MüNDƏRİcat


FƏSİL 1. SEYSMİK KƏŞFİYYAT ÜSULLARININ ÜMUMİ XARAKTERİSTİKASI



Yüklə 418,86 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü418,86 Kb.
#41808
1   2   3   4   5   6   7   8
Seysmik dalğaların yaranması ve yayılması

FƏSİL 1. SEYSMİK KƏŞFİYYAT ÜSULLARININ ÜMUMİ XARAKTERİSTİKASI.

    1. Əks olunan dalğalar üsulu


Seysmik kəşfiyyatın əks olunan dalğa üsulunun (ƏDÜ) tətbiqi sadə bir prinsipə əsaslanır. Dalğa mənbəyində həyəcanlandırılan seysmik dalğa sahəsi Yer qabığında yayılaraq geoloji kəsilişi formalaşdıran layların akustik sərhədlərindən sınaraq keçir və əks olunaraq Yer səthinə qayıdır. Əks olunan dalğa sahəsi Yer səthində müəyyən ardıcıllıqla (çox vaxt ekvidistant) yerləşdirilmiş qəbuledicilər dəsti və avadanlıqlarla qeydə alınaraq rəqəmli şəklə salınır və kompüterlərin yaddaşına köçürülür. Çöldə alınan bu məlumatların sonrakı emalı və interpretasiyası tədqiqat sahəsinin geoloji quruluşu haqqında səhih informasiyanın əldə edilməsinə imkan verir. Quru sahələrdə çöl seysmik kəşfiyyat işləri müxtəlif növ dalğa mənbəyində həyəcanlandırılan enerjidən istifadə edilməklə yerinə yetirilir. Onların aşağıdakı növlərindən:

  • müəyyən dərinliyə malik quyuda yerləşdirilmiş partlayıcı maddənin partladılması,

  • müəyyən ağırlığa malik olan yükün təcrübə yolu ilə təyin edilən yüksəklikdən Yer səthinə buraxılması,

  • dənizdə seysmik kəşfiyyatı zamanı suyun müəyyən dərinliyində yerləşdirilmiş pnevmotop deyilən qurğudan sıxılmış havanın ani boşaldılması,

  • ağır yük maşınlarının banında yerləşdirilmiş vibrator adlanan qurğunun Yer səthinə sıxılmış lövhəsini əvvəlcədən verilən amplitud-tezlik diapazonunda bir neçə saniyə ərzində kvazisinusoidal titrədilməsi nəticəsində yaranan enerjidən istifadə edilir.Bunlardan savayı digər dalğa mənbələrindən də istifadə edilir.



Şək.1. Seysm ik kəşfiyyat üsulları. a-quruda (torpaq üstündə); b-dənizdə (dəniz seysm ik kəşfiyyatı); 1-dalğa m ənbələri; 2-seysm ik hörüklər

Bütün hallarda seysmik dalğa mənbələri qruplaşdırıla bilər və bundan məqsəd əsasən səthi dalğaların intensivliyinin zəiflədilməsidir. Sonralar partlayış mənbələrinin və seysmoqəbuledicilərin qruplaşdırılması haqqında ətraflı məlumat veriləcəkdir. Qeyd edək ki, seysmik qəbuledicilərin və dalğa mənbələrinin qruplaşdırılması zamanı alınan interferensiya sistemləri eyni amplitud-tezlik xarakteristikalarına malikdir.

Seysmik dalğa mənbələrində həyəcanlandırılan siqnalın enerjisi, amplitudu, tezliyi və fazası əvvəlcədən hesablanmalıdır. Lakin əksər hallarda bu mümkün deyildir. Ona görə də təcrübədə bu hesablama testləmə ilə əvəz edilir. Nöqtəvi mənbədən həyəcanlandırılan seysmik dalğaya mənbə impulsu deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, onun forması haqqında olan məlumatlar indiyədək dəqiqləşdirilməmişdir. Lakin təcrübi yolla müəyyənləşdirilən bir sıra impuls formalarından (məsələn avtokorelyasiya funksiyasından, Puzıryov, Berlaqe impulslarından və s.) istifadə edilməklə bir çox məsələlərin qənaətbəxş həlli təmin edilir.

Neft-qaz geologiyası ilə əlaqədar məsələlərin həllində tətbiq edilən seysmik kəşfiyyat əsasən uzununa dalğaların qeydiyyatı və tədqiqinə əsaslanır. Son illərdə quruda aparılan seysmik tədqiqatlada uzununa dalğalar ekoloji cəhətdən daha təmiz və təhlükəsiz olan, eyni zamanda əvvəlcədən müəyyənləşdirilmiş amplitud-tezlik diapazonunda dalğa sahəsinin yaradılmasına imkan verən (idarə edilə bilən) vibromənbələr vasitəsilə yaradılır.

Seysmik yazı qəbuledici sistemin çıxışından yaddaş qurğularına köçürülən zaman sırasıdır. Onun hədləri zaman və amplitud oxları boyu diskretlənmiş və kvantlaşdırılmış rəqəmlərdən ibarətdir. Sıranı formalaşdıran rəqəmlər geoloji kəsilişi təşkil edən layların tavan və dabanlarının təmas xəttində və ya ona yaxın və uyğun yaranan akustik sərhədlərdən əks olunan dalğaların ekvidistant zaman aralığı ilə diskretlənmiş amplitudlarıdır. Bu sıranın hər bir elementi özündə (düşən dalğanın hesabına yaranan) əks olunan dalğanın geoloji mühitin fiziki xassələrindən asılı olaraq məruz qaldıqları dəyişkənliyi (təsirləri) əks etdirir. Əks olunan dalğanın forması qeydedici sistemin və əks olunan dalğa sahəsini yaradan mühit kəsilişinin impuls xarakteristikası və həyəcanlandırılma mənbəyinin xassələrindən asılıdır. Partlayış zamanı yaranan səthi dalğa və səs-küy tipli dalğa fonu da müşahidə edilən əks olunan dalğa sahəsini additiv fon kimi müşayət edirlər. Deməli, müşahidə olunan seysmik yazı = mənbə impulsu * geoloji kəsilişin impuls reaksiyası * qeydedici sistemin impuls reaksiyası + səs-küy tipli dalğalar fonu (qeyri-mühit cəm manedicilər) + səthi və diğər dalğalar fonu (müntəzəm manedicilər).

Burada * və + ilə, uyğun olaraq siqnalın konvolyusiyası və dalğa sahələrinin additiv cəmlənməsi prosesləri işarə edilmişdir.

Geoloji kəsilişi təşkil edən layların təmaslarına və ya uyğunsuzluq sərhədlərinə müvafiq zamanlarda əksolunma əmsallarını onun boyunca sürüşdürülən məlum seysmik impulsa vurub alınan nəticələri zaman oxu üzrə cəmləməklə seysmik trası əldə etmək olar. Bu əməliyyata bükülmə, bürünmə (rus dilində «svertka», ingilis dilində «konvolyusiya»), alınan trasa isə sintetik tras deyilir.

Sonrakı fəsillərdə yuxarıda göstərilən bərabərliyin hədləri haqqında ətraflı məlumatla seysmik tras modelini təsvir edərkən tanış olacağıq. Hələlik isə qeyd etməyi lazım bilirik ki, seysmik siqnalları qəbul edən cihazların (seysmoqəbuledicilərin, süzgəclərin, dalğa sahəsinin gücləndiricilərinin və s.) impuls reaksiyaları prinsipcə bu kitabın sonrakı fəsillərində təsvir ediləcəkdir.



Yüklə 418,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin