Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?



Yüklə 245,85 Kb.
səhifə14/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Mülki Müdafiə (semestr)

27.Bioloji silahlar nə üçün istifadə edilir?Bioloji silahlar vasitəsilə hansı xəsdəliklər yayılır və yayılmış xəstəliklər insanlara, heyvanlara və bitkilərə necə təsir edir?
Bioloji silah -Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.


28.Adi qırğın vasitələri hansılardır? Yandırıcı silahın əsasını nə təşkil edir, yandırıcı maddəlin növləri hansılardır, yandırıcı silahın insanlara təsiri və onlardan mühafizə qaydaları necə olur?
Müasir qırğın silahları kütləvi qırğın silahlarından və adi qırğın vasitələrindən ibarətdir.
Kütləvi qırğın silahları : nüvə, kimyəvi və bakterioloji(bioloji).
Adi qırğın vasitələri:
1. təyyarədən tətbiq edilən döyüş sursatları:
a) təyyarədən atılan : «Hava» - «Yer» raketləri
b) təyyarədən atılan bombalar (fuqas-qəlpəli, kürə formalı,kumulyativ, beton(zireh) dağıdan, həcmli partlayış və kassetli bombalar).
2. top-raket sistemləri
a) toplar 122, 130, 152 mm,
b) mina atanlar isə 82, 160, 240 mm kalibrili olurlar. Onlarin təsir dairəsi 10-30 km olur.
Yeni reaktiv- raket sistemləri 2 növdürlər:
a) «Qrad» qurğuları – 40 lüləli;
b) «Uraqan» qurğuları - 16 lüləli.
Qrad qurğuları raketlərinin başlıqları fuqas-qəlpəli, «Uraqan» qurğularının başlıqları isə həm fuqas –qəlpəli həm də kasset tipli olurlar.
Yadırıcı maddələrin növləri:
1. neft məhsulları əsaslı y.m.(Napalmlar)
2. metallar əlavə edilmiş y.m.(Pirogellər)
3. termit və termit əsaslı y.m.
4. ağ və plastik fosfor
5. qələvi metallar (natrium və kalsiüm)
6. öz-özünə alışan trietilen alüminium.
Yandırıcı silahların insanlara təsiri istiltk enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir.
İnsanlara təsir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. O yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. Birinci 30-60 saniyə müddətində insanlr şok vəziyyətinə düşür. Bunlardan əlavə napalmın təsirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin