Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Nöqtənin iki və üç müstəvidə proyeksiyaları



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
529-19.111

Nöqtənin iki və üç müstəvidə proyeksiyaları. 
Əvvəlcə nöqtənin iki müstəvidə proyeksiyalarını quraq.Bunun üçün bir-
birinə perpendikulyar olan iki müstəvi götürürük. 
V- frontal, H-horizontal proyeksiya müstəviləridir.x-proyeksiya oxudur.
A -nöqtəsindən hər iki müstəviyə perpendikulyar xətlər çəkilir və müstəvilərlə 
kəsişmə nöqtələri tapılır.Beləliklə a
1
– verilmiş nöqtənin frontal proyeksiyası və a-
horizontal proyeksiyası olur.V-müstəvisini əvvəlki vəziyyətində saxlayaraq ,H-
müstəvisini onunla qovuşana qədər 90
0
döndəririk. Onda müstəvilərin açılışı alınır. 
Buna kompleks çertyoj deyilir. 
Kompleks çertyojda nöqtənin özü olmur və yalnız proyeksiyaları olur. İndidə 
nöqtənin 3 müstəvidə proyeksiyalarını quraq.Bunun üçün V və H müstəvilərinə W-
müstəvisini əlavə edirik.Müstəvilərin hər 3-ü bir-birinə qarşılıqlı perpendikulyar 
olur. W-profil proyeksiya müstəvisi adlanır. y və z isə yenə də proyeksiya 
oxlarıdır. O proyeksiya mərkəzidir. a
11
–verilmiş A nöqtəsinin profil proyeksiyası 
olur.Kompleks çertyojda profil proyeksiya pərgar vasitəsi ilə ya da O nöqtəsindən
45 dərəcə bucaq altında çəkilmiş K daimi düz xətti vasitəsi ilə qurulur. Fəzada 
nöqtənin vəziyyıti onun koordinantları vasitəsi təyin edilir. A nöqtəsinin 
koordinantları x
a ,
y
a,
z
a
ilə işarə olunur. 


-
əgər kompleks çertyojda nöqtənin heç bir proyeksiyası X oxu üzərinə 
düşmürsə, demək nöqtə fəzada yerləşir; 
-
əgər kompleks çertyojda nöqtənin proyeksiyalarından biri X oxu üzərində 
yerləşərsə, demək nöqtə proyeksiya müsəvisi üzərindədir. 
-
kompleks çertyojda nöqtənin iki proyeksiyası proyeksiya oxu üzərinə düşürsə, 
demək nöqtənin özü də həmin proyeksiya oxu üzərindı yerləşir. 
Düz xətt parçasının iki və üç müstəvidə proyeksiyası

İstiqamətini dəyişmədən daim hərəkət edən nöqtələr çoxliğuna düz xətt 
deyilir. Düz xətt parçasının proyeksiyasını qurmaq üçün onun iki uc nöqtələrinin 
proyeksiyasını qurub, həmin nöqtələrin eyni adlı proyeksiyalarının nöqtələrini 
birləşdirmək lazımdır. Düz xəttin proyeksiyası onun öz ölçüsündən böyük ola 
bilməz. 


Düz xətt fəzada işarə olunduğu kimi – AB və ya kompleks çertyojda 
göstərildiyi kimi ( A´B´ ;A´´B´´ ; A´´´B´´´) oxunur. Düz xətt parçası proyeksiya 
müstəvisinə nəzərən ixtiyari yerləşə bilər. 
1.
Yalnız horizontal proyeksiya müstəvisinə paralel düz xəttə horizontal düz xətt 
deyilir. Horizontal düz xəttin horizontal proyeksiyası X oxuna paralel, profil 
proyeksiyası isə Y proyeksiya oxuna paralel olur.
2.
Yalnız frontal proyeksiyamüstəvisinə paralel düz xəttə frontal düz xətt deyilir. 
Frontal düz xəttin horizontal proyeksiya X oxuna paralel, profil proyeksiyası isə 
Y proyeksiya oxuna perpendikulyar olur. Bu düz xətt parçasının frontal 
proyeksiyası X və Z oxlarına görə ixtiyari olmaqla həmin parçanın özünə 
bərabər alınır. 
3.
Yalnız profil proyeksiya müstəvisinə paralel olan düz xəttə profil düz xətt 
deyilir. 


V-frontal proyeksiya müstəvisidir, H-horizontal proyeksiya müstəvisidir.
W-profil proyeksiya müstəvisidir. 
Kompleks çertyojdan da göründüyü kimi bu xəttin horizontal və frontal 
proyeksiyası X oxuna perpendikulyarbir düz xətt üzərində yerləşir. Profil düz xətt 
parçası profil proyeksiya müstəvisinə paralel olduğundan, onun həmin müstəvi 
üzərindəki proyeksiyası düz xətt parçasının özünə bərabər olacaqdır. 
4.
Horizontal proyeksiya müstəvisinə perpendikulyar düz xətt horizontal 
proyeksiyalayıcı düz xətt adlanır.kompleks çertyojda bu düz xəttin horizontal 
proyeksiyası bir nöqtə, frontal proyeksiyası X oxuna, profil proyeksiyası isə Y 
oxuna perpendikulyar düz xətt olmaqla verilmiş düz xətt parçasının öz boyuna 
bərabər şəkildə təsvir olunur. 
5.
Proyeksiya müstəvilərindən heç birinə perpendikulyar perpendikulyar və ya 
paralel olmayan düz xəttə ixtiyari düz xətt deyilir. Bu düz xəttin horizontal və 
frontal proyeksiyaları X oxu ilə 0
0
və 90
0
– dən fərqli bucaq altında yerləşirlər.
İxtiyari düz proyeksiyaları həmişə onun əsl boyundan kiçikdir.


Hər üç müstəvi bir-birinə qarşılıqlı perpendikulyardır. AB düz xətt parçasının 
proyeksiyalarını qurmaq üçün onun iki (baçlanğıc və son) nöqtəsinin 
proyeksiyaları təyin edilir və sonra eyni adlı nöqtələrin proyeksiyaları düz xətlə 
birləşdirilir. Beləliklə, a
1
b
1
-verilmiş AB düz xəttinin frontal proyeksiyası, ab- 
horizontal proyeksiyası və a
11
b
11
-profil proyeksiyası olur. V müstəvisini əvvəlki 
vəziyyətində saxlayaraq, H müstəvisini 90
0
aşağı və W müstəvisini 90
0
yan tərəfə 
döndərək. Onda müstəvilərin açılışı alınır. Buna kompleks çertyoj deyilir.
Kompleks çertyojda düz xəttin özü olmur və yalnız proyeksiyaları olur. 
Kompleks şertyojda 3-cü proyeksiya (profil) daimi K xəttinin köməyi ilə qurulur. 
A nöqtəsinin koordinantları X
a
У
a
Z

ilə, B nöqtəsinin koordinantları X
b

b
,Z
b
ilə 
işarə edilir. 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin