Tarixi-ənənəvi prinsip. Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda tarixi-ənənəvi prinsipadlanır.
Müasir Azərbaycan dili orfoqrafiya qaydalarında bu prinsipdən də istifadə olunur. Lakin qabaqcadan qeyd etməliyik ki, bu prinsipdən tam halda öz mənasında deyil, bir qədər şərti mənada istifadə olunur. Məhz bu baxımdan yanaşdıqda demək olar ki, tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil vahidlərinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunur.
1.Azərbaycan dilinin öz sözlərinin və şəkilçilərinin yazılışında. Məlum olduğu üzrə, Azərbaycan dilində yazı əvvəlki dövrlərdə ərəb əlifbası əsasında olmuşdur. Buna görə də ərəb əlifbası əsasındakı yazının orfoqrafiya qaydalarını müasir əlifbada davam etdirmək həm mümkün deyil, həm də məqsədəuyğun deyil. Çünki bizim ərəb əlifbasını müasir əlifba ilə əvəz etməyimizin başlıca səbəbi ərəb əlifbası əsasında qurulmuş yazının orfoqrafiyasında Azərbaycan dilinin əsas xüsusiyyətlərini əks etdirmək imkanlarının yoxluğu olmuşdur. Ərəb əlifbasında xüsusən sait səsləri bildirən hərfi işarələrin məhdud miqdarı Azərbaycan sözlərinin düzgün yazılışını təmin etməmişdir. Buna görə də müasir orfoqrafiyada əsil Azərbaycan sözlərinin yazılışını müəyyənləşdirərkən əvvəlki yazıda, xüsusən saitlərlə əlaqədar orfoqrafik qaydaları eynən təkrarlamağa ehtiyac duyulmur, lakin bəzi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi prinsipdən istifadə etmək məqsədəuyğun sayılır. Bu baxımdan orfoqrafiya qaydalarını aşağıdakı maddələrini xüsusi qeyd etmək olar:
Son səsi d, həm də t ilə deyilib d ilə yazılır; məsələn: bulud, qurd, kənd və s.
Son səsi k, g və ya y ilə deyilən ikihecalı (və ya çoxhecalı) sözlər k ilə yazılır; məsələn: böyük, çiçək, külək, çörək və s.
Son səsi ğ, x və ya q ilə deyilən ikihecalı sözlər q ilə yazılır; məsələn: qonaq, yanaq, yarpaq və s.
Son səsi c, ç, j və ya ş ilə deyilən sözlər c ilə yazılır; məsələn: ağac, gec, güc, süzgəc və s.
Beləcə də -maq, -mək, -dıq, -dik, -lıq, -lik kimi şəkilçilərin sonunda q və k samitlərinin yazılması əsasən tarixi-ənənəvi prinsiplə əlaqədardır.
2.Alınma sözlərin və şəkilçilərin yazılışında. Müasir Azərbaycan dilində işlənilən alınma sözlər həm alınma tarixinə görə, həm də mənsub olduğu dilə görə, əsasən, iki qrupa bölünür:
a)orta əsrlərdə ərəb və fars dillərindən alınma sözlər və şəkilçilər;
b)müasir dövrdə rus və Avropa dillərindən alınma sözlər və şəkilçilər.
Ərəb və fars dillərindən alınma bəzi şəkilçilərin də orfoqrafiyası tarixi-ənənəvi prinsip əsasındadır. Buna görə də belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsasında dəyişdirilmədən, əslinə uyğun olaraq bir cür yazılır: tarix-i, cənub-i və s.
Müasir dövrdə rus və Avropa dillərindən alınma sözlərin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nəzərdə tutulur və əksərən sözlər belə də yazılır: balon, duma, telefon, laborant və s.
Bunun isə iki səbəbi vardır. Birincisi, əlifbanın eyni əsasda olması, ikincisi isə belə sözlərin rus yazılı ədəbi dilindən alınmasıdır.
Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, sözlər tamamilə rus yazısında olduğu kimi Azərbaycan yazısına köçürülür. Burada qarşılıqlı surətdə rus və Azərbaycan əlifbasında olan və ya olmayan hərflərə görə müəyyən dəyişiklik edilir. Əgər rus orfoqrafiyasına görə bu və ya digər sözdə я, ю, э, ц, щ, бж, ъ hərfləri varsa, belə hərflər Azərbaycan əlifbasına uyğun hərflərlə əvəz olunur: я əvəzinə ya, ю əvəzinə yu, e əvəzinə müəyyən məqamda ye, müəyyən məqamda isə e,э əvəzinə e, ц əvəzinə bəzən s, bəzən ts, щ əvəzinə ş, bəzən şş, dж əvəzinə c yazılır, ъ isə yazlmır. Bəzən də Avropa dillərinə mənsub sözlərin əslindəki g, h, c, ü kimi səslər rus dilində olmadığına görə, bu səslər rus orfoqrafiyasında г, dж, ю,x hərfləri ilə yazılır.Avropa dillərində olan belə səslər Azərbaycan dilində olduğu üçün Azərbaycan əlifbasında da bu səslərin xüsusi hərfi işarələri vardır. Buna görə də belə sözlərin yazılışı rus qrafikasından və orfoqrafiyasından bir qədər fərqli olur. Belə sözlərdə həmin səslər əslinə uyğun olaraq Azərbaycan əlifbasındakı c (cember), h (hidro), g (geoloq), ü (bülleten) hərfləri ilə yazılır.
Belə bir faktı da qeyd etmək lazımdır ki, məhz rus və Avropa dillərindən alınma bir sıra sözlərin orfoqrafiyasında eynən köçürmə halında təzahür edən tarixi-ənənəviprinsip ilə əlaqədar olaraq k hərfi iki fonemin hərfi işarəsi kimi işlənir ki, bunlardan biri, yəni ka ancaq rus və Avropa dillərindən alınma sözlərin orfoqrafiyası və orfoepiyası ilə bağlıdır: kollektiv, keks, etika və s.
Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: -ov, -yev, -ova, -yeva (Əhmədov,Əliyeva) və s.
Tarixi-ənənəvi prinsip əsasında bu və ya digər mənalı vahidin orfoqrafiyasını müəyyənləşdirərkən, bu vahidlər fonetik və morfoloji prinsiplər baxımından da az-çox nəzərdən keçirilir, hətta bir sıra vahidlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzlaşması əsas olur.