MühaziRƏ ÇƏYİRDƏKLİ VƏ QƏRZƏKLİ meyvə qrupu biTKİLƏRİNİN Ümumi SƏCİYYƏSİ Cəyirdəklimeyvə bitkiləri



Yüklə 27,31 Kb.
səhifə3/5
tarix05.04.2023
ölçüsü27,31 Kb.
#93545
1   2   3   4   5
mövzu 3

Çaytikanı (Hippophae L.) İydə (Eleagnaceae Lindl.) fəsiləsinə aid olub, cinsin
üç növü vardır. Bunlardan mədəni halda daha çox bir növü-murdarçayabənzər çaytikanı (H. Rhamnoides L.) növü becərilir. 2-6 m hündürlükdə kol, bəzən isə 10-15 m-ə qədər hündürlükdə ağacdır. Budaq və zoğları tikanlı, gümüşü ağ rənglidir. Yarpaqları ardıcıl yerləşərək ensiz lansetvari formalıdır. Bitki iki evli, çiçəkləri tək cinsiyyətlidir. Erkək çiçəkli bitkilər məhsulsuz olur. Çiçəkləri zoğ üzərində zəif nəzərə çarpan, pulcuğabənzər yarpaq qoltuğunda yerləşir. Küləklə tozlanır, məhsul verdikdən sonra ikiillik meyvə budaqcığı quruyur.
Erkək çiçək tumurcuqları 8-10 ədəd tumurcuq pulçuğu ilə örtülü olub, dişi çiçək tumurcuğundan 3-4 dəfə böyükdür. Dişi çiçək sarı rəngli, tək-tək, erkək çiçəklər xırda, qonur-gümüşü, gödək salxım tipli çiçək topasında yerləşir. Meyvələri xırda, narıncı-sarı rəngli, yağlı və şirəlidir. Kök sistemi səthi və üfqi istiqamətlidir. Pöhrə vermək qabiliyyətinə malikdir. Bitki 3-4 yaşından məhsula düşür. Çaytikanı çilik, kök pöhrəsi və basma ilə artırılır.
İydə (Eleagnus L.) Bu cins öz fəsiləsinə (Eleagnaceae Lindl) aid olub, 40-a
qədər növü birləşdirir. Bunlardan 3 növ geniş becərilir: Ensiz yarpaqlı iydə
(E.angusti-folia L.), Şərq və ya iri meyvəli iydə (E.orientalis L.), Çoxləçəkli iydə
(E.multiflora Thunb.). İydə hündür boylu (8-10 m), geniş çətirli ağac və ya koldur. Gövdə qabığı darçını qonur, cavan budaq və zolağları qəhvəyi sarı rənglidir. Yarpaqları gümüşü-yaşıl rəngli, ensiz, uzunsov oval formalı, kənarı dişsizdir. Tumurcuqları orta oyanma və yüksək zoğ əmələgətirmə qabiliyyətlidir. Çoxlu kötük və kök pöhrəsi verir. Çiçək tumurcuqları birillik boy artımı və bəzən 2-3 illik gödək qarışıq meyvə budaqcığının böyründə yerləşir. Çiçəkləri xırda, ləçəkləri çöldən parlaq gümüşü, içəridən sarı rənglidir. Bir dişiciyi, 4-6 erkəkciyi var. Özübarlıdır. Meyvələri uzunsov oval formalı, qabığı qalın, qırmızı, narıncı, qəhvəyi rənglidir. Ləti unlu, çəyirdəyə möhkəm yapışmış olur.
Kök sistemi geniş və səthidir. Sortları məhduddur. Xurmayı, İnnabı, Didivar sortları daha geniş yayılmışdır. Yabanı halda geniş, mədəni halda isə məhdud şəkildə yayılmış meyvə bitkisidir. Meyvələrinin yüksək qidalılığı və uzun müddət saxlanması qabiliyyəti hələ çox qədimdən insanları cəlb etmişdir. Xalq seleksiyası nəticəsində iydənin bir sıra sort və hibrid formaları yaradılmışdır. Onlrdan Xurmayı, İnnabı, Didivar sortları daha geniş yayılıb.

Yüklə 27,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin