Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?



Yüklə 245,85 Kb.
səhifə29/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   23   24   25   26   27   28   29   30   31
Mülki Müdafiə (semestr)

İdarəetmənin mahiyyəti – MM rəhbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən ibarətdir.
Mülki Müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır:
-A) MM tədbirlərinin və qüvvələrin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi;
-B) Fövqəladə hadisələr baş verərkən yaranmış vəziyyət barədə məlumatların fasiləsiz surətdə toplanması və öyrənilməsi;
-C) Fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması;
-D) Qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin və təchiz olunması;
-E) İş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi;
-F) MM qüvvələrində və qərargahlarında şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatının saxlanması.
Təyinatına və yerinə görə İM-i əsas, ehtiyat və yardımçı şəhərlərdə, şəhərkənarı zonada yerləşən stasionar və səyyar növləri ola bilər. Qeyd etmək lazımdır ki, dərəcəli şəhərlərdə və onların rayonlarənda, nazirliklərdə (dövlət komitələrində, şirkətlərdə) idarəetmə məntəqələrinin yerləri, sayı, onlara verilən tələblər və s. respublika hökumətinin qərarı ilə müəyyən edilmişdir. Bütün İM-ləri müvafiq olaraq nazirliklərin, yaxud ərazi hakimiyyət orqanlarının vəsaiti hesabına tikilir, avadanlaşdırılır və qorunub saxlanılır. Bu qurğular regional şöbələrin deyil, məhz müvafiq Mülki Müdafiə rəhbərlərinin idarəetmə məntəqələridir, onların tabeliyində və məsuliyyətindədir.
İdarəetmə məntəqələri burada yerləşən idarəetmə heyətinin fövqəladə hallarda fasiləsiz işini, normal həyat fəaliyyətini (qidalanma, növbə üzrə dincəlmə və s.) və etibarlı müdafiəsini təmin etməlidir.
İM adətən aşağıdakı otaqlardan ibarət olur:
a) MM rəhbərinin iş otağı;
b) Digər heyət, yəni operatorlar və telefonçu operatorlar yerləşən operativ iş otağı;
c) Xidmət rəislərinin (mütəxəssislərin) iş otağı;
d) Rabitəçilər qrupu yerləşən rabitə qovşağı;
e) Növbələrlə dincəlmə yeri (otağı);
f) İM heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq su ehtiyatları və s. saxlanılan yer (otaq);
g) Sanitariya qovşağı.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin