Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri


Badımcan dolmasının hazırlanması və süfrəyə verilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə26/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Badımcan dolmasının hazırlanması və süfrəyə verilməsi.   
Badımcan  təmizlənir,  saplağı  ilə  birlikdə  ucu  kəsilir,  içi  və  tumu  çıxarılır, 
sonra  1-2  dəqiqə  ərzində  qaynar  duzlu  suda  pörtlədilir  və  soyuldulur.  Bəzən  içi 
çıxarılmış  badımcan  duzlanır,  25-30  dəqiqədən  sonra  yuyulur,  ik  tərəfi  yağda 
qızardılır, soyuyandan sonra içi qiymə ilə doldurulur, qazana yığılır. 
Badımcan  dolması  üçün  qiymə  belə  hazırlanır:  yumşaq  qoyun  əti  ətçəkən 
maşından  keçirilir,  istiot  və  duz  qatılır.  Sonra  çəkilmiş  ət  yağda  qızardılır  və 
topaçlanmasın  deyə  arasıkəsilmədən  qarışdırılır.  Narın  doğranmış  soğan  yağda 
qızardılıb  qiyməyə  qatılır  və  buna    doğranmış  göyərti  vurulub  hamısı  birlikdə 
qarışdırılır. Qiymə qabaqcadan hazırlanmış badımcanlara doldurulur və dayaz qaba 
yığılır.  Ətrafına  pamidor  dilimləri  düzülür,  25-30  dəqiqə  ərzində  qapağı  örtülü 
halda öz buğundə bişirilir.  Süfrəyə verilən zaman badımcan dolmasının üstünə öz 
sousundan tökülür və doğranmış şüyüd səpilir. 
Qeyd:  bəzi  hallarda  qiymə  üçün  qoyun  əti  əvəzinə  quyruq  götürülür,  quyruq 
xırda  doğranır,  doğranmış  baş  soğanla  birlikdə  qızardılır  və  içinə  şüyüd,  istiot  və 
duz vurulub yaxşı qarışdırıldıqdan sonra badımcana doldurulur. 
Hər  pors  üçün  burada  150  q  qoyun  əti,  300  q  badımcan,  1  baş  soğan,  20  q 
ərinmiş yağ, 50 q təzə pamidor, 15 q keşniş və şüyüd, reyhan,  0,2 q darçın, habelə 
təm üçün istiot, duz götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin