Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


MM sahəsində dövlətin vəzifələri,vətəndaşların hüquq və vəzifələri vardır?



Yüklə 245,85 Kb.
səhifə4/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   2   3   4   5   6   7   8   9   ...   31
Mülki Müdafiə (semestr)

7.MM sahəsində dövlətin vəzifələri,vətəndaşların hüquq və vəzifələri vardır?
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1.dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2.əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3.ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4.mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1.mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2.fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3.fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4.fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
1.fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2.fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
3.fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən olunmuş qaydada iştirak etmək;
4.mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmək və ya yazılı təkliflər vermək;
8.Fövqəladəhadisə nəyə deyilir, münaqişəli və münaqişəsiz fövqəladə hadisələr özləri hansı qruplara ayrılır?
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.Fövqəladə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halda götürsək, onda onları iki növə ayırmaq olar.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin