MüSTƏQİLLİK İLLƏRİNDƏ azərbaycan tibb universitetiNİn bəZİ MƏqamlarinin eskiZLƏRİNƏ daiR



Yüklə 10,66 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix28.12.2016
ölçüsü10,66 Mb.
#3768
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
məhrumiyyətlərə, talana, qarə-

tə,  müstəmləkə  tabe çili yi nə 

məruz  qalaraq  külli  miqdarda 

itkilərlə üzləşdi.

1991-ci  ildə  Azərbaycanın  70 

il müddətində daşıdığı bolşevik-

şovinist boyunduruğunu qıraraq 

azadlığa çıxması ilk vaxtlar sırf 

rəmzi məna daşıdı və ağır həyat 

imtahanı  qarşısında  qaldı.  İlk 

müstəqillikdə  olduğu kimi, ikin-

ci  müstəqilliyin  də  ilk  illərində 

Azərbaycanın  düşmənləri  onun 

müstəqilliyini  «beşikdə  ikən 

boğmağa», onu məhv etməyə ça-

lışırdılar.

1993-cü  il  iyunun  15-də 

Azərbaycanın  müstəqilliyinin 

tükdən  asılı  olduğu  bir  dövrdə 

ümummilli 

lider 


Heydər 

Əliyevin  yenidən  ölkəmizdə 

siyasi  hakimiyyətə  qayıdı-

şı  bütövlükdə  Azərbaycanla  

birlikdə  onun  elmini,  təhsilini, 

mədəniyyətini,  incəsənətini  də 

xilas  etdi.  Xilas  olunanlar  ara-

sında  Azərbaycan  səhiyyəsinin, 

Azərbaycan  tibb  elmi  və  tibb 

təhsili  sisteminin  də  olması 

bu  sahələrin  nümayəndələrini 

ürəkdən  sevindirdi,  onlar  da 

özlərində  yeni  ruh  yüksəkliyi, 

yeni güc, yeni qüvvə hiss etdilər. 

Bizə  elə  gəlirdi  ki,  belə  yüksək 

əhval-ruhiyyə  Azərbaycan  Tibb 

Universiteti  əməkdaşları  arasın-

da daha qabarıq şəkildə cərəyan 

edir. Bəlkə də bu onunla əlaqədar 

idi  ki,  1991-ci  il  fevralın  4-də 

N.Nərimanov adına Azərbaycan 

Dövlət 


Tibb 

İnstitutunun 

N.Nərimanov adına Azərbaycan 

Tibb  Universiteti  statusu  əldə 

etməsindən  sonra  ilk  dəfə  bu 

təhsil ocağında inamlı addımlar 

atılır,  Heydər  Əliyev  ideyaları-

nın gələcək qələbələrinin parlaq 

üfüqləri  aydın  sezilməyə  baş-

layırdı.  1993-cü  ildən  etibarən 

Azərbaycan Tibb Universitetində 

keçirilən  hər  bir  elmi  şura  icla-

sında  ölkəmizin  yeganə  ali  tibb 

təhsili ocağı olan bu ali məktəbin 

rektoru  akademik  Əhliman 

Əmiraslanov 

Azərbaycanın 

Dövlət  müstəqilliyi  haqqın-

da  səmimi  söhbətlər  apa-

rır, 


“müstəqilliyi 

insan 


mənəviyyatının ən dəyərli qida-

sı» adlandırırdı. Azərbaycandan 

beyin axınının sürətləndiyi çətin 

bir dövrdə Moskvadakı rahat iş 

yerini qoyub Bakıya gələn, xal-

qının, millətinin ağır günlərində 

ona  professional  həkim  yardımı 

göstərməyə  tələsən  əsl  Vətən 

oğlu  Əhliman  Əmiraslanov 

hər 


çıxışında 

əməkdaşlara 

müvəqqəti  çətinliklərin  öm-

rünün  az  olacağından  danışır, 

müstəqilliyimizin  təminatçısı 

dahi  Heydər  Əliyevin  ətrafında 

sıx  birləşməyin  vacibliyini  on-

lara  inandırıcı  dəlillərlə  izah 

edirdi.  Bu  çıxışların  həmin 

dövrdəki  stenoqrafik  yazıları 

ATU-nun  arxivində  hazırda  da 

saxlanılır.  Əhliman  müəllimin 

dövlət  müstəqilliyimizə  həsr  et-

diyi  səmimi  çıxışlarının  gücü, 

qüvvəsi onda idi ki, əməkdaşlar 

da, elmi şura üzvləri də bu səmimi 

çıxışları eyni səmimiliklə qəbul 

etmək  məfkurəsində  idilər  və 

onlar  bu  çağırışlara  adekvat 

reaksiya  verərək  ulu  öndərin 

ideyaları  ətrafında  sıx  birləşir, 

professional  borclarını  ləyaqətlə 

yerinə yetirirdilər.

İndi  o  vaxtdan  20  ildən  artıq 

bir  vaxt  keçib  və  biz  ATU-nun 

yaranmasının 84-cü ildönümünü 

yeni nailiyyətlərlə qarşılayırıq.

XX  əsrin  90-cı  illərinin  bi-

rinci  yarısında  –  1994-cü  il 

sentyabrın  20-də  ulu  öndər 

Heydər  Əliyevin  təşəbbüsü  və 

təşkilatçılığı  ilə  Bakı-Tbilisi-

Ceyhan  neft-boru  kəmərinin 

çəkilişi ilə əlaqədar müqavilənin 

-  «Əsrin  müqaviləsinin»  im-

zalanması  müstəqil  ölkəmizin 

iqtisadiyyatının  gələcək  inkişa-

fının möhkəm bünövrəsini qoy-

du.  Bu  müqavilədən  ruhlanan 

Azərbaycan  Tibb  Universiteti 

rəhbərliyi yeni layihələr hazırla-

yır, ölkəmizin tibb elminin, tibb 

təhsili sisteminin islahatlarla in-

kişaf  etdirilməsinin  yollarının 

axtarışlarını uğurla davam etdi-

rirdi.  Yadımdadır  ki,  Əhliman 

müəllim 1993-cü ildən etibarən, 

demək olar ki, hər dəfə elmi şura 

iclası keçirilərkən müzakirə olu-

nan  mövzular  üzrə  yekun  nitqi 

söyləyir  və  öz  nitqində  mütləq 

tibb elmi və tibb təhsili sistemi-

nin  inkişafını,  xarici  ölkələrdə 

olduğu  kimi,  Azərbaycan  Tibb 

Universitetinin  də  öz  klinikala-

rının  olması  ilə  əlaqələndirirdi. 

O,  deyirdi  ki,  «Nə  qədər  ki, 

ATU-nun öz klinikaları yoxdur, 

ölkəmizdə  tibb  təhsili  sistemi-

nin  mükəmməl  inkişaf  etməsi, 

beynəlxalq  standartlara  uyğun-

luğu haqqında tam fikir söyləmək 

o qədər də inandırıcı olmayacaq 

və  bu  inkişafa  nail  olmaq  üçün 

Azərbaycan  Tibb  Universiteti 

mütləq özünəməxsus klinikalara 

malik olmalıdır”. Ümumiyyətlə, 

Əhliman müəllimin elmi şura ic-

laslarındakı çıxışlarında iki mü-

hüm məsələ həmişə onun çıxış-

larının anna xəttini təşkil edirdi. 

Bunlardan  biri  qeyd  etdiyimiz 

kimi, xarici ölkələrdəkinə uyğun 

olaraq ATU-nun özünün klinika-

larının olmasından, digəri isə bu 

təhsil  ocağında  diplomdanson-

rakı  hazırlığın  SSRİ  dövründən 

qalma  internatura  sistemi  ilə 

deyil,  beynəlxalq  aləmdə  daha 

mükəmməl  sayılan  rezidentura 

sistemi ilə aparılmasına keçidin 

təşkilindən  ibarət  idi.  ATU-nun 

ayda bir dəfə keçirilən elmi şura 

iclaslarının hər birində müzakirə 

olunan  məsələlərin  biri  mütləq 

tibb təhsili ilə bağlı olurdu və ona 

görə  də  şahidi  olduğum  iclasla-

rın protokollarını stenoqramdan 

çap  vərəqinə  köçürdüyüm  üçün 

inamla  deyirəm  ki,  Əhliman 

müəllim hər iclasda bu məsələləri 

həmkarları ilə dönə-dönə ətraflı 

müzakirə  edir,  onların  birgə 

kollegial  həllinə  çalışırdı.  Rek-

tor  bu  məsələlərdən  danışarkən 

ilk  növbədə    birinci  cərgədə 

əyləşmiş  akademik  Böyükkişi 

Ağayevə,  akademik  Adilə  Na-

mazovaya,  digər  nisbətən  yaşlı 

professorlara  müraciət  edir,  on-

ların bu məsələyə münasibətləri 

ilə  maraqlanırdı.  Çünki  o 

dövrdə,  yəni  müstəqilliyimizin 

ilk  illərində  alimlərimizin 

beynəlxalq  əlaqələri  o  qədər  də 

sıx deyildi, yalnız akademiklərin 

və  tək-tək  professorların  xa-

rici  ölkələrin  ali  tibb  təhsili 

müəssisələri  ilə,  müvafiq  tibb 

alimləri  ilə  az-çox  əlaqələri  var 

idi və onlar xarici ölkələrdə elmi 

ezamiyyətdə  olduqdan  sonra 

həmişə hesabat xarakterli çıxış-

lar edir, təəssüratlarını elmi şura 

üzvləri  ilə  bölüşürdülər.  Onlar 

Əhliman  müəllimin  mütərəqqi 

ideyalarını  dəstəkləyərək  təs-

diqləyir  və  onun  ideyalarının 

reallığa  çevriləcəyini  ümidlə 

gözləyirdilər.  Lakin  bütün  bun-

lara  baxmayaraq  90-cı  illərin 

iqtisadi  çətinlikləri  illərində 

ölkə miqyasında maddi cəhətdən 

bunu  həyata  keçirmək  müm-

kün  deyildi.  Əhliman  müəllim 

bir nüansı da heç vaxt nəzərdən 

qaçırmırdı  və  qeyd  edirdi  ki, 

ölkəmizin 

iqtisadi 

qüdrəti 


tədricən  möhkəmləndikcə  biz 

mütləq bu arzularımıza  çataca-

ğıq.  Xoşbəxtlikdən  bu  belə  də 

oldu.


Azərbaycan  Tibb  Universiteti 

90-cı  illərin  ikinci  yarısının  ilk 

illərində,  daha  doğrusu  1996-cı 

ildə ulu öndərin bu təhsil ocağı-

na, həkimlərə, səhiyyə işçilərinə 

olan diqqət və qayğısı sayəsində 

Dünya Təhsil Birliyinin London-

da  çıxan  Beynəlxalq  reyestrinə 

daxil  edildi.  Bu,  MDB  ölkələri 

arasında  Rusiya  Federasiyası 

və  Ukraynadan  sonra  üçün-

cü  göstərici  idi.  Bundan  sonra 

Azərbaycan  Tibb  Universiteti 

akademik  Ə.T.Əmiraslanovun 

rəhbərliyi  altında  Qaradəniz 

Hövzəsiətrafı  Ali  Məktəblər 

Birliyinin, Beynəlxalq Universi-

tetlər Assosiasiyasının və Avro-

pa Ali Məktəblər Assosiasiyası-

nın tam hüquqlu üzvü seçildi.

Əhliman  müəllim  ulu  öndərlə 

görüşlərinin  birində  ATU-da 

tədris  binalarının  çatışmadığı 

barədə  mülahizələrini  söyləmiş 

və  hələ  SSRİ  dövründə  ümum-

milli  liderin  özü  tərəfindən 

bünövrəsi  qoyulan  11  mərtəbəli 

tədris  binasının  tikintisinin 

davam  etdirilməsi  haqqın-

da  fikirlərini  bildirmişdi.  Ulu 

öndər  ölkə  iqtisadiyyatının  ən 

çətin  dövründə  belə  ölkədə 

tibb  təhsilinin  yaxşılaşdırılma-

sı  naminə  bu  məsələni  diqqət 

mərkəzində  saxlayaraq  binanın 

inşasının  davam  etdirilməsinə 

qayğı ilə yanaşdı, bu istiqamətdə 

müvafiq göstərişlər verdi. 1998-

ci  il  sentyabrın  28-də  bina-

nın  açılışı  mərasimində  ulu 

öndər  dərin  məzmunlu  tarixi 

nitq  söylədi,  sonra  Əhliman 

müəllimlə 

birlikdə 

binada 

yerləşdirilmiş  bütün  kafed-

ralarla  tanış  oldu,  kollektivə 

öz  dəyərli  məsləhətlərini  ver-

di.  Bundan  sonra  2000-ci  ildə 

akademik 

Ə.T.Əmiraslanov 

çoxdan  bəri  elmi  şura  iclas-

larında  müzakirəyə  çıxardığı 

ATU-nun  öz  klinikalarının  ol-

ması  məsələlərini  ulu  öndərə 

açıb  söylədi  və  bu  məsələni 

yüksək  dəyərləndirən  ulu  öndər 

ATU-nun tarixində ilk dəfə Sto-

matoloji  Klinikanın  yaranması-

na göstəriş verdi. Tezliklə ATU-

nun ilk klinikasının yaradılması 

reallaşdı. Bununla da akademik 

Ə.T.Əmiraslanovun  son  10  ilin 

hər  günü,  hər  saatında  qəlbinin 

dərinliklərində  ölçüb-biçdiyi, 

hərtərəfli  hazırladığı  ideyanın 

təməl daşları ulu öndərin qayğısı 

sayəsində sıralanmağa başladı.

2006-2007-ci  dərs  ilinin 

əvvəlində  ümummilli  lide-

rimizin  sədaqətli  davamçısı 

cənab  Prezident  İlham  Əliyevlə 

olan  görüşlərində  akademik 

Əhliman  Əmiraslanov  ulu 

öndərin  bünövrəsini  qoyduğu 

ATU-nun  öz  klinikalarının  da-

vamının  gəlməsi  haqqında  olan 

fikirlərini  cənab  Prezidentə  çat-

dırdı və ondan bir neçə ay sonra 

–  2007-ci  ilin  iyun  ayında  ölkə 

başçımızın  göstərdiyi  diqqət  və 

qayğı  sayəsində  ATU-nun  say-

ca ikinci klinikası olan Onkoloji 

Klinika  təşkil  edilərək  müəllim 

və  tələbələrin,  xəstə  kontingen-

tinin  istifadəsinə  verildi.  Hər 

iki  klinika  dünya  standartları-

na  uyğun  ən  müasir  cihazlar, 

aparatlar,  avadanlıqlarla  təchiz 

olunduğuna  görə  bu  ixtisaslar 

üzrə  xarici  ölkələrdə  müalicəyə 

gedənlərin  sayı  kəskin  surətdə 




Yüklə 10,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin