Mühazirə Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri. Plan: Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri



Yüklə 77,92 Kb.
səhifə4/20
tarix12.05.2022
ölçüsü77,92 Kb.
#57655
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
5 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,

Təlim prosesinin quruluşu.

Təlim prosesi mürəkkəb quruluşa malikdir. Onun iki tərəfi – daxili və zahiri tərəfləri fərqləndirilir. Təlim prosesinin daxili quruluşu dedikdə, tələbənin təlim – idrak fəaliyyətinin struktur ünsürləri başa düşülür. Təlim prosesinin daxili quru­luşunu sxematik daraq belə ifadə etmək olar:



Təlimin məqsəd Təlim Təlimin Təlimin vasitə Təlimin təşkiliTəlimin və vəzifələr motivlərməzmunu və metodları formaları nəticələri Təlim prosesinin daxili quru­luşu onun zahiri quruluşu ilə vəhdət təşkil edir. Təlim prosesinin zahiri quruluşu dedikdə, bu prosesin iştirakçıları olan müəllim və tələbələr, habelə təhsilin məzmunu başa düşülür. Təlim prosesinin uğuru təhsilin optimal məz­mununun müəyyənləşdirilməsindən, müəllim və tələbənin fəaliyyətinin düzgün əlaqələn­dirilməsindən çox asılıdır.

Müasir təlim nəzəriyyəsi öyrədən və öyrənənlərin qarşılıqlı fəallığına, əməkdaşlığına əsaslanır.

Əməkdaşlıq dedikdə, müəllim və tələbənin eyni məqsədə çatmaq üçün birgə fəaliyyət göstərməsi, hər ikisinin təlimdə fəal mövqe tutması, son nəticə üçün məsuliyyət hiss etməsi başa düşülür. Bəzən təlimin nəticəsi üçün bütün məsuliyyət bir tərəfin üzərinə – ya müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə (şagird) yoxdur, pis müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tələbə var”. Hər

iki mövqe yanlışdır. Təlimin nəticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz məsuliyyət payı vardır: hər kəs öz üzərinə düşən vəzifəni yüksək səviyyədə,

məsuliyyətlə yerinə yetirməlidir.

Müasir təlimdə müəllimin rolu dəyişir : o, biliklərin ötürücüsü yox, daha çox

tələbənin fəal idrak fəaliyyətinin təşkilatçısı, pedaqoq-menecer, məsləhətçi kimi çıxış edir.

Ali məktəbin tədris prosesində müəllimin öyrətmə fəaliyyətinin quruluşu bir neçə ünsürdən ibarətdir:

- tələbənin təhsil-idrak fəaliyyətinin təşkili (məqsəd qoyuluşu, motivasiya,

problem situasiya yaradılması, təlimatlandırma, istiqamətləndirmə);

- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və məsuliyyət hissi);

- tələbənin yaradıcı müstəqil işə cəlb edilməsi;

- nəzarət və tələbənin özünənəzarətinin təşkili;

- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi.

Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu isə aşağıdakı ünsürlərdən ibarətdir:

- məqsədin dərk edilməsi;

- motivləşmə;

- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin səmərəli priyomlarının

tətbiqi);

- özünənəzarət və özünüqiymətləndirmə.

Təhsilin müvəffəqiyyəti tələbənin qeyd edilən ünsürlərə nə dərəcədə yiyələnmə­sin­dən asılıdır. Çox vaxt tələbə tənbəlliyi üzündən yox, öyrənməyi və müstəqil

işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə də müəllim tələbələrdə təlim fəaliyyətinin, onun ünsürlərinin formalaşması qeydinə qalmalıdır. Belə ol

duqda təlimi özünütəhsillə, nəzarəti özünənəzarətlə, qiymətləndirməni özünüqiy­mətləndirmə ilə birləşdirmək, təhsildə yüksək nəticələr əldə etmək mümkündür.


Yüklə 77,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin