Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan



Yüklə 31,33 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

Trautmansdorfun bütün cəhdləri İsveçin iddialarını təmin etməklə onu Fransadan ayırmaq və imperiya üçün əlverişli şərait yaratmağa yönəlmişdi.

Sülh müqaviləsinin qəti şərtləri Münsterdə 1648-ci il oktyabrın 24-də bağlandı. Beləliklə, Çexiyada lokal bir münaqişədən başlayıb Şimali Almaniyaya adlayan və Mərkəzi Avropanın nəhəng məkanını əhatə edən Otuzillik müharibə öz orbitinə əksər dövlətləri qatdığından, ilk ümumavropa miqyaslı müharibə oldu. Vestfaliyanın yuxarıda qeyd olunan iki şəhərində imzalanan sülhün şərtlərinə görə, İsveç Ştettin limanı ilə birgə bütün Qərbi Pomeraniyanı və Şərqi Pomeraniyanın kiçik bir hissəsini, Rigen və Volin adalarını, həmçinin Pomeraniya körfəzi üzərində hüquqları qazanırdı. Pomeraniya hersoqları qismində İsveç kralları imperiya knyazlarına çevrilirdi və imperiyanın daxili işlərinə birbaşa müdaxilə etmək hüququ qazanırdı. İmperiya mülkləri olaraq Bremen və Ferden arxiyepiskopluqlarının müsadirə edilib dünyəviləşdirilmiş torpaqları da İsveçə keçirdi. İsveç, həmçinin böyük pul təzminatı alırdı. Böyük bir dövlətə çevrilən İsveç Baltika üzərində hakimiyyətini reallaşdırmış olurdu. Vestfal sülhünə görə, birləşmiş Əyalətlər Respublikasının müstəqilliyi tanınırdı. Sülhün tərkib hissəsi olan Münster müqaviləsinə görə, bu respublikanın suverenliyi, ərazi çərçivəsi, Antverpenin statusu məsələləri həll edirdi.

Vestfal sülhü Almaniyanın siyasi pərakəndəliyini bir az da möhkəmləndirir. Alman knyazları öz aralarında ittifaq və xarici dövlətlərlə müqavilə bağlamaq hüququ qazanır, bu isə faktiki onların suverenliyini təsbit edirdi. İmperiya özü seçkili monarx və reyxstaq başda olmaqla formal dövlətlər birliyinə çevrilir. Fransaya gəlincə, başlamış olan parlament frondası ilə əlaqədar o, danışıqları tez başa çatdırmağa çalışırdı və hətta kiçik ərazi qazancları ilə kifayətlənməyə də hazır idi. Vestfal sülhünə görə, Fransa Elzası (onun tərkibinə formal cəhətdən daxil olan Strasburqdan başqa), 100 ildən çox əlində olan Lotaringiyanın üç yepiskopluğu – Mets, Tul və Verden üzərində hüquqlarını təsdiqləyirdi. İmperiyanın 10 şəhəri Fransanın qəyyumluğuna keçirdi. Bundan əlavə, Fransa İsveç ilə birgə Vestfal sülhünün təminatçısı elan olunurdu. Fransa diplomatiyası tarixinin əhəmiyyətli mərhələlərindən biri də Culio Mazarininin fəaliyyəti ilə bağlıdır.



Hələ Otuzillik müharibə gedişində başlayan Fransa-İspaniya münaqişəsi yalnız 1659-cu ildə Pireney sülhünün bağlanması ilə başa çatır. Pireney sülhünə görə, Fransanın ərazisi xeyli genişlənir, baxmayaraq ki, fransızlar hərbi əməliyyatlar gedişində ələ keçirdikləri Franş-Konteni, Kataloniyanın bəzi rayonlarını və Niderlanddakı qalaları İspaniyaya geri qaytarmalı olur. Fransaya isə Flandriyanın bir hissəsi (qalalarla birlikdə), Artua qraflığının böyük hissəsi və Russilyon qraflığı keçir. Yeni Fransa – İspaniya sərhəddi Pireneylərdən keçirdi. Mazarini İspaniya ilə müharibə şəraitində olan Portuqaliyaya yardım etməyəcəyini öhdəsinə götürürdü (7, 165). Pireney sülhünün özünəməxsusluğu onda idi ki, müqavilə XIV Lüdovikin ispan infantası Mariya Tereziya ilə nigahını da nəzərdə tuturdu. Amma hiyləgər kardinal hər iki tərəfin bağladığı müqavilənin mətninə elə bir düzəliş eləmişdi ki, sonralar bu düzəliş Avropanın gələcək beynəlxalq münasibətlər tarixində böyük rol oynayacaqdı. İnfantanın cehizi – 500 min qızıl ekyü bir il yarım ərzində ödənilməli idi, əks halda Mariya Tereziya ispan taxtına hüquqlarından əl çəkirdi. Mazarininin məqsədi aydın idi – İspaniya həmin vaxt müflis olmuşdu və qısa müddətdə bu qədər pulu ödəmək iqtidarında deyildi. Belə olan halda fransız diplomatiyası İspaniyanın daxili işlərinə – taxt-tac məsələsinə qarışmaq imkanı qazanırdı. Sonrakı hadisələr Mazarininin hesablamalarının doğruluğunu göstərdi. İstər 1659-cu il Pireney sülhü, istərsə də İngiltərə ilə bağlanan 1655-ci il ticarət və 1658-ci il hərbi müqavilələr Fransanın qitədə siyasi hegemonluğunu təmin edirdi.
Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin