Mühazirə toplusu İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi



Yüklə 5,85 Mb.
səhifə3/14
tarix25.12.2016
ölçüsü5,85 Mb.
#3265
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
Təhlükəli yüklərin sinifləri və növləri

Sərnişin HG-də təhlükəli yüklərin daşınması

Təhlükəli yüklərin daşınmaya qəbul edilməsinə və HG-nə yüklənməsinə yalnız “İATA-nın təhlükəli yüklərin daşınması” rəhbərliyinin(IATA Dangerous Goods Regulations) tələbləri üzrə xüsusi hazırlıq keçmiş və sertifikat almış işçi personalı buraxılır.

Təhlükəli yüklərin yükləməzdən əvvəl aşağıdakı sənədlər təqdim olunmalıdır:

● Yük manifesti (CARGO MANIFEST)

● Yük qaiməsi (AIR WAYBILL);

● Təhlükəli yükü göndərənin bəyannaməsi (SHIPPER’S DECLARATION FOR

DANGEROUS GOODS);

● Təhlükəli yükün göndərilməsi haqda HG kapitanına bildiriş (NOTOC);

● Yoxlama vərəqi - Check-list (radiaktiv, radiaktiv olmayan və quru buz

üçün).


Təhlükəli yükü göndərənin bəyannaməsinin «Passenger and Cargo Aircraft» qrafasında xüsusi qeydə diqqət etmək vacibdir. Əgər «Cargo Aircraft Only» qrafası X-lə işarə edilməyibsə həmin yük partiyasını sərnişin HG-nə yükləmək qadağandır.

Təhlükəli yükü göndərənin bəyannaməsində (SHIPPER’S DECLARATION FOR DANGEROUS GOODS) mütləq aviaqaimənin nömrəsi qeyd olunmalıdır.

Yükləməyə başlamazdan əvvəl müxtəlif kateqoriyalı təhlükəli yüklərin bir-biri ilə uyarlığı, həmçinin digər yüklərlə (heyvanlarla, qida məhsulları ilə, nəm yüklərlə, tez xarab olan yüklərlə) uyarlığı Xüsusi yüklərin qarşılıqlı təsir cədvəli vasitəsi ilə yoxlanılır.Təhlükəli yüklər elə nişanlanmalı və elə bərkidilməlidir ki, HG-nin hərəkəti və uçuşu zamanı yük cüzi də olsa yerdəyişməyə uğramasın.

Təhlükəli yüklər – elə yüklərə deyilir ki , onlar öz fiziki və kimyəvi xassələrinə görə sərnişinlərin və ekipajın səhhətinə , digər yüklərə təhlükə yaradır. Sərnişin salonunda təhlükəli yüklərin daşınmasına icazə verilmir (quru buz istisna olmaqla

Hava daşımalarında nəqli mümkün olan təhlükəli yüklər öz xarakterinə, sayına və qablaşdırılmasına görə 2 kateqoriyaya bölünür :


  • Sərnişin hava gəmilərində daşınmasına icazə verilən maddələr;

  • Yalnız yük hava gəmilərində daşına bilən maddələr (CAO kodu altında yük göndərmələri)


Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin