Odlar yurdu universiteti f.ü. f d. Sevinc Səlim qızı Məmmədzadə



Yüklə 190,5 Kb.
səhifə4/26
tarix19.12.2023
ölçüsü190,5 Kb.
#184625
1   2   3   4   5   6   7   8   9   ...   26
Dilciliyin saslari Metodik Vsait

Dil və kulturologiya
Kulturoloji xüsusiyyətlər deyərkən, “mədəniyyət anlayışı və onun forma və növləri nəzərdə tutulur. Kulturologiya cəmiyyətin istehsal sahəsində, sosial və mənəvi həyatında əldə etdiyi nailiyyətlərin toplusu deməkdir. Kultruologiya həyati proseslərdə paralel olaraq insanın qarşıya qoyduğu məqsədə doğru getdiyi yol və bu yolda qazandığı göstəricidir. Kulturologiyanın ən vacib elementləri bunlardır: işarəvilik (yeni sözlər, lüğət tərkibi və s.), dialoqlaşma, prosesin fasiləsizliyi, mədəniyyət atributlarının müxtəlif istiqamətlərə şaxələnməsi; mədəniyyət mexanizminin qorunması və s.
Dilin mədəniyyətlə əlaqəsi birbaşa mövcuddur. Amerikalı dilçi E.Sepir dil və mədəniyyət arasındakı əlaqəni aşağıdakı tezislərlərlə göstərir:
1. Kultruologiya bir xalqın həyat tərzini səciyyələndirən təcrübi bacarıq və düşüncələrin birliyidir. Bu, cəmiyyət tərəfindən həyata keçirilən bir dəyər seçimidir.
2. Kulturologiya simvolikdir. Dil isə sosial-mədəni inkişafın məhsulu olmaqla yanaşı, bir vasitədir və o, mədəniyyətdən öncə mövcud idi. Mədəniyyət bir sıra nəsillərin nəhəng və anonim əsəri kimi yaradılmış, bütün sənətlərin ən kütləvi formasıdır.
3. Dil və kulturologiyanın bir çox müştərək xüsusiyyətləri var: hər ikisi də hər hansı fikrin, ideyanın seçilməsini tələb edir. Fərq ondan ibarətdir ki, mədəniyyət insanın nə gördüyü və nə düşündüyünü, dil isə onu necə etdiyini göstərir.
4. Dil xalqın mədəniyyətini toplayır və gələcəyə miras saxlayır. Mədəniyyətin qorunub saxlanmasında atalar sözləri, məsəllər, adət-ənənələr, dini əsərlər (dualar, ayinlər və s.) soy şəcərələri (antroponimlər, toponimlər və s.) mühüm rol oynayır.
5. Kulturologiya sürətlə, dil isə ləng inkişaf edir. Mədəniyyətin inkişafının sürətlənməsi dilin inkişafının sürətlənməsinə səbəb olur. Mədəniyyətdəki dəyişikliklər dildən şüurlu olması ilə seçilir.
6. Dil və kulturologiya formaları arasında ciddi bir ahəngdarlıq görünmür. Belə ki, dillərdə dərin fərqlərin olmasına baxmayaraq, mədəniyyət tez yayıla, kütləviləşə bilər. Vahid mədəniyyətə tamamilə fərqli dillərin daşıyıcıları arasında rast gəlmək olur.
7. Dilin lüğət tərkibi xalqın mədəni inkişaf səviyyəsini inkişaf etdirir, lüğət tərkibi (leksika) mədəniyyətin həssas bir göstəricisidir; bunu sözlərin, terminlərin mənalarındakı dəyişikliklər, arxaik və tarixizmlərin itirilməsi, arxada qalmsı, yeni sözlərin, neologizmlərin yaradılması və alınma sözlərin dilə daxil olması və s. sabitləşdirir. Hər hansı bir xalqa məxsus zəngin bir lüğət ehtiyatı qədim mədəniyyətin göstəricisi kimi özünü göstərir.
8. Dil və kulturologiya bir-biri ilə geologiya və paleontologiya kimi bağlıdır. Əgər bir alim mədəniyyətdəki dəyişiklikləri dildə baş verən dəyişmələrlə əlaqələndirə bilirsə, o zaman mədəniyyətin ilkin yaranma dövrünü və mərhələsini ölçmək (hesablamaq) mümkün olacaqdır. (E. Sepir)
Dil və kulturologiyanın əlaqəsini bu cür tutarlı dəlillərlə sübut edən E.Sepir mədəniyyətin mürəkkəbliyi nəticəsində dilin morfoloji sistemini sadələşdirmək meylini də təklif edir. Funksional və sistem cəhətdən dil və mədəniyyət də izomorfizm (struktur oxşarlıq) mövzudur. E.Sepir daha sonra göstərirdi ki, dil “mədəni” funksiyaya malikdir, yəni müxtəlif dillərdə danışan insanlar ayrı-ayrı mədəniyyətlərə mənsubdur və onlar dünyanı fərqli şəkildə dərk edirlər. E.Sepirin nöqteyi-nəzərincə, hər bir mədəniyyətin məzmunu onun dilinin köməyi ilə ifadə edilə bilər və məzmunu cəmiyyət tərəfindən həyata keçirilən dəyərlər seçim kimi qavranılan mədəniyyətlə ayrılmaz şəkildə bağlıdır.
Bu tezislər də sübut edir ki, mədəniyyət dildə təsbit olunur. Mədəniyyət məkanı dildə ayrı- ayrı diskurslarda öyrədilir. Eyni zamanda, kommunikativ məkanın mədəni fonu diskurs şəraitində tədris olunur. Bu kimi linqvokulturoloji məsələlər indi xarici dillərin öyrənilməsinə uğurla tətbiq olunur.
Müasir kompleks elmdə linqvokulturologiyanın konseptual əsasları və inteqrativ xarakteri həm tədqiq, həm də tədris olunur. Müxtəlif anlayışlar: milli-mədəni özünəməxsusluq, milli-mədəni əlaqə, milli-mədəni məkan, mədəniyyət, şüur, təfəkkür, intellekt və mədəniyyət, dil və mədəniyyət, kommunikasiyanın milli spesifikası, mədəni informasiya vahidlərinin müxtəlif səviyyələri, milli-mental –linqval kompleks, metaforlaşma vasitələri, onların leksik, sintaktik, frazeoloji, ekstralinqvistik aspektləri öyrənilir və uğurla tədrisə tətbiq olunur.
Bu gün linqvokulturoloji araşdırmalar müasir linqvistika elmində geniş vüsət almaqdadır. Bu istiqamətdə kontrastiv və müqayisəli-tipoloji tədqiqatlar konseptual semantikanın milli spesifikasını üzə çıxarmaqdadır. Belə yanaşma bir mühüm dil vahidi kimi sözün semantikasının xalqın mədəniyyəti ilə bağlı tərəfini nəzərdən keçirməkdədir. Yəni, sözdə şərtləndirilmiş xalq mədəniyyətinin semantikası necə əks olunur? Suala cavab verərək söyləmək olar ki, linqvokulturologiya yeni linqvistik tədqiqat sahəsidir. Dil vahidlərinin funksional-struktur fərqi mədəniyyət faktoru ilə şərtləndirilir, çox sayda semantik komponentlər leksik vahidin məzmun və mənasında mədəniyyət hadisəsini əks etdirir, hansı ki, hər xalq üçün spesifik və mənəvi olan mədəniyyət universal mədəniyyətin material hadisəsi kimi təqdim olunur.
Linqvokulturologiya 3 sahənin – müasir dilçiliyin, mədəniyyətin və etnolinqvistikanın ən yeni sahələrindəndir. Bu qovuşuq sahədə dil və mədəniyyətin, dil və etnosun qarşılıqlı münasibətləri yaranır. Dil və xalq mentaliteti arasında olan qarşılıqlı əlaqə bu münasibətə dayanır. Tədqiqatlar linqvokulturologiya elmini belə üçlü kimi proqnozlaşdırır: “Triada - dil, mədəniyyət və insan şəxsiyyəti”. Linqvokulturologiya sanki bir linzadır, burada etnosun maddi və mənəvi tərəfi görünür.
İstənilən elmin yaranması onun kateqorial aparatına – bazasına görə müəyyən olunur. Linqvokulturoloji məsələlərin kateqoriya aparatının əsasını dil şəxsiyyəti və konsept təşkil edir. Bu kontekstdə dil bilavasitə şəxsi keyfiyyətlərin təzahürü ilə bağlı olaraq bir sıra təbii dillərin qrammatik sistemində şəxsi keyfiyyətlərə münasibəti ilə əsas götürür.
Şübhəsiz dil şəxsiyyəti anlayışında insan dayanır və onun nitq sahibi kimi bir mövcudluq forması olaraq bacarıqları, vərdişləri, yəni danışığının təqdim və qəbulu kimi anlaşılır. Eyni zamanda, bu anlayış adı altında insanın şifahi nitqi zamanı ünsiyyət aktı kimi seçdiyi davranışı- kommunikativ şəxsiyyəti də nəzərdə tutulur.
“Konsept” və “konsepsiya” termin-anlayışları proterminoloji vəzifəyə sahib olaraq dilçilikdə 90-cı illərin əvvəlində aktiv şəkildə istifadə olunmağa bşlanılıb. Linqvokulturoloji dolğunlaşma və zənginləşmə məhz bu anlayışlarla bağlı həyata keçmişdir.
Konsepsiyanın linqvistik işarəsi hər hansı predmetə aid olmağından savayı, bütün ünsiyyət məlumatını da özünə daxil edir. Linqvistik konsepsiyanın semantikasının komponenti sözün koqnitiv (bilik) yaddaşıdır- ana dilinin mənəvi dəyərlər sistemi ilə linqvistik işarənin semantik xüsusiyyətləri ilə özünməxsus məqsədilə bağlıdır. Burada ən vacib sayılan təbii dil vahidlərinin semantikasının spesifikliyini müəyyənləşdirən və daşıyıcılarının “linqvistik (sadəlövhlük) şəklini” əks etdirən mədəni-etnik elementdir. Gündəlik şüurun bir faktı kimi “dünyanın sadəlövh baxış”ı dilin leksik və frazeoloji vahidlərində hissə-hissə əks olunur, lakin dil özü bilavasitə dünyanı inikas və təcəssüm etmir, dil bu dünyanın milli dil şəxsiyyəti kimi (konsepsiyası) yalnız bir yolunu təqdim edir və buna görə də bu cür ifadələr – “dilin dünya xəritəsi” və “dilin dünya mənzərəsi” müəyyən qədər şərtidirlər.
Dilin nisbilik nəzəriyyəsinə görə müxtəlif dillərdə fərqli kateqoriyalar mövcuddur və həmin dillərin daşıyıcıları dünyanı və ətraf aləmi məhz fərqli formada təsvir və ya izah edirlər.
Konseptologiya və kateqoriyallaşma məsələlərinə yanaşmada sözün yaxın və uzaq mənasına və ya linqvistik və mədəni mənasına aydınlıq gətirilməlidir. Linqvistik məna yaxın, mədəni məna uzaqdır, əlçatmazdır.
Mədəni mənanı əks etdirən mədəniyyət bir xalqın həyat tərzini səciyyələndirən praktik bacarıq və düşüncənin birləşməsidir. Bu cəmiyyət tərəfindən həyata keçirilən dəyər seçimidir. Dil sosial və mədəni inkişafın məhsuludur, mədəniyyətdən öncə yaranmışdır. Dil və mədəniyyətin bir sıra ümumi xüsusiyyətləri mövcuddur. Hər ikisi aktual fikir seçilməsini tələb edir. Fərq ondan ibarətdir ki, mədəniyyət insanın nə gördüyü və düşündüyünü, dil isə onu necə etdiyini göstərir. Dil mədəniyyəti toplayır, bir yerə yığır və miras qoyur. Atalar sözləri, dualar, adətlərdə, soy səcərələrdə mədəniyyət qorunub saxlanılır. Mədəniyyət intensiv inkişaf edir, dil isə nisbətən inkişafdan ləngiyir. Mədəniyyətin inkişafının sürətlənməsi dilin inkişafının sürətlənməsinə səbəb olur. Mədəniyyətdəki dəyişikliklər dildən daha şüurlu olur.
Dil vahidlərinin linqvokulturoloji mənasının, əhəmiyyətinin müəyyənləş­dirilməsi üçün konkret mədəni səbəb olmalıdır. Xalq mədəniyyətinə məxsus xüsusiyyətlər mədəni fenomen, və hadisə kimi dil vahidlərilə əks olunur, semantik komponentlər aydınlaşır. Sözün milli-mədəni spesifikası, onun mənalarında, ayrıca komponentlərin mənalarında, həmçinin leksik qrupların mənalarında da mövcuddur.
Beləliklə, dil vahidlərinin, yaxud leksik qrupların linqvomədəni əhəmiyyəti bu mənaların müəyyən olunması nəticəsində ortaya çıxır.
Dildə baş verən hadisələrinin linqvokulturoloji spesifikasının formaları aşağıdakılardır:
-tarixi hadisələrin adlandırılması, xalqın tarixi abidələrinin qorunub saxlanması;
-kulturoloji realilərin adlandırılması;
-onomastik realilərin adlandırılması;
-mətndə milli presedentin əlaqəsinin adlandırılması ( insan futlyar, əlavə insan və s.)
-milli-tarixi qeyri-ekvalent realilərin adlandırılması (bolşevik, barin, nomenklatura, rəhbər, partiyasız və s.);
-milli-material (məişət) realilərin adlandırılması;
-milli-mədəni simvolların əksi, adlandırılması (rəng simvolları).
Linqvokulturologiya filoloji elmlərdəndir. Milli-mədəni ümumiliyi öyrənir, dil və mədəniyyətin qarşılıqlı əlaqəsini tədqiq edir. Dil vahidlərinin mədəni markirovkası etnokultur və yaxud milli spesifika daşıyır. Etnokultur spesifika- “kulturoloji mentaliteti” formalaşdırır və informasiya verilir. Dil vahidlərinin kulturoloji aspektləri aşağıdakı çərçivədə qərarlaşaraq “dilin fundamental sahəsi+ mədəniyyət+dil şəxsiyyəti üçlüyünü əhatə edir. Bu spesifika dil vahidlərin kulturoloji spesifikası, mədəni dil kodu kimi funksionallaşır. Mədəni-dil kodu linqvomədəni korrelyasiya sistemi yaradır, dil şəxsiyyətinin strukturunu təşkil edir. Dil vahidlərinin kulturoloji xüsusiyyətlərinin öyrənilməsi prosesi hələ də davam edir.
Anlayışın linqvokulturoloji kodu dilin linqvokulturoloji tədqiqatının obyektidir. Yəni dil linqvokulturoloji kodun təhlilində mühümi rol oynayır. Linqvokulturoloji kodun kompleks xarakteri vardır. Onun hərəkətin təmin olunmasındakı rolu böyükdür. Linqvkulturoloji kod dil şəxsiyyətindən ibarətdir.
Linqvokulturoloji yanaşma ilə dilin sisteminə baxmaq, hər hansı bir dil vahidinin milli-mədəni spesifikasını təyin etmək, bu barədə olan konsepsiyanı inkişaf və davam etdirmək olur.

Paradiqmatika və sintaqmatika


F.de Sössürə görə, hər hansı bir dilin vəziyyəti hər şeyin o dilə münasibətilə əsaslanır. Dil sisteminin üzvləri arasında əlaqələr və fərqlər iki fərqli sahədə inkişaf edir. Onlar zehni fəaliyyətimizin iki formasına uyğundur. Bir tərəfdən nitqdəki sözlər bir-biri ilə əlaqə quraraq dilin xətti xarakteri əsasında əlaqələri yaradır. Bu elementlər nitq axınında bir-birinin ardınca düzülür. Bunlar dil vahidlərini eyni vaxtda və ardıcıllıqla birləşdirən sintaqmatik əlaqələrdir. Sintaqmatik münasibətlər həmişə mövcuddur. Sintaqmatik münasibət faktiki ardıcıllıqda bərabər şəkildə mövcud olan əlaqənin iki və ya daha çox üzvünə əsaslanır. Digər tərəfdən, nitq prosesindən kənarda ümumi cəhətləri olan sözlər yaddaşda elə əlaqələndirilir ki, onlardan qruplar əmələ gəlir və onların daxilində çox müxtəlif əlaqələrə rast gəlinir. Beləliklə, “tərbiyəçi” sözü qeyri-ixtiyari olaraq şüurda bir çox başqa sözləri oyadır: “tərbiyə etmək”, "şagird", “uşaq bağçası”, “koloniya” və s.
Paradiqmatik münasibətlər dil vahidlərini qruplara, kateqoriyalara birləşdirən əlaqələrdir. Paradiqmatik münasibətlər, məsələn, samitlər sisteminə, azalma sisteminə, sinonimik sıralara əsaslanır. Paradiqmatik münasibətlər bəzən assosiativ adlanır. Assosiativ münasibətlərə misal olaraq felin, eyni kökdən olan sözlərin birləşməsi, sözün hallara görə dəyişməsi paradiqması ola bilər. Bunlar “ya/ya da” prinsipinə görə sözlər arasındakı münasibətlərdir.

Yüklə 190,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin