Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir



Yüklə 1.6 Mb.
səhifə1/18
tarix06.02.2017
ölçüsü1.6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir

1) Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?

A) Döş – körpücük – məməyəbənzər əzələ. Ikiqarıncıqlı əzələ

B) Döş – körpücük – məməyəbənzər əzələ

C) Kürək – dilaltı əzələ

D) İkiqarıncıqlı əzələ

E) Döş – qalxanvari əzələ


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
2) Aşağıda sadalanan damarlardan hansı uşaqlarda traxeyanın boyun hissəsinin aşağı şöbələrinə birləşmir?

A) Sol baş – çiyin venası, aorta qövsü

B) Sol baş – çiyin venası

C) Tək vena

D) Aorta qövsü

E) Baş – çiyin kötüyü


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
3) Tək və yarımtək venalar haradan keçir?

A) Diafraqmanın xarici ayaqcıqları və əzələ şöbəsinin medial hissəsi arasından

B) Diafraqmanın orta və xarici ayaqcıqları arasından

C) Sadalanan variantlardan istəniləni

D) Diafraqmanın daxili ayaqcıqları arasından

E) Diafraqmanın orta və daxili ayaqcıqları arasından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
4) Təbii limfa – venoz anastomozların normada sayı neçədir?

A) Üç


B) Dörd

C) Altı


D) İki

E) Beş
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


5) Aypara (Şpiqel xətti) xətlə və qarnın düz əzələsinin xarici kənarı ilə qabırğa qövsündən pupart bağına qədər aponevrotik sahələr - əzələ örtüyünün olmaması səbəbindən ön qarın divarının zəif yeri sayılır. Köndələn əzələnin güclü inkişafı və zəif aponevrotik sahənin azalması hansı yaşda müəyyən olunur?

A) 9 - 11 yaşda

B) 2 - 3 yaşda

C) 4 - 7 yaşda

D) 1 yaşa qədər

E) 7 - 9 yaşda


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
6) Qarın boşluğunun lateral hissəsində boylama laparatomiya zamanı cərrah iri seqmentar qan damarları və sinirlərlə harada rastlaşır?

A) Xarici və daxili çəp əzələlər arasında

B) Qarnın xarici çəp əzələsinin vətəri altında

C) Qarnın köndələn əzələsi və köndələn fassiyası arasında

D) Daxili çəp və köndələn əzələlər arasında

E) Dərialtı piy toxumasında


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
7) Qarın divarının hipoqastral nahiyyəsinin innervasiyası üçün şaxələr haradan çıxır?

A) Günəş kələfindən

B) Yuxarı müsariqə kələfindən

C) Bel kələfindən

D) Oma kələfindən

E) Aşağı müsariqə kələfindən


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
8) Qasıq kanalının yaranmasında aşağıdakı elementlərdən hansı iştirak etmir?

A) Köndələn və daxili çəp əzələnin aşağı kənarı

B) Köndələn fassiya

C) Qalça - daraq bağı

D) Pupart bağı

E) Qarnın xarici çəp əzələsinin aponevrozu


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
9) Bud yırtığı zamanı yırtıq qapısının yaranmasında hansı element iştirak etmir?

A) Qalça – daraq bağı

B) Qasıq bağı

C) Qasıq sümüyü və onu örtən fassiyaları

D) Bud venası

E) Jimbernat bağı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
10) Aşağı mədəaltı - onikibarmaq arteriyası haradan başlayır?

A) Yuxarı müsariqə arteriyasından

B) Mədə - onikibarmaq arteriyasından

C) Aşağı müsariqə arteriyasından

D) Ümumi qaraciyər arteriyasından

E) Qarın kötüyündən


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
11) Günəş kələfinin yaranmasında hansı iştirak edir?

A) Böyük qarın, azan və simpatik sinirlər

B) Azan, simpatik, kiçik qarın və böyük qarın sinirləri

C) Simpatik, azan, böyük qarın və diafraqmal sinirlər

D) Kiçik qarın, azan, böyük qarın, simpatik və diafraqmal sinirlər

E) Azan və simpatik sinirlər


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
12) Sidik axarının yuxarı şöbəsinin qidalanması aşağıdakılardan hansının hesabına həyata keçirilir?

A) Aortanın qarın hissəsinin şaxələri

B) Böyrək arteriyası

C) Yuxarı müsariqə arteriyası

D) Böyrək arteriyası, xaya arteriyası

E) Xaya arteriyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
13) Sol böyrəkdən ön və bayır tərəfdə nə yerləşir?

A) Nazik bağırsaq ilgəkləri

B) Mədəaltı vəz

C) Enən çənbər bağırsaq

D) Dalaq

E) Dalaq, enən çənbər bağırsaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
14) Aşağıdakı xəstəliklərdən hansı inkişaf etməkdə olan orqanizmin orqan və toxumalarının tam inkişaf etməməsi nəticəsində yaranır?

A) Amniotik bağ

B) Anadangəlmə çəpgözlük

C) Klippel - Feyl xəstəliyi

D) Budum patoloji çıxığı

E) Bud - çanaq oynağının dislaziyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
15) Osteoxondropatiyanın əsasını nə təşkil edir?

A) Dölün ana bətnində qeyri düzgün inkişafı

B) Derofogen təsirlər

C) İnkişafın disfunkiyası

D) Dölün ana bətnində infeksiyası

E) Yetişkənliyin disfunksiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
16) Venaseksiya nədir?
A) Venaya tikiş qoymaq

B) Venanin trombozu

C) Venanın kəsilməsi

D) Venanın açıq üsulla kateterizasiyası

E) Venoz qanaxma
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
17) Venaseksiya nə zaman aparılır?
A) Yanıq xəstəliyi zamanı

B) Xəstəyə ilk yardım zamanı

C) Kollaps zamanı

D) Periferik venalar təyin edilmədikdə

E) Yenidoğulmuşlarda aparılan əməliyyatlarda
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
18) Venaseksiya əsasən hansı nahiyələrdən aparılır?
A) Baldır və bud nahiyyəsindən

B) Kürək nahiyyəsindən

C) Ənsə nahiyyəsindən

D) Qarın nahiyyəsindən

E) Daxili topuğun ön kənarı və dirsək büküşü nahiyyəsindən
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13
19) Daxili vidaci vena nə üçün sağ tərəfdən punksiya edilir?
A) Körpücükaltı arteriyanı zədələməmək üçün

B) Körpücükaltı venanı zədələməmək üçün

C) Döş limfatik axarı zədələməmək üçün

D) Daxili yuxu arteriyasını zədələməmək üçün

E) Bazu kələfini zədələməmək üçün
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16
20) Qasıq kanalının yuxarı divarın nə təşkil edir?
A) Daxili çəp və göndələn əzələnin aşagı kənarı

B) Qasıq bağı

C) Göndələn əzələ

D) Xarici çəp əzələ

E) Qarnın düz əzələsi
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 342
21) Diz oynağı hansı sümüklərin birləşməsindən əmələ gəlmişdir?
A) Qamış, incik ,diz qapağı

B) Bud,qamış

C) Bud, qamış, diz qapağı

D) Bud, qamış, incik

E) Bud, qamış, incik, diz qapagı
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 586
22) Oğlanlarda qasıq kanalında nə yerləşir?
A) Bud venası

B) Sidik axarı

C) Bud arteriyası

D) Girdə bağ

E) Toxum ciyəsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
23) Qızlarda qasıq kanalında nə yerləşir?
A) Uşaqlığın girdə bağı

B) Sadalananlarin hamısı

C) Bud venası

D) Toxum ciyəsi

E) Bud arteriyası
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385


24) Yenidoğulmuşlarda çox miqdarda piy toxumasından ibarət olan gicgah nahiyyəsinin üçüncülü süngəri boşluğu üçün aşağıdakılardan hansı xarakterikdir?

A) Gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi

B) Digər hüceyrə boşluqları ilə əlaqəsinin olmaması

C) Gicgah əzələsinin altında yerləşməsi

D) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi, gicgah əzələsinin və gicgah aponevrozunun arasında yerləşməsi

E) Boyun nahiyyəsinin piy toxuması ilə birləşməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
25) Orta qişa arteriyasını bağlamaq məqsədilə kəllənin sümük-plastik trepanasiyası zamanı dəri kəsiyinin sərhədi öndən yuxarı və arxaya doğru istiqamətlənərək necə proyeksiyalanır?

A) Alın sümüyünün almacıq çıxıntısına – təpə qabarı – xarici ənsə qabarı

B) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – məməcik çıxıntısının əsasına qabarı

C) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə

D) Alın sümüyünün almacıq çıxıntısına – gicgah sümüyünün pulcuğu – xarici ənsə

E) Alın qabarı – təpə qabarı – məməcik çıxıntısının əsasına


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
26) Boynun yan kistasının çıxarılması əməliyyatı zamanı kistanın orta 1/3 hissəsinə hansı yapışır?

A) Döş axarı

B) Boynun damar – sinir kələfi

C) Döş axarı, simpatik sütunun boyun hissəsi

D) Qırtlaq və traxeya

E) Simpatik sütunun boyun hissəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
27) Mastoiditlər zamanı döş–körpücük–məməyəbənzər əzələyə doğru yayılan iltihabi prosesin topoqrafiyası hansına uyğundur?

A) V boyun fassiyası

B) IV boyun fassiyası

C) II boyun fassiyası

D) I boyun fassiyası

E) III boyun fassiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
28) Qida borusunun boyun şöbəsi üçün xarakter olmayan hansıdır?

A) Qida borusunun ön səthinə traxeyanın pərdəli hissəsi yapışır

B) Qida borusunun yuxarı daralmasının səviyyəsi üzükvari qığırdağa uyğundur

C) Udlağın qida borusuna keçən yerində daralmanın olması

D) Qida borusu boyunda sağa meyl edir

E) Qida borusu boyunda sola meyl edir


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
29) Uşaqlarda birləşdirici boşluqda iltihabi proseslərin yaranmaması məqsədilə rasional şəkildə aşağıdakılardan hansı icra edilməlidir?

A) Sadalanan əməliyyatlardan istəniləni

B) Aşağı traxeostomiya

C) Konikotomiya

D) Orta traxeostomiya

E) Yuxarı traxeostomiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
30) Qida borusunun boyun şöbəsinə çatmaq üçün hansı digər əsas mərhələlər xarakter deyil?

A) Sol döş – körpücük – məməcik əzələsinin aşağı yarısının ön kənarı boyu dəri

B) Ümumi yuxu arteriyası, daxili vidaci venasının və azan sinir daxilə doğru

C) Sadalananların hamısı doğrudur

D) Ümumi yuxu arteriyası, daxili vidaci venasının və azan sinir xaricə doğru

E) Cərrahi yaranın dərinliyində onurğanın ön səthinə və traxeyaya əsaslanılır


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
31) Əksərən hansı döş axarının terminal şöbəsi enir arxa səthinə?

A) Sağ venoz əyriliyin

B) Sol daxili vidaci venanın

C) Sol venoz əyriliyin

D) Sol körpücükaltı venanın

E) Sadalanan variantlardan istəniləni


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
32) Vaqosimpatik blokada zamanı inyeksion iynə haradan yeridilir?

A) Xüsusi əhəmiyyət kəsb etmir

B) Boynun damar – sinir kələfinin ön tərəfindən

C) Boynun damar – sinir kələfinin arxa tərəfindən

D) Boynun damar – sinir kələfinin medial kənarından

E) Boynun damar – sinir kələfinin lateral kənarından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
33) Arxa kürəkönü şırımdan irinli – iltihabi proses haraya yayılır?

A) Döşün arxa orta hissəsinə

B) Deltayabənzər altı boşluğa

C) Qoltuqaltı yatağa

D) Ön kürəkönü şırıma

E) Sümüküstü boşluğa


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
34) Ağciyərlərin anadangəlmə qüsurlarından hansı ən çox rast gəlinir?

A) Ağciyər sekvestrasiyası

B) Ağciyərin əlavə payları

C) Ağciyərlərin paylarının birləşməsi

D) Ağciyərlərin polikistozu

E) Ağciyərlərin hipoplaziyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
35) Bronxların nəfəsalma zamanı genişlənməsi nə ilə əlaqədardır?

A) Qabırğaarası sinirlərlə

B) Parasimpatik sinirlərlə

C) Simpatik sinirlərlə

D) Diafraqmal sinirlərlə

E) Qayıdan sinirlərlə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
36) Uşaqlarda traxeyanın bifurkasiyası döş qəfəsinin ön divarına münasibətdə haraya proyeksiyalanır?

A) III və IV qabırğalar arası

B) I qabırğa səviyyəsində

C) II və III qabırğalar arası

D) III qabırğa səviyyəsində

E) II qabırğa səviyyəsində


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
37) Bronxların paycıqlarından hansı ən irisi sayılır?

A) Soldan yuxarı paycıq

B) Sağdan yuxarı paycıq

C) Sağdan aşağı paycıq

D) Soldan aşağı paycıq

E) Sağdan orta paycıq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
38) Sadalanan anatomik yaranmalardan hansı qida borusunun ön tərəfinə bilavasitə traxeyanın bifurkasiyası altında yerləşir?

A) Perikard və sol qulaqcıq

B) Perikard və sağ qulaqcıq

C) Ağciyər venaları

D) Aorta

E) Ağciyər arteriyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
39) Qida borusu divertikullarından hansı nisbətən tez–tez rast gəlinir?

A) Qida borusunun abdominal şöbəsi

B) Epifrenal

C) Bütün sadalananlar eyni tezlikdə

D) Bifurkasion

E) Udlaq – qida borusu


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
40) Ağciyərlərdə cərrahi əməliyyat zamanı tək venanın tez-tez zədələnməsinə səbəb daha çox nə vaxt yaranır?

A) Ağciyər kökünün işlənməsi zamanı

B) Ağciyərin səthi bitişmələrinin ifrazatı zamanı

C) Qanaxmanın dayandırılması zamanı

D) Ağciyər kökünün damarlarının ifrazatı zamanı

E) Perikardın arxa divarının ifrazatı zamanı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
41) Perikardın punksiyası üçün ən əlverişli üsul hansıdır?

A) N.İ.Piroqov

B) B.M. Şapoşnikov

C) Kurşman

D) Marfan

E) Larrey


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
42) Qida borusunun döş şöbəsinin orta üçdə bir hissəsinə cərrahi müdaxilə texniki cəhətdən hansı tərəfdən rahatdır?

A) Arxadan

B) Öndən

C) Sol tərəfdən

D) Sağ tərəfdən

E) Transabdominal


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
43) Qida borusunun döş şöbəsinin aşağı üçdə bir hissəsi aortaya münasibətdə harada yerləşir?

A) Aortadan arxa və sağ tərəfdə

B) Aortadan sol tərəfdə yerləşir

C) Aortadan sağ tərəfdə yerləşir

D) Aortadan arxa və sol tərəfdə

E) Aortadan ön və sol tərəfdə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
44) Arxa divararalığının punksiyası haradan həyata keçirilir?

A) Onurğaya münasibətdə 45° bucaq altında arxa qoltuqaltı xətt boyu IV qabırğa

B) Onurğaya münasibətdə 70° bucaq altında paravertebral IV – VI qabırğa

C) Paravertebral V qabırğa arasından

D) Onurğaya münasibətdə 60° bucaq altında paravertebral V – VII qabırğa arasından

E) Kürək nahiyəsinin IV qabırğa arasından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
45) Göbək yırtığının yaranmasında nəyin zəifliyi və olmaması üstünlük təşkil edir?

A) Göbək fassiyası və aponevrotik liflər

B) Damar elementləri

C) Sinir kələfləri

D) Dərialtı toxuma qatı

E) Birləşdirici – toxuma yaranmaları


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
46) Xarici qasıq dəliyi haradan yaranmışdır?

A) Kollezi bağından (dönən bağ)

B) Qasıq sümüyünün hissəsindən

C) Ayaqcıqlararası liflərdən

D) Qarnın xarici çəp əzələsinin parçalanmış aponevrozundan

E) Kuper bağından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
47) 12 - barmaq bağırsağın əsas funksiyası hansı hesab olunur?

A) Sorulma

B) Onda dissimilyasiya prosesi gedir

C) Sekretor

D) Onda assimilyasiya prosesi gedir

E) Onda turş mədə həzminin bağırsağa keçidi baş verir


Ədəbiyyat :Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
48) Kava-kaval anastomozun əmələ gəlməsində retroperitoneal sahənin hansı venaları böyük rol oynayır?

A) Böyrək

B) Bel

C) Tək və yarımtək



D) Müsariqə

E) Xaya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


49) Retroperitoneal sahədə döş limfa axarı sisternası hansı səviyyəyə proyeksiya olunur?

A) İkinci - üçüncü bel fəqərəsi

B) Onbirinci döş fəqərəsi

C) İkinci bel fəqərəsi

D) Üçüncü bel fəqərəsi

E) Onikinci döş və birinci bel fəqərəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
50) Sidik - cinsiyyət diafraqmasının əmələ gəlməsində hansı iştirak edir?

A) Aralığın dərin köndələn əzələsi

B) Çanağın daxili va xarici qapayıcı əzələsi

C) Anusu qaldıran əzələ

D) Anusu qaldıran əzələ və çanağın armudabənzər əzələsi

E) Çanağın armudabənzər əzələsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
51) Sidik kisəsinin xarici sfinkteri harada yerləşir?

A) Anusu qaldıran əzələdə

B) Düzgün cavab yoxdur

C) Sidik kisəsinin əsasında

D) Aralığın vətər mərkəzində

E) Sidik - cinsiyyət diafraqmasında


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
52) Sağ sidik axarı çanağın hüdudi xətti səviyyəsində nə ilə kəsişir?

A) Qapayıcı arteriya ilə

B) Daxili qalça arteriyası ilə

C) Xarici qalça arteriyası ilə

D) Ümumi qalça arteriyası ilə

E) Qarınaltı arteriya ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
53) Sol sidik axarı çanağın hüdudi xətti səviyyəsində nə ilə kəsişir?

A) Qarınaltı arteriya ilə

B) Daxili qalça arteriyası ilə

C) Xarici qalça arteriyası ilə

D) Qapayıcı arteriya ilə

E) Ümumi qalça arteriyası ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
54) Patoloji şəraitdə seroz maye (xayanın hidropsu) hansıların arasında toplanır?

A) Xarici toxum və ətli qişalar

B) Xarici və daxili toxum fassiyaları

C) Xayanın xüsusi yataq qişasının parietal və visseral səfhələri

D) Daxili toxum fassiyası ilə xayanın xüsusi yataq qişası

E) Xayanın ağlı qişası və xüsusi yataq qişasının visseral səfhəsi


Ədəbiyyat :Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
55) Kürək sümüyünün tam sümükləşməsi nə vaxt baş verir?

A) 20 - 25 yaşa qədər

B) 7 - 8 yaşa qədər

C) 13 - 17 yaşa qədər

D) 1-3 yaşa qədər

E) 16 - 18 yaşa qədər


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
56) Saidin arxa səthində hansı ayırd edilir?

A) 2 kanal

B) 4 kanal

C) 6 kanal

D) 8 kanal

E) 5 kanal


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
57) Əksər hallarda dirsək oynağının punksiyası haradan həyata keçirilir?

A) Arxa tərəfdən

B) Medial və ön tərəflərdən

C) Medial və lateral tərəflərdən

D) Bayır tərəfdən

E) Arxa və lateral tərəflərdən


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
58) Soxulcanabənzər çıxıntı nədir?

A) Bölünmə dövründən bir variantdır

B) Qida pozğunluqundan əmələ gəlib

C) Rudumentdir

D) Anamoliyadır

E) Funksional orqandır


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
59) Aşağıdakı xəstəliklərdən hansı ödemli xayalıq sindromuna daxil deyil?
A) Morqan hidaditinin nekrozu

B) Xayanın travması

C) Orxoepididimit

D) Kvinke ödemi

E) Xayanın burulması
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 592
60) Nə üçün praktiki baxımdan xaya burulmasını kəskin orxitlə differensasiya etmək çox vacibdir?
A) Hər ikisində konservativ müalicə göstərişdir

B) Xaya burulmasında konservativ müalicə, orxitdə cərrahi müalicə vacibdir

C) Hər ikisində təcili cərrahi müdaxilə göstərişdir

D) Xaya burulmasında təcili cərrahi müdaxilə, orxitdə konservativ müalicə vacibdir

E) Xaya burulmasını əllə düzəltmək olar
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 592
61) Qarnın ön divarı əzələlərinin aplaziyası patologiyasının əsas xüsusiyyəti hansıdır?
A) Qarındaxili təzyiq çox olur

B) Aplaziya ikitərəfli kriptorxizm və sidikçıxarıcı yolların atoniyası ilə müştərək rast gəlinir

C) Aplaziya tez - tez rast gəlinir

D) Xəstələr ishaldan əziyyət çəkirlər

E) Uşaqlar fiziki inkişafdan qalmırlar
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 387
62) Hirşprunq xəstəliyi zamanı aqanqlionar zona ən çox harada yerləşir?
A) Düz bağırsağın aralıq hissəsində

B) Total olaraq bütün yoğun bağırsaqda

C) Rektosiqmoidal hissədə

D) Köndələn çənbər bağırsaq nahiyəsində

E) Düz bağırsağın ampulyar hissəsində
Ədəbiyyat : Ç. Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
63) Hansı anatomik əlamət həm yoğun bağırsağın xarici səthində, həm də nazik bağırsağın xarici səthində mövcuddur?
A) Zolaqlar

B) Köndələn şırı mlar

C) Limfa düyünləri

D) Çömçələr

E) Piy artı mları
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979səh 86
64) Aşağıdakılardan hansı intraperitoneal üzvdür?
A) Böyrəklər

B) Qalxan çənbər bağırsaq

C) Mədə

D) Enən çənbər bağırsaq



E) Qaraciyər
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
65) Aşağıdakılardan hansı ekstraperitoneal üzvlərə aiddir?
A) Qalxan çənbər bağırsaq

B) Dalaq


C) Mədə

D) Kor bağırsaq

E) Böyrəklər
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
66) Aşağıdakılardan hansı mezoperitoneal üzvlərə aiddir?
A) Mədə

B) Köndələn çənbər bağırsaq

C) Dalaq

D) Böyrəklər

E) Düz bağırsağın orta hissəsi
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 95
67) Yuxarı hissəsi intraperitoneal, orta hissəsi mezoperitoneal, aşağı hissəsi ekstraperitoneal olan orqan hansıdır?
A) Qida borusu

B) Mədə


C) Çənbər bağırsaq

D) Onikibarmaq bağırsaq

E) Düz bağırsaq
Ədəbiyyat : K. Ə. Balakişiyev. İnsanın normal anatomiyası 1979 səh 96
68) İleus dedikdə nə başa düşülür?
A) Bağırsaq keçməzliyi

B) Bağırsaq atoniyası

C) Bağırsaq deşilməsi

D) Bağırsaq spazmı

E) Bağırsaq qanaxması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 397


: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə