Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
529-19.111

Paralel proyeksiyalamada 
proyeksiyalayıcı şüalar bir – birinə paralel olur. 
Proyeksiyalayıcı şüaları çəkmək üçün müəyyən bir istiqamət verilməlidir.
İxtiyari yastı fiqiurun paralel proyeksiyasını qurmaq üçün verilmiş fiqurun 
təpə nöqtələrindən S istiqamətinə paralel olan proyeksiyalayıcı şüalar çəkilir. Bu 
şüalar ilə ɑ müstəvisinin kəsişmə nöqtələri (A´,B´,C´.......Z´) verilən fiqurun təpə 
nöqtələrinin paralel proyeksiyaları olur. Cisimlərin üzərinə düşən günəş 
şüalarından alınan kölgələri paralel proyeksiyalamaya misal göstərmək olar. Belə 
proyeksiyalamadan əyani təsəvvürü qurmaq üçün rəsmxətdə geniş istifadə edilir. 
şəkil 2 


Paralel proyeksiyalama öz növbəsində iki qrupa ayrılır: çəpbucaqlı və 
düzbuçaqlı papalel proyeksiyalama. çəpbucaqlı proyeksiyalamada proyeksiya 
şüaları ɑ müstəvisi ilə iti bucaq əmələ gətirir.
Düzbucaqlı proyeksiyalamada
proyeksiyalayıcı süalar proyeksiya 
müstəvisinə perpendikulyar götürülür, yəni proyeksiya şüaları proyeksiya 
müstəvisi ilə 90
0
bucaq əmələ gətirir. Bu növ proyeksiyalama ortoqonal 
proyeksiyalama kimi də tanınır.
Fəzada verilmiş ixtiyari üçbucağın ɑ müstəvisinə perpendikulyar olan 
proyeksiyalayıcı şüalar çəkilir. Bu şüaların ɑ müstəvisi ilə kəsişməsindən alınan 
A´, B´ və C´ nöqtələri verilmiş üçbucağın təpə nöqtələrinin düzbucaqlı 
proyeksiyaları olur. Bu nöqtələr düz xətt parçası ilə birləşdirərək, verilmiş 
üçbucağın A´B´C´ düzbucaqlı proyeksiyasını almaq olar. Bu proyeksiyalama 
üsulundan rəsmxətdə geniş istifadə edilir və bu üsul Qaspar Monj üsulu kimi 
tanınır. Düzbucaqlı paralel proyeksiyalamanın aşağıdakı üstünlükləri var. 
1.
Digər metodlardan fərqli olaraq düzbucaqlı proyeksiyalamada cisimlərin 
proyeksiyalarının qurulması sadədir. 
2.
Cisimlərin düzbucaqlı proyeksiyaları onların ölçüləri haqqında tam məlumat 
verir. 
Bilirik ki, hər bir mürəkkəb cisim saadə həndəsi elementlərdən təşkil 
edilmişdir. Buna görə də, texniki çertyojların tərtibinə başlamazdan əvvəl nöqtə, 
düz xətt, müstəvi və sadə fəza fiqurlarını düzbucaqlı proyeksiyalarının qurulması 
öyrənilir.



Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin