MüNDƏRİcat



Yüklə 418,86 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü418,86 Kb.
#41808
1   2   3   4   5   6   7   8
Seysmik dalğaların yaranması ve yayılması

2.2. Litologiyanin təsiri


Seysmik dalğa sürətlərinə təsiri aşkar görünən amil süxurların litologiyasıdır (cədvəl 1). Cədvəldən görünür ki, p-nin ən kiçik qiymətləri geoloji kəsilişin yuxarı hissəsini təşkil edən zəif sementlənmiş süxurlarda müşahidə olunur: onlarda p-nin qiyməti 1 km/san ötüb keçmir. Terrigen çöküntülərdə sürət çox nadir hallarda 3,5 km/san-yə çatır. Hidrokimyəvi və karbonat çöküntülərdə o, bir qayda olaraq, böyük qiymətə malikdir və 6,5 km/san-yə çatır. Sürətin belə yüksək qiymətləri ilə metamorfik süxurlar da xarakterizə olunurlar.

Cədvəl 1


Püskürmə süxurlarında p-nin qiyməti 7 km/san-yə çatır. 20 – 60 km-dən böyük dərinliklərdə seysmik dalğanın yayılma sürəti 8 km/san-dən çox ola bilər. Belə dərinliklərdə sürətin hər yerdə müşahidə olunan sıçrayışla dəyişməsi, görünür ki, süxurların faza durumunun dəyişməsi ilə əlaqədardır və Moxoroviçiç (Moxo) sərhədinin vəziyyətini müəyyənləşdirir. Eninə dalğaların yayılma sürətləri s haqqında məlumatlar uzununa dalğalarla müqayisədə azdır, lakin qeyd etmək lazımdır ki, bu iki tip dalğanın sürətləri nisbəti (Puasson əmsalı) süxurların litoloji tərkibinin təyinində mühüm əhəmiyyətə malikdir (şək. 2).





Şək.2. Müxtəlif süxurlar üçün eninə və uzununa dalğaların sürətlər nisbəti. Soldan sağa m əsam əlilik azalır. Gillər barəsində m əlum atlar kifayət qədər olm adığından onların tutduğu yer təqribi m üəyyənləşdirilm işdir

Süxurun sıxlığı bilavasitə onu təşkil edən mineral dənəciklərinin sıxlığından asılıdır (hələlik məsaməliyin təsirini nəzərə almırıq). 3.2,a cədvəlində çökmə süxurların çoxunu təşkil edən mineralların sıxlığı verilmişdir, cədvəldən görünür ki, onların sıxlığı 20% daxilində dəyişir.

Cədvəl 2.

2 cədvəlindən görünür ki, eyni tipli süxurlar daxilində sıxlıqların dəyişmə diapazonu püskürmə (maqmatik) süxurları üçün kiçikdir (10%-ə yaxın), metamorfik süxurlar və əhəngdaşı üçün aralıq qiymətinə (12-18%) və terrigen (qırıntı) çöküntülər üçün və nisbətən yüksək (25-30%) qiymətə malikdir.

Sürətlərin dəyişmələri əsasən sıxlıqların dəyişmələrilə müəyyən edilir: sürətlərin yüksək qiymətləri, bir qayda olaraq, sıxlıqların yüksək qiymətlərinə uyğun gəlir. Sürətlər üçün yuxarıda verilmiş tənliklər sıxlıqla tərs mütənasibliyi olduqca sadələşdirilmiş şəkildə verirlər, çünki sürətdəki k da sıxlıqdan asılıdır.

Cədvəl 3.



Çökmə süxurların əksəri üçün Qardnerə görə sıxlıqla sürət arasında aşağıdakı əlaqə mövcuddur:



burada  q/sm3 -larla,  isə m/s-lərlə ifadə olunmuşdur, a=0,31. Bu tənliyə əsasən hesablanmış qrafik şək. 3.2-də verilmişdir. Duz, anhidrit və kömür, göründüyü kimi, bu asılılığa tabe olmurlar.





Şək.3. Müxtəlif süxurlar üçün uzununa dalğaların sürətləri ilə sıxlıq arasında asılılıq (biloqarifm ik m iqyasda). Nöqtələrlə Q ardner düsturuna m üvafiq düz xətt, qırıq-qırıq xətlərlə isə akustik sərtlik izoxətləri göstərilmişdir.

Yüklə 418,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin