Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 245,85 Kb.
səhifə27/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   23   24   25   26   27   28   29   30   31
Mülki Müdafiə (semestr)

Bakterioloji şəraitin qiymətləndirilməsi
Düşmənin bakterioloji silah tətbiq etməsi nəticəsində yaranan şəraitə bakterioloji şərait deyilir.
Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərüffat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin X və DTİ-nə, həmçinin əhalinin kənd təsarüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə təsirini müəyyən etmək üçün qiymətləndirirlər.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
1) bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;
2) torpaqdan istifadə etmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək;
3) karantin rejimini dəqiqləşdirmək;
4) xüsusi təmizliyin aparılması üçün kənt təsərrüfatı istehsalı obyektləri təyin etmək;
5) müaliçə-profilaktik tədbirləri qaydalarını və həçmini müəyyənləşdirmək.
54. Obyektlərin zədələnmə ocağı nə zaman baş verir və zədələnmə ocaqları nəyə deyilir nəyə deyilir? Bərpa işdərinin növləri hansılardır ?
Obyektin zədələnmə ocağı hər hansı bir fəlakət (qəza, təbii fəlakət) zamanı üzərindəki binalar, xüsusi qurğular, mühəndis şəbəkələri və kommunikasiyaları, habelə avadanlıq və şəxsi heyyətlə birlikdə zədələnməyə, dağıntıya və ya zəhərlənməyə məruz qalmış obyekt ərazisinə deyilir.Obyektlərdə sadə (bir növlü) zədələnmə və mürəkkəb zədələnmə ocaqları yarana bilər.Sadə (bir növlü) zədələnmə ocağı – təkcə bir zədələyici amilin, məsələn, partlayışın törətdiyi dağıntıların, yanğının, yalnız kimyəvi və ya bakterioloji zəhərlənmənin nəticəsində əmələ gələn ocağa deyilir.Mürəkkəb zədələnmə ocağı isə bir neçə zədələyici amilin qarşılıqlı təsiri nəticəsində yaranan ocaqdır. Zədələyici amillərin xarakterindən asılı olaraq zədələnmə (zəhərlənmə) ocağı müxtəlif formalı, məsələn, partlayış, zəlzələ nəticəsində – dairəvi; Qasırğa, fırtına, daşqın, sel, marxal və s. nəticəsində – zolaq formasında; Yanğın, sürüşmə, sunami tipli külək zamanı – qeyri-müəyyən formada ola bilər.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin