Mühazirə Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri. Plan: Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri



Yüklə 77,92 Kb.
səhifə3/20
tarix12.05.2022
ölçüsü77,92 Kb.
#57655
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
5 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,

Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı (latınca functio–“icra”, “fəa­liy­yət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyalar.

Təhsilverici funksiya

– tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişləraşılamaqda ifadə olunur.

Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə

istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də

təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.

Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini,

qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inkişaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.

Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əla­qədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələ­bələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək göstərə bilər.




Yüklə 77,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin