MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 233,89 Kb.
səhifə10/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Ver st və al müh

İеrarxİK mоdеl
Bu mоdеl vеrilənlərin nizamlı, qraf şəкlində təsvirinə əsaslanır. Qraf diaqramında təpələr mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındaкı əlaqələri göstərir. Misal üçün aşağıdaкı sxеmə baxaq:
əlaqələr mahiyyət

Iеrarxiк mоdеllərin əsas məhdudiyyətləri bunlardır:


1. Əlaqələrin bütün tipləri funкsiоnal xaraкtеrlidir (1-in nisbətində)


2. Əlaqələr ağacvari struкtura maliкdir. Vеrilənlər baza sxеmini əкs еtdirən qraf diaqrama təyinat ağacı dеyilir. Əgər vеrilənlər təbii оlaraq ağacvari struкtur

vacibdirsə, оnda iеrarxiк mоdеlin tətbiqi hеç bir mоdеl yaratmır. Ağacvari


struкturun təsviri üçün mоdеlə əlavə vasitələr təsvir еdilir. Ümumiyyətlə, «ağac» tipli «yazı» tiplərinin iеrarxiк təşкil оlunmuş dəstidir. Iеrarxiк VB yazılarına baxış yuxarıdan aşağıya dоğru aparılır.


Şəbəkə modeli
Şəbəkə modelində verilənlər ixtiyari qraf şəklində verilir.İyerarxik modeldən fərqli olaraqbu modeldə 1:1,1:M,M:1 funksional əlaqələrlə yanaşı M:N tipli əlaqələr də qurmaq mümkündür.

Şəbəkə modelində M:N tipli əlaqələrin reallaşdırılması onun k sayda (1<=k<=M)1:N əlaqəsinə çevrilməsi ilə əldə edilir.Bu isə həm məntiqi,həm də fiziki səviyyədə mürəkkəblik yaradır.Şəbəkə modelli VBİS-in mürəkkəb olması və çox baha başa gəlməsi də bununla əlaqədardır.


Bu tip modllərə misal olaraq aşağıdakı şəklə baxaq:

Rəhbərliyə malikdir




Təşkilat




Rəhbərlik

Adı

Ünvanı

İşçilərin
Sayı

Sahəsi

Büdcəsi




Vəzifəsi

Adı

Soyadı

Elmi
adı


































Rəhbərlik edir

Təşkilatda işləyir



İşçilər

Sıra nömrəsi

Adı

Soyadı

İş yeri

Vəzifəsi

Bu tip modellərə misal olaraq MARK-I,MARK-II,9 PAC, İDMS, TOTAL, ADABAS,CET,SETOP sistemlərini göstərmək olar.
Postrelyasiya modeli

Bu model cədvəldə saxlanan verilənlərin bölünməzliyinə qoyulan məhdudluğu aradan qaldırmağa relyasiya modelinin genişlənməsinə imkan yaradır.Postrelyasiya modelində çoxqiymətli sahələrə icazə verilir.Bu sahələrin qiymətlər dəsti əsas cədvələ salınan ayrıca cədvəl hesab olunur.Yəni bir neçə cədvəli birləşdirməyə icazə verir.
İşçi

SN

Soyad

Ad

Vəzifə

001

Axundov

Nadir

Texnik

002

Əliyev

Murad

Elektrik

003

Cəlilov

Rəsul

Mexanik



İşçi-UŞAQ

SN

Uşaq

Yası

001

Eldar

9

002

Namaz

7

003

Tahir

12

003

Tərlan

8

İŞÇİ – və - UŞAQLAR



SN

Soyad

Ad

Vəzifə

Uşaq

Yaşı

001

Axundov

Nadir

Texnik

Eldar

9

002

Əliyev

Murad

Elektrik

Namaz

7

003

Cəlilov

Rəsul

Mexanik

Tahir

12

003










Tərlan

8

Bu şəkildə işçilər və onların uşaqları haqqında informasiyanın relyasiya (a) və postrelyasiya (b) modellərində təsviri verilmişdir.


İşçi-cədvəli işçilər haqqında verilənləri;İşçi-Uşaq cədvəli isə işçilərin uşaqları haqqında verilənlər toplayırşBu cədvəllər arasında əlaqə isə SN sahəsi ilə əldə olunur.Adi relyasiya modelində bu iki cədvəli birləşdirmək mümkün deyil.Postrelyasiya modeli vasitəsilə hər iki cədvəli bir cədvəllə (İşçi və Uşaq) vermək mümkün olur.
Buna misal olaraq

  1. SELECT

İŞÇİ.SN,SOYAD,AD,VƏZİFƏ,UŞAQ,YAŞI
FROM
İŞÇİ,İŞÇİ-UŞAQ
WHERE
İŞÇİ.SN=İŞÇİ-UŞAQ.SN;


SELECT
SN,SOYAD,AD,VƏZİFƏ,UŞAQ,YAŞI
FROM
İŞÇİ VƏ UŞAQLAR;
Relyasiya və postrelyasiya modelləri üçün SQL operatorları.
Cədvəldəki sahələrin uzunluğunun və sayının dəyişdirilməsinə məhdudiyyət qoyulmur.Bu isə verilənlərin və cədvəlin strukturunun yüksək çevikliyə malik olmasından xəbər verir.
Postrelyasiya modelinin üstün cəhətlərindən biri də informasiyanın təsvirinin yüksək əyaniliyi hesab edilir.Çatışmayan cəhəti isə saxlanan verilənlərin tamlığının və ziddiyətsizliyinin təminatının mürəkkəbliyindən ibarətdir.


Çoxölçülü model
Bu modellər çoxölçülü sistemlərdə təhlil aparmaq və qərar qəbul etmək üçün informasiyanın operativ emalına imkan verir.
İnformasiya sistemlərinin kosepsiyasının inkişafında iki istiqaməti ayırmaq olar:

  • operativ emal sistemləri;

  • analitik emal sistemləri(qərarların qəbulunu dəstəkləyən sistemlər).

Çoxölçülü VBİS dar çərçivədə ixtisaslaşdırılmış sistem olub,informasiyanın interaktiv emalı üçün nəzərdə tutulub.
Verilənlərin aqreqatlaşdırılması-onların müxtəlif səviyyələrdə ümumiləşdirlməsi imkanı deməkdir.Məs.:istifadəçi-analitik,istifadəçi-rəhbər, istifadəçi-sazlayıcı və s.
Verilənlərin statikliyi-verilənlər və onlar arasındakı əlaqələrin yüksək səviyyədə dəyişməzliyini və onlar arasındakı əlaqələrin zamana görə olduğunu nəzərdə tutur.Bu,seçimin vaxta və tarixə görə aparılmasından xəbər verir.Bu isə öz növbəsində informasiyanın sazlanması və seçilməsi mexanizminə müəyyən təlabatlar qoyur.Məs.,sorğunun emalı vaxtını azaltmaq üçün verilənlərin hansı ardıcıllıqla tələb olunmasına uyğun qayda ilə nizamlanması məsləhətdir.
Verilənlərin proqnozlaşdırılması-proqnozlaşdırma funksiyalarının təyin edilməsini və onların müxtəlif vaxt intervalında tətbiqini nəzərdə tutur.
Verilənlərin modelinin çoxölçülülüyü-verilənlərin təsviri və emalı zamanı verilənlərin strukturunun çoxölçülü məntiqi təsviri deməkdir
Zavod üzrə məhsul istehsalı

Məhsulun markası

İl

Miqdarı (min ton)

Aİ-83

2003

20

Aİ-83

2004

25

Aİ-83

2005

28

Aİ-93

2003

30

Aİ-93

2004

35

Aİ-93

2005

37

Aİ-95

2004

15

Aİ-95

2005

17




  1. Zavod üzrə məhsul istehsalı (min ton)

Məhsulun markası

2003

2004

2005

Aİ-83

20

25

28

Aİ-93

30

35

37

Aİ-95

Nul

15

17

İndi də verilənlərin çoxölçülü modellərinin əsas anlayışlarını nəzərdən keçirək.


Ölçü(Dimension) – hiperkubun bir tərəfini təşkil edən eyni tipli verilənlər çoxluğudur.Vaxt misalında : günlər,aylar,kvartallar,illər və s.,coğrafi ərazi kimi şəhərlər,rayonlar,kəndlər,qəsəbələr,ölkələr və s.
Xana(Cell) və ya göstərici- qiyməti birmənalı olaraq müəyyən sayda ölçülərlə təyin olunan sahədir.Hansı ki,əksər hallarda ədəd olur.
Bəzən təcrübədə çoxsaylı ölçülər tələb olunur.Verilənlərin üçölçülü modelinə baxaq:


2005
2004
2003
I sex
II sex
III sex

Aİ-83 Aİ-93 Aİ-95




Polikub sxemində nəzərdə tutulur ki,VB müxtəlif ölçülü və tərəflərinin uzunluğu müxtəlif olan bir neçə hiperkubla təyin olunur.
Hiperkub sxemində isə bütün göstəricilər eyni ndəstli ölçülərlə təyin olunur.
Kəsik(Slice) – bir və ya bir neçə ölçünün göstərilməsi alınan hiperkubun altçoxluğudur.Misal üçün yuxarıdakı şəkiin misalında əgər yalnız Aİ-83-ün istehsal həcmi bizi maraqlandırırsa,onda müxtəlif sexlər üzrə iki ölçülü cədvəl cavab olacaq.
MÜHAZİRƏ 6


Verilənlərin relyasiya modeli
Bu model müəyyən problem sahəsinin zamana görə dəyişən nisbətlər toplusu deməkdir.Bu şəkildə İS –yaradılarkən nisbətlər toplusu problem sahəsinin obyektləri haqqında verilənləri saxlamağa və onlar arsında əlaqələri modelləşdirməyə imkan verir. Misal

Relyasiya modeıinin elementləri

Məzmunu



Nisbət

Cədvəl

Nisbətin sxemi

Cədvəlin sütunlarının adlarından ibarət sətir

Kortej

Cədvəlin sətri

Maliyyət

Obyektin sinonimi.Cədvəldəki verilənlər həmin obyektin xassələrini əks etdirir

Atribut

Cədvəlin sütunun adı

Domen

Atributun mümkün qiymətlər çoxluğu

Atributun qiyməti

Yazı sahəsinin qiyməti

Birinci açar

Bir və ya bir-birilə birləşdirilmiş bir neçə atribut

Verilənin tipi

Domendəki elementlərin tipi

Nisbət – relyasiya modelinin gərəkli anlayışıdır və verilənləri saxlayan ikölçülü cədvəldir.
Mahiyyət - xassələri haqqında verilənləri nisbərdə saxlanan obyektdir.
Atribut - mahiyyəti xarakterizə edən xassədir.Cədvəlin strukturunda hər bir atributa ad verilir və həmin ad cədvəlin sütununun başlığı olur.
Domen – nisbətin hər hansı atributunun mümükün qiymətlər çoxluğudur.
Aşağıdakı şəkildə İŞÇİ nisbətinin təsviri vardır.Nisbətin adı (R) və onun atributlarının siyahısı (A1,A2,..,An) birlikdə nisbətin sxemi adlanır: R(A1,A2,..,An)
Atribut (sahə) İŞÇİ
Nisbət(cədvəl)

NN

Adı

Atasının adı

Soyadı

Doğum tarixi

Şöbə

Vəzifə

1
1



Abbas





Abbas oğlu



Abbaslı



1950



001



rəis

22


Əli


Əvəz oğlu



Əliyev


1960


002


Texnoloq


33


Fuad




Pənah oğlu



Abbaslı


1967


003


Müavin


44


Vəli




Əli oğlu


Həsənli


1965


001


mühəndis


Kortej Domen Atributun qiyməti


İşçi nisbətinin (cədvəlinin) təsviri.
Verilənlər bazasının relyasiya sxemi ümumi halda aşağıdakı kimidir :
R1 (A11,A12,..,A1k1),
R2 (A21,A22,..,A2k2),

Rm (Am1,Am21,..,Amkm).


Beləliklə nisbətlə fayl arasında aşağıdakı uyğunluq mövcuddur : nisbət-fayl,nisbətin sxemi-yazının tipi,relyasiya sxemi-verilənlər bazasının sxemi,kortej-yazı (yazının nüsxəsi),atribut-sahə,domen-sahənin qiymətlər çoxluğu.
İndi isə tibbi verilənlər bazasının relyasiya sxemindən bir fraqmentə baxaq :
XƏSTƏXANA (kodu,adı,ünvanı,telefonu,çarpayının sayı)
PALATA (xəstəxananın kodu,palatanın kodu,adı,çarpayının sayı)
PERSONAL (xəstəxananın kodu,palatanın kodu,işçinin kodu,soyadı,adı,vəzifəsi)
HƏKİM (xəstəxananın kodu,həkimin kodu,soyadı,adı,ixtisas,staj)
XƏSTƏ (qeydiyyat nömrəsi, palatanın kodu, soyadı, adı, təvəllüdü, ünvanı, diaqnoz)
LABORATORİYA (kodu,adı,ünvanı,telefon)
MÜALİCƏ HƏKİMİ (qeydiyyat nömrəsi,həkimin kodu)
Relyasiya modelində nisbətlər arasındakı əlaqələr qeyri-aşkar formada göstərir.Yuxarıdakı nümunədə XƏSTƏXANA və PALATA nisbətləri arasında əlaqə “Xəstəxananın kodu” atributu vasitəsilə təşkil olunur. (bu sözlər başqa mənada “Açar” adlanır)
Açar – elə atribut və ya birləşməsidir ki,onun qiyməti ilə nisbətin hər bir korteji (faylın yazısı) birmənalı təyin olunur.Göstərilən misalda baxılan nisbət sxemlərində açarlar altından xətt çəkilmiş sözlərdir.
Nisbət bir neçə açara malik ola bilər.Hansı ki,onlar da öz növbəsində mümkün və ya potensial açarlar adlanır.İstənilən halda onlardan biri qəbul olunur və onu birinci və ya əsas açar adlandırırlar.
Açarlar aşağıdakı məqsədlər üçün istifadə edilir :
-nisbətin kortejlərinə müraciəti tezlaşdirmək;
-nisbətlər arasında əlaqələri yaratmaq;
-açar atributlarda qiymətlərin təkrarlanmasına yol verməmək;
-kortejləri nizamlamaq.
Əgər nisbətin açarı varsa,onda ona uyğun cədvəlin də açarı da olmalıdır.Bu cür cədvələ açarlı və ya açar sahəli cədvəl deyilir.
Nisbətin cədvələ uyğun gəlməsi əsas şərtlərdən biridir.Buna nail olmaq üçün cədvəl tərtibində aşağıdakı şərtlərə riayət edilməlidir :
-cədvəlin hər bir səthi unikal olmalıdır,yəni təkrarlanan sətirlərə icazə verilmir;
-sütunların adları müxtəlif,qiymətləri isə sadə olmalıdır,yəni eyni sətrin sütununda yalnız bir qiymət ola bilər;
-cədvəldə sətirlər ixtiyari ardıcıllıqla yerləşdirilə bilər;
-cədvəlin bütün sətirləri sütunların adlarına və tipinə uyğun gələn eyni struktura malik olmalıdırlar.
Əgər nisbətin açarı varsa,onda ona uyğun cədvəlin də açarı olmalıdır.Bu cür cədvələ açarlı və ya açar sahəli cədvəl deyilir.
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ən vajib funksiyalarından biridir. Belə qorunub saxlanmanın ən çox yayılmış növü verilənlər bazasıdır. Verilənlər bazası (VB) müəyyən şəkildə struktur­laş­dı­rılmış informasiyadan təşkil olunmuş xüsusi formatlı fayldır.


MÜHAZİRƏ 7

Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin