Natəvan Dəmirçioğlu nəsri orijinal və rus tərcüməsi müstəvisində



Yüklə 79,21 Kb.
tarix02.12.2016
ölçüsü79,21 Kb.
#669
Natəvan Dəmirçioğlu nəsri orijinal və

rus tərcüməsi müstəvisində

Məlum olduğu kimi hər bir bədii əsər (hekayədən tutmuş povestə, romana, roman-epopeyaya qədər) özündə yarandığı dövrün möhürünü daşımaqla, oxucuda yazıçı, onun əsərinin mənəvi-estetik xüsusiyyətləri, mənsub olduğu xalq və s. haqqında təsəvvür yaradır. Müasir Azərbaycan nəsrinin inkişafında onlarla yazıçılar iştirak etsə də, onlardan hər birinin öz yaradıcılıq taleyi, öz dəst-xətti, fərdi üslubları vardır. Müasir Azərbaycan nəsrinə öz dəst-xətti, fərdi üslubu, yazı manerası, stilistikası ilə qədəm qoymuş müəlliflərdən biri də Natəvan Dəmirçioğludur.

Natəvan Dəmirçioğlu özünəməxsus oxucu auditoriyası, yaradıcılıq istiqaməti, fərdi-estetik dünyası və obrazlar aləmi ilə seçilən müəlliflərdəndir.

Natəvan Dəmyirçioğlu dünyaya bədii söz ustalarının beşiyi olan Qazaxda göz açıb. Həyat onu çox imtahana çəkib, çox sınaqlardan keçirib. O isə Allahına tapınıb. Dərdə-kədərə meydan oxuyub. Yazmaq, oxumaq, ali məktəb tələbəsi adı daşımaq (o, BDU-nun Jurnalistika fakültəsini bitirib), bədii yaradıcılıqla məşğul olmaq onun könül həmdəminə çevrilib.Əsərləri dövlət səviyyəsində təqdir olunub, iki dəfə Prezident təqaüdünə layiq görülüb. Az yazıb, keyfiyyətli, dəyərli yazıb. Yazdıqları da göz qabağındadır. Müxtəlif mövzulu və problematikalı hekayələr, elə o qədər də rəngarəng mövzulu povestlər.

***

Natəvan Dəmirçioğlu povestləri forma, məzmun, poetika, sintaktik quruluş, leksik və semantik çevrə baxımından daha diqqət­çəkəndir. Elə bil müəllif üçün povest janrı xüsusi vergidir. Müəllifin təhkiyə manerası oxucunu özünə yaxşı cəlb edir. Biz də Natəvan Dəmirçioğlunun sözünün sehrinə daldıq. Natəvan Dəmirçioğlunun povest­lərinin və hekayələrinin rus tərcümələri işimizi bir qədər



2

də artırdı. Moskvanın nüfuzlu “Flinta” nəşriyyatında nəfis şəkildə çapdan çıxmış bu əsərləri yenidən rus tərcüməsində oxuduq. Otuz ildən artıqdır ki, bədii, poetik tərcümənin nəzəri, praktik və metodoloji problemləri ilə məşğul olduğumuzdan tərcümələri orijinalla müqayisə edib məxəz mətnlə hədəf mətn arasında uyğunluqlara və ya uyğunsuzluqlara diqqət yetirmək istədik. Müqayisəli təhlilə daha çox üstünlük verdik. Gördük Natəvan Dəmirçioğlunun hekayə və povestləri tələbkar rus oxucusunun estetik zövqünün zənginləşməsinə müvafiq təsir göstərə bilmişdir.

Bununla belə müqayisəli təhlilə keçməzdən əvvəl Natəvan Dəmirçioğlunun əsərlərinin süjet- kompozisiya vahidliyi haqqında, əsərlərindəki bədii tutum və bütövlük haqqında bir neçə söz demək qənaətində bulunduq. Natəvan Dəmirçioğlunun müəllif mövqeyi onun əsərlərinin məna-məzmun strukturunu müəyyən­ləş­dirməyə, onun ideya-estetik kriteriyalarını dürüstləşdirməyə kömək edir. Heka­yə və povestlərin (“Avey əfsanəsi”. “Kəlağayı”, “Səbət”, “Yetim”, “Üç nöqtə”, “Dözüm”) süjet-kompozisiya təşkilinin bir bədii bütöv, tam kimi oxucunu fəallaşdırmaqla müəllifə yaradıcı qavrayışda ona öz imkanlarını realizə etmə şansı yaradır. Mətnin qavrayışı prosesində müəllif şüuru bir neçə mərhələdən keçir. Bu, yaradıcılıq prosesi olmaqla oxucu diqqətinin, onun mədəni, sosial, mənəvi, emosional, psixoloji təcrübəsinin fəallaşmasını şərtləndirir.

Məlumdur ki, povest bir janr kimi hekayə ilə roman arasında orta vəziyyətdir. O gah intensiv, gah da ekstensiv quruluşu ilə göz önündə durur. Bununla belə Natəvan Dəmirçioğlunda onlardan hər birinin janr strukturunun sabit əlamətləri qorunub saxlanılır. Bunu biz “Avey əfsanəsi” və “Kəlağayı”nın “Səbət”, “Yetim”, “Üç nöqtə”, “Dözüm”lə müqayisəsi zamanı yaxşı görürük. Natəvan Dəmirçioğlunun povestlərində qəhrəmanların vahid məkan müstəvisində birləşdiyini və yerləşdiyini görürük. Natəvan Dəmirçioğlu hər hansı təsadüfi zahiri hərəkətlərin, bəzən ənənəvi məişət, daim öyrəşdiyimiz formaların arxasında insan xarakterinin və müxtəlif situasiyaların əsl mənasını axtarır. Müəllifin povestlərində (“Səbət” və “Yetim”də daha qabarıq şəkildə) və hekayələrində

3

(“Avey əfsanəsi”, “Kəlağayı”) bu cəhətdən xüsusi dinamizm yaratdığının şahidi oluruq.



Natəvan Dəmirçioğlunun hekayələri və povestləri heç də üslub, mövzu, problematika və ideya-estetik təsir nöqteyi-nəzərindən həmcins deyildirlər. Onun yaradıcılığındakı bədii axtarışlar və etik idealların müasir dövrdə təsdiqi bəzi hallarda müstəqil problem – mövzu istiqamətinə yönəlir. Bu hekayə və povestləri oxuduqca onlardan hər biri haqqında ayrıca danışmağa ehtiyac duyulur. Bununla belə bu nümunələrin rus tərcümələri ilə Azərbaycan orijinallarının tutuşdurulması və rus oxucusunun bu əsərləri nə dərəcədə adekvat anlayıb, anlaya bilməmələri məsələsi daha önəmli olduğundan biz onların müqayisəli müstəvidə təhlilini daha məqbul sayaraq məsələnin bu cəhətinə nəzər salmağı zəruri hesab edirik.

***


Azərbaycan yazıçı və şairlərinin bizi əhatə edən aləm, dağlar, çaylar, göllər, şəhərlər, kəndlər, onların yaranışı, etimologiyası haqqında çoxsaylı əfsanələri, əfsanə-hekayə, əfsanə-povestləri var. Natəvan Dəmirçioğlunun da “Avey əfsanəsi” hekayəsi orijinallığı ilə seçilən mövzulardandır. Hekayə bizi nəinki bir oxucu, həm də tənqidçi və söz adamı kimi tutdu. Onu Azərbaycan və rus dillərində təhlil etdik. Orijinalın dili daha rəvan, daha təsirli idi. Bu təsirin nə dərəcədə əsaslı (yaxud əsassız) olduğunu əsərin müxtəlif fraqmentlərini müqayisə etməklə oxuculara çatdıraq:

“Yadına gəlirdi ki, Aveyin atası nə işə baxırdısa, həmişə onlarla bir yerdə olurdu. Aranda da, yaylaqda da. Avey də yaylaqda başqa quzuçularla birlikdə onların quzularını otarırdı. Gözəl tütək çalırdı. Günorta isti hava şaxıyanda Qoşa çinarın altında oturar, arxasını çinarın nəhəng gövdəsinə söykəyib tütək çalar, quzular isə gövşəyə-gövşəyə ala kölgədə yatardılar. Onda Bənövşə evdəkilərin gözündən oğurlanıb qaçar, bu mənzərəyə dalmaqdan doymazdı (Natəvan Dəmirçioğlu. «Birinci kitab.» - Bakı, “Təhsil” nəşriyyatı, 2006, s. 158).

İndi də tərcümədə əsərin eyni parçasını nəzərdən keçirək:
4

“Ona pomnila, çto oteü Aveə, çem bı ni zanimalsə, vseqda bıl rədom s nimi. İ v nizinax, i v qorax Avey vmeste s druqimi pastuxami pas ix əqnət. On xoroşo iqral na svireli. V samıy znoynıy poldenğ on sadilsə pod çinaroy, i prislonivşisğ k stvolu dereva, iqral na svireli, a əqnəta, juə jvaçku, dremali v teni. Toqda Banovşa, nezametno ot vzroslıx sbejav iz doma, löbovalasğ gtoy kartinoy (Natavan Demirçioqlu. Kniqa pervaə. Povesti i rasskazı. – M., «Flinta», 2010, s. 147).

Nümunədən göründüyü kimi, hədəf mətndə mütərcim konkret parçanın forma, məzmun, mətnin strukturu, mətnin ritmi, mətnin seqmentasiyası və s. kimi əlamətlərin verilməsini diqqət mərkəzində saxlamağa çalışmışdır. Burada bir tərəfdən, mütərcim üçün formal əlamətləri saxlamaq vacibdirsə, digər tərəfdən, məxəz mətnin bütün kateqoriyalarının (süjet, kompozisiya, konflikt, süjetdən kənar elementlər, bədii detal, peyzaj və s.) necə əks olunmasına diqqət yetirilməlidir. Mütərcim bunu da yaddan çıxarmamalıdır ki, bədii əsərin kompozisiyası janrla sıx əlaqədardır və onun epik əsərlərdə mürəkkəb süjet xətti ilə ifadə olunması həyat hadisələrini müxtəlif rakurslardan çevrələməsini, çoxsaylı obrazlar, əsərdəki personajlar, onların bir-biri ilə münasibətləri, təhkiyəçinin öz obrazı, müəllifin əsərdəki gedişata müdaxiləsi və s. nəzərdən yayınmamalıdır.

Bundan başqa məxəz dildə işlənən hər bir söz, ifadə, söz birləşməsinə qayğılı münasibət, çevirmə zamanı onların adekvat məna çalarlarından istifadə mütərcimin strateji hədəfinə çevrilməlidir. Yuxarıda gətirdiyimiz fraqmentin digər məqamları ilə bağlı elə bir əsaslı iradlarımız olmasa da, məxəz mətndə işlədilmiş “quzular isə gövşəyə-gövşəyə ala kölgədə yatırdılar” hissəsinin hədəf mətndə “a əqnəta, juə jvaçku, dremali v teni” şəklində verilməsi ilə razılaşa bilmərik. Çünki “quzular gövşəyə-gövşəyə” ifadəsi “əqnəta, juə jvaçku” kimi çevrilə bilməz. Quzu (geniş mənada gövşəyən heyvanlar) gövşəyir, “gövşəmə” sözünü isə “perejevivanie” kimi tərcümə etmək doğru olardı. Mütərcimin tərcüməçilik səriştəsindən ümumən xəbərdar olmasaq da, hər halda “gövşəyə-gövşəyə” feli


5

bağlamasını “ juə jvaçku” kimi vermək mütərcimin bu ifadənin ekvivalentini düzgün tuta bilmədiyini sübut edir.

***

Natəvan Dəmirçioğlunun “Avey əfsanəsi” hekayəsinin tərcüməsinin elə yerləri də vardır ki, mütərcim rus dilində orijinal mətndə olan effekti kifayət qədər yaxşı yarada bilir. Əsərin bu yerinin rus oxucusuna emosional-estetik təsir gücü burada səmərəlidir. Konkret nümunəyə müraciət edək:



“Bənövşəni evə gətirdilər. Onun ürəyi isə dağda qalmışdı. Nə deyiləni eşidirdi, nə də bir söz danışa bilirdi.

... Sonra eşitdi ki, qardaşı Aveyi dağdan atıb öldürüb. Bu xəbərə inanmadı, inana bilməzdi. Qaçıb dağın ətəyinə getdi. Burada Aveyin anasını gördü. Saçını yola-yola dilsiz daşlardan oğlunu istəyirdi. “Oğlum, vay, Aveyim, vay” – deyib fəğan edirdi. Deyilənə görə ana gecə-gündüz burada ağlayıb bu dünyadan köçdü. Dedilər onu Aveyin dağı öldürdü. Aveyin dağı, Aveyin dağı, Aveyin dağı. O vaxtdan Qazax mahalındakı bu dağa Avey dağı dedilər” (s. 166)

Tərcümədə, demək olar ki, məxəz parçanın bütün keyfiyyətləri mütərcim tərəfindən uğurlu saxlanılmışdır. Belə tərcüməni təqdir etməyə yetərincə əsas da vardır:

“Banovşu privezli domoy, no serdüe ee ostalosğ tam v qorax. Ne slışala niçeqo i ne qovorila.

... Potom uznala, çto brat ubil Aveə, sbrosiv eqo s qorı. Ne poverila gtoy vesti, ne moqla poveritğ. Pobejala k sklonu qorı. İ zdesğ uvidela matğ Aveə. «Sın moy, vay, Avey moy, vay!» - v qore priçitala ona. Po sluxam, matğ umerla zdesğ je, dni i noçi oplakivaə sına. Qovorət, ee ubil Avey daqı. Avey daqı, Avey daqı, Avey daqı, Avey daqı. S tex por v Qazaxskom maxale gtu qoru nazıvaöt Avey daqı» (s. 155).

Parçadan göründüyü kimi, müəllif, bir tərəfdən, Avey əfsanəsini yazıya fərdi interpretasiyada işləyib xalqın yaddaşına köçürürsə, digər tərəfdən, rusdilli oxucuya Qazax mahalında olan bu dağın əfsanəsinin çatdırılmasında, Azərbaycan

6

xalqının özünəməxsus yer – dağ adı haqqında məlumat verməyə müvəffəq olur. Göründüyü kimi, “dağ” sözü burada omonim olmaqla, omoqraf, omofon və omoforma kimi işlənsə də, onlardan hər birinin rus oxucusu üçün mahiyyəti, bir tərəfdən, kontekstdən, digər tərəfdən, səhifədə mətnin altındakı izahdan yaxşı başa düşülür. Rus oxucusuna “dağ” sözünün “qora», «ojoq, kleymo» və «qoreçğ poteri» kimi təqdim olunması özgə mədəniyyət oxucusunun işinə yetərincə yarayır.



***

Natəvan Dəmirçioğlu milli koloriti, milli formanı, milli hiss və duyğuları qabarıq şəkildə əks etdirməyə meylli olan müəlliflərdəndir. Yaradıcılığı sırf milli detallarla zəngin olan bu yazıçının fərdi manerasının tərcümədə saxlanılması son dərəcə çətin, eyni zamanda zəruri məqamlardandır. Burada N.Mirzəyeva “Avey əfsanəsi”nin detallarını həm bədii cəhətdən, həm də milli özünəməxsusluğu qoruyub saxlamaq nöqteyi-nəzərdən yaxşı yaratmışdır. Bizə belə gəlir ki, Natəvan Dəmirçioğlu yaradıcılığının milli spesifikası onun özünün milli xarakterində gizlənmişdir. Çünki onun əsərlərinin hansından danışsaq ilk növbədə məhz bu keyfiyyətlə rastlaşırıq. Natəvan Dəmirçioğlu el-oba düşüncəsini, elat həyat tərzini, insanların məişət qayğılarını müşahidəli sənətkar qələmi ilə təsvir edə bilir. Natəvan Dəmirçioğlu xalq yaddaşının dərin qatlarına elə uğurlu ekskurslar edərək enir ki, belə “gəzişmələr” qələmə alınan mövzunun dadını-duzunu daha da artırır.

Natəvan Dəmirçioğlu doğma dilin zəngin arsenalından istifadə edərək elə uğurlu mövzular tapır ki, onların köməyi ilə oxucu diqqətini əsərə daha çox yönəldə bilir. Ümumiyyətlə, bədii yaradıcılıqda o müəlliflər özləri üçün qələbəni təmin edə bilirlər ki, onlar yazdıqlarını milli rənglərlə daha çox boyaya bilirlər. Yazıçının milliliyi onun elə mühüm ləyaqət və keyfiyyətidir ki, o onun həmvətənləri tərəfindən yetərincə qiymətləndirilir... Hər bir xalqın fikir və hisslərinin obrazı, adət, ənənə, inanc və vərdişləri vardır ki, onlar hər hansı konkret xalqın malıdır. Bax, Natəvan Dəmirçioğlunun yazıçılıq manerasında, fərdi

7

yaradıcılıq üslubunda biz məhz bu keyfiyyətləri görürük. Bu baxımdan “Səbət” povesti istənilən qədər fikir söyləməyə imkan verir. Bu əsərdə də müəllifin dünyaya baxışı özünəməxsusdur. Əsərdəki lövhələr düşündürücü frazalar və ibarəli ifadələrlə oxucunu ecazkar bir dünyaya aparır: “Dünya doğuş üstündəki qadının ağrısını çəkirdi”. (“Mir terpel boli rojaöhey jenhinı”) (s. 5)



“Adəm övladı milyon illərdi kor düşmənə aldanıb günahlarını dönə-dönə təkrar edir. Günahlardan əyilərdi, altı üstünə çevrilərdi Yerin”(s.11). (“Potomki Adama uje millionı let, poddavşisğ naruşeniəm lukavoqo, soverşaöt odni i te je qrexi. Ot qrexov gtix Zemlə krepilasğ, perevora­çivalosğ vse vverx dnom na ney ”(s. 5); “Göylərin ağappaq sinəsi süd-abı rəng alırdı. Elə bil körpəli qadının südü sinəsinə dağılır, Yer beşik kimi yırğalanır... Tanrı yırğalanan dolu səbəti tanıyır!!!... Namaz qılan qarı qibləsini tapmır. Oğluna deyir: “A bala, qibləni tap bir mənimçün. Tez elə namazım keçir”. Oğul da əlini yelləyir: “”Əşi, nə bilim qiblə hansı tərəfdədir. Hansı tərəfə istəyirsən, üzünü tut, namazını qıl da...” (s.15). Baxın, nə qədər həyati, milli, el-oba adət-ənənələrinin burada əksi var. Bəs mütərcim bu sətirlərin koloritini hədəf mətndə saxlaya bilibmi?!

“Belosnejnaə qrudğ nebes priobretala moloçnuö qolubiznu. Budto moloko korməhey materi razlivaötsə po ee qrudi, Zemlə raskaçivaetsə, kak kolıbelğ... Qospodu znakom raskaçivaöhiysə sebet!!!... Staruxa, soverşaöhaə namaz, ne znaet qde Kıbla. Ona qovorit svoemu sınu: “Sınok, naydi Kıblu dlə menə. Vremə namaza proxodit”. Sın kaçaet rukoy: “Otkuda ə znaö, v kakoy storone Kıbla. Povernisğ, kuda xoçeşğ i soverşay svoy namaz...” (s. 9).

Gördüyümüz kimi, mütərcim burada sözbəsöz tərcümə ardınca getməmiş­dir. Axı Azərbaycan və rus dillərinin leksik, morfoloji, sintaktik, semantik strukturları eyni olmadığından sözbəsöz, yaxud ardıcıl tərcümə üsulları səmərəli hesab edilə bilməz. Odur ki, mütərcim ilkin bədii mətnin tərcümə mətnində bütün komponentlərini qoruyub saxlaması üçün sözbəsöz və ardıcıl tərcümədən imtina edib, məna, məzmun tərcüməsinə üstünlük vermiş və fikrimizcə, uğur

8

qazana bilmişdir. N.Mirzəyeva tərcümədə əslin sözlərindən çox əslin fikirlərini, əslin fərdi və milli üslubunu verməyə müvəffəq olmuşdur. Bununla belə mütərcim burada da bəzən yerinə düşməyən ifadə işlətmişdir ki, bu da tərcümədən gələn ümumi təəssürata az da olsa kölgə salır. Orijinaldakı “əlini yelləyir” ifadəsi rus dilində uyğun semantik ifadə ilə (maşet rukoy) verilmək əvəzinə “kaçaet rukoy” kimi verilmişdir. Çünki rus dilində “əlini yelləyir”in “maşet rukoy”dan başqa daha uyğun adekvatlığını tapmaq da mümkün deyildir. Mütərcim burada rus dilinin zəngin arsenalından düzgün istifadə etməyə borclu idi.



Təhlilləri davam etdirək: “Bizi özünə bu boyda mat qoyacaq işlər çoxdur dünyada. Di gəl, böyüdükcə təmizliyimizi, heyrətimizi itiririk. Yoxsa təkcə uşaq vaxtı sən getdikcə ayın getməyi az qala dəli eləyir adamı. Bəs günün eyni yerdən doğub, eyni yerdən batması nədir? Deyirik, Ay çıxıb. Hardan baxırsan bax, necə görünür elədir... Nə qədər sənindir, bir o qədər səndən çox-çox uzaqlarda olanların” (s. 39).

Natəvan Dəmirçioğlu əsərlərində təhkiyəni elə maraqlı məcralara yönəldə bilir ki, oxucu müəllifin belə ifadə manerasına məftun olur və belə demək mümkünsə, müəllifin hər bir addımını bir an nəzarətdən kənarda qoymur. Elə bu parçada da biz eyni vəziyyəti görürük. Bəs mütərcim orijinal müəllifinin bu strategiyasına necə sadiq qalmışdır?

“Mnoqo vseqo na gtom svete, çto udivləet nas. No mı, stanovəsğ starşe, utraçivaem svoö çistotu, izumlenie. İnaçe daje to, çto v detstve nam kazalosğ, budto mı idem i luna dvijetsə vmeste s nami, moqlo poprostu svesti s uma. İli vosxod solnüa iz odnoqo mesta i zakat v druqom? Qovorim, vzoşla luna. Otkuda bı ne smotrel, vse to je samoe – s gtoqo konüa qoroda, s toqo konüa qoroda, s gtoy storonı kraə, s toy storonı kraə” (s. 35).

Mütərcim burada bəzi fikirlərin verilməsində kompressiyaedici tərcümə üsulundan istifadə edərək xeyli ifadə və söz birləşmələrini unifikasiya etmək yolu ilə getsə də, məxəz mətnin orijinallığının bədii energetikasını

9

azaltmamışdır. O, dərk etmişdir ki, tərcümə eyni situasiyada eyni rol oynayan iki və daha artıq mətn arasında olan münasibətlərdir (məxəz mətnlə hədəf mətn arasında cəmi dörd il zaman fərqləri vardır və bu, onların zaman baxımından ciddi fərqləri olmadığını sübut edir). Bununla belə mütərcim həm də bilməlidir ki, o, əslin müəllifi deyildir, əlindəki əsər heç zaman özününkü olmamışdır. Onun vəzifəsi müəllif zehni, düşüncəsi ilə oxucu zehni, düşüncəsi arasında bir körpü, keçid qurmaqdır. Yəni N.Mirzəyeva tərcümə zamanı bütün cidd-cəhdlərini Natəvan Dəmirçioğlunun estetik ideyalarının rus oxucusuna kifayət qədər adekvat çatdırılmasına sərf etməlidir.



Orijinal və tərcümə mətnləri üzərində söhbətimizi «Yetim» povestinin parçalarına müraciət edərək davam etdirək: «Nənə bir qız gözaltı eləmişdi. Şəhərdə yaşayırdılar. Nənə-babası kənddən idi. Yayda kəndə gəlirdi qızgil. Onu nişan verdi: «Xalam qızının nəvəsi düşür. Bir-iki dəfə görmüşəm. Day xasiyyəti necədi, bilmirəm, baxanda gözə xoş gəlir. Get bax. Xoşuna gəlsə, görək necə edərik, xeyir Allahdan» - dedi. Ömründə birinci dəfə nənəsindən utandı. «Nəyinə baxacam, sən bəyənmisənsə, yaxşı olar» - dedi. Amma nənə etiraz etdi. «Yox ay oğul, «könül sevən göyçək olar». Sənin ürəyinə yatmasa nəyimə lazımdı» - dedi» (s.67).

Bu isə tərcümədir: «U babuşki bıla devuşka na primete. V qorode oni jili. Babuşka – deduşka bıli iz derevni. Letom priezjali vse v derevnö. Nameknula o ney: «Ona vnuçka moey dvoörodnoy sestrı. Paru raz videla ee. Ne znaö, kakoy u nee xarakter, no smotretğ na nee priətno. Poydi i posmotri. Ponravitsə tebe, posmotrim, çto delatğ budem, Boq v pomohğ». Vpervıe v jizni zasmuhalsə pered babuşkoy. «Zaçem, mne smotrişğ, tı odobrila, znaçit, xoroşaə», - skazal. Babuşke ponravilsə eqo otvet, no vozrazila: «Net, sınok, krasiva lişğ ta, kotoruö löbişğ». Esli ona tebe budet ne po duşe, to mne gto ne nado» (s.63).

Ümumi şəkildə nəzərdən keçirsək tərcümə pis alınmamışdır. Burada müəllifin mətni mütərcimin strateji planında (tərcümənin məqsədi, oxucu xarakteri

10

və orijinal mətnin dil və bədii keyfiyyətləri və s.) doğru-dürüst qiymətləndirilmişdir. Yəni tərcüməçi dərk etmişdir ki, hədəf mətn ilk növbədə ekspressiv, informativ, kommunikativ və semantik funksiyaları yerinə yetirməlidir. Kommunikativ tərcümə oxucuya orijinal oxucusuna təsir edən effekt yaratmağa istiqamətlənirsə, semantik tərcümə hədəf dildəki semantik və sintaktik məhdudiyyətlərin uçotunu nəzərə almaqla orijinalın kontekstual mənasını verə bilməlidir və bu vəzifə burada kifayət qədər dürüst yerinə yetirilir. Mütərcim daim orijinala sadiqlik nümayiş etdirməlidir. Bununla belə bu sadiqlik hərfiliklə yox, ekvivalentliklə əvəz olunmalıdır. O, orijinalın aparıcı nüanslarını, detallarını tərcümə oxucusuna çatdırmalıdır. Belə olduqda o, orijinal mədəniyyətin tərcümə mədəniyyəti ilə qaynayıb-qarışmasına müvəffəq olur. Yəni tərcümə oxucusuna orijinal, onun müəllifinin təmsil etdiyi mədəniyyət haqqında bilgilər verə bilir.



***

Müşahidələrimizi Natəvan Dəmirçioğlunun digər bir əsərinin – «Dözüm» povestinin tərcüməsi üzərində davam etdirək: «Həyətə çıxdı. Yaz səhəri bütün gözəlliyi ilə – parlaq günəşi ilə, qoxusu ilə, quşların səsi ilə, yaşıl ot ətri ilə onu salamladı. Bahar ən çox sevdiyi fəsil idi. İllah da ki, səhərləri. Təmiz havanı ciyərlərinə çəkdi. Havadan həm də torpaq ətri gəlirdi.

Əşrəfin həmişə şəhərdə olan torpağa yazığı gəlirdi. Şəhərdə torpaq ona kimsəsiz, gücsüz görünür. Kənddə isə torpaq güclüdür, bəlkə də şəhərli olan adamlar bunu heç bilmirlər» (s. 135).

Biz yuxarıda Natəvan Dəmirçioğlunun kənd, el-oba yerlərinə məftunluğundan, vurğunluğundan danışmışdıq. Burada isə bir daha qeyd edək ki, Natəvan xanım əsərlərində daim etnoqrafik mənzərələri, anlayışları, mili məişət və mədəniyyət nümunələrini, etnik təfəkkürü, xalqın təsərrüfat həyatını, maddi və mənəvi varlığı, nəsil-ailə strukturunu, onun müxtəlif üzvləri (kiçikdən böyüyə qədər) arasındakı münasibətləri bədii şəkildə incələməyi diqqət mərkəzində saxlayan müəlliflərdəndir.


11

Nasir üçün bədii sözə və yaradıcılığa yanaşma cəhdi onun istedadının danılmaz xüsusiyyətidir. Natəvan Dəmirçioğlunun yaradıcılığının bu cəhətini N.Mirzəyeva mümkün qədər anlamağa və hədəf mətndə yaratmağa çalışır: «Vışel vo dvor. Vesennee utro privetstvovalo eqo siəniem solnüa, vesennimi zapaxami, ptiçğim qomonom, zapaxom zemnoy travı. Vesnu on löbil bolğşe vsex ostalğnıx sezonov qoda. Osobenno vesennee utro. Vdoxnul polnoy qrudğö svejiy vozdux.

Aşrafu vseqda bılo jalko zemlö v qorode – odinokuö, slabuö. A v derevne zemlə silğnaə, vozmojno, qorodskie jiteli gtoqo sovsem ne znaöt» (s.126-127).

Natəvan Dəmirçioğlunun bütün əsərlərinin, o cümlədən «Dözüm» povestinin maraqlı cəhəti ondadır ki, burada xalqın tipik həyat tərzi, etnoqrafik həyat baxışları uğurla işıqlandırılır, təsvir edilir. Buna görə də bu müəllifin yaradıcılığının belə məqamlarını rus oxucusuna adekvat çatdırmaq mütərcimdən böyük zəhmət və istedad tələb edir. N.Mirzəyeva da bu işin öhdəsindən yetərincə gəlməyə çalışır. Bu parçaların (məxəz və hədəf mətnin) bir-biri ilə tutuşdurulması mütərcimin bədii sözə məsuliyyətlə yanaşmasından xəbər verir.

***

Natəvan Dəmirçioğlunun bütün əsərləri mili koloritlə zəngindir. Burada işlənmiş söz və ifadələr müqəddəs kitabımızdan, yerlərimizdən gələn ifadələrlə, şərq, türk koloriti, milli bayramlar, rituallar ilə yüklənmişdir. Belə söz və ifadələri orijinaldan gələn «kilim, səhəng, ağsaqqal, qatıq, şəhid, şəhidlər xiyabanı, kamança, ney, ana, yaylaq, müəllim, imam, kişi, yasin, Quran, əmidostu, qarı, Novruz bayramı, dərə, dəyə, qır, kələğayı, pir, təsbeh, talvar, beşdaş, əzrayıl, bayatı, səbət» və s. kimi söz və ifadələri mütərcim mətndə ümumi kontekstdə verməklə, həm də mətnin altında onların rus oxucusuna lüğəvi izahını verir və özgə mədəniyyət daşıyıcısı bu tipli izahlarla tanış olmaqla, etnik-mili mənəviyyatımızda olan ifadələri dərindən anlamağa müvəffəq olur, mədəniyyətimizin özəlliyi haqqında təsəvvürlər əldə edir.



12

Yuxarıda söylədiklərimiz əsasən Natəvan Dəmirçioğlunun əsərlərinin rus oxucusuna çatdırılan adekvat məqamlarını əhatə edir. . Bununla belə mütərcimin iş prosesində bəzi çatışmazlıqlara yol verdiyi də özünü göstərir. Natəvan Dəmirçioğlunun əsərlərinin rus dilinə təkrar nəşrləri zamanı bu çatışmazlıqlar mütləq nəzərə alınmalıdır.

Natəvan Dəmirçioğlunun əsərlərinin rus tərcümələri ilə bağlı fikirlərimizdə, məqalə daxilində biz bildirdik ki, rus oxucu ictimaiyyəti Natəvan xanımın hekayə və povestləri ilə tanış olmaqla, müasir Azərbaycan nəsrinin ideya, mövzu, məzmun axtarışları və inkişaf perspektivləri haqqında təsəvvürlər almağa müvəffəq olur. Ümumilikdə Natəvan xanımın rus oxucuları ilə görüşünü uğurlu hesab etmək olar.

***


Natəvan Dəmirçioğlunun nəsr yaradıcılığını və əsərlərinin rus tərcüməsini nəzərdən keçirib oxucularla fikirlərimizi ümumiləşdirib məqaləyə nöqtə qoymaq istəyirdik ki, hekayə və povestlərin Azərbaycan nəşrinə “Ön söz” yazmış AMEA-nın müxbir üzvi, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun və ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru , dossent Rüstəm Kamalın “Natəvan Dəmirçioğlunun metafizikası” başlığı altında qələmə aldığı yazısından yan keçə bilmədik. Adlarını çəkdiyimiz tanınmış söz sahiblərinin Natəvan Dəmirçioğlunun sənətinə verdiyi qiymət fikirlərimizə yardımçı oldu. Hər iki alimin fikrinə görə Natəvan Dəmirçioğlu bədii sözün tutumuna, araya-ərsəyə gətirdiyi mətnin mənalarına və alt mənalarına ehtiyatla yanaşan müəlliflərdəndir. Elə buradaca onu da söyləmək lazımdır ki, Natəvan xanımın yazılarında daxili məntiq, süjet qanunauyğunluğu, epik təcrübəyə məsuliyyətli münasibət, sözə naxış vurma bacarığı, ona qədər istifadə edilmiş ədəbi-estetik dəyərlərdən yetərincə yararlanma, ruhun yaddaşına vara bilmə və s. özünü büruzə verir. Rüstəm Kamalın fikrinə görə qəhrəmanlarını profan məkandan ayırıb, metafizik gerçəkliyə daxiletmə, yuxunu əsərlərin bədii strukturunda uğurla yerləşdirmə, bədii sözün köməyi ilə varlığın mahiyyətini aça bilmə və s. Natəvan Dəmirçioğlunun orijinal yazıçı bacarığını nümayiş etdirir.

13

Doğrudan da Dəmirçioğlunun qəhrəmanları, onların povestlərdə yerinə yetirdiyi funksiyalar, oradakı bioqrafik detallar, ruhi aləmlərlə onun birbaşa və ya obrazların köməyi ilə əlaqələri, iki dünya arasında yaşayan obrazlar, kosmoqonik-metaforik mətnə müraciət, hiss və duyğularının işıqla qaranlıq arasında hərəkəti, sakral və ədəbi dünyaya ekskurs etməsi qəhrəmanların nağıl aləmi, məişət qayğıları ilə yüklənməsi, zəruri hallarda metaforik ifadələrdən istifadə etməsi Natəvan xanımın bədii söz və ifadənin ləngərini dərk etməsindən xəbər verir. Yəqin elə buna görə də Natəvan xanımın əsərlərinin bədii strukturu özəldir, orijinaldır. Burada adi gözümüz öyrəşmiş söz və fikirlərin ardıcıllığı pozulsa da, özünəməxsus görkəm, düzüm daha böyük marağa səbəb olur. Bu, yazıçının yeni dəb yaratması yox, sözə, fikrə, frazaya yeni libas gətirməsidir. Natəvan Dəmirçioğlunda leksik-semantik variasiyalar bəzi hallarda öz poetizasiyası ilə diqqət mərkəzinə düşür. Müəllifin bədii təhkiyəsi xalq dili ilə ədəbi dilimizin qovuşduğu, çarpazlaşdığı müstəvidə boy qaldırdığından, oxucunu şirinliyi, rəvanlığı ilə dartıb öz ardınca aparır.



Natəvan xanımın yaradıcılığının təkamülünü, onun getdikcə formalaşmasını az qala müşahidəli oxucu əsərdən-əsərə izləyə bilir. Bu onu göstərir ki, müasir nəsrimizə öz dəst-xətti ilə bir qadın yazıçımız da qədəm qoyub. Bu qədəmlərin uğurlu olmasını biz professor Nizami Cəfərovun da yazdıqlarında görürük. Professor Natəvan xanımın müxtəlif əsərlərini nəzərdən keçirərkən fikrini “Səbət”, “Üç nöqtə”, “Yetim” povestləri üzərində cəmləyərək onların müxtəlif məqam və epizodlarından konkret mətndən parçalara müraciət etməklə əsaslandırır və haqlı olaraq göstərir ki, Natəvan Dəmirçioğlu xarakter yaradır. O, insan psixologoyasının dərinliklərinə baş vurur. Natəvan Dəmirçioğlunun dili aydın, rəvan, zəngin və axıcıdır. Onun etnoqrafik yaddaşa sayqı ilə yanaşması da mətninin bədii dəyərini artırır. O, Azərbaycan türk etnoqrafiyasında çox detalların mahiyyəti olduğundan öz fəlsəfi-estetik və fəlsəfi-etik dünyagörüşünə söykənərək problemin xırdalıqlarına varmağı bacarır. Buna görə də o, yaxşı bilir ki, türk varlığının, mənəviyyatının ən zəngin qatı mifoloji düşüncə ilə bağlıdır. “Üç nöqtə”

14

və “Səbət”də xüsusi olaraq diqqəti çəkən mistik anlayışlar, ölüm-həyat, bu dünya - o dünya, yerüstü və yeraltı yaşam həqiqətləri, Yer və Göy əlaqələri özünü orijinal şəkildə göstərməklə, “Yetim” povestində İnsan və Şeytan münasibətləri, İnsanın mənəvi gücünü əks etdirməsi yazıçının öz gücünə inamının təntənəsi kimi qiymətləndirilməlidir.



Göründüyü kimi, Natəvan Dəmirçioğlunun nəsri müxtəlif yönümlərdən təhlillərə cəlb edildikcə onun maraqlı tərəflərinin yaradıcı potensiyası və rəngarəngliyi ortaya çıxır. Dəmirçioğlunun oxucular və tənqidçilərlə görüşü bu görüşün davamlı və yüksələn xətlə gedəcəyi inamını ifadə edir.

Nizami Tağısoy

filologiya elmləri doktoru, professor
Yüklə 79,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin