MüSTƏQİLLİK İLLƏRİNDƏ azərbaycan tibb universitetiNİn bəZİ MƏqamlarinin eskiZLƏRİNƏ daiR


Mayın  6-da  səhiyyə  naziri  Oqtay  Şirəliyev  Azərbaycan  Tibb



Yüklə 10,66 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix28.12.2016
ölçüsü10,66 Mb.
#3768
1   2   3   4   5   6   7   8   9   ...   33
Mayın  6-da  səhiyyə  naziri  Oqtay  Şirəliyev  Azərbaycan  Tibb 

Universitetinin (ATU) rektoru, millət vəkili, akademik Əhliman 

Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində 

yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib. 

Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraş-

dırılan  yeni,  məxsusi  olaraq  mərkəz  üçün  Avropadan  gətirilən 

avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünya-

nın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu ava-

danlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə 

müstəsna əhəmiyyətə malikdir.

Səhiyyə  naziri  Oqtay  Şirəliyev  Stomatoloji  Mərkəzdə  görülən 

işləri, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Bildirib 

ki, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə 

cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla ça-

lışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

Daha    sonra  isə  nazir    O.Şirəliyev  və  rektor  Ə.Əmiraslanov 

ATU-nun  4  saylı  tədris  binasındakı  vəziyyət,  xüsusilə  elektron 

mikroskopiya  laboratoriyasında  quraşdırılan  yeni  avadanlıqla 

tanış olublar. Məlumat verilib ki, burada dünya universitetlərinin 

laboratoriyalarında  istifadə  olunan  tam  avtomatlaşdırılmış,  ən 

müasir analizatorlar yerləşdirilib.

Nazirlə  görüşdə  stomatologiya  fakültəsinin  dekanı,  professor 

Zöhrab  Qarayev,  uşaq  stomatologiyası  kafedrasının  müdiri, 

professor  Rəna  Əliyeva,  insan  anatomiya  kafedrasının  müdiri, 

professor Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allah-

verdiyev, epidemiologiya kafedrasının müdiri, professor İbadulla 

Ağayev, biokimya kafedrasının müdiri, professor Arif Əfəndiyev 

və digərləri iştirak ediblər.


Yüklə 10,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin