Mühazirə Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri. Plan: Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri


Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu



Yüklə 77,92 Kb.
səhifə2/20
tarix12.05.2022
ölçüsü77,92 Kb.
#57655
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
5 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,

2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu

Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkəzində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur. Təlim prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həlli təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.

Əsas xarici ziddiyyət cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı

ziddiyyətdir. Təlim prosesində tələbələrin zehni inkişafında daxili ziddiyyətlər də mühüm roloynayır. Əsas daxili ziddiyyət tələbələrin idrak tələbatları ilə mövcud imkanları (bilik və bacarıq səviyyəsi) arasındakı ziddiyyətdir. Tələbə özünü dü­şün­­dürən suallara cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün imkanlarını (biliyini, bacarığını, iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq çətinlikləri aradan qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli, ziddiyyət aradan qalxır. Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və mənəvi inkişafına kömək edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli qur

mağa, təlimin məzmununu, metod və formalarını təkmilləşdirməyə, təlimin funksiyalarını uğurla yerinə yetirməyə imkan verir.


Yüklə 77,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin