ki, orta məktəblərdə bütün fənlər üzrə dərslər 
yeni proqram üzrə keçilir. Bu proqramlarda məktəb kursunun əsas 
məzmunu xeyli dəyişdirilmiş, nisbətən müasirləşdirilmiş  və 
təkmilləşdirilmişdir. Xalq təsərrüfatının bütün sahələrində yaranmış 
elmi-texniki inqilabda fizikanın rolu ilə  şagirdləri yaxından tanış 
etmək məsuliyyəti fənn müəlliminin üzərinə düşür. 
Elmi-texniki inqilab hələ bəşəriyyət yaranan gündən indiyə qədər 
birinci dəfədir ki, baş verir. Elmi-texniki tərəqqi isə bütün tarix boyu 
olmuşdur. Biz istilik elektrik stansiyalarının iş prinsipini dəyişmədən 
onda müəyyən təkmilləşmələr aparmaqla faydalı iş əmsalını bir qədər 
artırırıqsa, bu elmi-texniki tərəqqidir.  Əgər bu stansiyanın  əvəzində 
atom elektrik stansiyası yaradırıqsa, bu elmi-texniki inqilabdır. Çünki 
atom yanacağına başqa istehsal sahələrində  tələbat yoxdur. Istilik 
elektrik stansiyalarında istifadə olunan yanacaq isə  ən qiymətli   
kimyəvi xammaldır. 
Doğrudur, elmdə  və texnikada bir-birindən fərqli vaxtlarda, ayrı-
ayrılıqda inqilab    olmuşdur.   Faradeyin elektromaqnit induksiyası    
hadisəsini    kəşf etməsi isə sonralar texnikada böyük inqilab   yaratdı. 
XX  əsrin  əvvəllərdə nisbillk nəzəriyyəsinin   kəşfi də elmdə inqilab 
yaratdı, lakin   onun bəhrəsi,   yüklü hissəciklərin sürətləndlrilməsində 
bu prinsipdən istifadə olunması isə   xeyli   sonra   həyata   keçirildi. 
Sürətləndiricilərin yaranması texniki inqilaba   səbəb oldu. Eyni sözü 
Kopernikin kəşfi, Mendeleyev cədvəli, kvant mexanikası və s. üçün də 
demək olar. 
Bütün sahələrdə yaranan elmi-texniki inqilabda fizika  həmişə 
həlledici rol oynamıldır.    Radioastronomiyanın sürətlə inkişafı, 
kosmik uçuşlar, atom sənayesi, molekulyar səviyyədə aparılan bioloji 
tədqiqat illəri, genetikanın böyük nalliyyətləri,  xalq      təsərrüfatının 
bütün sahələrində baş    vermiş   dərin çevrilşlər, texnoloji proseslərin    
misli    görünmə- 
 
 

__________________Milli Kitabxana__________________ 
46 
 
miş dorəçədə  təkmilləşməsi, sənaYevə  kənd təsərrü-fatıiın 
avtomatlaşdırılması, mexanikləşdirşşə-si, bütün bunlar fnzika elminin 
tə'siri nəticəsindz mümkun olmuşdur. 
Fiziki metodların mudaxiləsi nəticosində indi bitki iə çanlı 
orqanizmlər haqtıpdakı, onların həyat və fəaliyyəti, böyümə və inkişaf 
prosesləri haqqında-kı təsovvurlər də kökündən doyipşişdir. Fnziki ci-
hazların köməyilo bitkilərlə insanlar arasında “ünsiyyət” 
yaradılmışdır. Bitkilər, oqtlara hadsı gübrədən və  nə  qədər lazım 
olduğunu, suvarmaya ehtiyaçları olub-olmadıqığı bu cihazlar 
vasitəsilə mütəxəssislərə bildirir. 
Fiziki çihazlar və metodlar təbabətdə dz böyuk dönuş yaratmışdır. 
Diaqnostika və müalicə  məqsədilə  işlədilən aparatlar xeyli 
dəqiqləşdirilmiqa və tək-milləşdirilmnşdir. 
Daş  xərçənki və bioloji korroziyanın sirlərinin açılmasında, 
mikrobioloji texnikanın surətlə inkişaf etməsində  də fizika mərkəzi 
mövqe tutur. 
Elektron və nüvə paramaqkit rezonansı üsulu ilə aparılan 
tədqiqatlar, lazer texnikası, qamma karot-taj, meteoroloji və keoloji 
tədqiqatlarıi dəqiqləş-məsi pətiçəsində planetimiz haqqında aldığımız 
dürüst məlumatlar, telemexanika, biotelemetriya, elektron hesablayıçı 
maşıilar da fizika elminin tə'sirn altında meydapa golmişdir. 
Kommunizm quruçuları olan gənc noslin dünyagörüşundə, 
fizikanın elmi-texniki inqilabdakı görkəmli rolu əsas yerlərdən birini 
tutmalıdır. Texnikanın inkişafı, onu idarə edən adamların da 
biliklərinin zənginləşməsinə, yeni cihaz və qurğuları idarə etməyi 
bacarmasını  tələb edir. Kənd təsərrüfatı  məhsullarına olan tələbatı 
ödəmək üçün təkcə torpaqşünaslığa aid texnikanın quruluşunu, iş 
prinsipini və idarə olunmasını bilmək indiki dövrdə kifayət etmir. 
Kənd təsərrüfatı mexanizatoru traktorun quruluşunu və necə işlədiyni 
bilməklə   bərabər, 
 

__________________Milli Kitabxana__________________ 
47 
 
torpağın, bitkiləri, mineral və üzvi gübrələrin xassələrini, gübrənin 
torpağa verilməəsi üsullarını və s. də bilməlidir. 
İstehsal proseslərb avtomatlaşdırıldıqça zehni və fiziki əmək 
arasıydakı  fərq də ortadan götürülür. Kənd təsərrüfatı  məhsulları 
istehsal edənlər sənaye məhsulları istehsal edənlərdən getdikcə daha 
az fərqlənirlər. Bu isə  zəhmətkeşlərin bilik səviyyəsinin sistematik 
olaraq artmasını tələb edir. 
Planlı  təsərrüfat sisteminə malik sosialist ölkəmizdə bu tələbat 
texnikayın inkişaf səviyyəsinə həmişə uyğun gəlir. 
1939-cu ildz əhalinin hər min nəfərindən ancaq 123 nəfərinin ali 
və  ya  orta  təhsili var idi. 1975-c ildə isə bu rəqəm 751 nəfərə 
çatmışdır. 
Ölkəmizdə elə istehsal sahələri var ki, orada mützxəssislərin 80%-
dən çoxu ümumtəhsil və ya orta ixtisas təhsilinə arxalanaraq 
müvəffəqiyyətlə  işləyə bilərlər. Lakin bu mütəxəssislərin orta təhsil 
səviyyəsi texniki inkişafdan geri qalmamalıdır. 
Müasir dövrdə təhsil əməyin məhsuldar qüvvələrini artıran əsas bir 
əlamət kimi özünü göstərir. Bu, elmi-texniki inqilabın təbii nəticəsidir. 
Məhz buna görə  də partiya və hökumətimiz gənclərin ümumi orta 
təhsilinin səviyyəsini artırmağa xüsusi diqqət verir. 
Doqquzuncu beşillikdə ümumi orta və orta ixtisas təhsilinin 
Səviyyəsini artırmaq məqsədilə geniş proqram həyata keçirilmişdir. 
Son illər  ərzində fizika, kimya, biologiya və başqa təbiət 
elmlərinin məzmunu yeni biliklərlə zənginləşmiş, bu slmlər arasındakı 
əlaqə daha da inknşaf etmiş  və  dərinləşmişdir. Yeni məktəb 
proqramlarında nəzəri bilikləri praktika ilə daha sıx bağlamağa, 
politexnik biliklərin artırılmasına,  şagirdlərin-yaradıçı  fəallığının 
yuksəldilməsinə  və  əmək tərbiyəsinin inkişafına xüsusi fikir 
verilmişdir. Butün bu tədbirlərlə yanaşı, hazırda orta məktəbin yuxarı 
siniflərində biliyi dərinləşdirən fakultativ kurslar da keçilir. 
Təhsilin səviyyəsini elmi-texniki inqilaba uyğun vəziyyətə 
çatdırmaq üçün bu tədbirlərin hamısı  zəruridir, lakin hələ kafi deyil. 
İndiki dövrdə necə öyrətmk problemidə olduqca vacibdir. Çünki, 
adətən, tə- 
 

__________________Milli Kitabxana__________________ 
48 
 
dim metodikası elmin inkişaf səviyyəsindən geri qalır. Mövcud 
metodikalar zamanın tələbini ödəmir. Bunların bir qismi köhnəlmiş, 
digər qismi isə müasir tələblər səviyyəsində deyil. 
Prinsipcə yeni təlim metodlarına ehtiyac gündən-günə artır. 
Təcrübə göstərir ki, şagirdləri böyük zehni gərginlik tələb edən, onları 
tədqiqat aparmağa sövq edən, yaradıcı  fəallığa alışdıran təlim 
metodları daha çox cəlb edir. Belə  təlim, biliklərin dərindən dərk 
edilməsinə, onların zavod sexlərində  və ya kolxoz tarlalarında 
bacarıqla və müvəffəqiyyətlə  tətbiq edilməsi imkanlarının 
artırılmasına,  şagirdlərin müstəqil olaraq elmi-texniki nailiyyətləri 
öyrənməyə alışmasına səbəb olur. Bu nöqteyi-nəzərdən orta məktəbdə 
təbiət elmlərinin tədrisində inteqrasiyanı  və koordinasiyanı inkişaf 
etdirmək problemi xüsusi əhəmiyyət kəsb edir. 
Məlumdur ki, hər bir proses və ya hadisənin inkişafının  əsasını 
əksliklərin vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətəşünaslığa da aiddir. Çünki burada da vəhdət təşkil edən və bir-
birinə zidd olan iki istiqamət səciyyəvidir. Bunlardan biri, əvvəlcə 
deyildiyi kimi, sintetik, ikincisi isə analitik istiqamətdir. Analitik 
istiqamətdə yeni elm sahələri, yeni qanunauyğunluqlar kəşf olunur və 
müəyyən mütəşəkkil şəklə düşən elm şaxələri əmələ gəlir, yəni elmdə 
difsrensiasiya gedir. Yeni yaranmış elm sahələrinin tədqiqat obyekti 
məhdudlaşır. Məktəb təcrübəsində bu, fənlər üzrə  təlimdə özünü 
göstərir. Elmlərin vəhdəti təlim prosesində  də özünü büruzə 
verməlidir. Məsələn, yaxşı oxuyan orta məktəb məzunlarından birinə 
belə sual verilmişdir: toxumdan iri bir bitki əmələ gəlir, bu, enerjinin 
və maddənin saxlanması qanununa zidd deyilmi? O, bitkinin 
böyüməsi prosesilə  əlaqədar olan bütün bioloji məsələləri düzgün 
danışmış və enerjinin saxlanması qanununu da düzgün şərh etmişdir. 
Lakin bunları üzvi surətdə  əlaqələndirə bilməmişdir. Bircə onu qeyd 
etmişdir ki, enerjinin və maddənin saxlanması qanunu ümumidir, 
deməli bitkilər üçün də doğrudur. Bu suala düzgün cavab vermək 
üçün nəinki kimyəvi və bioloji biliklər lazımdır, həm də bunlar 
arasında müəyyən əlaqə yaratmağı da bacarmaq lazımdır. 
 
 
 

__________________Milli Kitabxana__________________ 
49 
 
elm və texnikanın tərəqqiyə maddi-texniki bazanın yaranması    kimi 
baxır. Müasir sənaye və   kənd təsərrüfatı həmişəkindən daha çox elm 
və texnikanın   inkişafından asılıdır. 
Hər bir müəllimin keyfiyyətli işi, yüksək bilik səviyyəsinə malik 
dərin mühakimə aparmağı, biliklərini istehsalatın müxtəlif sahələrində 
müvəffəqiyyətlə  tətbiq etməyi bacaran gənclər yetişdirməkdir. Bu 
məsul vəzifənin yerinə yetirilməsində təbiət elmlərinin əlaqəli şəkildə 
öyrədilməsi probleminin həlli xüsusi rol oynayır. 
 
II  FƏSİL 
 
ORTA MƏKTƏB KURSUNDA BİOFİZİKİ 
TƏHSİLİN   TƏKMİLLƏŞDİRİLMƏSİ 
PROBLEMLƏRİ 
 
§ 1. BİOFİZİKANIN İNKİŞAF TARİXİ 
 
Biofizika ilk dəfə biologiya və fizikanın ümumi məsələlərini 
öyrənən bir elm sahəsi kimi meydana gəlmişdir. Adətən, bu elmin 
yaranma tarixini XVIII əsrin axırlarında iki məşhur italyan alimi 
Qalvani və Volta arasında gedən, həm də uzun müddət davam edən 
mübahisənin tarixi ilə bağlayırlar. Qalvani elektrikin ancaq canlı 
orqanizmlərdə, Volta isə cansız təbiətdə əmələ gəldiyini iddia edirdi. 
Lakin elmin sonrakı inkişafı göstərdi ki, elektrik həm canlı 
orqanizmlərdə, həm də cansız təbiətdə yaranır. Beləliklə, bu tarixi 
mübahisədə  iştirak edən tərəflərin hər ikisi qalib gəldi.  İndi elmə 
çoxdan məlumdur ki, sinir lifi oyanmış haldadırsa, yəni ondan 
mərkəzi sinir sisteminə siqnal verilirsə, bu, bilavasitə elektrik 
cərəyanının keçməsilə  əlaqədardır və bu cərəyanı xüsusi cihazların 
köməyi ilə qeyd etmək olar. Həmin cə- 
 
 

__________________Milli Kitabxana__________________ 
50 
 
rəyanın gərginliyi indi voltlarla ölçülür. Voltanın kəşf etdiyi 
cərəyandan isə indi cib fənəri batareyalarında istifadə edilir və onlara 
qalvanik elementlər adı verilmişdir. Göründüyü kimi, sonrakı nəsillər 
hər iki alimin adını  əbədiləşdirməklə mübahisəyə obyektiv yekun 
vurmuşdur. 
Biofizikanın yaranma tarixinin bu qədər qədim hesab edilməsinə 
baxmayaraq, o əsasən Böyük Vətən müharibəsindən sonra sürətlə 
inkişaf etməyə başlamışdır. Hazırda biofizika elminin məşğul olduğu 
məsələlər o qədər çoxalmışdır ki, onun indiki məzmunu heç əvvəlki 
adına belə uyğun gəlmir. Biofizika indi özünü biologiya elmlərinin 
inkişafına təkan verən hərəkətverici qüvvə kimi aparır. Müasir 
biologiya molekulyar səviyyədə  tədqiqat işi aparır. 1950-ci illərin 
əvvəllərində biologiyada mühüm və böyük gələcəyi olan dəyişikliklər 
baş verdi. Mühüm kəşflər və bununla əlaqədar olaraq aparılan nəzəri 
ümumiləşmələr həyat haqqındakı elmə münasibətin kökündən 
dəyişməsinə, bir sıra yeni elm sahələrinin yaranmasına və xüsusilə, 
molekulyar biologiya və molekulyar genetikanın sürətlə inkişafına 
səbəb oldu. Fiziki və fiziki-kimyəvi metodlar, təsəvvürlər, fikirlər 
nəzəri və eksperimental biologiyaya nüfuz edərək biofizika və 
biokimyanın inkişafını daha da sürətləndirmək üçün əlverişli  şərait 
yaratdı. Fiziklər, riyaziyyatçılar və kimyaçılar bioloji problemlərin 
həllində fəal iştirak etdilər. 
Bu, biologiyanın yeni mərhələdə inkişafı üçün böyük təkan idi. 
Ikinci mühüm təkan, kənd təsərrüfatı, təbabət və bioloji sənayenin 
tələblərilə  əlaqədar olaraq yarandı. Sənaye miqyasında vitaminlər, 
fermentlər, antibiotiklər, amin turşuları  və zülallar əlınmasına olan 
ehtiyac bioloji sənayenin sürətlə inkişaf etməsini tələb edirdi. 
Biofizika institutu indi biofizika sahəsində aparılan tədqiqat işlərində, 
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzrə əməkdaşlıq edən bütün 
sosialist ölkələri üçün koordinasiya mərkəzi hesab olunur. İnteqrasiya 
proqramının həyata keçirilməsində yüz elmi tədqiqat müəssisəsi və 
kafedralar iştirak edir ki, bunlardan 19 -u ancaq  

__________________Milli Kitabxana__________________ 
51 
 
Rusiyadadır. Planlaşdırmada  əsas yeri beynəlxalq elmi əməkdaşlıq, 
əməyin beynəlxalq bölgüsü və biofizika sahəsində inteqrasiyanın 
inkişaf etdirilməsi tutur. Hazırda institutun işləyib hazırladığı bir sıra 
metodlar müvəffəqiyyətlə xalq təsərrüfatında geniş  tətbiq olunur. 
Məsələn, kənd təsərrüfatı heyvanlarına infraqırmızı və ultrabənövşəyi 
şüalanma ilə təsir edərək onların məhsuldarlığını və alınan məhsulun 
keyfiyyətini artırmaq məqsədilə hazırlanmış metod indi 
müvəffəqiyyətlə  tətbiq olunur. Bunun kimi də  bəzi dənli bitkilərin 
toxumalarının səpinqabağı, az dozalı yumşaq qamma-şüalarla 
şüalandırılması da müvəffəqiyyətlə tətbiq olunur. Bu metod taxıl tipli 
bitkilərin məhsuldarlığını artırmağa, məhsulun keyfiyyətini 
yaxşılaşdırmağa və yetişmə vaxtını azaltmağa imkan verir. 
Qırğızıstan, Qazaxıstan və Moldaviyada həmin metodun tətbiqi 10—
12% artıq taxıl götürməyə imkan vermişdir. Biofizika institutunun 
yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq bu institutun 
nailiyyətləri və şöhrəti bütün dünyaya yayılmışdır. 
Bu iailiyyətlər öz əksini məktəb kursunda da tapmalıdır. Çünki 
sovet ümumtəhsil məktəblərinin vəzifəsi geniş biliklərə malik, 
hərtərəfli inkişaf etmiş  gənclər yetişdirməkdir. Bu isə  məktəb 
kursunun daim qəkmilləşdiririlməsini, elm və texeikanın son 
vəziyyətinə yaxınlaşdırılmasını tələb edir. Bundan əlavə, son vaxtlar, 
şagirdlərdə  dünyagörüşünün yaradılmasında təbiət elmlərinin 
nüfuzunun və rolunun da artdığını qeyd etsək, biofizika elementlərinin 
məktəb kursuna daxil edilməsinin nə qədər zəruri olduğunu görərik. 
Hər bir müəllim elmin nəbzini tutmağı bacarmalı, onun inkişaf 
tərzi haqqında düzgün   təsəvvürə malik olmalıdır. 
Hazırda partiya və hökumətimiz biologiya elmlərinin tərəqqisinə 
xüsusi fikir verir. Molekulyar biologiya və molekulyar genetikanın 
inkişaf sürətini artırmaq və onların nailiyyətlərindən xalq 
təsərrüfatında istifadə etmək tədbirləri haqqında qanun qəbul 
edilmişdir. Elmin bu sahəsindəki görkəmli kəşflərin kənd təsərrüfatı, 
tə- 
 
 

__________________Milli Kitabxana__________________ 
52 
 
babət və bir sıra sənaye sahələrinin inkişafı üçün böyük əhəmiyyəti 
vardır. Hər bir gələcək alim və ya mütəxəssis təbiətin sirlərini açmaq 
yolunda ilk təkanı, başlanğıc impulsu orta məktəbdə alır. Çox vaxt 
onların aldığı biliyin bu və ya başqa bir hissəsi bütün həyatları boyu 
öz təsirini göstərir və  hətta, yaradıcılıq imkanlarını  ən yaxşı  şəkildə 
açıldığı istiqamətə yönəldir. Bunu nəzərə alaraq tədris prosesini elə 
şəkildə aparmaq ləzımdır ki, məktəb kursunun əsas fənni, fizika, 
kimya, biologiya və  s.  kimi  ayrı-ayrı  fənlər deyil, bütövlükdə 
götürülmüş təbiətşünaslıq olsun. 
 
§ 2. MƏKTƏB KURSUNDA BİOFİZİKA 
 
Elmi-texniki inqilab informasiyaların miqdarını o qədər artırmışdır 
ki, bunu artıq bir nəfərin qəbul etməsi imkan xaricindədir. Ona görə 
də indi hər bir alim müəyyən tədqiqat sahəsində özünü 
məhdudlaşdırmışdır. O, bəzən qonşu otaqda nə  iş görüldüyü ilə heç 
maraqlanmır və ya buna imkan tapa bilmir. Beləliklə, dar ixtisaslı 
mütəxəssislər, məsələn, fizik -akustik, həkim—kardioqraf, bioloq—
ixtioloq və s. yetişir. Bu isə mütəşəkkil  şəklə düşmüş ayrı-ayrı bilik 
sahələri arasında «boşluqlar», «sahibsiz ərazilər» yaranmasına səbəb 
olur. Bu onu göstərir ki, ixtisasın getdikcə daralması müxtəlif bilik 
sahələri arasındakı üzvi əlaqəni sarsıdır, elmin kompleks inkişafına 
mane olur. Kibernetikanın atası sayılan Norbert Viner həmişə 
ixtasasın getdikcə daralmasını elmin inkişafı üçün böyük bir fəlakət 
hesab etmişdir. O özü riyaziyyatçı olmasına baxmayaraq, biologiya, 
təbabət, fiziologiya, fizika, elektronika və bir sıra başqa elmlərlə 
həmişə maraqlanmışdır. O həmişə çalışmışdır ki, müasir elmin ümumi 
məsələlərinin həlli üçün sintetik yollar araşdırılıb müəyyən edilsin. 
Ancaq bu yolla elmdəki «sahibsiz» əraziləri aradan qaldırmaq olar, 
«boş yerlər» isə biofizika, bionika, kibernetika, radiobiologiya, 
bioritmologiya, heliobiologiya, aqrofizika, biogeokimya, biogeofizika, 
maqnitobiologiya və bir sıra başqa sintetik elmlərin biliklərilə dolar. 
Elmin son illərdəki inkişaf tarixi belə bir yanaşmanın doğru olduğunu 
təs- 
  

__________________Milli Kitabxana__________________ 
53 
 
diq etdi. Onu göstərmək kifayətdir ki, müasir kəşflərin əksəriyyəti iki 
və daha çox elmlərin qovuşduğu yerdə baş verir. Deməli, sintetik 
elmlərin inkişafı ixtisasın daralmasına mane olur. Hələ vaxtilə 
Radişev «Peterburqdan Moskvaya səyahət»  əsərində öz obrazlarının 
dililə ixtisasın daralmasına istehza etmişdir. Xəstə  həkimə  şikayət 
edərək sağ burun deşiyində iltihab prosesi olduğunu bildirir. Həkim 
isə xəstəyə: Mən sol burun deşiyi iltihabını müalicə edən həkiməm, N 
isə Volqa sahilində yaşayır, siz gedin oraya və ona sağ burun deşiyi 
iltihabını müalicə edən həkim muraciət edin, deyir. 
Son illərin elmi nailiyyətləri göstərir ki, fizika, kimya, elektronika, 
riyaziyyat və s. kimi dəqiq elmlərin biologiyaya müdaxiləsi nəinki 
bioloji elmlərin üfüqlərini xeyli genişləndirmiş, həm də onu keyfiyyət 
elmindən kəmiyyət elminə çevirmişdir. Biologiya lap yaxın keçmişdə 
təcrübə  və müşahidələr nəticəsində toplanmış faktları qeyd etməklə 
kifayətlənərdi. Indi isə müasir biologiya kitablarının səhifələrində 
düsturlara, qrafik təsvirlərə, qanunauyğunluqlara tez-tez rast gəlmək 
olur. Fiziki təsəvvürlərin, ideyaların, qanunların və metodların 
biologiyaya hərtərəfli nüfuz etməsi nəticəsində indi yeni mütəxəssislər 
yetişir. Eyni zamada dəqiq elmlər üçün yeni tədqiqat obyektləri 
yaranır, onlar özü inkişaf edir, təkmilləşir və imkanlarını artırır. Canlı 
orqanizmlərdə baş verən bütün bioloji proseslər fiziki hadisələrlə 
müşayiət olunur. Bu hadisələr fiziki cihazların köməyi ilə tez və 
asanlıqla qeydə alına bilir, bioloji hadisələri isə qeydə almaq olmur. 
Ona görə də hər bir bioloji hadisənin fiziki tərəfini öyrənməklə onun 
əmələ  gəlmə mexanizmi və  təbiəti haqqında müəyyən mühakimə 
aparılır. 
Elmi-texniki tərəqqi təbabətin bir sıra mürəkkəb məsələlərini 
dərindən öyrənmək və  həll etmək üçün zəngin imkanlar yaratmışdır. 
Insan orqanizmində baş verən prossslərin dərinliklərinə girmək, 
onların sirlərin və  əsas xüsusiyyətlərini aşkar etmək,  əmələ  gəlmə 
səbəblərini və mexanizmlərini aydınlaşdırmaq mümkün olmuşdur. 
Bütün bu nailiyyətlərin əldə edilməsində müxtəlif elm sahələrinin bir-
birilə əlaqəsi və qarşılıqlı təsiri əsas yer tutmuşdur. Bu elmlər heç 
 
 

__________________Milli Kitabxana__________________ 
54 
 
vaxt bir-birindən təcrid edilməmişdir. Çünki canlı  və cansız təbiət 
haqqında elm yeganədir. Son zamanlar məktəb kursunu təşkil edən 
təbiət elmlərinin   demək olar ki, hamısının məzmununda biofizika 
elmi xususilə mövqe tutmağau müvəffəq olmuşdur. Bu elmin 
nailiyyətləri təbiət elmlərinin yeni   mərhələdəki   inkişafını 
səciyyələndirir. Bunu nəzərə alaraq təbiət elmlərinin  əlaqəli  şəkildə 
öyrənilməsinin   müvəffəqiyətlə həyata keçirilməsi üçun biofizikanın 
nailiyyətlərindən istifadə etmək vacibdir. 
Biofizika elmindən indi molekulyar səviyyədə tədqiqat aparan bir 
sıra yeni elm sahələri ayrılmışdı 
Əlbəttə, bunların hamısını orta məktəb kursuna   daxil etmək 
mümkün deyil və buna ehtiyac da yoxdur.   Lakin fizika, kimya və 
biologiya  fənlərinin tədrisinə verilən saatları ixtisar etmədən və 
onların proqramında heç bir dəyişiklik aparmadan adekvat   və bir- 
birini tamamlayan mövzuların  tədrisinə   biofizikanın bəzi 
elementlərini daxil etmək   mümkündür.   Bu bir tərəfdən   həmin   
fənlərin   tədrisini müasirləşdirər, elmin son nailiyyətləri ilə 
ayaqlaşmağa məcbur edər, tədrisin keyfiyyətini artırar, onu daha 
maraqlı  şəklə salar, fənlərarası  əlaqəni inkişaf etdirər, digər tərəfdən 
də  şagirdlərin umumi dunyagörüşü   artar, elmlər haqqında onlarda 
tam təsəvvür yaranar   və gələcəkdə düzgün ixtisas seçməkdə onlara 
yaxından kömək göstərər. 
Biofiziki təhsil elementlərinin  kimya-biologiya təmayüllü 
məktəblərdə keçilməsi daha vacibdir. Həmin məktəblərdə fizikanın 
özünün    tədrisini    biofiziki təmayüldə aparmaq uçün imkanlar orta 
təhsil məktəblərinə nisbətən daha çoxdur. Kimya-biologiya təmayüllü 
5  №-li respublika internat məktəbinin fizika müəllimləri bu 
 
 
imkanlardan   müvəffəqiyyətlə   istifadə edirlər. Onlar kimya və 
biologiya müəllimləri ilə  sıx  əlaqə saxlayır və  hər bir mövzunun 
tədrisini canlı orqanizmlərdə baş verən kimyəvi-bioloji proseslərlə 
əlaqələndirirlər. Məktəbdə müasir avadanlıqla        təchiz edilmiş  və 
avtomatlaşdırılmış iki fizika   kabineti vardır. Fizika dərsləri 
müntəzəm   olaraq   nümayiş  təcrübələri ilə  və öz vaxtında 
laboratoriya işlərinin yerinə yetirilməsi ilə aparılır.   Şagirdlərin 
biliklərini yoxlamağa sərf olunan   vaxta   qənaət  
  

__________________Milli Kitabxana__________________ 
55 
 
etmək məqsədilə müəllimlər sorğunu «oqonyok» cihazı ilə  də 
aparırlar. Məktəbdə kimya və biologiya dərsləri daha yüksək 
səviyyədə keçir. Burada olduqca    zəngin kimya və biologiya 
kabinetləri, xüsusi canlı guşə vardır.  Bütün bunlar məktəbin kollektiv 
əməyinin nəticəsindəyaranmışdır. 
Şagirdlərə biofiziki təhsilin verilməsində bu məktəbin işi, 
həqiqətən, təqdirəlayiqdir. Təsadüfi deyil ki, həmin məktəbi qurtaran 
şagirdlər müvəffəqiyyətlə Azərbaycan Tibb İnstitutuna, universitetin 
biologiya və kimya fakültələrinə daxil ola bilirlər. 
Fizika dərslərində müxtəlif tarixi epizodlardan söhbət açmaqla da 
şagirdlərin diqqətini biofiziki məsələyə yönəltmək olar. Məsələn, 
hazırda dünyanın hər yerində Bernar cərəyanından miqren, nevralgiya 
və bir-sıra başqa xəstəliyə tutulmuş adamların müalicəsində istifadə 
olunur. Fransız alimi Bernarın tibb fizikası laboratoriyasında xidmət 
edən işçilərdən biri öz bədənində sabit cərəyan verən aparatın təsirini 
yoxlayarkən, o, cərəyan keçən yerdə  əvvəllər xoşa gəlməyən 
qıcıqlanma hiss etdiyi halda, indi həmin yerdə müsbət təsir bağışlayan 
titrəyiş hiss edir. Bunun səbəbini öyrənmək üçün cihazın elektrik 
dövrəsini diqqətlə  nəzərdən keçirirlər və  məlum olur ki, pis 
lehimləndiyi üçün elektrik süzgəcinin kondensatoru dövrədən kənarda 
qalmışdır. Ona görə  də generator sabit cərəyan  əvəzinə, qiyməti 
periodik olaraq artıb-azalan dalğaşəkilli cərəyan verirmiş. Belə 
cərəyanın isə ağrını kəsmək və xəstəni sakitləşdirmək xassəsi varmış. 
Həmin vaxtdan başlayaraq alçaq tezlikli düzləndirilmiş sinusoidal 
cərəyandan təbabətdə geniş istifadə olunur. 
Elmə çoxdan məlumdur ki, maqnit və elektrik sahələri insanlara, 
heyvanlara və bitkilərə müəyyən təsir göstərir. 
Bu təsirin fiziki tərəfini təxminən belə izah etmək olar. Hüceyrə 
daxilindəki dipolaoxşar su molekulları xarici maqnit və ya elektrik 
sahəsinin təsiri ilə öz vəziyyətlərini dəyişir ki, bu da oradakı kimyəvi 
reaksiyaların gedişinə, nəhayət, toxumaların bioloji halının 
dəyişməsinə, nəticədə isə sinir sisteminə öz təsirini göstərir. 
 

__________________Milli Kitabxana__________________ 
56 
 
Kimya elminin və kimya sənayesinin fövqəladə böyük 
müvəffəqiyyətlərinə baxmayaraq, hələ indiyə qədər canlı təbiətdə baş 
verən bir sıra kimyəvi prosesləri laboratoriya şəraitində        almaq   
mümkün   olmamışdır. Canlı  təbiətdəki kimyəvi reaksiyalar ətraf 
mühitin temperaturuna yaxın aşağı temperaturlarda, su muhitində 
böyük sürətlə baş verdiyi halda, sənaye miqyasında bunlar yüksək 
temperatur və təzyiqlərdə   həyata   keçirilir. Orqanizmdəki kimyəvi 
reaksiyalar  ətraf mühiti çirkləndirmir. Bir canlının həyat-fəaliyyət 
məhsulu başqası  tərəfindən tamamilə istifadə olunur və  təbiətdəki 
müvazinəti pozmur. Biokimyəvi   reaksiyaların bu xüsusiyyətləri son 
zamanlar alimlərimizin diqqətini daha çox özünə  cəlb edir və onlar 
sənaye   istehsalı proseslərini həmin  əsasda həyata keçirmək   üçün 
səy göstərirlər. 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin