MühaziRƏ ÇƏYİRDƏKLİ VƏ QƏRZƏKLİ meyvə qrupu biTKİLƏRİNİN Ümumi SƏCİYYƏSİ Cəyirdəklimeyvə bitkiləri



Yüklə 27,31 Kb.
səhifə1/5
tarix05.04.2023
ölçüsü27,31 Kb.
#93545
  1   2   3   4   5
mövzu 3

    Bu səhifədəki naviqasiya:
  • Badam

MÜHAZİRƏ 3. ÇƏYİRDƏKLİ VƏ QƏRZƏKLİ MEYVƏ QRUPU BİTKİLƏRİNİN ÜMUMİ SƏCİYYƏSİ
Cəyirdəklimeyvə bitkiləri. Bu qrupa daxil olan nümayəndələr (zoğal, çaytikanı
və iydə istisna olmaqla) Gülçiçəklilər (Rosaceae Juss.) fəsiləsinə, hamısı Gavalı
(Pru-noideae Focke.) yarımfəsiləsinə aiddir. Çiçək tumurcuqları (çaytikanından
başqa) sadə (təmiz) olub, budaqcığın böyründə yerləşir və açıldıqda yalnız çiçək
verirlər. Meyvələri həqiqi meyvədir. Tez boy atır, məhsula tez düşür və hər il məhsul verir. Toxumu çəyirdəyin içərisində yerləşir. Çəyirdəkli meyvə bitkiləri qrupuna şaftalı, gavalı, ərik, gilas, albalı, alça, zoğal, göyəm, çaytikanı və iydə aiddir. Şaftalı gülçiçəklilər (Rosaceae) fəsiləsinə aid olub cinsi adı Persica Mill-dir. 6 növü məlumdur. Adi şaftalı (P.vulgaris Mill) 3-8 m hündürlükdə ağac, bəzən isə kol tipli ağacdır. Tez böyüyən, yüksək zoğ vermə qabiliyyətli, tez məhsula düşən, lakin nisbətən az ömürlü bitkidir. Çiçəkləri iki tipdə - iri, qızıl gül formalı və xırda, zəng formalı olmaqla çəhrayı və qırmızı rənglidir. Meyvəsi iri və müxtəlif formalıdır. Meyvə qabığı əksər sortlarda xırda tüklüdür. Bir qrup sortlarda isə qabıq tüksüz və hamar olur. Belə sortlara tərəli və ya nektarin deyilir. Çəyirdəyi lətdən asan ayrılan sortlara hülü, çətin ayrılan sortlara kərdi deyilir. Şaftalı bitkisi toxum və calaqla artırılır. Calaqaltı olaraq şaftalı, alça, ərik, gavalı, badam və hibrid forma olan AP istifadə edilir: Şaftalı - (Per. Vulgaris Mill) – şaftalı üçün əsas ucaboylu calaqaltıdır. Toxumacarlar birinci ildə calağa yararlı olur. Nəmli, ağır və şoran torpaqlarda, həmçinin qrunt suları səthidə yerləşdiyi şəraitdə pis böyüyür. Alça (Pr. Cerasifera Ehrh.) – şaftalı üçün ucaboylu calaqaltıdır. Əksər sortlarla yaxşı, bir sıra sortlarla (Qrinsboro, Qızıl yubiley, Karmen, Çempion) zəif bitiş verir. Toxumacarlar birinci ili calağa çatırlar. Alça kötük pöhrəsi verdiyindən calaq, kök boğazına yaxın hissədə aparılır. Ağır və nəmli torpaqlarda normal böyüyür. Ərik (Armeniaca vulgaris Lam.) - əksər şaftalı sortları ilə pis bitiş verdiyindən ağaclar az ömürlü olurlar. Gavalı (Prunus domestica L) – şaftalı üçün orta boylu calaqaltıdır. Kök sistemi səthidə yerləşir, çoxlu pöhrə verir. Torpağın yüksək rütubətliliyini yaxşı keçirir. Badam (A. Communis L.) - əksər şaftalı üçün quraqlığa davamlı calaqaltıdır. Əhəngli, çınqıllı, quraq, qrunt suları dərində yerləşən şoran sahələrdə yaxşı inkişaf edir. AP (Kuban-86) – alça və şaftalının növarası hibrididir. Şaftalı üçün yaxşı klon calaqaltıdır. Güclü skelet budaqlanmaya malik kök sistemi yaradır. Əsasən çiliklə artırılır. Dünya miqyasında şaftalı bütün qitələr üzrə 60-dan artıq ölkədə becərilir. Dünyada ümumi sahəsi 700 min ha, meyvə istehsalı 10 mln tondan artıqdır. İstehsala görə birinci yerdə Avropa ölkələri (4,5 mln ton), sonrakı yerlərdə isə Asiya (3 mln tondan çox), Şimali Amerika (1,5 mln ton), Cənubi Amerika (600-700 min ton), Afrika (250 min ton) və Okeaniya (100 min ton) ölkələri durur. Şaftalınm dünya miqyasında 500-dən artıq sortu vardır. Bunlardan respublikamızda becərilən və perspektivli olanları May çiçəyi, Fədai, Qızıl Yubiley, Elbert, Salami; tərəli sortlardan (nektarinlər) isə Boston, Viktoriya, Skif, Krasnodares sortlarıdır.
Gavalı (Prunus Mill.). Bu cins 30-dan artıq növü birləşdirir. Əksər gavalı sortları ev gavalısından (Pr.domestica L.) törəmişdir. Bu növ isə Ussuriya gavalısı (Pr.ussu-riensus Kov et Kost.), Çin gavalısı (Pr.salicina Lindl), Kanada gavalısı
(Pr.niqra Ait.) və Amerika gavalısı (Pr.americana Marsh.) növlərindən törəmişdir. Dünyanın 5 qitəsinin 70-dən çox ölkəsində, əsasən isə Avropa və Asiya qitələrinin mülayim qurşaq bölgələrində becərilir.Dünyada ümumi sahəsi 800 min ha olub, il ərzində orta hesabla 7 mln tondan çox gavalı meyvəsi istehsal olunur.Gavalınm iki mindən artıq sortu məlumdur. Respublikamızda daha geniş
becərilən və perspektivli olan sortlar Şəftəli gavalısı, Yaşıl Renklod, İtaliya vengerkasi, Xurmayı vengerka, Sarı albuxara, Aleksandr Düma, Altan renklodu
sayılır.
Ərik (Armeniaca Scop.) Başlıca olaraq Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, həmçinin Qafqazda yayılmış 8 növü birləşdirir. Bu növlərdən yalnız biri - adi ərik (Ar.vulgaris Lam.) mədəni halda becərilir. Adi ərik 10-15 m hündürlüyə malikdir. Əsasən əlamətlərindən biri cavan ağaclarda tumurcuqların faraş yetişməsi, onların yüksək oyanma və zoğ əmələgətirmə qabiliyyətli azalır. Lakin zoğ bərpaetmə qabiliyyəti uzun müddət qalır. Vegatasiya dövründə 2-3 dalğa boya malikdir. Kök sistemi geniş, mil köklü və dərinə işləyəndir. Calaqla artırılır. Calaqaltı kimi ərik, şaftalı, alça, badam və gavalıdan istifadə edilir. Dünyanın 55-dən çox ölkəsində 350 min ha-ya qədər sahəsi var. Ümumi məhsul istehsalı 2,2-2,4 mln tondur. Əsas istehsalçılar isə Cənubi Avropa və Asiya ölkələridir. Ərik sortları mənşəyinə görə üç qrupa ayrılır: Orta Asiya qrupu – İsfarak, Xurmai, Mirsancah, Arzami və s. İran-Güney Qafqaz qrupu - Şirazi, Təbərzə, Qaysı və s.Avropa qrupu – Qırınızı yanaq, Qırmızı partizan, Ananaslı, Ambrozi və s. Respublikamızda başlıca olaraq ikinci və üçüncü qrupdan olan Şalax, Badamərik, Qırınızı yanaq, Əbutalibi, Ağ Təbərzə (Balyarım), Haqverdi sortları becərilir.
Gilas (Cerasus Mill.). Gilas sortları bir növdən - adi gilas (C.avium L.)
növündən törəmişdir. Hündür boylu (10-15 m), gözəl qamətli, dağınıq çətirli ağacdır. Yarpaqları iri, tərs-yumurtavari formalı, kənarları dişlidir. Çiçək topası çətir tipli, çiçəkləri iri, ləçəyi ağ və ya çəhrayı rənglidir. Ləti zərif, şirəli və şirindir. Meyvə lətinin bərkliyinə görə gin (zərif yumşaq lətli, tünd rəngli şirəyə malik) və biqarro (bərk lətli, açıq rəngli şirəli) tipli sortlara ayrılır. Kök sistemi albalıya nisbətən dərinə işləyən, geniş və saçaqlıdır. Gilas, calaqla artırılır. Calaqaltı olaraq cır və mədəni gilas sortları (Sarı Droqan və Sarı Denissen sortları), mahaleb albalısı və adi albalı istifadə edilir. Gilas sortları ağacların boyuna və zoğ əmələgətirmə xarakterinə görə aşağıdakı qruplara ayrılır:

  1. Güclü boya, zərif və orta budaqlanmaya malik sortlar (Jabule, Çəhrayı Napoleon, Kuban gözəli, Elton, Hedilfinqen). Bu qrup sortların çətiri nisbətən seyrək, olur.

  2. Orta boya, orta və ya güclü budaqlanmaya malik sortlar (Qara Daybera, İspolin, Sarı Droqana, Sarı Denissen, Aprelka). Sıx çətirli ağaclardır.

  3. Güclü boya və yaxşı budaqlanmaya malik sortlar (bordo ağı, Qırmızı Qubena). Yerüstü hissənin güclü boya malik olması ilə fərqlənir.

Dünyanın 40-dan çox ölkəsində becərilir. Ümumi istehsalı 1,85 mln tondan çoxdur. Əsas istehsalçıları Avropa ölkələridir.
Meyvə lətinin bərkliyinə və rənginə görə gilas sortları iki növmüxtəlifliyinə
ayrılır: 1. Zərif, yumşaq, şirəli və tünd rəngli şirəyə malik «gin» qrupu 2. Bərk lətli, açıq rəngli olan «biqarro» qrupu
Respublikamızda rayonlaşdırılmış sortlar aşağıdakılardır: Biqarro Qrol, Ramon
Oliva, tezyetişən Kassini, Sarı Droqana, Frans İosif, Kəl ürəyi.
Albalı (Cerasus MiLl.). Cins 150 növü birləşdirir ki, bunun 20 növü ölkəmizdə
yayılmışdır. Başlıca olaraq albalı növləri Çində, Koreyada, Yaponiyada, Şimali
Amerikada yayılmışdır. Geniş yayılmış əsas növləri adi albalı (Cer.vulgarus
Mill.), səhra albalısı (Cer.fruticosa Pall), amerika .ərbi qumluq albalısı
(Cer.Besseyi Bailey.), tüklü (keçəli) albalı (Cer.tomentosa VValL), mahaleb
albalısı və ya antipka (Cer.Mahaleb MilL). Bu növlərdən mədəni sortların
yaranmasında iştirak edəni əsasən adi albalıdır. Albalı dünyanın 40-dan artıq ölkəsində becərilir. Ümumi istehsalı 450 min tona yaxındır. Qışadavamlı cins olduğundan alma ilə bir qurşaqda becərilir. Meyvələri sortlardan asılı olaraq müxtəlif vaxtlarda yetişir. Yetişməsi vaxtına görə sortları üç qrupa ayrılır:

Yüklə 27,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin