Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


İstehsal və sosial təyinatlı obyektlərin rəhbər komandir-rəis heyətlərinin, Mülki Müdafiə qüvvələrinin və mütəxəssislərinin hazırlığı necə aparılır?



Yüklə 245,85 Kb.
səhifə25/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
Mülki Müdafiə (semestr)

50.İstehsal və sosial təyinatlı obyektlərin rəhbər komandir-rəis heyətlərinin, Mülki Müdafiə qüvvələrinin və mütəxəssislərinin hazırlığı necə aparılır?
Obyektdə MM üzrə hazırlıq planlaşdırılarkən konkret olaraq bu 2 səned (əlavələrlə birlikdə) tərtib edilməlidir:
1.“Keçən ildə MM hazırlığının yekunları və yeni tədris ilində bu sahədə vəzifələr haqqında obyekt MM rəhbərinin əmri (əmrə əlave edilir: “Tədris ilində keçiriləcek MM təlimləri və məşğələlərinin mövzuları, “Tədris qrupları» və məşğələ rəhbərlərinin siyahısı);
2. “Tədris ilində rəhbər heyətin, MM dəstələrinin, fəhlə və qulluqçuların mülki müdafıə hazırlığı üzrə əsas tədbirlərin təqvim planı (plana hər bir tədris qrupu üçün məşğələlərin cədvəlləri əlavə edilir).
Obyekt mülki müdatlə rəhbərinin əmri, cari ildə hazırlığın nəticələrini təhlil edən qısa yekunlaşdırıcı hissədən və gələn ildə bu sahədəki vəzifələri müəyyən edən sərəncamdan ibarət olur.
Yekunlaşdırıcı hissədə obyektin il ərzində mülki müdafıəyə hazırlanmasının ümumi vəziyyəti, o ciimlədən obyektdə hazırlağa cəlb edilən hər bir kateqoriya (rəhbər heyət, MM dəstələri, digər fəhlə və qulluqçular) üzrə tədrisin, təlim və məşqlərin nə dərəcədə keyfıyyətli keçirildiyi göstərilir. MM təbliğatı, maddi-tədris bazasının genişləndirilməsi və s. məsələlər üzrə yerinə yetirilmiş tədbirlər qeyd olunur, habelə bütün bu sahələrdəki nöqsanların səbəbləri təhlil edilir.


51.İşçilərə,işləməyən əhaliyə və tələbələrə(şagirdlərə) MM biliklərinin öyrədilməsi necə aparılır?
1.İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin MM qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə MM bilikləri hər il iş yerində, istehsalatdan ayrılmadan öyrədilir.
İşləyən əhalinin obyektlərdə mülki müdafiəyə hazırlanmasında əsas məqsed- müxtəlif fövqəladə hallarda etibarlı surətdə mühafizə olunmağı bacarmaq üçün hər bir adama müəyyən həcmdə bilik və əməli vərdişlər aşılamaqdır. Hazırlıq son illərdə 12 saatlıq proqram həcmində aparılır. Proqramda mühafizənin əsas üsul və vasitələrindən inamla və düzgün istifadə olunması, habelə xilasetmə işlərində iştirak etmək, özünə və digərlərinə ilk tibbi yardım göstərmək qaydalarının öyrədilməsi nəzərdə tutulur.
2.Tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək nəzərdə tutulur.
Obyektin ştatlı MM işçiləri belə məşğələ rəhbərləri və ya təlimatçılarla tədris ilinin əvvəlində bir-iki günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar regional (şöbələrdə) şəhər, rayon MM icra orqanlarında və kurslarında təşkil edilir.
İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki müdafiə bilikləri yaşayış yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və təsərrüfat müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlər, MM məşqlərinə cəlb edilməklə öyrədilir.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin