Odlar yurdu universiteti f.ü. f d. Sevinc Səlim qızı Məmmədzadə



Yüklə 190,5 Kb.
səhifə1/26
tarix19.12.2023
ölçüsü190,5 Kb.
#184625
  1   2   3   4   5   6   7   8   9   ...   26
Dilciliyin saslari Metodik Vsait


ODLAR YURDU UNİVERSİTETİ
f.ü.f.d. Sevinc Səlim qızı Məmmədzadə
DİLÇİLİYİN ƏSAS İSTİQAMƏTLƏRİ
Doktorantlar və dissertantlar üçün
VƏSAİT


Bakı-2023

ODLAR YURDU UNİVERSİTETİ
f.ü.f.d. Sevinc Səlim qızı Məmmədzadə


DİLÇİLİYİN ƏSAS İSTİQAMƏTLƏRİ
Doktorantlar və dissertantlar üçün
VƏSAİT
Odlar Yurdu Universitetinin Elmi şurasının -- .--.2023-ci il tarixli qərarı ilə (protokol№ ) nəşr olunur


Bakı 2023
Rəyçilər:


Müəllif: f.ü.f.d. Sevinc Səlim qızı Məmmədzadə

Elmi redaktor:

Doktorantura və dissertantura pilləsinə hazırlaşan tələbələr üçün vəsait. Bakı, 2023.- 109 s.

Vəsait doktorantura və dissertantura pilləsinə hazırlaşan tələbələr, doktorluq imtahanlarına hazırlaşan doktorant və dissertantlar, həmçinin “dilçilik” və “filologiya” ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulmuşdur.
Bu vəsait doktorantlar, dissertantlar, müəllimlər tərəfindən geniş şəkildə istifadə edilə bilər, həmçinin, vəsaitdən mühazirə mövzularının hazırlanmasında da əyani vəsait kimi yararlanmaq olar.
Vəsaitdə dilçilik elminin hər bir istiqaməti geniş şəkildə açıqlanır, eyni zamanda hər mövzunun sonunda özünütəhlil sualları və tapşırıqları yer almaqdadır.
GİRİŞ


Dil dünyanın modelidir. Dil bir tərəfdən etnosun nadir əlaməti, digər tərəfdən isə öz başlıca funksiyasını gerçəkləşdirən bir varlıqdır. Tarixin bütün dövrlərində dil sosial hadisə kimi özünü göstərmişdir, yəni, dili cəmiyyətdən kənar bir varlıq kimi qəbul etmək olmaz. Çox vacib ünsiyyət vasitəsi olan dil həm də sosial şərtlənmənin interaksiyasını doğurur.
Dilçiliyik elmi daim inkişaf mərhələsində olduğundan və bu elm sahəsində mövcud vəsaitlərin daim yenilənməsi tələbi yeni dərslik və vəsaitlərin ərsəyə gəlməsinə gətirib çixarır. Bu baxımdan, metodik vəsait müasir dilçilikdəki yeni tendensiyaları özündə əks etdirir:

  • linqvokulturologiya;

  • mühəndislik dilçiliyi; və s.

“Dilçiliyin əsas istiqamətləri” vəsaiti gələcəyin dilçi və filoloqlarını dilçilik terminologiyası, müasir elmdə istifadə olunan linqvistik tədqiqat metodları ilə tanış edir, onlarda konkret dil faktlarını təhlil etmək bacarıqlarını inkişaf etdirir.
Vəsaitin məqsədi tələbələrin linqvistik üfüqlərini genişləndirmək və onları linqvistik dövrün digər subyektlərinin öyrənilməsinə hazırlamaqdır. Şübhəsiz ki, humanitar biliklər, dillərarası ünsiyyət, təhsil və mədəniyyət bilgiləri də vəsaitin öndə olan məqsədlərindəndir.

Yüklə 190,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin