Mühazirələr konspekti Bakı-2021 § Bipolyar və unipolyar tranzistorlarda qurulmuş açar sxemləri


Gözləmə rejimli multivibrator (təkvibrator)



Yüklə 1,58 Mb.
səhifə22/26
tarix15.06.2023
ölçüsü1,58 Mb.
#130426
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
are

Gözləmə rejimli multivibrator (təkvibrator)

Gözləmə rejimli multivibrator lazım olan müddətli və amplitudlu yalnız bir siqnal hasil edir və həmin siqnal müxtəlif məqsədlər üçün istifadə olunur. Əslində bu multivibratorun iş rejimi 2 vəziyyətlə xarakterizə olunur:

  1. Dayanıqlı vəziyyət. Bu halda multivibrator dayanıqlı vəziyyətdədir və gözləmə rejimindədir.

  2. Kvazidayanıqlı vəziyyət. Bu halda isə multivibrator kənar işəburaxma impulsunun vasitəsilə işə düşür, lazım olan parametrli bir siqnal hasil edir və yenidən dayanıqlı vəziyyətinə qayıdır.

G özləmə rejimli multivibrator sxemi aşağıdakı kimidir:
Sxem aşağıdakı kimi işləyir:
Qida gərginliyi qoşulduqda gərginliyi ilə sxem gözləmə rejiminə keçir. Bu halda olur. VD diodu açıq olduğundan olacaqdır. Sxemi işə salmaq üçün qısa müddətli müsbət impuls verilir. Bu zaman ani olaraq sıfır vəziyyətinə keçir. Onda,

olduğundan komparatorun çıxış siqnalı kimi dəyişir. Müsbət girişdə

olduqda VD diodu bağlanacaqdır və C kondensatoru

qiymətinə qədər dolacaqdır. Burada

olacaqdır. halında kondensator kəskin olaraq boşalır və sxem yenidən gözləmə rejiminə keçir. Ümumiləşdirsək impulsun davametmə müddəti üçün yaza bilərik:

Gözləmə rejimli multivibratorun zaman diaqramı isə aşağıdakı kimidir:


  1. Xətti dəyişən gərginlik generatoru

Bu generatora çox vaxt mişarvari gərginlik generatoru da deyilir. Bu generator funksional generatordur, yəni xüsusi formaya malik olan siqnallar hasil edir və elektron sistemlərdə geniş istifadə olunur. Məsələn, telefon, televiziya, monitor ekranların açılış generatoru kimi, analoq – rəqəm çeviricilərində etalon (dayaq) siqnal generatoru kimi və s.
Bu generatorun çıxış siqnalı aşağıdakı kimidir:

Generatorun əsas parametrləri aşağıdakılardır:
– siqnalın “0” qiymətindən - maksimal qiymətinə - qədər xətti artması müddəti;
– siqnalın maksimal qiymətindən “0” qiymətinə qədər enməsi müddəti;
– siqnalın maksimum qiymətidir.
Bu generatorlar həmçinin qeyri – xəttilik əmsalı ilə də xarakterizə olunurlar:

Burada – xarakteristikanın əvvəlində, – xarakteristikanın sonunda siqnalın dəyişmə sürətidir. olduqda, yəni generator ideal olduqda

o lar. Sadə xətti dəyişən gərginlik generatorunu aşağıdakı kimi reallaşdırmaq olar:

Əgər olarsa, onda K açarı açıqdır. Bu zaman C kondensatoru dolacaqdır. Onun dolması aşağıdakı xarakteristikaya uyğundur:


Xətti dəyişən gərginlik generatorunun iş prinsipi C kondensatorunun K açarının açıq vəziyyətində R müqaviməti ilə xətti qanuna uyğun olaraq dolmasına və K açarının qapalı vəziyyətində isə ani olaraq boşalmasına əsaslanmışdır ki, bu proses generator sxemlərində avtomatik rejimdə sönmədən davam edir. Belə bir sxemin ən sadə realizasiyası aşağıdakı kimidir:


Sxem aşağıdakı kimi işləyir:


siqnalı mənfi qiymətə malik olduqda VT tranzistoru bağlı olur və C kondensatoru R müqaviməti vasitəsilə cərəyanı ilə dolur. İşçi gedişin sonunda müqavimətinin vasitəsilə VT tranzistoru açılır, doyma rejiminə keçir və C kondensatoru tranzistorun kollektor – emitter keçidi vasitəsilə şuntlanır və boşalır. Sonra isə növbəti impulsla bu proses davam edir. Burada kondensatoru ayırıcı kondensatordur. Qeyri – xəttilik əmsalı isə

kimi təyin olunur.
Bu sxemdə kənar təsirlər sxemin çıxış siqnalının xəttiliyini pozur. Daha çox dəqiqlik tələb olunan sistemlərdə C kondensatorunun doldurulması cərəyanının qiymətini stabilləşdirmək üçün stabil cərəyan mənbəyi istifadə edilir. Belə bir sxem aşağıdakı kimidir:

Sxemdə və müqavimətləri, tranzistoru və Zeyner diodu sabit cərəyan körpüsünü təşkil edir. VD diodu parametrinə görə tranzistorunun keçid xarakteristikası ilə eyni götürülür. Əgər hər hansı bir səbəbdən tranzistorunun kollektor – emitter dövrəsindən axan cərəyan artarsa (azalarsa), buna uyğun olaraq tranzistorunun bazasına verilən gərginlik azalacaq (artacaq). Beləliklə, tranzistorunun kollektor cərəyanının qiyməti stabilləşmiş olur, bu da C kondensatorunun dolması üçün istifadə olunur.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin