О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


  Qazıma qurğularının diaqnostikası



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
6.1.  Qazıma qurğularının diaqnostikası 
 
  Qazıma  qurğuları  özündə  maĢın,  mexanizm  və 
qurğuları  birləĢdirən  mürəkkəb  texniki  sistemlərdən 
ibarətdir. Qazıma qurğusunun texniki vəziyyəti onu təĢkil 
edən hissələrin, o cümlədən, əsas yükqaldırıcı mexanizm-
lərin  (bucurqad,  gediĢ  sistemi),  buruğun  metal  konstruk-
siyasının,  qazıma sahəsində endirib-qaldırılma əməliyyat-
larını  yerinə  yetirən  mexanizmlərin  vəziyyəti,  qurğunun 
pnevmatik  avadanlığının  təzyiq  altında  iĢləyən  boru 
sisteminin,  məhlulun  hazırlanması  və  verilməsini  təmin 
edən  dövri  sisteminin,  qazıma  rotorlarının  və  digər 
avadanlığın  intiqallar  kompleksinin  vəziyyəti  ilə  təyin 
edilir. 
  Diaqnostika hesablanmıĢ iĢləmə müddəti dövründə, 
həmçinin,  bu  müddəti  ötmüĢ  qazıma  qurğularının  texniki 
vəziyyətinin qiymətlədirilməsi məqsədilə aparılır. 
  Ġstismarın  normativ  müddəti  ötmüĢ  quyularda 
müayinə mütləq prosedur hesab olunur və müəyyən dövrlə 
aparılır. 


 
134 
  Müddəti  ötmüĢ  qazıma  qurğularının  müayinəsi  üç 
tip nəzərdə tutulur: ilkin, təkrar və növbədənkənar. 
  Ġlkin müayinə qurğunu hazırlayan zavod tərəfindən 
təyin  olunmuĢ  normativ  müddət  (adətən,  istismara  baĢla-
dıqdan 7  il) bitdikdən  sonra  aparılır. Qazıma qurğusunun 
iĢləmə  müddətinin  artırılması  müddəti,  normativ  sənəd-
lərin  təlabatlarından  və  qurğunun  taktiki  vəziyyətindən 
asılı olaraq təyin olunur. 
  Təkrar  müayinə  ilkin  müayinənin  təyin  etdiyi 
müddət  keçikdən  sonra  aparılır.  Bu  müayinələrin  sayı 
qeyri  –  məhduddur.  Bu  müddət  üç  ildən  çox  olmur. 
Istismarın  sonrakı  mümkünlüyü  qazıma  qurğusunun 
ümumi  vəziyyətindən,  iqtisadi  götəricilərdən  və  təmir 
xərclərindən  asılı  olaraq  təyin  olunur.  Növbədən  kənar 
müyinə aĢağıdakı hallarda aparılır:  

 
istismar zamanı metal  konustruksiya düymələrində 
və  mexanizmlədə  eyni  deffektin  çox  dəfə  təkrarlanması 
müĢahidə olunduqda

 
yüksək  dinamik  yüklənmə,  yenidən  qaldırma, 
yanğın və i. nəticəsində əmələ gələn deformasiya olduqda,  
qazıma  qurgusunu  yenidən  quraĢdırıldıqda  və  ya 
rekonstruksiyaya məruz qaldıqda. 
Müayinə  olunan  qazıma  qurğular  bunlardır:  iĢlək 
vəziyyətdə  və  istismar  yerində  quraĢdırılmıĢ  qazıma 
qurğuları, həmçinin, qazıma buruqları, qazıma qurğusunun 
özülü,  bunların  üzərində  quraĢdırılmıĢ  avadanlıq, 
buruqları  və  eləcədə,  elektrik  avadanlığı  və  cihazlarını 
qaldıran  qurğu.  Buruğu  həm  vertikal,  həm  də  horizontal 
vəziyyətdə  müayinə  etmək  olar.  Bu  qərarı  ekspert 
komissiyası qəbul edir. 
Müayinə zamanı aĢağıdakı əsas iĢlər yerinə yetirilir: 


 
135 

 
qazıma  qurğusunun  texniki  istismar  və  təmir 
sənədləri ilə tanıĢlıq və onun analizi; 

 
qazıma  qurğu  kompleksinə  zahiri  baxıĢ.  Bu 
kompleksin  metal  konstruksiyalarının,  mexanizmlərinin, 
aqreqatlarının,  elektrik,  hidro  və  pnevmo  qurğularının 
ümumi vəziyyətini və  qazıma qurğusunun tam komplekt-
liyini xarakterizə edir

 
dağıtmadan  nəzarət  metodlarını  tətbiq  etməklə 
metal  konstruksiyaların  əsas  aparıcı  elementlərinin 
vəziyyətinin yoxlanması; 

 
mexanizmlərin  iĢlənmə  kəmiyyətini  lazım  olan 
ölçmələr aparmaqla, mexanizmlərin, aqreqatların, kanat və 
kanatbloku  sistemlərin  və  digər  düyün  və  detalların 
vəziyyətinin yoxlanması; 

 
elektrik  avadanlıq  və  aparatlarının,  təhlükəsizlik 
cihazlarının,  hidro  və  pnevmoqurğularının  vəziyyətinin 
yoxlanması; 

 
kimyəvi analiz üçün nümunələrin seçilməsi ehtiyac 
olduqda  və  metal  konustruksiyaların  aparıcı  element-
lərinin mexaniki xassələrinin yoxlanması. 
Metalın kimyəvi tərkibinin və mexaniki xassələrinin 
müəyyənləĢdirilməsi aĢağıdakı hallarda lazım olur: 

 
qazıma  qurğusu  konustruksiyalarının  pasportla-
rında  metal  konustruksiyaların  əsas  aparıcı  və  köməkçi 
elementlərinin  metallarının  markasını,  kimyəvi  tərkibi  və 
mexaniki xassələrini təsdiqləyən sənədin olmaması; 

 
qazıma  qurğusu  istismarınnın,  konustruksiya  pas-
portunda göstərilən temperatur rejiminin, poladın markası 
verilən  sənəddə  göstərilən  temperatur  rejiminə  uyğun 
olmaması; 

 
yoxnalılan elementdə çatlar əmələ gələrsə


 
136 

 
metalın  yorğunluğunu  qiymətləndirmək  üçün 
konstruksiyalarda  metalın  taktiki  vəziyyətini  təyin  etmək 
ehtiyaçı olduqda. 
Qazıma  qurğusunun  texniki  vəziyyətini  müayinə 
etdikdən  sonra  və  aĢkar  olunmuĢ  nasazlıqları  aradan 
qaldırdıqdan  sonra  (komissiya  qərar  qəbul  edərsə) 
qurğunun  nəzarət  statik  sınaqları  keçirilir.  Qazma 
qurğusunun  balka,  ferma  və  digər  elementlərinin  vizual 
baxıĢ  zamanı  aĢkarlanan  deformasıyasını  ölçmək  üçün 
tarıma çəkilmiĢ simdən istifadə olunur. 
Deffekt  və  ya  onların  əlamətləri  göründükdə, 
həmçinin, köməkçi qaldırıcı qurğularının nəzarət  statik və 
dinamik  (metal  konustruksiyaların  elementləri  və  ya 
qaynaq  tikiĢlərində)  bu  zona  palçıq,  rəng,  toz,  eləcə  də 
korroziya  məhsullarından  metal  parıltısı  əmələ  gələnədək 
təmizlənir. Deffekt haqqında daha obyektiv məlumat əldə 
etməkdən ötrü, dağıtmayan nəzarət metodlarından istifadə 
olnur.  
Çatlar  aĢkarlanan  zaman,  onların  inkiĢaf  istiqaməti 
və  aĢağıdakı  elementlərə  keçməsinə  daha  çox  diqqət 
yetirmək lazımdır: 

 
birləĢmə; 

 
konustruksiya elementlərinin qovuĢma düyünləri; 

 
dartılmıĢ  təzyiq  elemenrtlərinə  eninə  təsir 
yerlərində qaynaq tikiĢi; 

 
bir-birinə  50  mm-dən  az  məsafədə  yaxınlaĢma 
zonası; 

 
bolt birləĢməsi. 
Qazma qurğusunun istismarı zamanı qaynaqla təmirə 
məruz  qalmıĢ  yerlərə  xüsusi  diqqət  yetirirlər.  Qaynaq 
tikiĢi  və  onun  ətraf  zonasının  (20......30  mm  enində) 


 
137 
vəziyyəti  nəzarət  altında  saxlanılır,  çünki  qaynaq  zamanı 
narahatçılıq  üzündən  alınan  keyfiyyətsiz  tikiĢlərdə  təkrar 
çatlar əmələ gələ bilər. 
Metalın  korroziyaya    uğrama  dərəcəsi,  konustruk-
siyanın  korroziyaya  uğramıĢ  yeri  ilə  zədələnmiĢ  hissənin 
en  kəsiyini  müqayisə  etməklə  təyin  olunur.  Bu  zaman 
nəzarət,  elementin  açıq en  kəsiyinin  standart ölçü alətləri 
ilə  və  ya  qapalı  en  kəsiklərini  ölçən  ultrasəs  qalinliq 
ölçənlər  vasitəsilə  yerinə  yetirilir.  Divarların  minimal 
buraxıla  bilən  qalınlığı  nominal  qalınlığın  80%-  dən  az 
olmamalıdır.  
Bolt birləĢmələrinə nəzarət zamanı, birləĢmə yerində 
ara  məsafəsinin  olmasına,  boltların  sıxılmasına  (100% 
nəzarət), elementlərin burularaq açılmasının qarĢısını alan 
yaylı  saybaların,  qatlanma  Ģaybaların,  kontrqaykaların, 
Ģplintlərin və s., bərkidici detalların korroziyaya uğraması 
dərəcəsinə xüsusi diqqət yetirmək lazımdır.  
Boltlarda  çatların  olması  vizual  və  ya  xarici 
əlamətlər olmadıqda isə, dağıtmayan nəzarət vasitələri ilə 
təyin  olunur.  Bir  boltda  çat  aĢkarlanarsa,  qalan  bütün 
boltlar yerindən açılaraq yoxlanır. 
BoĢalmıĢ bolt aĢkarlanarsa, dinamometrik açar və ya 
fırladıcı  momentə  nəzarət  yetirən  xüsusi  açarla  onun 
sıxılması yerinə yetirilir.  
Metal  konustruksiyanın  aparıcı  elementlərinin  hər 
bolt  birləĢməsində  bütün  boltlarının  sıxılmasına  nəzarət 
olunur.  
Barmaqlar  və  oxlar,  metal  konustruksiyaların 
birləĢdirici  elementləri,  birləĢdirici  elementlərdə  (rigel, 
Ģaybalarda,  qaykalarda  və  s.)  zədələr  aĢkarlandıqda 
deffektlərin  aĢkarlanması  üçün  yerlərindən  açılaraq 
müayinə olunurlar. 


 
138 
Metal  konustruksiyalarla  birlikdə  qazıma  qurğusu 
aĢağıdakı əsas obyektlərdə müayinə olunmalıdır: 

 
qazıma bucurqadı, barabanlar, vallar, reduktorlar; 

 
əyləc  qurğuları  (lentvari,  hidrodinamik  və  elek-
tromaqnit əyləclər, əyləc dəstəkləri); 

 
sistemin aqreqatları (kronbloklar, bloklar, Ģkivlər, 
xüsusi  asqılar,  tal  kəndirin  hərəkətsiz  qolunu  bərkitmək 
üçün qurğular); 

 
tal kəndiri; 

 
metallar (daimi, zəncirli, elektromaqnit); 

 
zəncirli ötürmələr; 

 
kardan valları;  

 
vertlyuq; 

 
transmissiyalı qazıma rotorları; 

 
manifold; 

 
dövri sistem avadanlığı; 

 
dizel-hidravilik intiqal kompleksi; 

 
endirmə-qaldırma  əməliyyatlarını  təmin  edən 
əlavə  mexanizmlər  (Ģamların  açılıb  bağlanması  üçün 
açarlar,  qazıma  borularının  çıxarılması  üçün  qurğular, 
pnevmobağlayıcılar, köməkçi bucurqadlar) 

 
qazıma nasosları; 

 
qazıma  qurğusu  intiqalı  (mexaniki,  hidravilik  və 
pnevmatik); 

 
köməkçi yük qaldırıcı qurğuların tal sistemi

 
köməkçi bucurqad; 

 
pnevmoidarə sistemi; 

 
montaj kompensatorları;  

 
təzyiq altında iĢləyən boru kəmərləri, çənlər və s. 


 
139 
Mexanizlərin, kanat-blok sistemlərinin yük saxlayıcı 
qurğuları  və  avadanlığın  digər  obyektlərinin  vəziyyətinin 
müayinəsi aĢağıdakı mərhələlərdən ibarətdir: 

 
bütün aqreqatların, avadanlığın obyeklərinin düyün 
və 
detallarının 
vizual 
baxıĢı 
və 
sökülmədən 
vəziyyətlərinin yoxlanması; 

 
aqreqat və onların elementlərinin sökülərək deffekt 
və  nasazlıqların  alətlərlə  ölçməklə  vəziyyətlərinin 
yoxlanılması;  

 
tapılmıĢ  nasazlıqların  analizi  və  müayinənin 
əsasında nəticələrin tərtib olunması. 
Aqreqat,  düyün  və  baxıĢ  üçün  açıq  olan  detalları 
yoxlandıqdan  sonra,  bağlı  qapaqlar  açılır  və  ya 
mexanizimlər  sökülərək  onların  vəziyyətləri  yoxlanır  və 
aĢkarlanmıĢ  nasazlıqların  alətlərlə  ölçülməsi  yerinə 
yetirilir. 
Mexanizmlərin  sökülmə  səbəblərindən  onlarda 
səslərin  və  vibrasiyanın  artması,  qızıma  temperaturunun 
yüksəlməsi ola bilər. 
Yastıqların 
vəziyyəti 
onların 
vibrasiyasının 
yoxlanmasının nəticəsi əsasında effektiv qiymətləndirilir.  
Qazıma qurğularının hidro və pnevmo avadanlığının 
müayinəsi  müəssisələrin  tərtib  etdiyi  təlimatlara 
əsaslanırlar. 
Elektrik  avadanlıqları  və  aparatlarının  müayinəsi 
aĢağıdakı mərhələlərdə aparılır: 

 
elektrik  avadanlıqları  və  aparatlarına  baxıĢ  və 
təhlükəsiz iĢ təmin edən yoxlamaların aparılması; 

 
elektrik  avadanlıqları  və  aparatlarının  funksional 
iĢləməsinin yoxlanması; 


 
140 

 
elektrik  avadanlıqları  və  aparatlarının  normal 
istismarının mümkünlüyünün təsdiqi üçün sökülür elektrik 
və mexaniki olçmələr aparılır.  
Elektrik  avadanlığının  və  iĢçi  personalın  təhlükəsiz 
iĢini təmin etmək üçün izolyasiyanın müqaviməti eləcə də, 
elektrik  mühərriklərinin  uyğun  xarakteristikalarla  təmin 
etmək  uçun  rezistorların  müqavimətləri  ölçülür.  ĠĢəbu-
raxma  qurğularının  əsas  və  köməkçi  kontaklarının 
batmasının,  idarəetmə  panelinin  kontaktorlarının  və  rele-
sinin  yoxlanması  ölçülmüĢ  qiymətin  yoxlanılan  cihazlar 
üçün təlimatlarda və texniki sənədlərdə verilmiĢ qiymətlə 
müqayisə yolu ilə aparılır. 
ĠĢəburaxma qurğularının, rele və kontaktorların əsas 
və köməkçi kontaktorların iĢləmə dərəcəsi kontaktın ilkin 
qalınlığının 50%-dən artıq olmamalıdır.  
Fırça  quraĢdırılması  və  yerinə  kip  oturması  vizual 
yoxlanılır.  Yerinə  normal  yerləĢdirilmiĢ  fırçanın  kontakt 
halqalar ilə toxunan səthi olmalıdır.  
Zahiri müayinənin nəticələri tələb olunan ölçmələrin 
əsasında  qazıma  qurğusunun  gərginlik  altında  iĢgörmə 
qabiliyyətinin,  eləcə  də    qurğunun  pasportunda  nəzərdə 
tutulan  bütün  növ  müdafiələrin  və  məhdudlaĢdırıcıların, 
həmçinin,  sonuncu  açarların,  sıfır,  qəza  və  maxsimal 
müdafiəsinə  ən  yüksək  yükləmənin  məhdudlaĢdırıcıların, 
qazıma  nasoslarının  bağlı  (buz  bağlamıĢ,  məhlulla 
dolmuĢ) manifolda iĢləməsi barədə qərar qəbul olunur. 
Elektrik cihazlarının tənzimlənməsi və qurulmasının 
yoxlanmasına, maksimal və istilik relelərinin, zaman relesi 
və  s. qoĢulma  parametrlərinin  qiymətinə nəzarət  daxildir. 
Bu  qiymətlər  elektrik  prinsipial  sxemlərin  cədvəllərində 
verilmiĢ qiymətlərə uyğun olmalıdır.  


 
141 
Əsas  və  köməkçi  mexanizmlərin  iĢinə  nəzarət 
aĢağıdakı yoxlamalar daxildir: 

 
mexanizmlərin iĢləmə qabiliyyəti; 

 
enmə sürətlərinin mexanizmlərlə təminatı; 

 
yüngül yüklərin qaldırıb-endirmə sürətinin artırıl-
ması; 

 
sürətartırma  və  tormozun  pilləvari  avtomatikli-
yinin təminatı; 

 
elektrik mühərriklərinin reversivləĢdirilməsi; 

 
yük qaldırma məhdudlaĢdırıcısının iĢi. 
Nəzarət və tənzimlənmə iĢləri qoĢma qurğusu mexa-
nizmlərinin istismarı üçün təlimata uyğun aparılmalıdır.  
Müayinə  zamanı  aĢkarlanmıĢ  bütün  nasazlıqlar 
aradan  götürüldükdən  sonra,  əgər  nəticələr  qazıma 
qurğusunun  sonrakı  istismarı  məsələsinin  həlli  üçün 
kifayət etmirsə, qurğunun yük altında sınaqları keçirilir.  
Sınaq  baĢlamazdan  əvvəl  qazıma  buruğu  yoxlanılır. 
Tal  sisteminin  rotor  mərkəzinə  nəzərən  yerdəyiĢməsi 
50mm-dən artıq olmamalıdır. Buruğun kranblok sahəsində 
iki  müstəvi  üzərində  niveril  reyka  quraĢdırılıb 
bərkidilməlidir.  Tal  kanatın  diametri  və  sınaq  yükünün 
çəkisi  nəzərə  alınaraq  ötürülür.  Çəkini  göstərən  və 
nəzarətdə saxlayan indikatorlar buruq və ya onun əsasının 
üzərində,  nəzarət  üçün  rahat  bir  yerdə  yerləĢdirilməlidir. 
Sınaq  zamanı  həqiqi  nəticələr  göstərən  tenzometrik  və 
digər ölçmə üsullarından istifadə etmək olar.  
Qazıma  qurğusu  ərazisində,  buruğun  hündürlüyün-
dən 10 m artıq, məsafədə nəzarət məntəqələri yerləĢdirilir. 
Bu məntəqələr teodolit, niveril və ya digər optik cihazlarla 
təmin olunur.  


 
142 
Tal  sisteminin  buruğun  özülünə  bərkidilməsinin 
ümumi sxemi Ģəkil 6.1-də göstərilmiĢdir.  
Tal  sisteminin  tarımlanması  köməkçi  intiqalla 
iĢləyən  qazma  bucurqadı  və  ya  traktorla  yerinə  yetirilir. 
Bucurqadın  köməkçi  intiqalının  mühərriki  pultdan  idarə 
olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin