О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
Şək. 5.8.  A1212 defektoskopu və CO-1 standart çeviricisi  
 
AxtarıĢın səviyyəsi və brak həssaslığının sazlanması, 
eləcə  də  ultrasəs  defektoskoplarının  əsas  parametrlərinin 
etalonlaĢdırılması  üçün  QOST  14782  –  86-dan  və  yaxud 
digər standart nümunələrdən istifadə olunur. 
 
 
 
 
 
 
 
 
 
Şək. 5.9.  KOY-2 standart komplektin ümumi görünüşü  


 
126 
Ultrasəs  nəzarətin  müxtəlif  metodları  Ģüalandırıcı 
qurğuların  və  ultrasəs  titrəmələrinin  sxemləri,  onların 
nəzarət  obyektinə  nəzərən  vəziyyətləri  ilə  fərqlənirlər. 
Kölgəli,  güzgülü-kölgəli,  exo-güzgülü  və  digər  metodlar 
tətbiq olunur. 
Ġmpuls  exo-metodu  daha  geniĢ  yayılmıĢdır.  Bu 
metod  ultrasəs  titrəmələrinin  qeyri  bütövlükdən  əks 
olunmasına  və  əks  olunmuĢ  exo-siqnalların  qəbul 
edilməsinə  əsaslanır.  Bu  halda  defektoskopun  ekranında 
exo-siqnalın  amplitudası  defektin  ölçülərinə  münasib 
olacaqdır. 
  Exo-metodda 
pyezoçeviricilər 
üç 
üsulla 
quraĢdırılır: 

bölünmüĢ sxem üzrə, bu halda iki pyezoçeviricidən 
istifadə  edilir.  Bunlardan  biri  Ģüalandırıcı,  digəri  - 
qəbuledici funksiyasını yerinə yetirir. 

bölünmüĢ uyğunlaĢdırılmıĢ sxem üzrə, Ģüalandırıcı 
və qəbuledici bir gövdədə quraĢdırılır (Ģəkil 5.5, b və 5.7). 

uyğunlaĢdırılmıĢ  sxem  üzrə,  bu  halda  bir 
pyezoçevirici  eyni  zamanda  Ģüalandırıcı  və  qəbuledici 
funksiyasını yerinə yetirir. 
Axırıncı 
üsul 
daha 
çox 
istifadə 
olunur. 
Pyezoçeviricinin  yerləĢdiyi  vəziyyətdən  asılı  olaraq 
nəzarət  (səsləndirmə)  düzünə,  həmçinin  bir  və  neçə  kərə 
qaytarılmıĢ Ģüa ilə yerinə yetirilə bilər. Misal olaraq Ģəkil 
5.10-da  bəzi  qaynaq  birləĢmələrinin  en  kəsiklərinin 
səsləndirmə sxemləri verilmiĢdir. Pyezoçeviricinin qaynaq 
tikiĢindən  (l
1
,  l
2
)  aralanması  uyğun  geometrik  hesablama 
ilə  təyin  edilir.  Qaynaq  tikiĢinin  bütün  boyu  uzununa 
nəzarət  olunması  pyezoçeviricinin  uyğun  yerdəyiĢməsi 
(köçürülməsi)  yerinə  yetirilir.  MexanikləĢdirilmiĢ  nəzarət 
zamanı yerdəyiĢmə mexaniki quruluĢ vasitəsilə aparılır. 


 
127 
Əl  ilə  yerdəyiĢmə  zamanı  eninə-uzununa  və  yaxud 
uzununa-eninə  yerdəyiĢmə  üsulu  tətbiq  olunur.  Eninə-
uzununa 
üsulda 
pyezoçevirici 
qayıdan-irəliləyən 
istiqamətdə, tikiĢin oxuna perpendikulyar və yaxud çox da 
böyük  olmayan  istiqamətdə  t  addımı  ilə  yerdəyiĢdirmə 
aparılır.  YerdəyiĢmənin  t  addımı  adətən  pyezoçeviricinin 
lövhəsinin  diametrinin  yazısına  bərəbər  götürülür. 
Uzununa-eninə  üsulda  pyezoçevirici  tikiĢ  boyunca 
yerdəyiĢdirilir. Müxtəlif yerdəyiĢmə üsulları Ģəkil 5.11-də 
verilmiĢdir.  YerdəyiĢmə  prosesi  zamanı  pyezoçevirici 
fasiləsiz olaraq 10…15

 bucaq altında döndərilir. 
Daxili defektləri təyin edən zaman ən dayanıqlı üsul 
nəzarət obyektinin düz Ģüa ilə səsləndirilməsidir (bax Ģəkil 
5.10). 
 
Şək. 5.10. Qaynaq birləşmələrin səsləndirmə 
sxemləri: 
a  –  uzaqlaĢdırılmamıĢ  qücləndirmə  ilə  olan  uc-uca 
calaq qaynaq tikiĢin səsləndirilməsi; b – bucaq altında 
qaynaq tikiĢin səsləndirilməsi. 


 
128 
 
Şək. 5.11. Əl üsulu ilə  köçürülmə 
Bununla  bərabər  qaynaq  tikiĢlərindən  aralamadan 
səsləndirilməsini  ancaq  tikiĢin  bünövrəsi  (kökü)  və  ona 
yaxın zonada  almaq mümkündür. Qaynaq  tikiĢinin sıxma 
mütəkkəsi nə qədər enli olarsa, nəzarət zonası bir o qədər 
az olar. Bu problem az qalınlıqlı qaynaq tikiĢlərini nəzarət 
etdikdə daha kəskinləĢir. 
Son  illər  boruların  uc-uca  qaynaq  edilmiĢ 
birləĢmələrinə  nəzarət  etdikdə  daha  çox  bölünmüĢ-
uyğunlaĢdırılmıĢ  «xordan»  tipli  pyezoçeviricilərdən  geniĢ 
istifadə  edilir  (məsələn,  NPP  «Politest»  (Q.A.Qiller, 
L.Y.Moqilner)-in  istehsalı).  Bu  pyezoçeviricilər  imkan 
verir  ki,  ultrasəs  dəstinin  aralanması  nəticəsində  divarın 
qalınlığı  həddində  praktik  olaraq  eyni  həssaslıqlı  bütün 
qaynaq  kəsiyində  səsləndirməni  təmin  etsin  və  kifayət 
dərəcədə maniələrdən azad olunsun.  
  Nəzarətin bu kimi Ģəraiti ona görə təmin olunur ki, 
əlhiddə-uyğunlaĢdırılmıĢ 
pyezoçeviricinin 
prizması 
borunun  oxuna  nəzarən  müəyyən  bucaq  altında  maillən-
dirilir  və onlar arasındakı 2L (xordın uzunluğu) məsafəsi 


 
129 
2
4
2





Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin