Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Altı aylıq uşaqda R-ji müayinə zamanı ağ ciyərdə kistoz törəmə aşkar edilib. Vəziyyəti kafidir, tənəffüs çatmamazlığı yoxdur. Xəstəyə nə göstərişdir?



Yüklə 1,02 Mb.
səhifə6/18
tarix06.02.2017
ölçüsü1,02 Mb.
#7783
1   2   3   4   5   6   7   8   9   ...   18

336) Altı aylıq uşaqda R-ji müayinə zamanı ağ ciyərdə kistoz törəmə aşkar edilib. Vəziyyəti kafidir, tənəffüs çatmamazlığı yoxdur. Xəstəyə nə göstərişdir?

A) Kistanın drenajı

B) Dinamik müşahidə

C) Konservativ müalicə

D) Sanator müalicə

E) Operativ müalicə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
337) Üç il 6 aylıq uşaqda R-ji müayinə zamanı ağ ciyərdə kistoz törəmə aşkar edilib. Vəziyyəti kafidir, tənəffüs çatmamazlığı yoxdur. Xəstəyə nə göstərişdir?

A) Gözləmə taktikası

B) Konservativ müalicə

C) Sanator müalicə

D) Punksion müalicə

E) Operativ müalicə planlı olaraq


Ədəbiyyat :: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
338) Uşaqda yüksək hərarət, R-də nazik divarlı, perifokal reaksiyası olmayan, maye tərkibli girdə törəmə müəyyən edilir. Diaqnoz hansıdır?

A) Ağ ciyərin irinləmiş sisti

B) Bulla

C) Diafraqma dəbəliyi

D) Ağ ciyərin absesi

E) Ağ ciyərin gərgin sisti


Ədəbiyyat :Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
339) Uşaqda ağır tənəffüs çatmamazlığı, R-də sağ ağ ciyərin gərgin sisti müəyyən edilir. Müalicəyə hansı daxildir?

A) Konservativ müalicə

B) Gözləmə taktikası

C) Sistin punksiyası

D) Radikal əməliyyat

E) Sistin drenajı


Ədəbiyyat :: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
340) Uşaqda ağ ciyərin irinləmiş sisti qeyd edilir. İki həftəlik konservativ müalicə nəticəsizdir. Hansı məsləhətdir?

A) Radikal əməliyyat

B) Gözləmə taktikası

C) Konservativ müalicənin davam etdirilməsi

D) Sanator müalicə

E) Sistin drenajı


Ədəbiyyat :: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
341) Ağciyərin gərgin solitar sistində nə icra edilir?

A) Bronxun ekstirpasiyası

B) Lobektomiya

C) Sistektomiya

D) Pazvarı rezeksiya

E) Kənari rezeksiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
342) Xəstəni daimi reflektoru öskürək, udqunmanın ağrılı olması narahat edir. Tənəffüs çətinləşməyib, anamnezində qida qəbulu zamanı qidanın ilişib qalmasını qeyd edir. Diaqnoz aşağıdakılardan hansı ola bilər?

A) Traxeyanın fiksasiyalı yad cismi

B) Udlaq-qırtlağın yad cismi

C) Bronxun yad cismi

D) Traxeyanın hərəkət edən yad cismi

E) Seqmentar bronxun yad cismi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
343) Xəstədə çətinləşmiş tənəffüs, mütəmadi boğulma tutmaları olur. Səsi xırıltılıdır, vaxtaşırı afoniya müşahidə edilir. Diaqnoz hansıdır?

A) Traxeyanın fiksasiyalı yad cismi

B) Traxeyanın hərəkət edən yad cismi

C) Bronxun yad cismi

D) Qırtlağın yad cismi

E) Seqmentar bronxun yad cismi


Ədəbiyyat :: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
344) Xəstənin vəziyyəti ağırdır, ifadə olunmuş tənəffüs çatışmazlığı qeyd olunur. Səsi cingiltilidir. Dövrü olaraq «şappıltı» simptomu eşidilir. Diaqnoz aşağıdakılardan hansı ola bilər?

A) Bronxun yad cismi

B) Qida borusunun yad cismi

C) Traxeyanın fiksasiyalı yad cismi

D) Qırtlağın yad cismi

E) Traxeyanın hərəkət edən yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
345) Xəstənin vəziyyəti çox ağırdır, kəskin ifadə olunmuş tənəffüs çatmamazlığı, döş qəfəsinin bəzi nahiyyələrinin dartılması (içəriyə doğru) qeyd olunur. R-də hər iki ağ ciyərin şəffaflığının artması, anamnezində yad cismin aspirasiyası müəyyən edilir. Diaqnoz hansıdır?

A) Traxeyanın hərəkət edən yad cismi

B) Bronxun yad cismi

C) Qida borusunun yad cismi

D) Traxeyanın fiksasiyalı yad cismi

E) Qırtlağın yad cismi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
346) Divararlığının şişləri arasında bədxassəli hansı sayılır?

A) Neyrofibroma

B) Simpatoqonioma

C) Feoxromositoma

D) Qanqlionevroma

E) Nevrinoma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
347) Neyrogen şişlər harada lokallaşır?

A) Ön divararalığının aşağı şöbəsi

B) Ön divararalığının yuxarı şöbəsi

C) Mərkəzi divararalığının yuxarı şöbəsi

D) Arxa divararalığı

E) Mərkəzi divararalığının aşağı şöbəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
348) Divararalığının bronxogen şişləri harada daha çox lokallaşır?

A) Mərkəzi divararalığının yuxarı şöbəsi

B) Ön divararalığının yuxarı şöbəsi

C) Ön divararalığının aşağı şöbəsi

D) Arxa divararalığı

E) Mərkəzi divararalığının aşağı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
349) Duplikasion şişlər harada daha çox lokallaşır?

A) Ön divararalığının yuxarı şöbəsi

B) Arxa divararalığının aşağı şöbəsi

C) Mərkəzi divararalığı

D) Ön divararalığının aşağı şöbəsi

E) Arxa divararalığı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
350) Damar şişlər daha çox harada lokallaşır?

A) Arxa divararalığının yuxarı şöbəsi

B) Ön divararalığının aşağı şöbəsi

C) Ön divararalığının yuxarı şöbəsi

D) Arxa divararalığının aşağı şöbəsi

E) Mərkəzi divararalığı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
351) Teratodermoid şişlər daha çox harada yerləşir?

A) Mərkəzi divararalığının yuxarı şöbəsi

B) Ön divararalığı

C) Mərkəzi divararalığının aşağı şöbəsi

D) Arxa divararalığının yuxarı şöbəsi

E) Arxa divararalığının aşağı şöbəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
352) Uşaqda avto qəzadan sonra üz, boyun, döş qəfəsinin yuxarı şöbələri nahiyyəsində nəzərə çarpan dərialtı emfizema;rentgenoqramda sağda II, III, IV qabırğaların parasternal xətt boyunca sınığı qeyd edilir. Diaqnoz hansıdır?

A) Magistral damarların travması

B) Sağ baş bronxun partlaması

C) Perikardın zədələnməsi

D) Sağ ağciyərin partlaması

E) Traxeyanın travması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
353) Qastro-ezofageal reflüks xəstəliyi dedikdə nə başa düşülür?

A) Mədə möhtəviyyatının qida borusuna atılması

B) Döş sümüyü arxası ağrılar

C) Reflüks möhtəviyyatının aqressiv təsirinin nəticəsi olan, simptomokompleks

D) Qusmalar

E) Requrgitasiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
354) Qida borusu kardial çatmamazlığını daha dürüst təsdiqləyən üsul hansıdır?

A) Fibroezofaqoskopiya

B) pH-metriya

C) Qida borusunun ayaq üstə kontrast müayinəsi

D) Sərt ezofaqoskopiya

E) Uzanmış vəziyyətdə qida borusunun kontrast müayinəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
355) Plevranın xroniki empiemasında optimal müalicə üsulu hansıdır?

A) Aktiv aspirasiya ilə plevral drenaj

B) Plevral punksiya

C) Bülau üsulu ilə plevral boşluğun drenajı

D) Radikal əməliyyat

E) Plevral boşluğun USM-lə sanasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
356) Döş qəfəsinin obzor R-mında qida borusunun axalaziyası əlaməti hansıdır?

A) Divararalığının sola yerdəyişməsi

B) Qaz qabarcığnın olmaması

C) Diafraqmanın sol künbəzinin yüksək duruşu

D) Divararalığının kölgəsinin genişlənməsi

E) Divararalığının sağa yerdəyişməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
357) Qida borusunun axalaziyasında əsas simptomu hansıdır?

A) Qastral qusma

B) Disfagiya

C) Ezofageal qusma

D) Requrgitasiya

E) Residivləşən pnevmoniya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
358) Qida borusunun axalaziyasında differensial diaqnoz necə aparılmalıdır?

A) Pilorostenozla

B) Diafraqmanın qida borusu dəliyinin yırtığı ilə

C) Qida borusunun xalaziyası ilə

D) Qida borusunun anadangəlmə stenozu ilə

E) Anadangəlmə qısa qida borusu ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
359) Anadangəlmə qısa qida borusunda əsas simptomu hansıdır?

A) Salivasiya

B) Disfagiya

C) Requrgitasiya

D) Qusma

E) Hıçqırma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
360) Anadangəlmə qısa qida borusu diaqnozu təyin edilərkən daha informativ xüsusi müayinə üsulu hansıdır?

A) Sərt ezofaqoskopiya

B) Qida borusunun kontrast müayinəsi

C) pH-metriya

D) FEQDS

E) Döş qəfəsi və qarın boşluğunun obzor R-qrafiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
361) Anadangəlmə qısa qida borusu diaqnozu təyin edilərkən əsas R-ji əlamət hansıdır?

A) Mədə dibinin döş boşluğuna keçməsi

B) Qida borusunun kardial şöbəsinin stenozu

C) Diafraqmal künbəzlərin yüksək duruşu

D) Qastro-ezofageal reflüks

E) Qida borusunun aşağı şöbədə genişlənməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
362) Anadangəlmə qida borusu stenozları daha çox hansı səviyyədə rast gəlinir?

A) Kardial şöbə

B) Birinci fizioloji daralma

C) Qida borusunun yuxarı 1/3-i

D) Qida borusunun aşağı 1/3-i

E) Qida borusunun orta 1/3-i


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
363) Anadangəlmə qida borusu stenozu daha çox hansı yaş dövründə rast gəlinir?

A) 1-3 cü aylarda

B) Yeni doğulmuşlarda

C) 1 ildən sonra

D) 6-12 ci aylarda

E) 3-6 cı aylarda


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
364) Uşaq sirkə esensi içdikdən sonra mədə hansı məhlulla yuyulmalıdır?

A) Qələvi

B) Soyuq su

C) Otaq temperaturlu su

D) Zəif turşu

E) İsti su


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
365) Yemək borusunun zədələnməsində konservativ taktika nə vaxt mümkündür?

A) Mənfəzinə keçməyən yarada

B) Instrumental zədədə

C) Döş qəfəsinə nüfuz edən zədədə

D) Abdominal hissəsinin mənfəzinə keçən

E) Plevraqarışı zədələnmədə


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
366) Böyük yaşlı uşaqlarda ən çox hansı rast gəlir?

A) Frenoperikardial

B) Sol tərəfli yırtıqlar

C) Arxa yalançı yırtıqlar

D) Yemək borusunun dəliyinin yırtıqları

E) Diafraqmanın ön yırtıqları


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
367) Yemək borusu dəliyinin dəbəliklərinin ən informativ diaqnoz üsulu hansıdır?

A) Rentqenoskopiya

B) Fibroezofaqoskopiya

C) Rentqenkontrast müayinə

D) Ezofaqoskopiya

E) Kompüter tomoqrafiyası


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
368) Yemək borusu dəliyi dəbəliyinin differensial diaqnostikası aşağıdakılardan hansı ilə aparılır?

A) Divertikul

B) Axalaziya

C) Xalaziya

D) Anadangəlmə qısa yemək borusu

E) Anadangəlmə stenoz


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
369) Döş qəfəsin travmasında hansı ən çox zədələnir?

A) Sümüklərin sınması daxili üzvlərin zədələnməsi

B) Doş qəfəsin əziyi

C) Döşün sıxılması(asfiksiya ilə)

D) Döş qəfəsin əziyi və daxili üzvlərin zədəsi

E) Karkasın sınması ilə daxili üzvlərin zədəsi


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
370) Qabırğaların sınığı uşaqlarda harada olur?

A) Qabırğanın arxa hissəsində

B) Aksillər xətt üzrə

C) Qabırğanın ön hissəsində

D) Qığırdağın qabırğaya keçən yerdə

E) Döşün qığırdaq hissəsində


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
371) Kürək sümüyün sınığı ən çox nədən olur?

A) Düz zərbə

B) Döşün sıxılması

C) Arxa üstə yıxılma

D) Yıxılma hündürdən

E) Qolun üstünə yıxılma


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
372) On yaşlı uşaqda döşün travmasından sonra plaştipli hemotoraks var, hemodinamika stabildir. Nə etməli?

A) Plevral boşluğun drena və aspirasiya Bülau üsulu ilə

B) Torakoskopiya

C) Punksiya

D) Drenaj aktiv aspirasiya ilə

E) Radikal əməliyyat


Ədəbiyyat : Хирургические болезни. М., 2001, 421 с.
373) Səkkiz yaşlı uşaqda travmadan sonra sadə hemotoraksdır. Məsləhət nədir?

A) Bülau üsulu ilə drenaj

B) Torakoskopiya

C) Punksiya

D) Aktiv aspirasiya ilə drenaj

E) Radikal əməliyyat


Ədəbiyyat: Хирургические болезни. М., 2001, 421 с.
374) Yemək borusunun hansı xəstəliyində əsasən konservativ müalicə tətbiq edilir?
A) Kardiyanın xalaziyası

B) Yemək borusunun axalaziyası

C) Yemək borusunun atreziyası

D) Yemək borusunun anadangəlmə stenozu

E) Yemək borusunun anadangəlmə qısa olması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 323
375) Qarın boşluğu üzvlərinin diafraqmanın genəlmiş yemək borusu həlqəsindən arxa divararalığına və ya plevra boşluğuna keçməsi necə adlanır?
A) Yemək borusunun qısa olması

B) Yalançı diafraqmal dəbəlik

C) Həqiqi diafraqmal dəbəlik

D) Yemək borusu həlqəsinin dəbəliyi

E) Parasternal dəbəlik
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 337
376) Aşağıdakı xəstəliklərdən hansı erkən yaşlı uşaqlarda aspirasiya sindromunu törədir?
A) Aorta qövsünün ikiləşməsi

B) Yalançı diafraqmal dəbəlik

C) Qida borusunun axalaziyası

D) Diafraqmanın parezi

E) Qida borusunun atreziyası
Ədəbiyyat : Ç. Quliyev:”Uşaq cərrahlığı”2008 səh 314

Uşaqlarda endokrin sistemin cərrahiyyəsi

377) Hansı halda xaya qişasının punksiyası göstərişdir?

A) Xaya qişalarının gərgin hidropsu zamanı

B) Orxoepididimit zamanı

C) Xayanın burulması zamanı

D) Xayalığın idiopatik ödemi zamanı

E) Toxum ciyəsinin sisti zamanı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
378) Toxum ciyəsi elementlərinin kəskin meydana çıxan sistini aşağıdakılardan hansı sübut edir?

A) Narahatlıq və hərarətin yüksəlməsi

B) Qasıq nahiyəsində hiperemiya və ağrı

C) Xayalığın hiperemiyası

D) Toxum ciyəsi boyunca yumşaq elastik törəmənin və diafanoskopiya zamanı şəffaflığın olması

E) Xayalıqda xayanın olmaması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
379) Qasıq-xayalıq yırtığına görə əməliyyata göstəriş hansıdır?

A) Diaqnozun qoyulması

B) 2 yaşdan sonrakı dövr

C) Tez-tez boğulma

D) 5 yaşdan sonrakı dövr

E) Şişkinliyin 3 sm-dən böyük olması


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
380) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?

A) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması

B) Kəskin ağrı

C) Ümumi vəziyyətin pisləşməsi

D) Xayalığın hiperemiyası

E) Hərarətin yüksəlməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
381) 1,5 yaşa qədər olan xəstənin xaya qişalarının gərginləşməmiş hidropsunun müalicəsi nəyi tələb edir?

A) 3 - 4 yaşa qədər müşahidəni

B) Planlı surətdə operativ müalicəni

C) Punksiyanı

D) Təcili əməliyyatı

E) 1,5 - 2 yaşa qədər müşahidəni


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
382) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı dövrdə aşağıdakılardan hansı vacibdir?

A) Fiziki yüklənmənin məhdudlaşdırılması

B) Masaj

C) Fizioterapiya

D) Adi həyat tərzi

E) Yataq rejimi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
383) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı ağırlaşmalar aşaıdakılardan hansı ilə əlaqədardır?

A) Əməliyyatın gecikməsi ilə

B) Texniki kobudluqla

C) Yanaşı qüsurlarla

D) Yuxarı sidik yollarının patologiyası ilə

E) Uşağın yaşı ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
384) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı proqnoz nə ilə əlaqədardır?

A) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə

B) Operativ müdaxilənin variantı ilə

C) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə

D) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə

E) Punksion üsulla müalicə cəhdləri ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
385) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?

A) Spesifik proses

B) Peritonun yataq çıxıntısının bitişməməsi

C) Angiodisplaziya

D) Sidik ifrazı sisteminin patologiyası

E) Hormonal disbalans


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
386) 6 aylıq uşaqda toxum ciyəsi qişasının sistinin müalicəsi özündə nəyi əks etdirir?

A) Dinamiki müşahidəni

B) Hormonal müalicəni

C) Bir- ikidəfəlik punksiya, effektsiz olduqda əməliyyatı

D) Təcili operativ müalicəni

E) Planlı surətdə operativ müalicəni


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
387) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?

A) Qross əməliyyatı

B) Xaya qişalarının kəsilib çıxarılması

C) Toxum ciyəsi elementlərinin punksiyası

D) Qişaların kəsilməsi

E) Vinkelman əməliyyatı


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
388) Dörd yaşlı uşaqda «gizli cinsiyyət üzvü» diaqnozu qoyulub. Nə etmek göstərişdir?

A) Cinsin dəyişilməsi + feminizasiyaedici plastika

B) Falloplastika

C) Endokrinoloqun müşahidəsi + hormonal müalicə

D) Müşahidə etməmək

E) Valideynlərin istəyi ilə operasiya


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
389) «Gizli cinsiyyət üzvü» hansı sayılır?

A) Ətraf dərisi hipertrofiyalı olan cinsiyyət üzvü

B) Kiçik ölçülü cinsiyyət üzvü

C) Normal yaşa uyğun ətraf toxumalarında itən sünnət

D) Kavernoz cisimləri inkişafdan qalmış cinsiyyət üzvü

E) Mikrofallus qonadların disqeneziyası ilə olan cinsiyyət üzvü


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
390) Xaya hidatidasının burulmasına xas olmayan əlamət hansıdır?

A) Xaya qişalarında mayenin olması

B) Diafonoskopiyada xayalıqda qara törəmənin olması

C) Hərarətin və intoksikasiyanın olması

D) Yarım kəskin başlanğıc

E) Xayada ağrılı törəmənin əllənməsi


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
391) Kriptorxizm zamanı xaya ektopiyasına xas olmayan forma hansıdır?

A) Penial

B) Göbək

C) Aralıq

D) Xaçvari

E) Bud
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.


392) HQ – sınağının müsbət olmasnın diaqnostik əhəmiyyəti nədir?

A) İkitərəfli kriptorxizm

B) Anorxizm

C) Yalançı kriptorxizm

D) Monorxizm

E) Birtərəfli kriptorxizm


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
393) Orxidopeksiyadan sonra xəstədə xayanın şişkinliyi və ağrısı qeyd olunur. Effekt verməyən preparat hansıdır?

A) Antibiotiklər

B) Aspirin

C) Nikotin turşusu

D) Prednizolon

E) Trental


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
394) Kriptorxizm cərrahi müalicəsinə ən əlverişli yaş hansıdır?

A) 6-9


B) 10 yaşdan sonra

C) Yenidoğulmuş

D) 2-5

E) 6ay-1 yaş


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
395) Hormonal terapiya kriptorxizm zamanı nə vaxt göstərişdir?

A) 2 yaş


B) 12 yaş

C) Doğulandan

D) 6 aylıqdan

E) 5 yaş
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.


396) 6 aylıq uşağa qasıq retensiyası ilə olan kriptorxizmda taktika necə olmalıdır?

A) HQ müalicə

B) Cərrahi müalicə

C) Dispanser müşahidə

D) Qeydiyyatdan çıxmaq

E) Qasıq nahiyyəsinin müntəzəm massajı


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
397) Beş yaşlı uşaqda kriptorxizm müalicəsində xorionik qonadotropinin dozası neçə TV olmalıdır?

A) 2000


B) 250

C) 500


D) 1500

E) 1000
Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.


398) On iki yaşlı uşaq sol tərəfli travmatik orxit diaqnozu ilə qəbul edilib. Bir gün əvvəl fiziki idman zamanı xayalıqda kəskin ağrı hiss edib, 2 saat sonra xayası kəskin ağrılı və şişkin olmuşdur, xayalıq kökünə çəkilib. Punksiya zamanı az miqdarda şəffaf maye alınıb. Differensial diaqnoz hansı ilə olmalıdır?

A) Xayanın burulması

B) Xayalığın liponekrozu ilə

C) Xayanın əziyi

D) Xaya artımların burulması

E) Xayanın partlaması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
399) Üç yaşlı uşağa sağ tərəfli orxit diaqnozu qoyulub. Xəstəlik qəflətən ağrılardan başlayıb. Baxış zamanı: hiperemiya və şişkinlik, palpasiyada xaya dəyişiksiz, hərarət qalxmayıb. Anamnezində eksudativ diatez qeyd olunur. Diaqnoz hansıdır?

A) Sağ tərəfli boğulmuş qasıq yırtığı

B) Xayalığın allergik ödemi

C) Xayalığın qızıl yeli

D) Xayanın burulması

E) Sağ xayanın artımlarının burulması


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
400) Altı yaşlı uşaqda qarın boşluğunun təftişi zamanı retroperitoneal piy toxumasında, böyrəyin altında xaya aşkar edilib, artımlarsız. 1,2*0,7*0,4sm ölçüsündə. Xayalığa salmaq mümkün deyil, nə etməli?

A) Qonadektomiya

B) Qarın boşluğuna çıxartmaq

C) Biopsiya aparmaq

D) Yerində saxlamaq

E) Aponevrozun üzərinə çıxartmaq


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
401) Ektopiya formalı kriptorxizmdə xorionik qonadotropin təyini necə olmalıdır?

A) Əks göstərişdir

B) Əməliyyatdan dərhal sonra

C) Əməliyyatdan 2 ay sonra

D) Əməliyyatdan əvvəl və sonra

E) Əməliyyatdan əvvəl


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
402) İki yaşlı uşaqda qasıq formalı kriptorxizm aşkar edilib. Nə vaxt əməliyyat etməli?

A) 14 yaşda

B) Təcili

C) 12 yaşda

D) 6 yaşa qədər

E) 10 yaşda


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
403) Qarışıq quruluşlu xarici cinsiyyət üzvləri olan dörd yaşlı xəstə qəbula gətirilmişdir. Oğlan uşağı kimi tərbiyə edilir, xayaları əllənmir. Hipospadiyanın aralıq forması müşahidə edilir. Cinsi xromatin mənfidir, kariotip 46XY. USM- sidik kisəsinin arxasında uşaqlığı xatırladan törəmə görünür. Uretroqrafiya- kontrastla dolu sidik kisəsinin arxasında törəmə izlənir, kontrast ilə doludur, arxa prostatik uretradan sıxır, uzunsov forması 5,0*2,0sm ölçüdə. Laparotomiya zamanı kiçik çanaqda iki qonada 1,0*0,5sm ölçüdə və rudementar uşaqlıq boruları aşkar edilib. Nə etmək lazımdır?

A) Uşaqlığı xaric etmək və qonadları qarın boşluğundan xayalığa salmaq

B) Uşaqlığı çıxartmaq, qonadları qarın boşluğunda saxlamaq

C) Necə var qalsın

D) Uşaqlığı və qonadları xaric etmək

E) Qonadları çıxartmaq


Ədəbiyyat : Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin