MüNDƏRİcat


FƏSİL 2. SEYSMİK KƏŞFİYYATIN GEOLOJİ ƏSASLARI



Yüklə 418,86 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü418,86 Kb.
#41808
1   2   3   4   5   6   7   8
Seysmik dalğaların yaranması ve yayılması

FƏSİL 2. SEYSMİK KƏŞFİYYATIN GEOLOJİ ƏSASLARI

2.1. Süxurlarda seysmik dalğaların yayılması


Seysmik kəşfiyyatda istifadə edilən elastiki dalğalar daxili quruluşunun müəyyən qanunauyğunluqlarına malik süxur qatlarında yayılırlar. Süxurların xassələrinin paylanmasındakı qanunauyğunluqlar onların tərkibi, formalaşma və inkişaf, müasir yatma şəraitləri ilə əlaqədardır. Bu qanunauyğunluqlar həm seysmik dalğaların həyacanlandırılma və yayılma xüsusiyyətlərinin öyrənilməsində, həm də seysmik kəşfiyyatın müxtəlif üsullarının əsaslandırılması və tətbiqində həlledici əhəmiyyətə malikdirlər.

Yer qabığını təşkil edən süxurlar öz elastiklik xassələrinə görə birbirlərindən çox fərqlənirlər. Onlardan bəziləri, məsələn, püskürmə süxurlarının bir çoxu və yüksək konsilidə olunmuş çökmə süxurları, öz xassələrinə görə ideal elastiki mühitlərə yaxın olduqları halda, digərləri – zəiflədilmiş və çatlaşmış zonalardakı süxurlar və həmçinin yumşaq çöküntülər – ideal elastiki mühitlərdən çox fərqlənirlər; onlarda uduculuq xassələr özlərini çox güclü biruzə verirlər. Süxurlar bir sıra digər mühüm xassələrə, məsələn, aşkar ifadə olunmuş laylılığa, bəzən nəzərə çarpacaq dərəcədə heterogenliyə, müxtəlif geoloji amillərin təsiri altında elastiklik xassələrinin dəyişkənliyinə malikdirlər.

Müxtəlif süxurlarda dalğaların yayılma sürətlərinin tədqiqi əksetdirici və sındırıcı sərhədlərin dərinliyinin, yatma bucağının və mənbəyə nəzərən üfüqi durumunun təyini, süxurların litoloji tərkibini və onların məsamələrini dolduran flüidləri müəyyənləşdirmək üçün sürətlərin sıçrayışla dəyişmə yerlərinin aşkar edilməsi, kəsilişdə baş (sınan) dalğaların yarana biləcəyi şəraitin olub-olmamasını aydınlaşdırmaq üçün önəmli əhəmiyyət daşıyır. İlk baxışda belə görünə bilər ki, süxurların litoloji tərkibi seysmik dalğaların yayılma sürətlərinə daha aşkar təsir göstərir, lakin müxtəlif süxurlar üçün sürətlərin qiymətlərinin dəyişmə diapazonları o qədər birbirlərini örtürlər ki, bu amil özlüyündə süxurların ayrılmasına xidmət edə bilməz. Güman etmək olar ki, ən mühüm əlahiddə amil məsaməliklərdir, lakin məsaməliliyin süxurların yatma dərinliyindən və təzyiqdən asılılığı ona gətirir ki, sürət bu sonuncu amillərə də çox həssas olur. Süxur məsamələrindəki su, qaz və ya neft ilə əvəz olunduqda sürət, bir qayda olaraq , azalır və bəzən bu azalma o dərəcəyə çatır ki, karbohidrogen yığımları güclü amplitud anomaliyaları doğururlar. Seysmik dalğaların yayılma sürətləri ilə geoloji mühitin elastiklik modulları arasındakı əlaqə sürət düsturlarında aşkar görünür; onları belə yazaq:

Deməli, ümumi şəkildə belə yazmaq olar:



burada ke – effektiv elastiklik parametridir. Bu düsturlarda sürətin elastiklik xassələrindən və sıxlıqdan asılılığı çox sadə görünür. Həqiqətdə isə vəziyyət olduqca mürəkkəbdir, belə ki, ke və  parametrləri bir-birlərilə əlaqəlidirlər və hər ikisi bu və ya digər dərəcədə litologiyadan, məsaməlilikdən, məsamə flüidlərinin xassələrindən, təzyiqdən, dərinlikdən, sementlənmə dərəcəsindən, sıxılmadan və s. asılıdır.

Süxurların sıxlığı nisbətən kiçik hüdudlarda – 1,5-dən 3,1 q/sm3 - dəyişir. Sıxlığın dəyişməsi (biz buna ayrıca baxacağıq) elastiklik modullarına nisbətən seysmik dalğa sürətlərinə zəif təsir göstərir. Yunq modulu E müxtəlif süxurlar üçün geniş intervalda dəyişir. Müxtəlif litoloji tərkibli süxurların Yunq modulları yüz dəfələrlə fərqlənə bilər. Puasson əmsalı  çöküntü süxurları üçün 0,2-dən 0,35-ə qədər dəyişərək, plastik, rütubətli süxurlarda 0,5-ə yaxın qiymətlər ala bilər. Onun nisbi dəyişmələri çox böyük olmasa da sürətlərə güclü təsir göstərir. Puasson əmsalının məhz bu xassəsindən son zamanlar süxurları litoloji tərkibinə görə bir-birlərindən ayırmaq üçün istifadə edirlər.


Yüklə 418,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin