Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Ekzotik -(həşarat və ilanların dişləməsi) və xüsusi təhlükəli yolxucu xəstəliklərə tək-tək tutulma halları. Epizootiyalar.-



Yüklə 245,85 Kb.
səhifə10/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
Mülki Müdafiə (semestr)

Ekzotik -(həşarat və ilanların dişləməsi) və xüsusi təhlükəli yolxucu xəstəliklərə tək-tək tutulma halları.
Epizootiyalar.- (heyvanlarda yolxucuxəstəliklərin kütləvi yayılması)
Respublikanın Ağcabədi, Cəlilabad, Beyləqan, Fizuli, Şəmkir rayonları, eləjə də, Naxçıvan şəhərində, Nehrəm və Xocavənd yaşayış məntəqələrində kənd təsərrüfatı heyvanlarının qara yara xəstəliyinə tutulması ehtimalı mümkündür.
Zaqatala, Beyləqan, Bərdə, İmişli, Ucar, Ağdaş, Abşeron,habelə, digər kənd yaşayış məntəqələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılma ehtimalı vardır.


17. Fövqəladə hadisələrzamaniərazinin və əhalinin mühafizəsi necə həyata keçirilir?
A.R-nın coğrafi mövqeyi, relyefinin mürəkkəbliyi, Xəzər dənizinin sahilində yerləşməsi, bol günəş işığı və istiliyi ilə təmin olunması, müxtəlif növ hava kütləsinin təsirinə məruz qalması, burada çox mürəkkəb və özünəməxsus hidrometeoroloji şəraitin yaranmasına səbəb olmuşdur.Planetimizdə müşahidə edilən 11 iqlim şəraitindən 9-u Azərbaycanda mövcuddur.
Həmçinin, respublika ərazisi 8-9 bal gücündə ehtimal olunan aktiv seysmik zonada yerləşir.Qeyd olunan bu xüsusiyyətlər, əhali və xalq təsərrüfatı üçün təhlükə yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur.
Ona görə də bu amillər, fövqəladə hadisələrin qabaqcadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və müdafiə olunmasını, maddi sərvətlərin qorunmasınınplanlaşdırılmasını və təxirəsalınmaz digər tədbirlərin həyata keçirməsi tələblərini qarşıya qoyur.


18. Nüvə silahı nədir, ilk dəfə harada və hansı dövlət tərəfindən tətbiq edilib və hansı zədələyici amilləri var ?

Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür.





Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin