Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası


Üst işarə mənbə və ya qəbuledici hərəkət edərkən yaxınlaşırlar, aşağı işarə - onların bir-birindən uzaqlaşdığı halda



Yüklə 12,54 Mb.
səhifə14/36
tarix03.12.2023
ölçüsü12,54 Mb.
#172325
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
C fakepathC fakepathC fakepathC fakepathM hazireler

Üst işarə mənbə və ya qəbuledici hərəkət edərkən yaxınlaşırlar, aşağı işarə - onların bir-birindən uzaqlaşdığı halda.
Əgər sürətlərin istiqaməti mənbə və qəbuledicidən keçən düz xətt boyunca
olmazsa, onda düsturlarda onların sürətləri əvəzinə onların bu xətt istiqamətindki proyeksiyalarını götürmək lazımdır.
Dopler effekti texnikada hərəkətdə olan obyektlərin sürətlərinin ölçülməsində geniş istifadə olunur («dopler lokasiyası» -akustikada, optikada və radioda).

Mühazirə VI
Elektromaqnit dalğaları. Elektromaqnit dalğalarının diferensial tənliyi. Elektromaqnit dalğalarının enerjisi, impulsu. Elektromaqnit dalğalarının xassələri. Elektromaqnit dalğalarının təcrübədə alınması. Elektromaqnit dalğalarının tətbiqi.

Elektromaqnit dalğaları zaman keçdikcə fəzada dəyişən (burulğanlı) elektrik və maqnit sahələrinin yayılması prosesidir. Fəzada sonlu sürətlə yayılan dəyişən elektromaqnit sahəsinin - elektromaqnit dalğasının olması, Maksvel tənliklərindən çıxır. Elektromaqnit dalğalarının mənbəyi ixtiyari rəqs konturu və ya dəyişən cərəyan axan keçirici ola bilər. Çünki elektromaqnit dalğalarını yaratmaq üçün fəzada mütləq ya dəyişən elektrik sahəsi (dəyişmə cərəyanı), ya da dəyişən maqnit sahəsi yaratmaq lazımdır.
Elektromaqnit sahəsi üçün dalğa tənliyi




Buradada
- elektromaqnit dalğasının faza sürəti,




Elektromaqnit dalğalarının xassələri

  1. E lelektromaqnit dalğaları eninə dalğalardır.

- vektorları bir-birinə perpendikulyar olub , yayılma istiqamətinə perpendikulyar müstəvilərdə yerləşirlər
vektorlarının istiqamətləri sağ burğu qaydasına görə təyin edilir. vektoru vektoruna tərəf fırlanarkən, burğunun irəliləmə
h ərəkəti elektromaqnit dalğasının sürəti istiqamətində olur.
2 . Elektromaqnit dalğasında vektorları həmişə eyni faza ilə rəqs edir və onların ixtiyari nöqtədə ani qiymətləri arasındakı əlaqə -

3.Elektromaqnit dalğasının enerjisi və impulsu



  • Məlum faktdır ki, enerji bir çox hallarda elektromaqnit dalğası ilə əlaqələndirilir:

  • Günəşin şüalanması

  • Mikrodalğalı soba

  • Lazer cərrahiyyəsi

  • Radiorabitə

enerjinin elektromaqnit dalğası vasitəsi ilə daşınmasına sübutdur.
Elektromaqnit dalğaları enerji daşıyır. Dalğa yayılarkən elektromaqnit enerji seli yaranır. Dalğanın yayılma istiqamətinə perpendikulyar yerləşmiş səthdən kiçik zaman intervalında keçən enerjinin həcmi sıxlığı elektrik və maqnit sahələrinin enerjilərinin həcmi sıxılıqlarının cəminə bərabərdir:
və ya

Enerji selinin sıxlığı dedikdə, dalğanın vahid zamanda, vahid səthdən daşıdığı elektromaqnit enerji nəzərdə tutulur.



Ədədi qiymətcə enerji selinin sıxlığına, istiqamətcə isə elektromaqnit dalğasının yayılma istiqaməti ilə eyni olan enerji selinin sıxlıq vektoru Poyntinq vektoru adlanır:

Vakumda elektromaqnit dalğa enerji selinin sıxlığı sinusoidal (harmonik) qanunauyğunluqla dəyişdiyindən, onun orta qiyməti üçün yazarıq:

burada - elektrik sahə intensivliyinin rəqsinin amplitud qiymətidir.


Enerji selinin sıxlığı BS-də Vt/m2 ilə ölçülür.
Buradan alınır ki, elektromaqnit enerji selinin sıxlığı E 2 ilə mütənasibdir. İntensivlik E öz növbəsində a təcili ilə mütənasb olduğundan, elə isə o dövrü tezliyin kvadratı ilə ω2 mütənasib olacaq. Buradan belə çıxır ki, elektromaqnit enerji selinin sıxlığı dövrü tezliyin dördüncü tərtibi ω4 ilə mütənasib olacaq.

Maksvel nəzəriyyəsindən alınır ki, elektromaqnit dalğaları enerjiyə malik olduqları kimi impulsa da malik olmalıdır. Tutaq ki, səth üzərinə perpendikulyar istiqamətdə düşən W enerjisi tamamiə udulur. Maksvel göstərmişdir ki, bu halda səthə verilən impuls

ifadəsi ilə təyin edilir. (Müqayisə et fotonun impulsunun iadəsi ilə )
Elektromaqnit dalğalarının səthə etdiyi təzyiqi hesablasaq

Səth üzərinə düşən şüalanmanı tamamilə əks etdirirsə onda təzyiq iki dəfə çox olur.

Bunu aşağıdakı təcrübədə müşahidə edə bilərik.

Yüklə 12,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin