MühaziRƏ ÇƏYİRDƏKLİ VƏ QƏRZƏKLİ meyvə qrupu biTKİLƏRİNİN Ümumi SƏCİYYƏSİ Cəyirdəklimeyvə bitkiləri



Yüklə 27,31 Kb.
səhifə2/5
tarix05.04.2023
ölçüsü27,31 Kb.
#93545
1   2   3   4   5
mövzu 3

Faraş sortlar. Maym sonu, iyunun əvvəlində yetişir. Bu qrupa Şpanka, Kent,
İngilis tez-yetişəni və s. aiddir. Orta vaxtlarda yetişənlər. İyulun əvvəllərində yetişən sortlardır. Buraya Sklyanka, Poljir, Poddbelsk, Ostqeym Qriotu və s. aiddir. Gec yetişənlər. İyulun sonun, avqustun əvvəllərində yetişən sortlar Lyubsk, Anadolu, Məhsuldar Miçurin aiddir.
Alça (Prunus Mill.). Yabanı və mədəni halda geniş yayılmışdır. Yabanı halda bir növü - adi alça (Pr.cerasifera Ehrh.) yayılmışdır. Meyvələrinin yüksək keyfıyyəti, ağaclarının xarici şəraitə asan uyğunlaşması və az tələbkarhğı, yüksək məhsuldarlığı alçanı qiymətli meyvə bitkiləri qrupuna aid etməyə imkan vermişdir. Yüksək məhsuldarlığı (200-300 sen/ha), nisbətən az qulluq tələb etməsi təsərrüfatın rentabelli işləməsini təmin edir. Respublikamızda bir sıra yerli və gətirilmə alça sortları becərilir. Onlardan rayonlaşdmış və perspektivli olanları Ərəş (İstambul alçası), Göyçə, Yaz mələsi, Yay mələsi, Göyçə sultanı sortlarıdır.
Zoğal (CornusL) Zoğal öz fəsiləsinə (Cornaceae Link.) aid olub, bu cins 4 növü
- Adi zoğal (C.mas L.), Yapon zoğalı (C.officinalis Siebold et Zucc), Çin zoğalı
(C.chinensis VVagner.) növlərini birləşdirir. Bunlardan ölkəmiz daxilində bir növ - Adi zoğal geniş yayılmışdır. Ölkəmizdə geniş yayılmış növü – adi zoğal (C. Mas L.) 3-10 m-ə qədər hündürlükdə koltipli ağac bitkisidir. Güclü zoğ əmələgətirmə və zoğ bərpaetmə qabiliyyətinə malikdir. Yarpaqları oval formalı, sivri uclu, kənarı bütövdür. Vegetativ tumurcuqlar iri və yumrudur. Çiçəkləri, çətir tipli çiçək topasında 8-24 ədəd olmaqla, sarı rəngli, xırda, iki cinslidir. Çiçəklənmə fevral-mart aylarında başlayır və uzun müddət (15-70 gün) davam edə bilir. Meyvələr mədəni formalarda yayda (avqust), yabanı formalarda isə payızda (sentyabr-oktyabr) yetişir. Kök sistemi saçaqlı və səthidir.
Zoğal əsasən basmalarla, bəzən isə toxum, çilik və calaqla artırılır. Calaqaltı olaraq zoğal toxmacarlarından istifadə edilir. Mədəni halda nisbətən az, yabanı halda isə geniş sahəyə malik meyvə bitkisidir. Böyük və Kiçik Qafqazın meşəliklərində zoğal geniş yayılmışdır. Həyətyanı sahələrdə zoğalm iri meyvəli formaları geniş becərilir. Az qulluq tələb etdiyindən və yüksək məhsuldar olduğundan təsərrüfatın rentabelli işləməsini təmin edir. Zoğahn sortları çox azdır. Bağlarda daha çox müxtəlif formaları becərilir. Respublikamızın bir çox rayonlarında becərilən sortlar bunlardır: Qara zoğal, Kəhraba zoğal, İri meyvəli, Armudu, İspolin.
Göyəm (Prunus Mill.) Mədəni halda az, yabanı halda geniş yayılmış cinsdir. Bir
növ – Adi göyəm (Pr.spinosa L.) növü ilə təmsil olunur. Digər bitkilərlə
müqayisədə nisbətən az tədqiq olunub. Bir sıra iri meyvəli formaları yerli əhali
tərəfındən həyətyanı sahələrdə becərilir.

Yüklə 27,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin