Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Sxem 2. Ekoloji mühitin mühafizəsi istiqamətləri



Yüklə 0,77 Mb.
səhifə25/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Sxem 2.

Ekoloji mühitin mühafizəsi istiqamətləri


Eyni zamanda təbii mühitdə iqtisadi ekologi­ya­laş­dır­­ma üçün aşağıdakı müvafiq tədbirlərin görülməsi məq­sə­də­uyğun sayılır:



  1. ictimai istehsalın xarakterinin də­yiş­di­ril­mə­si;

  2. istehsalçı ilə istehlakçının arasında məhsullar is­­teh­salının başa çatmasını düzgün istiqamətləndirmək və sə­mərəsiz tullantıların həcmini minimuma endirmək;

  3. iqtisadiyyatı təbiət qoruyucu sahələrə yö­nəlt­mək məq­sədilə istehsal sahələrinin xarakterindən asılı ola­raq El­mi Texniki Tərəqqinin nailiyyətlərindən düz­gün istifadə olun­ması;

  4. təbiətdən səmərəli istifadədə iqtisadi sahələrin düz­­gün istiqamətləndirilməsi və müvafiq hüquqi ba­za­sı­nın əsas­landırılması;

  5. ekoloji gərginlik yaradan istehsal tullan­tıla­rı­nın xü­susi çəkisinin minimuma endirilməsi məqsədi ilə qa­­palı is­tehsal prosesinin yaradılmasının təmin olun­ma­sı;

  6. istehsal prosesində təbii ehtiyatların dəyərini gös­­tər­mək məqsədilə məhsullar istehsalında statistik təh­lil və uçot sisteminin tənzimlənməsi.

Bazar iqtisadiyyatı şəraitində sərbəst iqtisadiyyatın ya­­radılması iqtisadi ekologiyalaşdırmanın tətbiqində sa­hib­­karlar, istehsalçılar və xidmət göstərənlər ümu­mi­lik­də bu problemə ey­ni proqram əsasında yanaşmalı, tex­no­loji ava­dan­lıq­lar­dan düzgün istifadə olunmalıdır. Bu ba­xımdan cəmiyyət tə­rəfindən yeni istehsalın ya­ra­dıl­ma­sı alternativ eh­ti­yat­lar­dan istifadə edilməsi və yeni iq­tisadi siyasətin qəbul edil­mə­si olduqca vacibdir.

Davamlı inkişaf sürətlə artan əhalinin tələbatını ödə­­­mək üçün əmtəə istehsalının və xidmətlərin geniş­lən­­­di­ril­mə­sini tələb edir. Ayrı-ayrı istehsal sahələrində çə­kilən xərc­lərin cəmi ekoloji sahələrə sərf olunan mə­s­rəf­ləri tən­zim­lənmə imkanlarına malik olmalıdır. Bu­ra­da əsas mə­sə­lə ekoloji xərcləri istehsal olunan məh­sul­la­rın maya dəyərinə daxil olan xərclər he­sabına təmin olun­masıdır. Bu prosesdə iqtisadi eko­lo­gi­ya­laşdırma müəy­­­yən normativlər əsasında öz həllini tap­mış olar. Tə­bii ehtiyatlardan istifadədə bu məsələ dünya iq­ti­sa­diy­yatı qarşısında diqqəti cəlb edən ən vacib məsə­lə­lər­dən sayılır.

Müasir ekoloji-iqtisadi sistem, hazır ki texnogen in­­ki­şaf növünün dayanıqlı ekoloji balanslaşdırılmış in­ki­şaf nö­vü ilə əvəzlənməsini tələb edir. İqtisadiyyatın müx­­təlif sa­hələrində yeni ekoloji-iqtisadi layihələrin və proq­ram­la­rın yaranması üçün iqtisadi inkişafda ekologi­ya­­nın nəzərə alın­ması konsepsiyasının işlənib hazırlan­ma­­sı zəruridir. Bu­nun üçün bütöv iqtisadiyyat, onun sa­hə­­lə­ri və kom­pleks­ləri üçün prioritet və məqsədlərdə əhə­­miyyətli də­yi­şik­liklərin aparılması lazım gəlir.

Ənənəvi ekoloji-iqtisadi modelində girişinə təbii sər­­­vət­lər, çıxışda isə son məhsul və müxtəlif növlü çirk­lən­­di­ri­cilər və ətraf mühitin deformasiyası götürülür.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin