Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası



Yüklə 12,54 Mb.
səhifə11/36
tarix03.12.2023
ölçüsü12,54 Mb.
#172325
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
C fakepathC fakepathC fakepathC fakepathM hazireler

İnterferensiyanın minimum şərti.
Tutaq ki, iki dalğa baxılan nöqtəyə çatanda onların təpələri və çökəkləri biri digəri ilə üst-üstə düşür. Bu nöqtədə rəqsin amplitudu minimum olur və interferensiyanın minimumu müsahidə olunur.






Qrup sürəti


İstənilən real dalğa sinusoidal dalğadan fərqlidir. Belə ki, sinusoidal dalğa zaman və məkana görə məhdudlaşırsa onda belə dalğa bir sinusoidal dalğadan ibarət olmayıb sinusoidal dalğaların cəmi kimi göstərilə bilər. Odur ki, ixtiyari mürəkkəb rəqs eyni zamanda baş verən harmonik rəqslərin cəmi (Furye sırası) şəklində göstərilə bilər.
Dispersiyaya malik mühitdə belə dalğa yayılanda onun sürəti faza sürətindən fərqlənir və qrup sürəti adlanır. Bu sürət hər hansı fazanın yox dalğalar paketinin daşıdığı enerjinin yayılma sürətini xarakterizə edir.

Ona görə də hər bir dalğanı harmonik dalğaların cəmi şəklində, yəni dalğa paketi və ya dalğaların qrupu şəklində vermək olar.


Dalğa paketi - tezliyinə görə bir-birindən az fərqlənən və hər hansı bir zaman anında fəzanın məhdud oblastını tutan dalğaların superpazisiyasıdır.
Dalğa paketinin yayılma sürəti üçün onun amplitudunun maksimumunun (dalğa paketinin mərkəzi) yerdəyişmə sürəti götürülür.
Qrup sürəti u hər bir zaman anında fəzada lokal dalğa paketini yaradan dalğa qrupunun hərəkət sürəti və ya sadəcə dalğa paketinin mərkəzinin hərəkət sürətidir.
Qrup sürəti ilə faza sürəti arasındakı əlaqə:

u =
k dk=-
u = - Reley düsturu adlanır.

Durğun dalğalar
İnterferensiyanın xüsusi hallarından biri də durğun dalğalardır.
Durğun dalğalar – bir-birinə qarşı yayılan eyni tezlikli və amplitudlu iki qaçan dalğaların toplanmasından alınan dalğalardır. Eyni amplitudlu və eyni tezlikli iki müstəvi qaçan dalğa, OX oxu boyunca qarşı-qarşıya yayılır:

Bu tənlikləri toplayaraq durğun dalğa üçün aşağıdakı tənliyi alarıq:




Aldığımız ifadədə həddi olmadığından deyə bilərik bu qaçan dalğa deyil. Hər bir nöqtə harmonik rəqs icra edir, lakin rəqsin amplitudu eyni olmayıb nöqtənin koordinatından asılıdır. Amplitud 2A sin kx











İki qonşu düyün nöqtələri və qonşu qarın nöqtələri arasındakı məsafə eyni olub, qaçan dalğanın λ dalğa uzunluğunun yarısına bərabərdir:
Qaçan dalğada dalğa yayılması istiqamətində enerji ötürülür. Bu enerjinin ötürülməsini belə təsəvvür edə bilərik: zərrəcik yuxarı hərəkət etdikdə qonşu zərrəciyə də müəyyən qüvvə ilə təsir edərək yerdəyişməsinə səbəb olur və iş görür. Beləliklə də enerjinin ötürülməsi baş verir. Durğun dalğada isə düyün nöqtələri yerdəyişmə icra etmir deməli heç bir iş də görülmür. Deməli düyün nöqtəsindən enerji keçmir və durğun dalğada enerji ötürülmür. Bu səbəbdən də durğun dalğa bəzən stasionar dalğa da adlandırılır.






Yüklə 12,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin